
Avqustun 8-də respublikamızın ictimaiyyəti görkəmli uroloq-alim və pedaqoq, Dövlət mükafatları laureatı, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Mirməmməd Cavadzadəni son mənzilə yola salmışdır. Mahmud Kaşğarlı-1000. Azərbaycan üzrə keçirilən beynəlxalq hekayə müsabiqəsinin qalibləri
Avqustun 7-də Azərbaycanda Atatürk Mərkəzində Mahmud Kaşğarlının 1000 illiyi münasibətilə Azərbaycan üzrə keçirilən beynəlxalq hekayə müsabiqəsinin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib.
“Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli müsabiqənin münsiflərini və şərtlərini açıqlayıb: “Müsabiqədə iştirak üçün 36 yazar müraciət edib. Onların 3-ü müsabiqənin şərtlərini pozduğuna görə kənarda qalıb. Müsabiqəyə 33 yazarın 43 hekayəsi buraxılıb. İntiqam Qasımzadə, Bəsti Əlibəyli, Rəşad Məcid, Qulu Ağsəs və Elçin Hüseynbəylinin təmsil olunduğu münsiflər heyəti şərti adla təmsil olunmuş yazarların hekayələrini 10 ballıq cədvəl əsasında qiymətləndirib”. Münsiflər heyəti bağlı zərfləri açaraq, şərti adlarla ilk dörd yeri tutan müəlliflərin adlarını açıqlayıblar. Beləliklə, I yeri “Ədnan” imzalı “Salam, baça” hekayəsinin müəllifi Zakir Sadatlı, II yeri “Toğrul Oğuzxan” imzalı
Avqustun 2-də yayımlanan “Yazar” qəzetində dərc olunan köşə yazısında yer alan bəzi
fikirlərə görə Dalğa Xatınoğlu Azad Yazarlar Ocağının (AYO) üzvlərindən və müstəqil yazarlardan üzr istəyib. Bu barədə D.Xatınoğlunun “Kultaz”-a ünvanladığı məktubda deyilir.Müəllif bildirir ki, qəzet çapa hazırlanan son dəqiqələrdə yaradıcı kollektivdən təcili bir yazı yazılması xahişi alıb, buna görə də adıçəkilən köşənin çox tələsik yazmaq zorunda qalıb ki, bundan dolayı yazıda bir çox hərf səhvləri, yanlış və tələsik fikirlər yer alıb.
Ayrıca yazıda yer alan “AYO və müstəqil yazarlar. Məncə, içlərində yeganə istedadlı şair Aqşindir və yanlız Azad Yaşarı ədəbiyyatçı ünvanı ilə çağırmaq olar. Qalanı işsizlikdən təsadüfi olaraq ədəbiyyat aləminə qoşulub” fikrinə görə də müəllif üzr istəyir. Dalğa Xatınoğlu “Kultaz”a göndərdiyi məktubunda yazır: “”Qalanı” kəlməsinə görə dəfələrlə üzr istəyirəm, əslində əksəri demək istəyirdim. Rasim Qaraca, Murad
Dekabrın 2-dən 3-dək Bakıda Avropa ölkələrinin mədəniyyət nazirlərinin toplantısı keçiriləcəkdir.
Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat vermişdir.
Nazir demişdir ki, toplantıya Avropa və Asiya ölkələrinin mədəniyyət nazirləri, eyni zamanda beynəlxalq təşkilatların nümayəndələri də dəvət olunacaqlar.
Heydər Əliyev adına sarayda bərpa işləri qrafikə uyğun aparılır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dediyinə görə, dünya standartlarına
Məşhur Rusiya yazıçısı və dissidenti Aleksandr Soljenitsın vəfat edib.
A. Soljenitsın bazar günü Moskva vaxtı ilə saat 23.45-də öz evində dünyasını dəyişib. Ölümə kəskin ürək çatışmazlığı səbəb olub.
A. Soljenitsın 1918-ci ildə Kislovodsk şəhərində anadan olub. Rostov Universitetinin fizika-riyaziyyat, Moskva Fəlsəfə İnstitutunun tarix və ədəbiyyat fakültələrini bitirib. Böyük Vətən Müharibəsində iştirak edib. 1945-ci ilin fevralınadək döyüşərək kapitan rütbəsinə qədər yüksəlib. Ancaq bir dostuna
Niyə Elçin Hüseynbəyli əvvəl narazı, indi razıdır?
