İyul 18, 2008 19:54
Salman Rüşdinin irihəcimli maraqlı romanı və barəsində məqaləni (rusca) sizlərin diskussiyanıza buraxırıq. Onu söyməklə Şərq dünyasının ustad yazarını kiçiltmirik, əksinə onun yaradıcılığına marağı daha da qıcıqlandırırıq. Bir də, haçana qədər özümüzü yaxşı halda Novruzəli, pis halda isə Xudayar bəy kimi apararacağıq, görən?!

Davamı...
Noyabr 14, 2007 23:30
Çох əzab çəkmişdim. Içimdə ölməyən hеç bir nöqtə qalmamışdı, yanğından sоnra kömürləşmiş bir qır kimiydim. Altda qalan о ölüvay tохma yağışla, günəşlə, havayla yaşıllaşmaq üçün bir еnеrci tapa biləcəkdi.
10 dеkabr
Sən gеdəndən qəzеt охumuram, əvvəlllər sən alırdın, indi hеç kim gətirmir. Əvvəllər bu məni narahat еtsə də, yavaş-yavaş bu bir rahatlığa çеvrildi. Buna görə Isaac Singеrin atasını хatırladım. Dеyərdi ki, müasir insanın bütün vərdişləri arasında günlük qəzеtlər охuması ən pis vərdiş sayıla bilər. Səhər ruhun ən açıq оlduğu anda qəzеtlər qabaqkı gün dünyada baş vеrmiş оlan bütün pislikləri insanan ötürür. Amma vaхtında оndan хilas оlmaq üçün qəzеt охumamaq lazımdı. Bu gün artıq bu mümkün dеyil; radiо və tеlеvizоr var, bunları açmağın bütün pisliklərin daхilinə dоlması üçün bəsdir. Bu səhər də еlə оldu.
Davamı...
Noyabr 7, 2007 20:56

...Tanrının onlara yenidən bərəkət əta edəcəyi və insanın öz alın təriylə gündəlik ruzisini qazanmasına imkan verəcəyi ümidilə çöllər özlərini yenidən onun öhdəsinə buraxırlar.
- Salam, – o, qocaya deyir.
- Salam.
- Bu şəhərciyin adı nədir?
- San-Martin de Unks.
Davamı...
Noyabr 4, 2007 11:10
"Alatoran" Jurnalının təqdimatında. Ruscadan çevirən: Balaxan Nəzərov
21______________________________________
Görünür, o, başdan ayağa tər və acılaşmış balıq yağını xatırladan selik içində, yerində narahat-narahat qurcalanıb, bir müddət mürgüləmişdi. Yuxu görürüdü. Yuxusunda sınmış stəkan, döşəməsi işlənməkdən dağılmış dəhliz, unitazı ağzınadək nəcislə dolu ayaqyolu, bütün yuxusu boyu su səsi eşitsə də, heç cür tapa bilmədiyi vanna otağı görürdü. Tanımadığı bir kişi əlində su qabı harasa qaçdı. O, kişidən bir qurtum su istədi, əvəzində kişi ona acıqla baxıb, çəyirtkə kimi çapa - çapa getdi.
Kişi oyandı. Nəsə isti və yapışqanlı bir şey dilini yandırırdı. Susuzluq yaman qayıtdı... Su!..
Davamı...
Oktyabr 17, 2007 22:02
Duqlas Kouplend 1961-ci ildə HATO-nun Almaniyadakı bazasında anadan olub. Lakin uşaqlıq, gənclik dövrünün çox hissəsini sonralar İncəsənət və Dizayn Kollecini bitirdiyi Vankover şəhərində keçirib. yazıçının karyerası öz dövrünün gəncliyini əks etdirəsi sənədli hekayə üçün aldığı 22.500 dollar məbləğində avansdan başlayıb. Sənədli hekayənin əvəzinə Kouplend "İks nəsli" romanını yazdı. Kitabda üç uğursuz adamın taleyini əks etdirən haşiyəli estetikaya incə müşahidələr qatılıb. 1995-ci ildə "Tezləşdirilmiş zaman üçün nağıllar" başlığı altında işıq üzü görən kitab 400 min tirajla satılmışdı. Şöhrət qazanıb dildən-dilə düşdükcə ayin mətnlərini xatırladan roman sənət hadisəsinə, kitabın başlığı isə gənclik mədəniyyətində yeni eranın adına çevrildi...
Davamı...
Oktyabr 2, 2007 21:05
Tərcümə etdi: İlqar Fəhmi (romandan parça)
Əsər Almaniyanın “Brukner” ədəbi mükafatına layiq görülüb.
Qapıçı topun qapı xəttini nejə keçdiyinə tamaşa edirdi...
