Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

Avqust 8, 2008 19:53

  Məmməd İsmayıl: "Biz süni qəhrəmanlar yaratmışıq..."

Biz süni qəhrəmanlar yaratmışıq

   Məmməd İsmayıl:
   "Ziyalını arvadının, qızının, oğlunun problemi yox, xalqın problemi narahat etməlidir. İndi mən soruşuram, Azərbaycanda özünə ziyalı deyənlər arasında varmı beləsi?"
   
   
Xeyli vaxtdır Türkiyədə yaşayan və çalışan görkəmli şair, dönməz ziyalı Məmməd İsmayıl uzun fasilədən sonra Azərbaycanda ilk dəfə olaraq "Alma" qəzetinə danışdı
   
   - Məmməd bəy, ölkəyə gəlişinizin səbəbi nədir -istirahət, yoxsa işgüzar səfər?
   - İşgüzar deyil, amma adına istirahət də demək olmaz. İşlədiyim yerdə ildə iki dəfə

Davamı...
Avqust 4, 2008 16:51

  Pekin-2008. Baxaq, baxmayaq? (Baykot edəkmi?)

Pekin-2008. Baxaq, baxmayaq?

İlkin Əlisoy, QayNar

Pekində keçiriləcək Olimpiya Oyunlarına az vaxt qalır. Onların ətrafında baş verən qalmaqallardan, Londonda, Parisdə, San-Fransiskoda və bir çox başqa yerlərdə keçirilən etiraz aksiyalarından yəqin ki xəbəriniz var. Amma gəlin bu məsələyə daha geniş baxaq. Getdik…
Məncə birbaşa məsələyə keçmək düzgün olmazdı. Olimpiya Oyunları tarixində kifayət qədər boykotlar olub. Bir nəzər salaq.

Davamı...
İyul 30, 2008 16:03

   Евгений Касперский. Вирусы: мифы и реальность (IV. son)

Jonny [23.07 15:44]

Почти всегда использовал программку Punto Switcher, однако недавно, поставив port scan, обнаружил, что он периодически обращается к порту, через который работают трояны и прочие вирусы. Антивирусы в этой программе ничего плохого не видят. А вы её проверяли? Сами используете?

Считаете ли вы целесообразным перекрыть порты, через которые работают трояны?

Данной тулзой пользоваться не приходилось, не проверял и не знаю. Порты - большинство троянов пользуются портами 25 и 80... Увы.

Davamı...
İyul 30, 2008 15:58

   Евгений Касперский. Вирусы: мифы и реальность (III. ardı)

Ardı. Əvvəli burada: http://xariciedebiyyat.azeriblog.com/2008/07/30/evgenii-kasperskii-virusy-mify-i-realnost-ii-ardi

Как боремся - отключаем особо распираченные ключи.

Экономический ущерб - по причине пиратства или борьбы с ним? :) Однажды поздней осенью 2006 мы забанили пару китайских ключей, на которых сидела половина пиратов Китая, как мы тогда думали. Экономический эффект был ошеломляющий, в разы подскочили продажи в России, Европе, Штатах, не говоря уже о самом Китае :-)

Вячеслав Евгеньевич [22.07 14:12]

Допустим человек раньше писал вирусы или ломал программы, а потом исправился и захотел писать антивирусы. Возьмете ли Вы его к себе на работу?

Davamı...
İyul 30, 2008 15:53

  Евгений Касперский. Вирусы: мифы и реальность (II. ardı)

Əvvəli burada: http://xariciedebiyyat.azeriblog.com/2008/07/30/evgenii-kasperskii-virusy-mify-i-realnost

Екатерина [22.07 00:54]

Добрый день!

