Ryünöske Akutaqava. "VƏSİYYƏT (dostuma məktub)"
Tərcüməçi: Samir BULUT
İntihar edən şəxsin psixoloji vəziyyətini hələ heç kim dəqiq təsvir etməyib. Bu, ehtimal ki, özünü öldürən adamın heysiyyətsiz olmağı, ya da bu adama olan marağın kifayət qədər olmaması ilə bağlıdır. Fikrimcə, məni intihar etməyə sövq edən səbəbləri açıqlamasam yaxşı olar. Renye, hekayələrinin birində intihar edən adamı təsvir edir. Onun qəhrəmanı özünü niyə öldürdüyünü bilmir. Qəzetlərin üçüncü səhifəsindəki məqalələrdə buna vadar edən müxtəlif səbəblərlə rastlaşa bilərsən: maddi çətinliklər, xəstəlik və ya mənəvi əzab. Lakin, mən öz təcrübəmdən bilirəm ki, bunlar heç də əsas səbəb deyil, yalnız ona aparan yollardır. Renye deyir ki, intihar edən şəxs bunu niyə etdiyini özü də bilmir. Bizim hərəkətlərimizi müəyyənləşdirən mürəkkəb səbəblər var. Ancaq mənə gəldikdə, bu səbəb - məni bürüyən anlaşılmaz həyəcandır. Gələcəyimə görə keçirdiyim anlaşılmaz həyəcan. Ola bilər ki, mənim sözlərimə
Davamı...
