İyul 22, 2008 13:35
«Media forum» saytı Moskvada fəaliyyət göstərən «Şəhriyar» ədəbi-ictimai məclisinin bir sıra üzvlərinin şeirlərini oxucuların diqqətinə çatdırır. Toplunu sayta «Şəhriyar» məclisinin sədri, Moskva Dövlət Açıq Universitetinin professoru, Beynəlxalq Jurnalistlər İttifaqının üzvü Üfüq Muxtarov təqdim edib.
Sabir ABDULLA

Ay mәnim eloğlum, şeir yazanım,
Sorursan necәdir doğma şәhәr, kәnd.
Davamı...
İyul 14, 2008 20:57
( Millətimin fədakar oğlu Əhməd Obalıya anasının vəfatına görə başsağlığı verib və bu hekayəni Güney Azərbaycan uğrunda mübarizə aparan bütün millətçilərin analarına ittihaf edirəm.)
Dəfələrlə həbs olunub, işgəncəyə məruz qalsam da, amma evimizi tərk edib və özümə başqa sakit, əl-ayaqdan uzaq bir yerdə məskən seçmək fikrim yox idi. Lakin son işgəncə əvvəlkilərdən betər oldu. Məni İranın xüsusi təhlükəsizlik orqanının nümayəndələri tərəfindən həddələyib bildirdilər ki, ölkəni tərk etməsən, ölümünü gözünün qabağına al!
Nə qədər düşünsəm də, hər halda seçim qapıları üzümə bağlı idi. Ağır iqtisadi, siyasi duruma görə, Güney Azərbaycanı tərk etməkdən başqa əlacım qalmırdı. Mənlə çiyin - çiyinə mübarizə aparan onlarla milli fəal artıq ölkəni tərk edib xaricə mühacirət etmişdilər. Əlbəttə, öz xoşlarına yox. Belə demək mümkünsə, rejimin küçə -
Davamı...
Oktyabr 21, 2007 20:26
"Yaxın gələcəkdə - bir, uzağı iki ilə İrandakı dəyişikliyi hər kəs görəcək"
Güney Azərbaycan Milli Hərəkatının lideri, professor Mahmudəli Çöhrəqanlı
1961-ci ildə Güney Azərbaycanın (İran) Şəbistər şəhərinin Çöhrəqan kəndində müəllim ailəsində anadan olub. Babası Səttarxan Çöhrəqanlı Güney Azərbaycanın 3 böyük inqilabının; Məşrutə (1911), Xiyabani (1920) və Pişəvəri (1945) hərəkatlarının fəallarından olub. M.Çöhrəqanlı ilk təhsilini Şəbistərdə, orta təhsilini isə Təbrizdə alıb. O, Güney Azərbaycan kəndlərində müəllimlik etməklə bərabər, Təbriz Universitetinin Dil və Ədəbiyyat fakultəsində təhsilini davam etdirib.
Davamı...
Oktyabr 21, 2007 18:52
İranın inqilab tarixində görkəmli yer tutan böyük alim, mütəfəkkir və siyasətçi Şeyx Məhəmməd Xiyabani 1879-cu miladi tarixdə Təbriz şəhəri yaxınlığında yerləşən Xamnə qəsəbəsində anadan olmuşdur.
Davamı...
Oktyabr 20, 2007 22:30
Sirus Mədədi. Güney Azərbaycan Milli-demokratik hərəkatı liderlərinin SSRİ rəhbərliyinə məktubu
Aşağıda mətnini verdiyimiz sənəd Azərbaycan Milli hökuməti rəhbərlərinin 17 azər 1325-ci il (8 dekabr 1946-cı il) tarixdə SSRİ rəhbərliyinə göndərdiyi məktubdur. Güney Azərbaycanın şah ordusu və iri mülkədarların silahlı dəstələri tərəfindən işğal edilməsindən cəmi bir neçə gün əvvəl yazılmış bu məktub Azərbaycan demokratik hərəkatı barədə tarixi həqiqətləri əks etdirmək baxımından misilsiz əhəmiyyətə malikdir.
Davamı...
Oktyabr 20, 2007 22:25
Qələmin əsas vəzifəsi həqiqəti yazmaqdır. Bu prinsip dünyanın bütün qələm əhli ilə yanaşı fars yazarlarına da aiddir. Təəssüf ki, XX əsr fars yazarlarının əksəriyyəti təqribən bütün yüzillik boyu bütöv bir xalqın dilinə və mədəniyyətinə qarşı əsl müharibəyə ya göz yumublar, ya da bu müharibəni aparanların yedəyində gediblər. Bu azmış kimi mənşəcə azərbaycanlı olan bir çoxları öz qələmi ilə şovinist hakim dairələrin xidmətində dayanıb, onların siyasətini «əsaslandırmaq» üçün dəridən-qabıqdan çıxıb. Amma yaxşı ki, istisnalar da olub. Böyük İran yazıçısı və mütəfəkkiri Cəlal Ale-Əhməd kimi. Pəhləvi rejiminin qılıncının dalı da, qabağı da kəsdiyi, ifrat fars şovinizminin tüğyan etdiyi bir zamanda Cəlal haqqında əsərlər yazdığı ziyalılığın həqiqi nümunəsini göstərib, İranda Azərbaycan türklərinə qarşı yürüdülən «mədəni müstəmləkəçilik» (ifadə yazıçının özünə məxsusdur – M.M.) siyasəti barədə həqiqəti söyləməkdən və qələmə almaqdan çəkinməyib.
Davamı...