Mahmud Kaşğarinin 1000 illiyi münasibətilə Azərbaycan üzrə keçirilən beynəlxalq hekayə müsabiqəsi başa çatıb. Azərbaycanda təşkilatçısı «Ulduz» jurnalının baş redaktoru Elçin Hüseynbəylinin APA-ya verdiyi məlumata görə, müsabiqədə iştirak üçün 36 yazar müraciət edib. Onların 3-ü müsabiqənin şərtlərini pozduğuna görə kənarda qalıb. Müsabiqəyə 33 yazarın 43 hekayəsi buraxılıb. İntiqam Qasımzadə, Bəsti Əlibəyli, Rəşad Məcid, Qulu Ağsəs və Elçin Hüseynbəylinin təmsil olunduğu münsiflər heyəti şərti adla təmsil olunmuş yazarların hekayələrini 10 ballıq cədvəl əsasında qiymətləndirib.
Münsiflərin son iclasında aşağıdakı şərti adlar ilk dörd yeri tutublar:
| Логотип премии The Man Booker Prize |
Azərbaycanın gənc və istedadlı rejissorlarından biri olan Alina Abdullayevanın “Çalış nəfəs alma” filmi İtaliyada keçirilən beynəlxalq film festivalının qalibi olub. Film “Ən yaxşı qısametrajlı film” nominasiyasında “ən yaxşı rejissor işinə görə” mükafatlandırılıb.
Qeyd edək ki, film “Dərviş” prodüsser mərkəzinin istehsalıdır. Baş rollarda Fəxrəddin Manafov və və “Unformal” rok qrupunun solisti Dilarə Kazımova çəkilib.
Как передает Day.Az, в Италии завершился Международный кинофестиваль короткометражного кино «Salento Finibus Terrae-2008».
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yeni müsabiqə keçiriləcəyini elan etmişdir. 2008-ci il sentyabrın 1-dən 2009-cu il aprelin 1-nə qədər davam edəcək bu müsabiqədə qələbə uğrunda dramaturqlar mübarizə aparacaqlar. İddiaçıların yaş “senzi” də müəyyən edilmişdir – yaşı 35-dən yuxarı olan şəxslər müsabiqəyə buraxılmır.
Tələblər ənənəvidir: dram əsərləri yüksək bədii səviyyəsi və məzmunu ilə seçilməlidir.
Müsabiqədə iştirak etmək üçün nazirliyə təqdim edilən sənədlər iki zərfə qoyulmalıdır. Birinci zərfdə əsərin kompyuterdə yığılmış mətni (imzasız) və müəllifin tərtib etdiyi bir səhifəlik annotasiya, ikinci zərfdə isə müəllifin şəxsiyyətini təsdiq edən sənədlərin surəti, onun adı (ədəbi təxəllüsü), ev ünvanı və əlaqə telefonları göstərilən sənəd olmalıdır.
«Ulduz» jurnalının baş redaktoru Elçin Hüseynbəyli APA-ya açıqlamasında
Azərbaycanın Mahmud Qaşğari adına beynəlxalq hekayə müsabiqəsindən uzaqlaşdırıla biləcəyi barədə açıqlama ilə çıxış edib. O bunu Azərbaycanın müsabiqənin şərtlərini pozması ilə əlaqələndirib.
Açıqlamaya görə, Mahmud Qaşğarinin 1000 illiyinə həsr edilən bu müsabiqənin birinci mərhələsinin qalibi ikinci mərhələdə iştirak etmək hüququ qazanacaq. E.Hüseynbəyli deyib ki, müsabiqənin şərtinə əsasən, iştirakçı və münsiflərin adları açıqlanmamalı, hekayələr şərti imza ilə təqdim edilməlidir: «Təəssüf ki, Azərbaycanda münsiflər heyətinə müxtəlif təsirlər var. Təzyiq göstərən belə iştirakçı və münsifin adları da son anda açıqlanacaq».
Davamı...
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, İranda çıxan “Musiqi” jurnalında tanınmış jurnalist Mehdi Sitatişgərin Azərbaycanın xalq artisti, istedadlı muğam ifaçısı Alim Qasımovla geniş müsahibəsi dərc edilmişdir.
“Şərq musiqisinin dahisi” sərlövhəli müsahibədə xalq artisti A.Qasımov xalqımızın zəngin milli muğam və musiqi sənəti, onun ecazkar qüdrəti ilə bağlı fikirlərini açıqlamış, öz ifaçılıq sənəti barədə ətraflı məlumat vermiş və bununla bağlı sualları cavablandırmışdır.
