Yanvar 25, 2008 10:46
POST-MODERNİZM VƏ PLYURALİZM. “PLYURALİZM” ANLAYIŞINDA NƏYİ UNUTMUŞUQ
Bu yazıda çağdaş Azərbaycan sənət düşüncəsi üçün gərəkli ola biləcək bəzi düşüncələri bölüşmək istərdim. Bu düşüncələrin çoxu “Post-modernizm” deyilən və yeni nəsl yazarlarının arasında populyar olan olayla bağlıdır. Post-modernizm Batı düşüncəsinin məhsuludur, bəziləri onu XIX yüzilin ikinci yarısına, bəzilərisə XX yüzilin ikinci yarısına aid edirlər. Ancaq hər iki halda Post-modernizmin bir kökü var, çox vaxt onu bəlirtələməyi unudurlar. Batıda həmin kök XIX yüzilin ikinci yarısında da vardı, XX yüzildə də. Biz Demokratiyanın sevimli sözü və faktı olan plyuralizmi deyirik. Post-modernizm məhz plyuralizmin sonucudur, elə sonucudur ki, plyuralizm olub gəlişən yerdə qaçılmaz olaraq ortaya çıxmalı olur.
Davamı...
Noyabr 7, 2007 20:56

...Tanrının onlara yenidən bərəkət əta edəcəyi və insanın öz alın təriylə gündəlik ruzisini qazanmasına imkan verəcəyi ümidilə çöllər özlərini yenidən onun öhdəsinə buraxırlar.
- Salam, – o, qocaya deyir.
- Salam.
- Bu şəhərciyin adı nədir?
- San-Martin de Unks.
Davamı...
Oktyabr 13, 2007 20:20
Pəncərənin arxasında yanan göy fənərin işığından palata, demək olar ki, işıqlı idi. İşıq əcaib göy və rəngsiz idi. Və əgər çarpayıdan sağa əyiləndə görünən ay olmasaydı, çox vahiməli mənzərə alınardı. Yuxarıdan konusvari düşən ay işığı cansız parıltını zəiflədir, onu sirli və mülayim edirdi. Ancaq mən sağ tərəfə sallananda, iki dəmir ayaq ani yuxarı qalxır və sonra zərblə döşəməyə dəyirdilər. Həticədə çarpayıların iki sırası arasındakı göy işıq zolağını qəribə şəkildə tamamlayan tutqun səs yaranırdı. - Bəsdir, - Qoltuqağacı dedi və göyümtül yumruğunu mənə göstərdi, - eşidilmir. Mən dinləməyə başladım.
- Ölü şəhərdən xəbəriniz var? - Gombul soruşdu. Hamı susurdu. - Deməli belə, bir kişi iki aylığa ezamiyyətə gedir. Evinə qayıdanda birdən görür ki, ətrafdakı bütün adamlar ölüdür.
Davamı...
Sentyabr 30, 2007 10:55
"Alatoran"ın teqdimatında
Tambura girən polis gözucu Tanya və Maşanı süzüb, baxışlarını küncə yönəltdi və heyrət dolu nəzərləri orada oturmuş qarıya ilişib qaldı.
Qarının həqiqətən də əcayib görünüşü vardı. Yeməkxanalarda satılan üçgünlük yuxa kimi bürüşük, monqolsayağı tabaq sifətinə görə ona hər hansı yaş vermək imkansızdı və bunun səbəbi heç də qadının gözlərinin dəri lentlər, biser düzülü saplar altında gizlənməsindən qaynaqlanmırdı. Havanın istiliyinə rəğmən, qarı başına xəz papaq qoymuşdu, papağın üstü dəridən üç enli zolaqla bəzənmişdi, alnını və boyun qismini örtən, qarının üzünə, çiyinlərinə və sinəsinə qədər düşən bu dəri zolaqların birindən insan fiqurları, qavalcıqlar və toqqalar asılmışdı.
Davamı...