O, qəzəb rəmzi, yenilməz iradə timsalı idi. Bir sözünü iki etmək imkansızdı və özü də heç vaxt dilindən qopmuş sözü dəyişməz, söylədiyinin ziddinə getməzdi. "Hökmdarın qılıncı sözündən iti olmalıdır!" Bu, qüdrətli sərkərdə Teymurləngin sözləridir və sadəcə sözləri deyil, ömrü boyu sadiq qaldığı əqidəsidir. Amma o, həyatında yalnız bir dəfə sözündən döndü, yalnız bir dəfə ona xas olmayan zəiflik, yumşaqlıq göstərdi. Yumşaqlıq kəlməsi isə ona qətiyyən yaraşmır. Qədim alban əlifbasının günümüzə yetişməsinin səbəbkarı, ondördüncü yüzilin salnaməçisi Foma Metsopski "biz bunu özRafael HÜSEYNOV. "Teymurləngi təslim edən"
O, qəzəb rəmzi, yenilməz iradə timsalı idi. Bir sözünü iki etmək imkansızdı və özü də heç vaxt dilindən qopmuş sözü dəyişməz, söylədiyinin ziddinə getməzdi. "Hökmdarın qılıncı sözündən iti olmalıdır!" Bu, qüdrətli sərkərdə Teymurləngin sözləridir və sadəcə sözləri deyil, ömrü boyu sadiq qaldığı əqidəsidir. Amma o, həyatında yalnız bir dəfə sözündən döndü, yalnız bir dəfə ona xas olmayan zəiflik, yumşaqlıq göstərdi. Yumşaqlıq kəlməsi isə ona qətiyyən yaraşmır. Qədim alban əlifbasının günümüzə yetişməsinin səbəbkarı, ondördüncü yüzilin salnaməçisi Foma Metsopski "biz bunu özRafael Hüseynov. "Mövlananın göyərçinləri"
Bu ulu insanın adı SƏMAları qovuşdurur.
Səkkiz əsrdir ki, onun adı şeir səmasındakı ən parlaq ulduzlar sırasındadır.
Yüzillərdir ki, onun yadigarı olan səma - rəqslə musiqinin qovuşmasından yaranan coşqu sənəti insanları vəcdə gətirir.
Şərq aləmindən çıxanlar cərgəsində dünyadakı şöhrətinin böyüklüyünə görə bu insan yalnız müqəddəs adaşı Məhəmməd peyğəmbərlə müqayisə edilə bilər.
Səkkiz əsrdir ki, bu zirvə şəxsiyyət yeni-yeni nəsillərin ürəklərinə, düşüncələrinə doğru gəlməkdədir. Gəlir və işığını gətirir. Gəlir və dünyanı sevgiyə, barışa səsləyir.
Rafael Hüseynov. "ALİMİN -Xacə Nəsrəddin Tusinin - ŞEİR ALƏMİ"
O gecə onun həyatının ən adi gecələrindən biriydi və o gecə baş verən hadisə də onun ömrü boyunca min dəfələrlə rastlaşdığı ən adi hadisələrdən idi. Amma həmin adidən-adi gecədə baş verən adidən-adi hadisə bircə an içində onun əzəmətli varlığını silkələdi, sanki içərisində qəfildən nəsə qırıldı, sındı, o məğrur, o möhkəm, hələm-hələm daxili müvazinətini itirməyən, lap ölüm təhlükəsi qarşısında belə təmkinini hifz edən o qeyri-adi insan birdən elə bil balacalaşdı, heysizləşdi. Və bu yanıqlı misralar o taqətsizliyin doğurduğu duyğulardan yarandı:
Nizami Gəncəvinin "Xəmsə"si - miniatürlərdə... (maraqlı e-kitabın mətni)
Əkrəm Cəfər. "Mirzə Ələkbər Sabir şerinin qafiyə lüğəti" (tam mətn)
Şərq və Azərbaycan ədəbiyyatında bənzərsiz kitab: professor Əkrəm Cəfərin bu maraqlı araşdırması böyük şairimizin yaradıcılığının poetik məsələlərinə həsr olunub.

O`Kami: "Tusi belə demişdir"
Gözəllik subyektiv anlayışdı. Estetikada bu məqsədlə anılan qurbağa məsəlini çoxları bilir. Erkək qurbağadan soruşurlar ki, dünyada ən gözəl kimdi? O da deyir ki, dünyanın ən gözəl məxluqu beli yaşıl, qarnının altı ağ, gözləri pırtlaşıq dişi qurbağadı.
Bəyəm belə deyil? Bir az ədəbsiz çıxmasın, aparın o qurbağaya Culiya Robertsi göstərin, beli yaşıl sevgilisini buraxıb, Hollivud gözəlçəsinin dalınca düşəcək? Yox, yenə də yox. Yəni gözəllik gerçəkdən subyektivdi. Cəlaləddin Rumi yazır ki, Leyli və Məcnunun bərk gedən zamanında bu eşq haqda sohbətlər gedib çıxır xəlifənin qilağına. Xəlifə Leylini gətizdirir baxsın görsün bu nə biçim gözəldi ki, Qeysi Məcnun eləyib? Kişinin oğlu atasını belə tanımır. Başında quşlar yuva qurub. Emanasiya elədiyi pozitiv enerjinin nəticəsində ceyran başını aslanın qıçının üstünə qoyub yatır. Bu aşiq adını belə unudub. “Kimsən, adın nədi?” deyə soruşanlara: “Adım Leylidi” deyir. Leylini gətirirlər. Xəlifə baxir ki, bu, adi bir qızdı, fövqəladə bir gözəlliyi yoxdu.
Mövlana Cəlaləddin Rumi. “Məsnəvi”sində hekayələr
Mövlana Cəlaləddin Rumi öz “Məsnəvi”sində düşmənlərini və rəqiblərini həcv edirdi. Bu həcv bəzən təhqir və şəxsiyyətin alçaldılmasına dönürdü. Ruminin üstü örtülü şəkildə ən çox həcv etdiyi şəxslər əsasən bunlar idi: Əxi Əvrən adı ilə tanınan şeyx Nasirəddin Mahmud Xoyi, Abbasi xilafətinin moğollar tərəfindən yıxılmasından sonra Misirə qaçıb xəlifəliyini burada elan edən Müstənsir Billah, Müstənsir Billahı himayə edən Misir Məmlüklü sultanları Məlik Müzəffər Qutuz və sultan Rüknəddin (Bunduqdar) Bəybars, Qazi Siracəddin Əbu’s-Səna Urməvi, Əllamə Səfiəddin Hindi-Urməvi, Fəxrəddin Razi, Baba Mərəndi adı ilə tanınan Qazi Məcdəddin Mərəndi və moğol imperyalizminə, onlarla işbirliyində olan yerli hakimiyyətlərlə dümən olan şəxslər.



