Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

Sentyabr 28, 2007 12:14

  Mixail Eminesku: “Luçaferul”

“Luçaferul” poeması XIX əsr rumın ədəbiyyatının klassiki Mixail Emineskunun (1850-1889) şah əsərlərindən biridir. Yer qızı şahzadə Ketelinaya vurulan səma ulduzu Luçaferul obrazı ilə dühanın taleyi, insanın ölməzliyi haqqında lirik-romantik və fəlsəfi düşüncələri əks etdirilir.
Xatırlatmaq istərdim ki, çoxdan tanış olduğum rumın ədəbiyyatına tərcüməçi kimi bu mənim birinci müraciətim deyil. Hələ 1982-ci ildə görkəmli rumın dramaturqu Aurel Baranqanın “İctimai rəy” komediyasını Azərbaycan dilinə çevirmişdim və əsər Gəncə Dövlət Dram Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuşdu. “İctimai rəy” komediyası kimi, “Luçaferul” poeması da dilimizə ilk dəfədir tərcümə olunur.
Tərcüməçi
----------------------------------
Luçaferul*

Olmuş hadisə deyil,
bunlar nağıldı yalnız.
Gül kimi açılmışdı
sarayda şahzadə qız.

Davamı...
Sentyabr 26, 2007 20:42

  Yevgeni Yevtuşenko : "Dərinlik"

Ruscadan çevirən: Səyavuş MƏMMƏDZADƏ


Şairlik xatadır Rusiyamızda,

      Di gəl, qələmini burada sına.

      Olsun ki, qalasan ayaq altında,

      Ya səcdə qılalar sənin adına.

      Oraqlı-çəkicli SSRİ-də

      Rusun şairliyi-çarmıx gümanı.
     

Davamı...


Yazılar cəmi: 2   


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com
PageRank