Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

Avqust 2, 2008 15:40

  Əbülfəz Elçibəyin kitabları (e-formatda, latın və ərəb qrafikasında, oxu proqramıyla birgə)

İyul 31, 2008 14:03

  Azərbaycanlı milyarder süni ada salır

Azərbaycanlı milyarder süni ada salır 
"M-İndustriya" hazırda Sankt-Peterburqda 5 ən böyük tikinti şirkətindən biridir

"Bəlkə də analoqu olmayan layihələrdən birini reallaşdırmağa çalışırıq. Olduqca çətin, mürəkkəb və böyük investisiyalar tələb edən işdir. Amma əminəm ki, süni adanı salıb inşaat işini necə bacardığımızı göstərəcək, tikintiyə yeni standartlar gətirəcəyik".
Rusiyanın Sankt-Peterburq şəhərindəki ən böyük inşaat şirkətlərindən biri olan "M-İndustriya"nın sahibi Məhərrəm Behbudov 2014-cü ildə Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunları ilə bağlı ən böyük podrat layihəsi almış iş adamlarından biridir. Şəhərdə "azərbaycanlı milyarder" adıyla tanınan və rəqiblərinin

Davamı...
Aprel 21, 2008 21:14

  Əfrasiyab Bədəlbəyli. Saytı, elmi məqalələri, musiqisi, şəkillər

Aprel 20, 2008 14:33

  Azad NƏBİYEV. "Klassik irsə məhəbbətlə"

Füzuli yalnız Azərbaycan xalqının, yalnız öz əsrinin deyil, bütün bəşəriyyətin, Renessans dövrünün, böyük sənətin böyük oğludur. Mir Cəlal

Füzuli yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığı üçün yeni mövzu deyildir. Sözün, sənətin dəyərindən, sənətkarlıq məharətindən, böyük eşqin vəsfi qüdrətindən danışanda daim füzuli xatırlanmış, onun "zülmətdə nur" dünyasının şəfəqləri insanların gözünə işıq, könlünə təsəlli vermiş, sabaha, gələcəyə, Allahın dərgahına uzanan yolunu şəfəqləndirmişdir. füzulinin şeir gülüstanı daim uca tutulmuş, onun ətri, rayihəsi neçə yüzilliklər ərzində bu gülüstanın saysız-hesabsız pərvanələrini öz sevdasına çulğayıb cənnətməkan etmişdir.

Davamı...
Aprel 20, 2008 13:29

  Bəkir NƏBİYEV. "Azərbaycan ədəbiyyatının Anar fenomeni"

  Keçən əsrin 60-cı illərində yaradıcılığa başlamış Anar (Anar Rəsul oğlu Rzayev) Azərbaycan ədəbiyyatını təzə mövzu və obrazlarla, təravətli fikir və duyğularla zənginləşdirmiş, özəlliklə nəsrimizə ölkəmizdən uzaqlarda da böyük şöhrət qazandırmış orijinal üslublu, məhsuldar ədiblərimizdən biridir.
Adətən bu cür yazıların sonunda səsləndirilən bəzi faktları mən bilərəkdən məqaləmin əvvəlində yada salacağam. Azərbaycan ədəbiyyatı, incəsənəti, ümumən mənəviyyatımız qarşısında böyük xidmətlərinə görə Anar Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, xalq yazıçısı kimi fəxri adlara layiq görülmüş, keçmiş SSRİ-nin “Şərəf” nişanı, müstəqil Azərbaycanımızın “İstiqlal” ordenləri ilə təltif olunmuşdur. Ədibə Türk dünyasına xidmətlərinin müqabilində dəfələrlə fəxri adlar, ödüllər verilmişdir. O, Azərbaycan SSR Ali Sovetinin deputatı, SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, onun mədəniyyət məsələləri üzrə daimi komissiyasının sədri olmuşdur. Bunlar hamısı bizim böyük yazıçımızın, Vətən, xalq qarşısında görkəmli xidmətlərinin təqdir olunmasının müəyyən göstəriciləri kimi onun halalıdır.

Davamı...
Aprel 18, 2008 19:09

  Böyük bəstəkar Fikrət Əmirov: saytı, əsərləri, şəkillər...

Aprel 5, 2008 22:19

  Hər baharda Rəsul Rza yada düşər...

Ustada məktublardan
Resul mezari  
 
      
  Çox dəyərli ustad Rəsul ağa bəyim, sayğı və sevgilərimlə sizə sağlıq və mutluluq dilərək, hörmətlə əlinizi öpürəm. Sizin yazılarınızı hər zaman izlər, sizinlə tanışlığı çox arzularam. Siz Kərkükə təşrif buyurduqda sizinlə görüşmədiyim üçün həyatda az ələ keçən fürsətlərdən birini itirmiş sayıram kəndimi.

Davamı...
Aprel 5, 2008 21:44

  Mir Cəlal - 100. YUNESKO-nun təqdimatında Bütöv Azərbaycan sənətkarı...