Антивирус Касперского при поиске вирусов на веб-страницах иногда "перестраховывается", при этом в описании на www.viruslist.com вирус с названием найденного или подобным названием отсутствует, а прочие антивирусные программы/Касперские более ранней версии не видят ничего подозрительного. Как предполагается бороться с подобной "паникой на корабле", смущающей неискушенных пользователей? :)

Davamı...
İyul 29, 2008 16:41

  Güntay Gəncalp. "Güney Azərbaycan söyləmləri"

   Tarix üzərinə sosioloji araşdırmalar olayların adətən iki istiqamətdə ortaya çıxdığını isbat etmişdir: 1. Tarixin yaratdığı olaylar (Tarixin yaratdığı millətlər); 2. Olayların yaratdığı tarix (millətlərin yaratdığı tarix). 
   Bunu bir neçə örnəklə daha da anlaşılan hala gətirək. Sabiq Sovetlər məkanından 15 müstəqil dövlət tarix səhnəsində öz istiqlallarını elan etdilər. Əslində sovetizmi dağıdan millətlərin milli mücadilələri olmadı. İqtisadi çöküş, tekniki baxımdan geriqalma, modern dünyaya qapıların bağlı olması rüşvətlə birlikdə sovetizmi çökdürdü. Bu çöküşdən sonra əslində müstəqilliyi haqq etməyən ölkələr azad oldular. Məsələn, Ermənistan öz istiqlalı yolunda hansı mübarizəni apardı? Türküstan və digər cümhuriyyətlər də eləcə. Yalnız Gürcüstanın və Azərbaycanın cüzi dirənişləri oldu. Bunun əksi olaraq, öz istiqlalları yolunda prezidentləri ilə bir yerdə ölüm-dirim savaşına çıxan çeçenlər müstəqil ola bilmədilər, bilmirlər. Üç Baltikyanı ölkə istisna olmaqla, qalan dövlətlərin müstəqilliyi tarixin tanıdığı şans kimi ortaya çıxıb. Bunun adına tarixin yaratdığı hadisələr deyək və belə bir sual verək: Əgər iqtisadi, siyasi çöküş və Qərblə olan münasibətlər yaxın vədədə İranı dağıtmalı olsa, mərkəzin nəzarəti zəiflərsə, o zaman Sovetlərdə olduğu kimi tarixin tanıdığı fürsət və şans

Davamı...
İyul 29, 2008 14:11

  Prezident İlham Əliyev. "Biz neft gəlirlərinin idarə olunmasında ən şəffaf mexanizm icad etmişik"

-Hörmətli xanımlar və cənablar,
Hörmətli səfirlər, Xarici İşlər Nazirliyinin əməkdaşları!
Bu müşavirələr artıq ənənəvi xarakter daşıyır və hamımız yaxşı bilirik ki, müşavirələrin çox gözəl nəticələri olur. Bu görüşlərin geniş formatda keçirilməsi, bir neçə gün ərzində bütün səfirlərin Bakıda olması və müvafiq strukturların nümayəndələri ilə görüşləri əminəm ki, səfirlərin fəaliyyəti üçün çox böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, səfirlər xarici siyasətin Prezident tərəfindən müəyyən edilmiş istiqamətlərini bir daha eşidirlər. Təbii ki, bizim xarici siyasətimiz çox açıqdır, aydındır, çox səmimidir və bizim bütün bəyanatlarımız, atdığımız addımlar bütün ictimaiyyət üçün aydındır. Amma eyni zamanda, müəyyən mərhələlərdə daha dəqiq siyasi kursun müəyyənləşməsi əhəmiyyət kəsb edir.
Davamı...
İyul 28, 2008 15:50

  YÜKSƏK SƏVİYYƏLİ TƏHSİL DAVAMLI İNKİŞAFIN TƏMİNATIDIR

ÖLKƏDƏN KƏNARA ÇIXMADAN MOSKVA DÖVLƏT UNİVERSİTETİNİN DİPLOMUNU ALMAQ MÜMKÜN OLACAQ

Bəli, bu, artıq xəyal deyil, reallıqdır. İndən belə Azərbaycan gəncləri, həqiqətən respublikanın hüdudlarını tərk etmədən dünyanın ən nüfuzlu ali məktəblərindən birində təhsil ala biləcəklər. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin yanvar ayında imzaladığı Sərəncama əsasən və M.V.Lomonosov adına Moskva Dövlət Universiteti rəhbərliyinin təklifi nəzərə alınmaqla, Bakıda MDU-nun filialı fəaliyyətə başlayacaqdır. Əslində, Azərbaycan üçün son dərəcə əhəmiyyətli olan bu ideya çoxdan yaranmışdı. İndi isə artıq həqiqətə çevrilmişdir.