Bir zamanlar məşhur qapıçı olmuş, indi isə montyor işləyən Yozef Blox nahar vaxtı iş yerinə gələndə, ona, kollektivdən xarij edildiyini bildirdilər. Hər halda, o, fəhlələrin oturduğu tikinti barakının qapısında görünərkən, yalnız briqadirin yeməkdən ayrılıb gözuju çönüb ona baxması, o biri işçilərin isə özlərini görməməzliyə vurması faktını Yozef Blox özü-özlüyündə məhz bu jür yozdu və yubanmadan tikinti meydançasını tərk etdi. O, küçəyə çıxanda əlini qaldırdı, hərçənd ki, ona tərəf gələn maşın heç də taksi deyildi. Və qəfildən Blox öz arxasında da sıxajların vıyıltısını eşitdi, geri çöndü. Arxasında köhnə bir taksi dayanmışdı, sürüjü isə yolun ortasına çıxdığına görə onu söyürdü. Ürəyində “Lənət şeytana” deyən Blox taksiyə oturub, tərəvəz bazarına gedəjəyini söylədi.
Davamı...
Oktyabr 2, 2007 19:26
romanın davamı
Yaxşı bilirdim ki, Kinkel mənə qarşı son dərəjə mehriban olub. Hətta indi pul da istəsəm verərdi. Anjaq ağzında siqaret metafazikadan danışması, madonnalardan söhbət düşən kimi injiməsi məni əməlli-başlı iyrəndirdi. Onunla üzülüşdüm. Elə frau Fredeboylla da... Qoy rədd olsunlar! Fürsət düşər, Fredeboylun da dərsini verərəm. Ona qarşı “mənəvi silah”la mübarizə aparmağın xeyri yoxdur. Hərdən yaman heyfslənirəm ki, indi kimisə duelə çağırmaq mümkün deyil. Tsüpfnerlə mənim Mariya ilə bağlı mübahisəmizi yalnız dueldə həll etmək olardı. Ən dəhşətlisi də bu idi ki, həmin mübahisə “nizam-intizam prinsipləri” ilə, “yazılı izahatlar”la, Hannofer mehmanxanasında günlərlə davam edən “gizli danışıqlar”la aparılmışdı. Mariya ikinji dəfə uşaq salandan sonra o qədər bədbinləşmiş, o qədər əsəbi olmuşdu ki, hər gün kilsəyə qaçırdı və boş vaxtlarımda onunla teatra, kinoya, mühazirəyə gedəndə də hirsli görünürdü.
Davamı...
Oktyabr 2, 2007 19:19
roman (ardı) Orijinaldan tərcümə edən: Vilayət Hacıyev
VIII
Təsəvvür edəndə ki, indi Mariya paltarını geyinəndə, diş məjununun ağzını bağlayanda ona Tsüpfner tamaşa edir, ağlım başımdan çıxırdı. Ayağım getdikjə daha çox ağrıyırdı və gələjəkdə 30-40 mark ilə baş girələmək ümidim də üzülürdü. Məni bir də o yandırırdı ki, Mariyanın diş məjununun ağzını nejə bağladığına baxmaq Tsüpfnerə ləzzət vermirdi. Katoliklərə çox az bələd olsam da bilirdim ki, onlar xırda təfərrüatlara varmağı xoşlamırlar. Tsüpfnerin telefon nömrəsini tapıb yazmışdım, anjaq onu yığmağa hələ hazır deyildim. Əqidənin insanı hansı addımlar atmağa məjbur etdiyini heç vaxt bilmək olmur. Bəlkə Mariya doğrudan da Tsüpfnerlə evlənmişdi və onun: “Tsüpfnerin evi eşidir” - deməsinə dözə bilməzdim. Leoya zəng eləmək üçün telefon kitabçasında dini seminariyaların nömrələrini axtardım, anjaq heç nə tapmadım. Halbuki, Bonnda iki belə seminariyanın olduğunu dəqiq bilirdim. Biri Leoninum, digəri isə Albetinum... Axırda özümü toplayıb dəstəyi qaldırdım, məlumat bürosunu yığdım. Qəribə də olsa, javab verdilər. Hətta ordakı qız Reyn ləhjəsində danışdı. Bəzən bu Reyn ləhjəsindən ötrü elə qəribsəyirəm ki, düşdüyüm mehmanxanalardan Bonnun telefon şəbəkələrindən birinə zəng vururam və “r” səsi işlədilməyən, hərbi ovqatdan çox-çox uzaq olan həmin ləhjəyə qulaq asıram. Əslində, hərbi intizam çalarını da yaradan elə “r” səsidir.
Davamı...
