Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

Oktyabr 20, 2007 22:25

  Cəlal Ale-Əhməd. "İRAN ZİYALISI VƏ TÜRK DİLİ PROBLEMİ"

 Qələmin əsas vəzifəsi həqiqəti yazmaqdır. Bu prinsip dünyanın bütün qələm əhli ilə yanaşı fars yazarlarına da aiddir. Təəssüf ki, XX əsr fars yazarlarının əksəriyyəti təqribən bütün yüzillik boyu bütöv bir xalqın dilinə və mədəniyyətinə qarşı əsl müharibəyə ya göz yumublar, ya da bu müharibəni aparanların yedəyində gediblər. Bu azmış kimi mənşəcə azərbaycanlı olan bir çoxları öz qələmi ilə şovinist hakim dairələrin xidmətində dayanıb, onların siyasətini «əsaslandırmaq» üçün dəridən-qabıqdan çıxıb. Amma yaxşı ki, istisnalar da olub. Böyük İran yazıçısı və mütəfəkkiri Cəlal Ale-Əhməd kimi. Pəhləvi rejiminin qılıncının dalı da, qabağı da kəsdiyi, ifrat fars şovinizminin tüğyan etdiyi bir zamanda Cəlal haqqında əsərlər yazdığı ziyalılığın həqiqi nümunəsini göstərib, İranda Azərbaycan türklərinə qarşı yürüdülən «mədəni müstəmləkəçilik» (ifadə yazıçının özünə məxsusdur – M.M.) siyasəti barədə həqiqəti söyləməkdən və qələmə almaqdan çəkinməyib.

Davamı...
Oktyabr 20, 2007 22:20

  Turxan Gəncəyi. "İSFAHANDAKI SƏFƏVİ SARAYINDA TÜRK DİLİNİN MÖVQEYİ"

 Şah İsmayıl Səfəvi 907-ci (1501-ci) ildə Naxçıvan yaxınlığındakı Şərurda Ağqoyunlu Əlvənd Mirzəyə qalib gəldikdən sonra Səfəvilər dövlətinin əsasını qoydu və Təbrizi paytaxt etdi. Şah İsmayılın oğlu və xələfi Şah Təhmasib, görünür, osmanlıların təzyiqi və həmlələri ucbatından 962-ci (1555-ci) ildə paytaxtı Qəzvinə köçürdü. I Şah Abbas isə 1006-cı (1597-ci) ildə ölkənin mərkəzində yerləşən İsfahanı paytaxt seçdi. Paytaxtın türklərin yaşadığı bölgələrdən İsfahana köçürülməsi təbii ki, Təbrizin siyasi və mədəni əhəmiyyətinə zərbə vurdu. Digər tərəfdən, Şah Abbasın hərbi islahatları da ümumilikdə qızılbaş tayfalarının nüfuzunu və rolunu azaltdı.
Amma bütün bu dəyişikliklərə rəğmən Səfəvi şahlarının və Səfəvi dövlətinin əsasını qoymuş qızılbaş tayfalarının ana dili olan türk dili Təbrizdə və Qəzvində olduğu kimi yeni paytaxt İsfahanda da sarayın və qoşunun işlək dili olaraq qaldı.

Davamı...
Oktyabr 19, 2007 14:23

  TÜRK XALQLARI KİNO SƏNƏTİNİN TƏŞƏKKÜLÜ

Türk xalqları kino sənətinin təşəkkül mərhələsi bəzi istisnalarla 1920-40-ci illəri əhatə edir. Bu mərhələni səssiz kino mərhələsi də adlandırmaq olar. Çünki keçmiş sovet məkanında yaşayıb yaratmış beş türk respublikasının kino sənətində ilk səsli filmlər 1935-40-ci illər arasında çəkilib. Bəzi faktlara nəzər salaq. Dünyaya ilk səsli filmlərdən biri 1929-cu ilin aprelində ABŞ-da nümayiş etdirilib. Məşhur kino tarixçisi və nəzəriyyəçisi Jorj Sadul yazırdı: “Nə işgüzar adamların, nə aktyorların, nə də kütlənin reaksiyaları artıq səsli kinonun “Zəfər marşı””nın qarşısını ala bilməzdi”.   1935-ci ildə D.Furmanovun eyni adlı romanı əsasında “Lenfilm” kinostudiyasında çəkilmiş “Çapayev” filmi SSRİ-də çəkilmiş ilk uğurlu səsli bədii filmlərdən oldu. Bu film sonralar bütün sovet respublikalarında nümayiş etdirildi və nümunəyə çevrilərək kino sənətinin təkamülünə güclü təkan verdi. Kinoşünaslar təsdiq edirlər ki, “30-ci ildə Azərbaycanda zəhmətkeşlərin sosializm quruculuğuna həsr olunmuş “Raport veririk” adlı kinojurnal sınaq işi kimi, səsli kino sahəsində ilk addım olub.  

Davamı...


Yazılar cəmi: 3   


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com
PageRank