Davamı...
İyul 28, 2008 14:53

  Çingiz Abdullayev: "Neft pullarını təhsilə yatırmalıyıq"

Çingiz Abdullayev:  
"Avropa dəyərlərinə keçə bilməsək, hətta Asiyada da deyil, orta əsrlərdə qalacağıq"
  
"Biz təkcə neft və qaz deyil, öz beynimizi də satmağı öyrənməliyik"
  

   Tanınmış detektiv yazıçı, AYB katibi, portalımızın EŞ-nın üzvü Çingiz Abdullayev iyulun 22-də "Exo" qəzetinə müsahibə verib. Maraqlı ola biləcəyini nəzərə alıb müsahibənin Azərbaycan dilinə tərcüməsini sizə təqdim edirik.
  

Davamı...
İyul 21, 2008 12:23

  Soros Fondu qalmaqalı - III. «Biz «qrant yeyən» təşkilatları maliyyələşdirmirik»


Rövşən Bağırov: «Soros» Fondu heç vaxt müxalif, yaxud hökumətyönlü olmayıb»

Açıq Cəmiyyət İnstitu-Yardım Fondunun («Soros») ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rövşən Bağırov dərc etdiyimiz «Soros» Fondu kimə və niyə qrant verir» başlıqlı yazıda səslənən fikirlərlə bağlı qəzetimizə müsahibə verib.

- Rövşən bəy, dərc etdiyimiz məqalə cəmiyyətin müxtəlif təbəqələrində reaksiya doğurub. Bizi buna görə tənqid edənlər də var, dəstəkləyənlər də. Bəs fondun yazılanlara münasibəti necədir?

Davamı...
İyul 21, 2008 12:01

  Milli təhsilimizin böhranı. "Məleykə Abbaszadə ABU qalmaqalına görə naziri qınadı"


TQDK sədri: «Təəssüf ki, qanunsuz köçürmələrdə təkcə ABU-nun adı çəkilir»

«Gələn ilki imtahanlarda keçid balı artacaq»


İyulun 20-də ali məktəblərin 4-cu ixtisas qrupuna, eləcə də, Bakı şəhərindəki Cəmşid Naxçıvançki adına Hərbi Litseyə, Naxçıvandakı Heydər Əliyev adına Hərbi Litseyə və Orta Hərbi Tibb Məktəbinə qəbul imtahanları keçirilicək. Həmin qrup üzrə 17164 abituriyent sənəd verib (ötən il bu qrup üzrə bu qrupa sənəd verənlər 13174 idi). Onlardan 6898 nəfəri oğlanlar, 10266 nəfəri isə qızlardır (Ötən il bu rəqəmlər 4929, 8245 olub).

Davamı...
İyul 18, 2008 19:27

  «Soros» Fondunun qrantları kimə və niyə verilir? - 2 (Cavablar)

E-mənbə: http://www.bizimyol.az/index.php?mod=news&act=view&nid=13394

Fondunun ekspertləri məqaləmizdəki faktlara münasibət bildirdilər

Qəzetimizin ötən iki nömrəsində dərc edilən «Soros» Fondu qrantı kimə və niyə verir» məqaləsi ciddi ictimai müzakirələrə səbəb olub. Məqalələrdə səslənən fikirlər və faktlarla bağlı  bir sıra tanınmış şəsxlərdən, QTH-lərdən reaksiyalar almışıq. Fikir pülralizmini nəzərə alaraq onların hamısına yer ayırmağa çalışacağıq. Bu günkü sayımızda isə məqalədə adı keçən iki QHT- İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi və Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının, rəhbərləri İradə Cavadova və Sahib Məmmədovun mövqelərini dərc edirik.

Davamı...
İyul 16, 2008 21:14

  Vaqif Bayatlı Odər: "Mən sözləri Yer üzündən xilas elədim..."