 Mir Celal      
 
İlk tanışlıq

1945-ci il, qələbənin sevincini hələ də hiss edən xalq;
1945-ci ilin şagirdləri indiki kimi gözüaçıq, çevik deyildilər.

 

Davamı...
Aprel 5, 2008 21:40

  Tahir Salahov: fırçanın ucundakı ayrı dünya yaradıçısı...

ONUN BÖYÜKLÜYÜ İSTEDADI, USTALIĞI VƏ HEYRƏTAMİZ TƏVAZÖKARLIĞINDADIR

Dəfələrlə müxtəlif yazıların, o cümlədən sənin öz yazılarının qəhrəmanı olmuş insan haqqında təzə söz demək həmişə çətin olur. Hər halda, məşhur həmyerlimiz, boyakarlıq sənətinin parlaq nümayəndəsi, yaradıcılığı dünya miqyasında çoxdan etiraf edilmiş Tahir Salahov haqqında bir daha söhbət açmaq qərarına gələnə qədər belə düşünürdüm. Üstəlik, onun haqqında yazmağa ciddi əsas da var - 2008-ci il böyük sənətkarın yubiley ilidir.
Nədən başlamalı?... Bu suala Tahir Salahovun

Davamı...
Fevral 29, 2008 22:24

  Nizami Cəfərov. "Müasir Azərbaycan ədəbiyyatı, yaxud yeni dərslik haqqında bir neçə söz"

Müasir Azərbaycan ədəbiyyatı, yaxud bir dərslik haqqında bir neçə söz
     
  Bakı Dövlət Universiteti Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru Cəlal Abdullayevin rəhbərliyi ilə hazırlayıb nəşr etdirdiyi "Müasir Azərbaycan ədəbiyyatı" dərsliyi bu sahədə yalnız ilk təşəbbüs olmasına görə deyil, həm də ( və daha çox) elmi-nəzəri, metodiki səviyyəsinə görə kifayət qədər ciddi intellektual-mədəni hadisə sayıla bilər. Azərbaycan xalqı milli müstəqillik (və dövlət müstəqilliyi) qazandığı ilk illərdən öz tarixinin müxtəlif dövrlərinə, mərhələlərinə sahib çıxmağa, on, hətta yüz illər boyu bu və ya digər dərəcədə təhrif olunmuş milli-mənəvi dəyərlərini düzgün metodologiya əsasında mənimsəməyə başlamışdır. Xalqın ümumi tarixinin üzvü tərkib hissəsi olan ədəbiyyat tarixinə marağın güclənməsi, bir tərəfdən, yeni faktların, ədəbi hadisələrin üzə çıxarılmasını şərtləndirirsə, digər tərəfdən, yeni elmi-metodoloji, sxematik prinsiplərə, çevik xronoloji model və texnologiyalara müraciət olunmasını tələb edir.
Davamı...
Fevral 12, 2008 12:47

  AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN TARİXİ NİTQİ

REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFI DÖVLƏT PROQRAMININ İCRASININ DÖRDİLLİK YEKUNLARINA HƏSR OLUNMUŞ KONFRANS AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV KONFRANSDA İŞTİRAK VƏ ÇIXIŞ ETMIŞDİR

-Hörmətli xanımlar və cənablar!
Mən indi burada, birinci mərtəbədə Azərbaycanda istehsal olunan və sərgidə nümayiş etdirilən məhsullarla tanış olurdum. Demək olar ki, hər il biz bu tədbiri keçirəndə, bununla bərabər, sərgi də keçirilir və hər il yeniliklər göstərilir. Bu, məni çox sevindirir. Mən çox şadam ki, Azəbaycanda istehsal edilən mallar artıq yüksək keyfiyyətə malikdir, ixrac olunur, o cümlədən Avropa Birliyi bazarına ixrac edilir.

Davamı...
Dekabr 29, 2007 14:17

  Aslan Aslanov. "MİLLİ MƏTBUATIMIZIN TARİXİNDƏ ÖZ MƏKTƏBİNİ YARADAN USTAD"

Azərbaycan milli mətbuatının 30 ildən çox bir dövrünün inkişafı və ideya-məzmun cəhətdən formalaşması ümummilli lider Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev müasir mətbuatımızın inkişafında əvəzsiz xidmətlər göstərmiş, onun böyük qayğıkeşi və himayədarı olmuşdur. Bu bir həqiqətdir ki, 1969-cu ildə Azərbaycana rəhbərliyə başlayandan sonra məhz Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti, yorulmaz fəaliyyəti, doğma xalqına sonsuz məhəbbəti sayəsində ötən əsrin 70-80-ci illərində Azərbaycanın özü ilə bərabər, onun milli mətbuatı da əsl inkişaf mərhələsini yaşamışdır.
Davamı...


Yazılar cəmi: 12   


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com
PageRank