Oktyabr 28, 2007 17:35

Bu il anadan olmasının 200 illiyi qeyd olunan Mirzə Kazımbəyin (1802-1870) hələ gənc yaşlarından görkəmli şərqşünas, Rusiyada şərqşünaslıq elminin yaradıcıdarından biri, filoloq, islam tarixinin misilsiz bilicisi, məşhur tarixçi, filosof, etnoqraf kimi böyük şöhrət qazanması, heç şübhəsiz, Avropa alimlərinin nəzərindən qaçmamış, görünür elə bu səbəbdən də onun yaradıcılığı alimin bütün şüurlu həyatı boyu diqqətlə izlənilmiş, öyrənilmiş və yüksək qiymətini almışdır. Qeyri-adi fitri istedadı, 12 yaşında ikən fars və ərəb dillərini mükəmməl bilməsi, zəngin məlumatlılığı və biliyi sayəsində 17 yaşında özünün ilk elmi əsərini — "Ərəb dilinin qısa qrammatikası"nı yazmış gənc şərqşünas alim taleyin hökmü ilə 1823-cü ildə Həştərxanda şotlandiyalı missionerlərin — Makferson və Qlenin vasitəsilə xristianlığı qəbul etdikdən