
Məhəmməd ZƏRƏNDİ. "...Həzrət Babın zühuru..."
Baxış sayı: 227
Açar sözlər: məhəmməd zərəndi. "...həzrət babın zühuru..."
![]()
![]()
![]()
Məhəmməd Əmin Rəsulzadə. "STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ " (IV)
Əcaib insandır Rəsulzadə
Yemək bitdikdən sonra çay içən vaxt bir küncə oturduq. Stalin mənə:
- Braydonun təklifini qəbul etməmisiniz. Şərqi tədqiq cəmiyyətinə niyə getmək istəmədiniz? - dedi.
- O, elmi deyil, siyasi bir cəmiyyətdir. Üzvlərinin kommunist çoxluğuna sahib olması şərtdir, - dedim.
- Əsla, - dedi, - o maddə Sizin deyil, mürtəce rus professorlarının əleyhinə yönəlmiş bir maddədir. Birinci çay stəkanını boşaldıb, ikincisinə keçdiyimiz zaman Stalin daha bir təklif etdi: Kamenevin idarəsində Rusiya inqilab hərəkatını tədqiq edən bir cəmiyyət vardır. Tədqiqlərini nəşr etmək üçün bu cəmiyyət bir jurnal da çıxarır. Siz bu jurnalın redaksiyasına girsəniz, şəxsən Sizin üçün də yaxşı olar.
Baxış sayı: 285
Açar sözlər: məhəmməd əmin rəsulzadə. "stalinlə ixtilal xatirələri (iv)
![]()
![]()
![]()
Məhəmməd Əmin Rəsulzadə. "STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ" (III)
Yarı ac, yarı çılpaq bir vəziyyətdə hər şeyi unutmuş, kitablara dalmışdım.
Qış qar təpələri və dondurucu havası ilə bərabər gəldi. Yay çustu ilə günü-gündən kitabxanaya getmək çətinləşirdi. Bu çətinliyi əvvəl yanımda olan qalın yun corabı geyməklə qarşıladım; sonra madam Berzanovskinin borc kimi verdiyi keçədən “valenka” dedikləri çəkmə işimə yaradı. Fəqət havalar bir az ilıqlaşıb, qarlar əriməyə başlayınca valenka artıq geyilməz oldu. O zaman təkrar Azərbaycandan gətirdiyim çust ilə qalın yun coraba qayıtdım. Fəqət hər gün tədqiqat işindən dönüncə bu corabı gözəlcə sıxıb, ocaq başında qurutmaq lazım gəlirdi. Nəyin bahasına olursa-olsun bir ayaqqabı tədarük etmək artıq zəruri olmuşdu. Üstümüzdə qalmış bir qızıl pul var idi. Bununla bəlkə də bir cüt ayaqqabı almaq mümkün idi. Fəqət ayaqqabı haradadır, yoxdur ki alasan. Bu arada amerikalı fəhlələrdən bir hissəsinin Rusiyadakı fəhlələrə dağıtmaq üçün bir gəmi ayaqqabı gəldiyi xəbəri nəşr edildi.
Baxış sayı: 238
Açar sözlər: məhəmməd əmin rəsulzadə. "stalinlə ixtilal xatirələri" (iii)
![]()
![]()
![]()
Məhəmməd Əmin Rəsulzadə. "STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ" (II)
Bizdən hüsni-qəbul görməyən Şaumyan sonra Tiflisə getmiş, orada gürcü menşeviklərinin şiddətli bir müxalifətilə qarşılaşaraq təkrar Bakıya qayıtmış və burada eyni ilin 31 martında cəbhələrdən dönüb, Bakıda cəmləşmiş rus hərbi hissələrini təhrik edərək Bakıdakı türk və müsəlman əhali üzərində bir qətliam tərtib etmişdi.
Stalin indi bu hadisəyə işarə edirdi. Bununla o, bir tərəfdən 1918-ci ildəki mart faciəsinin bütün qəbahətini Şaumyanın boynuna yükləyir, digər tərəfdən də o zamanın erməni məsələsində alınan bolşevik istiqamətini sözarası tənqid etməklə türk-erməni ixtilafını istismar etmək istəyirdi.
Stalinə dedim:
Baxış sayı: 279
Açar sözlər: məhəmməd əmin rəsulzadə. "stalinlə ixtilal xatirələri" (ii)
![]()
![]()
![]()
Məhəmməd Əmin Rəsulzadə. "STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ"
İçindəkilər Ön söz
M. Əmin Rəsulzadə kimdir?
Çarlığa qarşı mücadilə yarım yüz il öncə
Azərbaycan Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalı
Moskva yolunda
Moskvada iki il
Moskvadan fərar
Baxış sayı: 281
Açar sözlər: məhəmməd əmin rəsulzadə. "stalinlə ixtilal xatirələri"
![]()
![]()
![]()
Məhəmməd Əmin Rəsulzadə. "MİLLİ DİRİLİK. AZƏRBAYCAN DAVASI" (II)
MİLLİ DİRİLİK - V -
Milliyyətin ümdə rüknünü təşkil edən şey dildir. Dil adətən hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Dil milliyyətin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amildir. Bir milliyyəti məhv edib aradan götürmək qəsdində olan siyasilərdə əsil bunun üçündür ki, təmsil (assimilyasyon) əməliyyatı icra edərkən ən birinci fikirlərini dilə verər və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edərlər. Qədim zamanlardakı insanlar daha mübtədi bir halda idilər. Din daha qüvvətli bir ictimai amil ədd olunurdu. Hakim millətləri özləri kimi etmək üçün dini tədbirlərə təvəssül ediyorlar və əlləri altındakı millətlərin etiqadına ilişiyorlardı. Halbuki, dildə daha mühüm bir qüvvəti-ictimai olduğunu dərk edən avropalılar bunun əksinə hərəkət etdilər. Dincə heç bir təzyiqdə bulunmayıb və yəqin ki, bu xüsusda şədid tədbirlər ittixaz eləməyib, bütün hümmətlərini ziri-hakimiyyətlərinə aldıqları millətləri milliyyətcə məhv etməyə qoyuldular. Bunu üçün də məzkur millətlərin dillərindən başlandı. Milli məktəblər təzyiq edildi, ana dili təhdid olundu.
Baxış sayı: 203
Açar sözlər: məhəmməd əmin rəsulzadə. "milli dirilik. azərbaycan davasi" (i)
![]()
![]()
![]()
Məhəmməd Əmin Rəsulzadə. "MİLLİ DİRİLİK. AZƏRBAYCAN DAVASI" (I)
Məqalələr, Nitqlər 1914-1954
İçindəkilər:
- Dirilik Nədir?
- Milli Dirilik
- Azərbaycan Davası
- Milli Azərbaycan Hərəkatının Xarakteri
- Mirzə Fətəli Axundzadə
- 1953-cü ilin 28 Mayında Azərbaycana xitab
- 1951-ci ilin 26 Avqustunda Azərbaycana xitab
- ADR-nın Qızıl Ordu Tərəfindən İstilaya Uğramasının 32-ci ildönümü Münasibəti ilə 1952-ci ildə yayımlanan xitabı.
- Ə. (Dudənginski)-Fətəlibəylinin qətli münasibətilə nitq.
Baxış sayı: 270
Açar sözlər: məhəmməd əmin rəsulzadə. "milli dirilik. azərbaycan davasi" (i)
![]()
![]()
![]()



