Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

Oktyabr 27, 2007 21:20

  Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan (IV)

Müəllifi: Ataxan Əbilov

Qeyd edilən mənəvi və peşəkarlıq şərtlərilə yanaşı, hakimliyə namizədlər bir sıra digər tələblərə də cavab verməlidirlər:
1) Onlar Avropa Şurasının, o cümlədən, Məhkəmənin rəsmi dilləri hesab edilən ingilis və fransız dillərindən birini sərbəst bilməlidirlər.

2)  Onlar hakim seçildikləri dövr ərzində 70 yaş həddini aşmamalıdırlar.    Məhkəməyə hakimlər Avropa Şurasının Parlament Assambleyasında seçilirlər. Konvensiyanın 22-ci maddəsinə görə: "Hər bir razılığa gələn Yuksək Tərəf üzrə hakim, razılığa gələn Yuksək Tərəfin təqdim etdiyi üç namizəd siyahısından, Parlament Assambleyasının səs çoxluğu ilə seçilir". Parlament Assambleyasında formalaşan təcrübəyə görə, sessiyada iştirak edən deputatların nisbi səs çoxluğunu deyil, yalnız mütləq səs çoxluğunu (50%+1) qazanan namizəd hakim seçilmiş hesab olunur.

Davamı...
Oktyabr 27, 2007 21:12

  Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan. (III)

Müəllifi: Ataxan Əbilov  

Konvensiyanın 5-ci maddəsinin 2-5-ci hissələrində azadlıqdan məhrum edildikdən sonra şəxsin malik olduğu prosessual təminatlar müəyyən edilmişdir. Bu sıraya ilk  növbədə 5-ci maddənin ikinci bəndində təsbit edilən, həbs olunan hər bir şəxsə onun başa düşdüyü dildə həbsə almanın səbəbləri və ona qarşı irəli sürülmüş hər hansı ittiham barədə dərhal məlumat verilməsilə bağlı təminat aid edilir. Burada aşağıdakı cəhətlərə xüsusi diqqət yetirilir: 1) həbs olunan hər bir şəxsə həbsin səbəbləri və ona qarşı irəli sürülən hər hansı ittihamla bağlı məlumatın verilməsi (məzmun); 2) belə məlumatın şəxsə onun başa düşdüyü dildə verilməsi (forma); 3) belə məlumatın dərhal verilməsi (zaman). Qeyd edilən təminat 5-ci maddənin birinci hissəsinin a-f bəndində göstərilən bütün növ həbs və tutulmalara şamil edilir.

Davamı...
Oktyabr 27, 2007 20:11

  Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan. (I)

Müəllifi: Ataxan Abilov

"Cəmiyyət və Hüquq", İctimai Birliyi
Əlaqə: Telefon: (994-12) 97 13 78; 97 13 79;
E-maıl:
ataxanabilov@mail.com

İçindəkilər:

Ön söz 
I fəsil: Azərbaycan Respublikası Avropa Şurasının tam və bərabər- hüquqlu üzvüdür 
II fəsil: İnsan hüquqları sahəsində Avropa standartları və Azərbaycan Respublikasının qanunvericiliyi 
2.1. İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında 1950-ci il Avropa Konvensiyasının Azərbaycan Respublikasının  qanunvericilik sistemində yeri 

Davamı...


Yazılar cəmi: 3   


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com
PageRank