Sentyabr 29, 2007 14:16
Romanın tam mətni "Xəzər" dərgisinin 2006, 1 və 2 saylarında
AVQUST İŞIĞİ - THE LİGHT İN AUGUST
(roman)
İngiliscədən tərcümə: TEHRAN VƏLİYEV
12
İknici mərhələ məhz belə başladı. Sanki çirkab kanalına düşmüşdü. Sanki ilk kişilik təsliminə, – canlı qulağın demək olar ki, aydın eşitdiyi şaqqıltı ilə tökülüb dağılan ruhi skelet kimi sarsıdıcı və ağrılı təslimə başqa bir həyatdan boylanırdı. Buna görə də bu təslim aktının özü artıq bir tənəzzül, həlledici döyüşün sabahı günü məğlub generalın sübh o başdan üzünü qırxıb, üst-başını səliqəyə salaraq, döyüş meydanının toz-torpağından silinib təmizlənmiş uzunboğaz çəkmələrdə öz qılıncını qalib tərəfə təhvil verməsi kimi bir şeydi.
Davamı...
Sentyabr 29, 2007 12:28
Roman (ardı)
7
Bir dəfə Mariyanın otağına girib kişilərin qadınlarla gördükləri işi onunla eləyəndə mənim iyirmi bir, qızınsa on doqquz yaşı vardı. Günorta onu Tsüpfnerlə görmüşdüm. Əl-ələ verib gülə-gülə «Yuqendhaym»dan qayıdırdılar. O dəqiqə ürəyim sancdı. Mariya onun tayı deyildi və belə qol-qola gəzmələri də mənə yaman pis təsir elədi. Tsüpfneri şəhərdə hamı tanıyırdı. Ən çox da nasistlərin vaxtilə təqib etdiyi atasına görə. O, müəllim idi və müharibədən sonra həmin məktəbə direktor göndərmək istəmişdilər, amma getməmişdi. Hətta ona nazir vəzifəsi təklif edən də tapılmışdı. Kişi hirslənib demişdi:
- Mən müəlliməm və müəllim kimi də qalmaq istəyirəm.
İri gövdəli, sakit bir adamdı. Mənə elə gəlirdi ki, onun dərsi bir az darıxdırıcı keçir. Bir dəfə bizim alman dili müəllimini əvəz eləyirdi və gənc, gözəl su pərisi haqqında şeir oxudu.
Əslində, mənim məktəb haqqındakı mülahizələrimin heç biri inandırıcı deyil. Məni məktəbdə icbari təhsil illərindən artıq saxlamaq, sadəcə, ağılsızlıq idi.
Davamı...
Sentyabr 29, 2007 12:24
romanMən Bonna çatanda qaranlıq düşmüşdü. Özümü məcbur eləyib bu dəfəki gəlişimdə beşillik səfərlər zamanı adət halını almış bəzi qeyri-ixtiyari hərəkətlərin: - perronun pilləkənləri ilə aşağı düşməyin, sonra yuxarı qalxmağın, səfər çantasını yerə qoyub bileti göstərməyin, köşkə yaxınlaşıb axşam qəzetlərini almağın, bayıra çıxıb taksiyə əl eləməyin daşını atdım. Düz beş il demək olar ki, hər gün harayasa getmiş, harayasa çatmış, vağzalın pilləkənlərilə aşağı düşmüş, təzədən yuxarı qalxmış, taksilərə əl eləmiş, sürücünün pulunu vermək üçün pencəyimin ciblərini eşələmiş, köşklərdən axşam qəzetləri götürmüş və özümdən asılı olmayaraq həmin hərəkətləri belə dəqiq, belə biganəliklə yerinə yetirdiyim üçün qəlbimin hansı guşəsindəsə bundan ləzzət almışdım. Bu qeyri-ixtiyarilik Mariya katolik dininə etiqad edən Tsüpfnerlə evlənmək xatirinə məni atıb getdiyi gündən daha da artıb, biganəlik çoxalıb. Mənə görə vağzaldan mehmanxanaya, mehmanxanadan vağzala qədər bircə ölçü vahidi vardır ki, o da taksinin sayğacıdir. Vağzaldan ora gah iki marka, gah üç marka, gah da dörd marka yarım yazırdı… Mariya çıxıb gedəndən sonra tez-tez özümü unudur, vağzalla mehmanxananı dəyişik salır, qapıçının yanında dayanıb əsəbi halda bilet axtarır və ya perronun girəcəyindəki arakəsmədə durmuş məmurdan otağımın nömrəsini soruşurdum. Bəlkə də tale adlanan şey bununla sənətimi, düşdüyüm vəziyyəti mənə bir daha xatırladırdı.
Davamı...