Geqarkunik vilayətinin Karçaxbür kəndində anadan olub (1963). X.Abovyan adına Yerevan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. İlk hekayəsi «Mən nağıl olanda» adı ilə 1974-cü ildə «Pioner kanç» qəzetində, ilk kitabı «Əbədiyyət» isə 1966-cı ildə nəşr olunub. 2002-ci ildə nəsr əsərlərindən ibarət «Əsrin sonunda bazar ertəsi», 2006-ci ildə isə «Həyatdan xəbərlər» kitabları çapdan çıxıb. «Harmoniya» pyesi İranda tamaşaya qoyulub.ERMƏNİSTAN 
Susanna Arutyunyan yersiz səs-küy, sərt tənqid, yaxud boğazdanyuxarı təriflər olmadan erməni ədəbiyyatının tanınmış müəlliflərindən birinə çevrildi. Sadəcə, onun öz materialının olması hekayədən – hekayəyə daha aydın görünməyə başladı, ifadə vasitələrindən ciddi və məqsədyönlü istifadə isə müəlliflə yanaşı, oxucunun da hadisələrin iştirakçısı olması effekti yaradır.


