Cəlal Ale-Əhməd. "İRAN ZİYALISI VƏ TÜRK DİLİ PROBLEMİ"
Qələmin əsas vəzifəsi həqiqəti yazmaqdır. Bu prinsip dünyanın bütün qələm əhli ilə yanaşı fars yazarlarına da aiddir. Təəssüf ki, XX əsr fars yazarlarının əksəriyyəti təqribən bütün yüzillik boyu bütöv bir xalqın dilinə və mədəniyyətinə qarşı əsl müharibəyə ya göz yumublar, ya da bu müharibəni aparanların yedəyində gediblər. Bu azmış kimi mənşəcə azərbaycanlı olan bir çoxları öz qələmi ilə şovinist hakim dairələrin xidmətində dayanıb, onların siyasətini «əsaslandırmaq» üçün dəridən-qabıqdan çıxıb. Amma yaxşı ki, istisnalar da olub. Böyük İran yazıçısı və mütəfəkkiri Cəlal Ale-Əhməd kimi. Pəhləvi rejiminin qılıncının dalı da, qabağı da kəsdiyi, ifrat fars şovinizminin tüğyan etdiyi bir zamanda Cəlal haqqında əsərlər yazdığı ziyalılığın həqiqi nümunəsini göstərib, İranda Azərbaycan türklərinə qarşı yürüdülən «mədəni müstəmləkəçilik» (ifadə yazıçının özünə məxsusdur – M.M.) siyasəti barədə həqiqəti söyləməkdən və qələmə almaqdan çəkinməyib.
Davamı...