Eyni zamanda, jurnalın üz qabığında A.Qasımovun irihəcmli fotoşəkli verilmişdir.
AzərTAc xəbər verir ki, “Zəkioğlu” nəşriyyatı Fridrix Nitsşenin “Hakimiyyət əzmi: bütün dəyərlərin yenidən qiymətləndirilməsi təcrübəsi” kitabını buraxmışdır. Nəşrə dahi alimin “Yolçu və kölgəsi” əsəri də daxil edilmişdir.
Nəzəri-fəlsəfi əsər olan “Hakimiyyət əzmi”ndə filosof qəribə olduğu qədər fərqli, insan təfəkkürünün üfüqlərini genişləndirən fikirləri çox qabardır. Burada nihilizm, dekadansın mahiyyəti, əxlaq, ağıl, şüur, iradə, hökmranlıq, güc, habelə ideal, reallıq, zəiflik və s. kimi məsələlər, kateqoriyalar geniş fəlsəfi şərhini tapmışdır.
BAKIDA AVROPA ŞURASI MƏDƏNİYYƏT NAZİRLƏRİNİN KONFRANSI KEÇİRİLƏCƏKDİR
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə dekabrın 2-3-də Bakıda Avropa Şurası mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında sülhün və davamlı inkişafın əsasıdır” mövzusunda konfransı keçiriləcəkdir.
Konfrans çərçivəsində dekabrın 4-də Bakıda Avropa Şurasının mədəniyyət üzrə rəhbər komitəsi bürosunun və Avropa Şurasının Kiyev Təşəbbüsü Regional Proqramının milli əlaqələndiricilərinin növbəti görüşləri, dekabrın 4-5-də isə Avropa Şurasına üzv dövlətlərin milli müəlliflərinin “Avropada mədəniyyət siyasəti və təmayülləri kompendiumu” layihəsinin 10 illik yubileyinə həsr olunmuş iclası keçiriləcəkdir.
Konfransın və digər tədbirlərin keçirilməsindən əsas məqsəd həm Avropa Şurasına, həm İSESKO-ya üzv kimi Avropa ilə İslam dünyası arasında mədəniyyət körpüsü rolunu oynamaq və iki sivilizasiya arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan
AzərTAc xəbər verir ki, jurnalist, qanlı 20 Yanvar hadisələrinin və Qarabağ müharibəsinin canlı şahidi Gülbəniz Arifqızının (Beniz Spencer) “Əsirlikdə qalan kəndim” kitabı çapdan çıxmışdır.
Kitabın təqdimat mərasimində Ombudsman Aparatı mətbuat xidmətinin rəhbəri, yazıçı-publisist Zemfira Məhərrəmli, şair Çingiz Əlioğlu və başqaları çıxış edərək bildirmişlər ki, başı müsibətlər çəkmiş Füzuli mahalının səmasında qara buludlar görünəndə Bakıda ali təhsilini başa vuran G.Arifqızı tez-tez ata yurduna baş çəkmiş, hərbi hissələrə, batalyonlara gedərək, ön xətdəki
Ölkəmizin İordaniya Haşimilər Krallığındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, iyulun 3-dən 6-dək Azərbaycanın mədəniyyət və turizm naziri Ə.Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti İordaniyada rəsmi səfərdə olmuşdur.
Səfər çərçivəsində Ə.Qarayev İordaniya Kralının Divanının rəhbəri B.Avadallah, mədəniyyət naziri xanım N.Bəkir, turizm naziri xanım M.Xatib ilə görüşlər keçirmiş, Krallığın mədəniyyət və turizm sahəsindəki imkanları ilə tanış olmuşdur.
İyulun 3-də İordaniya Kralının Divanının rəhbəri B.Avadallah ilə keçirilən görüşdə Ə.Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin Kral II Abdullaha səmimi salamlarını çatdırmış və İordaniyanın dövlət başçısına ünvanladığı məktubunu təqdim etmişdir. Ə.Qarayev sürətlə inkişaf edən ikitərəfli münasibətlərə toxunaraq, ölkə Prezidenti İlham Əliyevin 2007-ci il iyulun 29-30-da İordaniyaya rəsmi səfərindən sonra bu əlaqələrin
İyunun 28-dən 30-dək Türkiyənin İğdır vilayətində “Beynəlxalq türk mədəniyyətində Ağrı dağı” mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə ölkəmizi akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Əbülfəz Amanoğlu, AMEA Folklor institutunun direktoru, filologiya elmləri doktoru Hüseyn İsmayılov və Naxçıvan mərkəzi kitabxanasının direktoru, filologiya elmləri namizədi Yusif Səfərov təmsil etmişlər.
