Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

Noyabr 4, 2007 11:10

  Kobo Abe. "Qumluqdakı qadın" roman (Ardı. III)

"Alatoran" Jurnalının təqdimatında.  Ruscadan çevirən: Balaxan Nəzərov

21______________________________________

Görünür, o, başdan ayağa tər və acılaşmış balıq yağını xatırladan selik içində, yerində narahat-narahat qurcalanıb, bir müddət mürgüləmişdi. Yuxu görürüdü. Yuxusunda sınmış stəkan, döşəməsi işlənməkdən dağılmış dəhliz, unitazı ağzınadək nəcislə dolu ayaqyolu, bütün yuxusu boyu su səsi eşitsə də, heç cür tapa bilmədiyi vanna otağı görürdü. Tanımadığı bir kişi əlində su qabı harasa qaçdı. O, kişidən bir qurtum su istədi, əvəzində kişi ona acıqla baxıb, çəyirtkə kimi çapa - çapa getdi.
Kişi oyandı. Nəsə isti və yapışqanlı bir şey dilini yandırırdı. Susuzluq yaman qayıtdı... Su!..

Davamı...
Noyabr 4, 2007 11:06

  Kobo Abe. "Qumluqdakı qadın" roman (Ardı. II)

"Alatoran" Jurnalının təqdimatında.              Ruscadan çevirən: Balaxan Nəzərov

İkinci hissə             11______________

Dzyab, dzyab, dzyab, dzyab.
Bu nə cingiltidir?
Zınqırov cingiltisi.
Dzyab, dzyab, dzyab, dzyab.
Bu nə səsdir?
İblisin səsi.

Qadın xəfif səslə nəsə zümzümə edirdi. O, su bakının dibindəki çöküntünü yığa-yığa, yorulmadan eyni ibarəni təkrar edirdi.

Davamı...
Noyabr 4, 2007 11:00

  Kobo Abe. "Qumluqdakı qadın" roman (I)

"Alatoran" Jurnalının təqdimatında. ruscadan çevirən: Balaxan Nəzərov
 

Birinci hissə

1 ________________________________

Avqust günlərindən birində bir nəfər qeyb oldu. O, məzuniyyətini burdan qatarla yarım günlük məsafədə yerləşən dəniz kənarına səyahətə həsr etmək istəyirdi və o gündən onun izi-sorağı itdi. Nə polisin axtarışı, nə də qəzetlərdə verilən elanlar heç bir nəticə vermədi.
Ümumiyyətlə, adam itkisi elə də nadir hadisə deyil. Statistikaya görə, hər il qəzetlərdə bir neçə yüz itkin düşmüş adam haqqında məlumat çap edilir. Və nə qədər qəribə olsa da, tapılanların faiz göstəricisi elə də böyük deyil.

Davamı...


Yazılar cəmi: 3   


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com
PageRank