Vaqif Bayatlı Odər- Yeni kitabınızla sözü Yerin köləliyindən azad etdiyinizi bildirirsiniz. Bu hansı köləlik və azadlıqdır belə?
- Mən sözləri kitabdan çıxartdım, onları kitabdan və Yer üzündən xilas elədim. Sözlər bu dünyanın bəzi həqiqətlərinə əsir düşmüşdü, onları Yerin mənasız həqiqətlərindən ilk dəfə mən xilas etdim. Yenicə işıq üzü görən “Yupyumru bir eşq ilə” kitabımın ilk səhifəsində mən boş yer qoymuşam və yazmışam ki, əslində bu yer boş deyil. Gündüz görünməyən ulduzlarla dolu göy üzü kimidir, Allahın qəlbindəki, hələ bizə gəlib çatmamış ilahi sözün, ilahi şeirin varlığına kiçik bir işarədir. O sözün, şeirin varlığını duymadan səhifəni keçirtsək, heç çevirməmiş olacağıq. Bu həqiqətlərə göz yuman oxucu mənim kitabımı adi kitab kimi oxuyacaq, əslində bu, adi kitab deyil. Bu kitabda oxucu Göy üzünü görəcək, ona görə də ardınca yazıram ki, xoş gəlmisiniz, lütfən ayaqyalın keçin, Göy üzündə üzü tanrıya doğru ayaqyalın yüyürün…

Davamı...
İyul 14, 2008 19:39

  "Güneydə modern və postmodern ədəbiyyat bütün gücü ilə öndədir..."

Güneydə modern və postmodern ədəbiyyat bütün gücü ilə öndədir
   Güney Azərbaycanda nəşr olunan "Yaşmaq" dərgisinin baş redaktoru Səid Muğanlı ilə söhbət
   
   
Səid Muğanlı: "Güney Azərbaycanda da gənclərlə qocalar bir-birini sevmir, amma sizdəki kimi, bir-birlərinə nifrət etmirlər"
 
  
   
   - Səid bəy, öncə özünüzü Qüzey oxucularına tanıdardınız.
   - Güney Azərbaycanın Muğan bölgəsində anadan olmuşam. Hazırda Tehranda yaşayır və çalışıram. İlahiyyat təhsili almışam. Hazırda "Yaşmaq" jurnalının baş yazarıyam. Bundan başqa, "Yaşmaq"
Davamı...
İyun 18, 2008 11:39

  Kamran Nəzirli: ""Yaxşı yazıçı yaxşı da yaşamalıdı...""

E-mənbə: http://www.525.az/new/2008/06/14/read=30587

Onun üçün bir əlcə ağ kağız ən məhrəm sirrlərini açdığı nəhəng ərazi deməkdi. Yəqin elə bu səbəbdəndi ki, ədəbiyyatı da özünə həyat qədər doğma bilir. 
   Beləliklə, Yaşar Əliyevin şənbə qonağı yazıçı-tərcüməçi Kamran Nəzirlidi. 
Kamran Nəzirli 1958-ci ilin 19 iyununda anadan olub. 1980-ci ildə Azərbaycan Dillər Universitetini (ingilis dili fakültəsini), 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya institutunun politologiya fakültəsini, 2002-ci ildə isə Azərbaycan İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. 

Davamı...
İyun 11, 2008 20:31

  Vaqif Əlixanlı: “Film tərcüməçilərinə verilən qonorar dilənçi payıdır”...

Vaqif ƏlixanlıSirr deyil ki, dublyaj işinin keyfiyyətli alınması üçün səriştəli tərcüməçilər ordusu, istedadlı aktyorlar və Azərbaycan dilinin incəliklərini bilən redaktorlara ehtiyac duyulur. “Bunların hamısı üçün ən əsası maliyyə vəsaiti lazımdır”,- deyən «Space» telekompaniyasının dublyaj redaksiyasının rəhbəri Vaqif Əlixanlı bu və bir sıra məqamlara verdiyi müsahibədə aydınlıq gətirir:

- Dublyaj uzaqdan çox adi, o qədər də istedad və zəhmət istəməyən bir iş təsiri bağışlayır. Halbuki, belə bir təsəvvür ancaq həmin işdən baş çıxarmayan kəslərin nəzər nöqtəsidir. Dublyajın keyfiyyəti ancaq yüksək səviyyədə olmalıdır. Film orta səviyyədə çəkilə bilər, teatr tamaşası, yaxud televiziya-radio verilişi, lap elə qəzet məqaləsi də yüksək sənət və ya qələm meyarına uyğun gəlməyə bilər. Dublyajın başlıca keyfiyyəti bu çevirmənin ustalığında, orjinalın ruhunu saxlamaqla,