İki gün İğdırda, sonrakı gün isə Naxçıvanda davam etdirilən konfransda 30-a yaxın məruzə dinlənilib müzakirə olunmuşdur. Beynəlxalq tədbirdə İ.Həbibbəylinin “Qafqaz-rus mənbələrində Ağrı dağı”, H.İsmayılovun “Folklorda Ağrı dağı obrazı və erməni saxtakarlığının mənəvi-ideoloji mahiyyəti”, Ə.Amanoğlunun “Ağrı dağı çevrəsində qədim türk toponimləri”, Y.Səfərovun “Azərbaycan folklorunda Nuhun tufanı və Ağrı dağı əfsanələri” mövzularında məruzələri xüsusi maraqla qarşılanmışdır.
![]() |
Şəkildə: «Miss Azərbaycan 2006» müsabiqəsindən |
QayNar: Xəbər verildiyi kimi, orta ixtisas məktəblərinə orta təhsil bazasından (11 illik) tələbə qəbulu respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır.
"Qaynar.info" AzərTAc-a istinadən xəbər verir ki, ixtisas seçimi avqustun 10-dan 15-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı ali məktəblərin boş qalan plan yerlərinin ixtisaslarının da kodlarını göstərə bilərlər.
KultAz: Azərbaycan rəngkarlığının görkəmli nümayəndəsi, xalq rəssamı, Dövlət mükafatı laureatı, Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin sabiq sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Nadir Qəmbər oğlu Əbdürrəhmanov 2008-ci il iyul ayının 26-da ömrünün 83-cü ilində vəfat edib.Mərhumun cənazəsi 2008-ci il iyulun 27-də saat 15.00-da Tərlan Əliyarbəyov küçəsindəki 2 nömrəli binadan götürülüb.
Dəfn mərasimi Fəxri xiyabanda keçirilib.
Bioqrafiyası:
Nadir Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçında anadan olub.
Davamı...E-mənbə: http://kultaz.com/2008/07/27/boyuk-8ler-ve-balaca-usaq-fotoreportaj/
Abbas Atilay təqdim edir
Yüksək inkişaf etmiş 8 div ölkənin liderləri “Böyük 8-lər”-in illik zirvə görüşü üçün 3 günlük Yaponiyaya, Hokkaido adasına toplaşdı. Yenə Qlobal İstiləşmə, Afrikanın yoxsulluğu, bəzi aftoritar ölkələrdəki seçki saxtakarlığı, neft qiymətlərinin durmadan artımı, yeni doğulmuş qida böhranı - yəni hamımızın anladığımız kimi dəyişməyən, nəticəsiz problemlər uzun-uzadı müazkirə edildi. Keçən il də belə olmuşdu, o biri il də, gələn il də belə olacaq, o biri il də. Amma aramızda dolaşan reallıq odur ki, insan hələ də azad deyil dünyamızda.
Davamı...Alim Qasımov: “Yaponların muğama qulaq asıb ağlayacağını gözləmirdim”
Azərbaycanın xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova ilə birgə iyulun 13-21-də Yaponiyanın Osaka və Tokio şəhərlərində konsert proqramı ilə çıxış edib.
Xalq artisti bu konsertin yaradıcılığında yeni bir mərhələ olduğunu bildirib: “Minillik mədəniyyəti olan Uzaq Şərqdə Azərbaycan muğamlarının necə qarşılanacağı özüm üçün də maraqlı idi. Açığı, alqışlar gözləyirdim, amma yaponların ağlaması heç ağlıma gəlməzdi. Onlar öz hisslərini büruzə verməyi xoşlamayan xalqdır, heç yaslarında da ağlamırlar,
“Fikir Antologiyası" seriyasından növbəti kitab
QayNar: “Zəkioğlu” nəşriyyatı "Fikir antologiyası" seriyasından Fridrix Nitsşenin “Hakimiyyət əzmi: bütün dəyərlərin yenidən qiymətləndirilməsi təcrübəsi” kitabını buraxıb. Nəşrə dahi alimin “Yolçu və kölgəsi” əsəri də daxil edilib.
Nəzəri-fəlsəfi əsər olan “Hakimiyyət əzmi”ndə filosof qəribə olduğu qədər fərqli, insan təfəkkürünün üfüqlərini genişləndirən fikirləri çox qabardır. Burada nihilizm, dekadansın mahiyyəti, əxlaq, ağıl, şüur, iradə, hökmranlıq, güc, habelə ideal, reallıq, zəiflik və s. kimi məsələlər, kateqoriyalar geniş fəlsəfi şərhini tapmışdır.
| Акутагава Рюноскэ. Фото с сайта ndl.go.jp |
Yol polisi ilə gənc xanım arasında romantik məhəbbət...
QayNar: Emin Ağalarov "Stick Together" adlı yeni mahnısına Nyu-York-da klip çəkdirib. "Qaynar.info"-nun məlumatına görə, klipin rejissoru amerikalı Pol Koem Alendir. Bu rejissor bir çox tanınmış dünya ulduzlarına kliplər çəkib.
Klipin süjeti də çox maraqlıdır. Süjetdə yol hərəkəti qaydalarını pozan xanım sürücü ilə yol polisi arasında ilk baxışdan başlanan romantik məhəbbət təşkil edir. Rolları Emin Ağalarovla Leyla Əliyeva ifa edir. // T.İsmayılov, QayNar
Yazıçının romanda İslam dinini və peyğəmbəri təhqir etdiyi iddia edilir
Türkiyədə Nedim Gürsel adlı yazıçının bu ilin mart ayında çap edilən və qısa müddətdə 20 min nüsxədə satılan \"Allahın Qızları\" adlı romanı haqqında Şişli Prokurorluğu istintaqa başlayıb.
CNN Türk-ün məlumatına görə, yazıçının romanda İslam dinini və peyğəmbər Həzrəti Məhəmmədi təhqir etdiyi iddia edilir.
Qeyd edək ki, Türkiyə Cəza Qanununun 216-cı maddəsinin 3-cü bəndi, \"Xalqın bir seqmentinin mənimsədiyi dini dəyərləri alçaldan adamı, hərəkətin cəmiyyətdəki sabit vəziyyəti pozmağa əlverişli olması halında altı aydan bir ilə qədər həbs cəzasını\" nəzərdə tutur.
«QIZIL KƏLMƏ ƏDƏBİ MÜKAFATI»NA DÖRD NOMİNASİYA ÜZRƏ ƏSƏRLƏRİN QƏBULU ELAN EDİLİR
Mədəniyyət və Turizm Nazirliyi yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin daha səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə «Qızıl Kəlmə Ədəbi Mükafatı» təsis edilmişdir.
«Qızıl Kəlmə Ədəbi Mükafatı»na aşağıdakı janrlarda yaradılmış və toplu halında çap edilmiş əsərlər təqdim oluna bilər:
bədii nəsr (roman, povest, hekayə və hekayələr silsiləsi); poeziya əsərləri (poema, şeirlər və mahnı mətnləri); tənqid, ədəbiyyatşünaslıq və publisistika əsərləri; orijinaldan bədii tərcümə əsərləri.
Mükafat Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin xarici ölkə

İyunun 24-də Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, Azərbaycan Dövlət Musiqili Komediya Teatırında XX əsr poeziyamızın görkəmli nümayəndəsi, böyük ilham sahibi, nakam taleli Mikayıl Müşfiqin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsi keçirilmişdir.
Teatrın foyesində Mikayıl Müşfiqin həyat və yaradıcılığını əks etdirən sərgi təşkil olunmuşdu. Sərgidə şairin latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunmuş 3 çildlik əsərləri, “Həyat sevgisi”, “Yenə o bağ olaydı”, “Əbədiyyət nəğməsi” kitabları, şair haqqında yazılmış monoqrafiyalar və fotolar nümayiş etdirilirdi.
İyunun 18-də Bakıda Bədii Sərgi Salonunda Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət Günləri çərçivəsində karikatura sərgisi açılmışdır.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanda karikaturanın yaranma tarixindən danışmışdır. O bildirmişdir ki, karikatura bizə özümüzü və ətrafdakıları gözlənilməz, fərqli nəzər nöqtəsindən göstərir, müəllifin mənsub olduğu cəmiyyətin və dövrün nöqsanlarını aydın şəkildə əks etdirir.
Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya nazirinin müavini Əbubəkr Bahadur sərgidə nümayiş olunan karikaturalar haqqında məlumat vermişdir ki, rəsmlər nəinki Krallığın, eyni zamanda, müasir dünyanın ictimai-siyasi, sosial həyatında olan nöqsanları satirik vasitə ilə göstərir.
19 июня 2008 года в российской столице стартовал юбилейный - тридцатый - Московский международный кинофестиваль.
Davamı...
AzərTAc xəbər verir ki, iyunun 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasında Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət Günlərinin açılışı olmuşdur.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirmişdir ki, mədəniyyət günləri çərçivəsində keçiriləcək tədbirlər iki ölkə arasında mədəni əməkdaşlığın möhkəmlənməsinə yeni təkan verəcəkdir.
İyunun 6-da uzun müddətdən bəri xəstəlikdən əziyyət çəkən məşhur qırğız yazıçısı, canlı klassik, türkdilli xalqların fəxri Çingiz Aytmatov vəfat edib.
Yazıçı may ayının ortalarında "böyrək çatışmamazlığı" diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Son günlər isə müalicəsini Almaniyanın Nürnberq klinikasında davam etdirirdi.
"Çingiz Aytmatovun dəfn mərasimi şənbə günü Bişkekdə həyata keçiriləcək. Amma yazıçının hansı məzarlıqda torpağa tapşırılacağı hələ bəlli deyil" - deyə yazıçının məsləhətçisi Alimjan Mirzəyev bildirib.
GUAM ölkələri yazıçılarının I Bakı görüşünün iştirakçıları iyunun 4-də Heydər Əliyev Fondunda olmuşlar. 
AzərTAc xəbər verir ki, iyunun 1-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Şərq-Qərb” X Beynəlxalq Bakı kinofestivalının təntənəli açılış mərasimi olmuşdur. Azərbaycan Kinematoqrafçılar İttifaqı Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Assosiasiyası (IFA-SC) ilə birlikdə iyunun 10-11-də “Cənubi Qafqazın sənədli kinosunun yaxşılaşdırılması” mövzusunda treninqlər təşkil edirlər. Treninqləri rejissorlar - sənədli kino ustaları Rolf Ortel (Hollandiya) və Janna Bertu (İsveçrə) keçirəcəklər. Onlar insanın görünməmiş imkanlarının, yaradıcılıq qabiliyyətlərinin inkişafına və bunların təcrübədə tətbiqinə yönəldilmişdir.
Birinci tədbirin mövzusu “Əhvalatın danışılmasının beş üsulu”nun təhlili olacaqdır. Təşkilatçıların ideyasına görə, tədbirdə iştirakçılar əks etdirilən əhvalatın söylənilməsinin müxtəlif üsullarını təhlil etməlidirlər. İkinci treninq “Az məbləğdə pul və gözəl ideyalar, yaxud sizin ölkənizdə hansı filmlər çəkilməlidir”, “Beynəlxalq auditoriyanı da maraqlandırmaq üçün mövzuları necə müzakirə etmək lazımdır”, “Filmi necə daha səmərəli etməli?” mövzularına həsr olunacaqdır.
Mayın 30-da publisist Rəhilə Gülgünün görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevə həsr olunmuş “Göylər adamı” (Esse-araşdırma. Yeni yozum) kitabının və M.F.Axundov adına Milli Kitabxananın hazırladığı “Mir Cəlal irsi” elektron biblioqrafik göstəricisinin təqdimat mərasimi keçirilmişdir.
ABŞ paytaxtının meri Adrian Fenti mayın 28-ni Vaşinqtonda Azərbaycan Günü elan etmişdir. Bu qərarı əks etdirən bəyannaməni merin xarici əlaqələr üzrə müavini Stefani Skott Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkil etdiyi bayram ziyafətində səfir Yaşar Əliyevə təqdim etmişdir.
Mer Vaşinqtonda yaşayan Azərbaycan icmasına təbrik göndərmiş və şəhərin bütün sakinlərini Azərbaycanın milli bayramını qeyd etməyə çağırmışdır. Adrian Fenti, həmçinin ölkəmizin Vaşinqtondakı səfirliyinə şəhərin təhsil və mədəni həyatında, o cümlədən Vaşinqtonun orta məktəbləri ilə işləyən himayədarlıq proqramında iştirak etdiyi üçün minnətdarlığını

Belqradda “Avroviziya-2008” mahnı müsabiqəsi başa çatmışdır. AzərTAc xəbər verir ki, mayın 26-da Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı ilə ənənəvi VIII Bakı Kitab Bayramı keçiriləcəkdir.
Bayramın Təşkilat Komitəsindən bildirmişlər ki, Azərbaycan Xalq Cümhuriyyətinin 90 və görkəmli yazıçımız Mir Cəlal Paşayevin anadan olmasının 100 illik yubileylərinə həsr edilmiş tədbirdə “İlin kitabı” Kulturoloji müsabiqəsinin qalibləri mükafatlandırılacaq, ölkəmizdəki nəşriyyatların və müəlliflərin iştirakı ilə yeni kitabların, habelə gənc yazıçıların əsərlərinin sərgisi nümayiş olunacaq, müəlliflərlə naşirlərin, yazıçılarla oxucuların görüşü keçiriləcəkdir.
Elnur Hüseynov və Samir Cavadzadə cütlüyü möhtəşəm çıxış etdi
QayNar: Həyacanla gözlədiyimiz "EuroVision-2008" mahnı müsabiqəsi nəhayət ki, başladı. Azərbaycanın ilk dəfə iştirak etdiyi bu möhtəşəm mahnı müsabiqəsi Serbiyanın paytaxtı Belqradda Bakı vaxtı ilə saat 12-00-da start götürdü. Azərbaycanı təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə 7 nömrə altında möhtəşəm "Day after day" parçasını təqdim etdilər. Zaldan "Azərbaycan" sədaları eşitmək çox xoş idi. Sonda səsvermə anları da həyacanlı keçdi.
Davamı...Mayın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin (keçmiş Asəf Zeynallı adına musiqi məktəbi) yaradılmasının 110 illik yubileyi qeyd edilmişdir.
Kollecin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov əlamətdar hadisə münasibətilə həmkarlarını təbrik etmiş, ölkəmizin musiqi həyatında qocaman musiqi təhsili ocağının xidmətlərindən danışmış, onun ötən illərdəki fəaliyyətinin bəzi məqamlarından söz açmışdır. Bildirmişdir ki, mədəniyyətimizin, musiqi sənətimizin böyük himayədarı və qayğıkeşi, bu günlərdə 85 illik yubileyini dərin hörmət və məhəbbətlə qeyd etdiyimiz ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanda
BAKIDA AVROPA FİLMLƏRİ HƏFTƏSİ KEÇİRİLƏCƏKDİR [18 May, 2008 00:57:22] AzərTAc xəbər verir ki, mayın 19-dan 26-dək Fransanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıda “Mövqeli film” mövzusunda Avropa filmləri həftəsi keçiriləcəkdir... |
“ZOLOTOY VİTYAZ” BEYNƏLXALQ KİNOFORUMUNDA AZƏRBAYCAN FİLMİ DƏ NÜMAYİŞ ETDİRİLƏCƏKDİR [18 May, 2008 00:51:06] AzərTAc “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, burada 2007-ci ildə rejissor Tahir Əliyevin quruluşunda istehsal olunmuş “Səhra gülü” sənədli filmi Moskvada ... |
26 May, 2008-ci il Saat 14 00-da
M.F.Axundov adına Milli Kitabxanada

Mayın 25-də Sankt-Peterburqda “Musiqi Olimpi” festivalı başlanacaqdır. Hər il keçirilən bu festival son illərin ən nüfuzlu beynəlxalq müsabiqələrinin qaliblərini rusiyalı tamaşaçılara təqdim edir. Dünyanın 14 ölkəsindən olan 25 gənc musiqiçinin iştirak edəcəyi builki festivalda Azərbaycanı beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, dirijor Eyyub Quliyev təmsil edəcəkdir.
Festival konsertləri Rusiyanın “şimal paytaxtı”nın ən yaxşı akademik salonlarında – Sankt-Peterburq filarmoniyasının Böyük zalında, İ.M.Qlinka adına Akademik Kapellada və Ermitaj Teatrında olacaqdır. Festivalın ilk günündə E.Quliyevin dirijorluğu ilə Dövlət Ermitajının orkestri A.Petrovun simfonik orkestr üçün “Vivat, Olimp!” uvertürasını, L.Şporun klarnet və orkestr üçün 4 nömrəli Mi Minor konsertini, F.Martenin trombon və orkestr üçün balladasını, P.Çaykovskinin 1 nömrəli kvartetindən “Andante Cantabile”ni,