Davamı...
İyun 11, 2008 20:28

  Xalq yazıçısı İsa Hüseynovla (Muğanna) müsahibə

İsa Hüseynov“Əvvəlki dövrdə yazdıqlarım olduqca bəsit olduğuna görə, yaradıcılığımın birinci dövründən imtina etmişəm”

İyunun 12-də 80 yaşı tamam olan xalq yazıçısı İsa Hüseynovla (Muğanna) müsahibə

- Muğanna üçün 80 yaş nə deməkdir, yazıçını bu yaşda daha çox hansı məsələlər düşündürür?
- Bu yaşdan yekun iyi gəlir. Amma səksən, bir növ yekun yaşı olsa da, bütün insanlar kimi mən də yaşamaq, işləmək istəyirəm. Yaradıcılığımın son dövrünün məhsulu indiyə qədər gördüyüm işlərin içində ən xeyirlisidir. Əvvəlki dövrdə yazdıqlarım olduqca bəsit olduğuna görə, yaradıcılığımın birinci dövründən imtina etmişəm. Ən məhsuldar dövrüm təxminən 60-cı illərdən başlayır, o dövrdə 5-6 povest yazmışam. Bunlar Azərbaycanın kənd-şəhər həyatını əhatə edən bir növ populyar əsərlərdir. “Məhşər” romanından sonra

Davamı...
İyun 11, 2008 20:09

  Zəmanəmizdə kitab satışı: tələbat, satış, problemlər...

SƏYYAR KİTAB SATICISI ANAR: «ÇOX ADAM MƏNƏ DEYİR SƏNİN YERİNƏ OLSAM, HEÇ YAŞAYA BİLMƏRƏM»

Davamı...
İyun 11, 2008 19:47

  Sabir Rüstəmxanlı: "Bir ömür yaşamışam, bu millətin iqtidarı, müxalifəti, bitərəfi ilə"...

"Kaşki ad günləri filan olmayaydı, ümumi ad günləri olaydı... Məsələn, Qarabağın azad olunmasının 10 illiyi, Şuşanın işğaldan qurtulmasının 50 illiyi..."

- Sabir bəy, ömür kitabının neçənci vərəqindəsiniz?

-61-i çevirmişəm. Artıq 62-ci səhifəni də tamamlayıram.

- Bu vərəq nəylə yadda qalıb?

Davamı...
May 30, 2008 21:07

  Новый Internet Explorer?!!

Алексей Могилевский. Фото Алексея Раменского.
Алексей Могилевский. Фото Алексея Раменского.
Davamı...
May 24, 2008 20:38

  Cavanşir Yusifli "day-day", Lit.az "bacı", Nəsimi "əmi", "NETTY" xala və...

Aydın Xan, yazıçı-kulturoloq

Mən dindar olmasam da, bu yerdə mütləq Ulu Yaradana (misal üçün, təbiətə, intellektə, nə bilim, bilgili insanların tapındığı hər nəsnə kimi oxumaq da olar) and içməliyəm ki, özünü superdindar sayan azəri oxucusu səmimiyyətimə inansın. İlkcə onu deyim ki, işlərim kəlləmdən aşdığından hərgünkü e-qeydlərimi edə bilmir, virtual əməklə məşğul olammıram. Sağ olsun Cavanşir Yusifli: məni həvəsləndirdi, heç olmasa, bu qısa mülahizələrimi guppuldatdım bura...

Başınıza daş salmayacaqam, bu linkdəki materialla tanış olandan sonra bəzi mətləbləri izah etmək istərdim:

http://www.lit.az/?Publisistika:May%2F08:21.03.08%2FC.Yusifli%2FAz%26%23601%3Brbaycan_%26%23601%3Bd%26%23601%3Bbiyyat%26%23305%3Bnda_n%26%23601%3B_ba%26%23351%3B_verir%3F

Davamı...
May 15, 2008 18:38

  Aqil ƏLƏSGƏR. "Fətullah Gülən Şəbəkəsi böyük media şəbəkəsi yaradır"

“Kanaltürk”ü alan “Koza İpek”in (“Koza Davetiyye”) sahibi Akın İpekin Azərbaycanda da biznesi var

Akın İpek: “Fətullah Gülən Hocaəfəndini gənclik illərimdən tanıyıram və fəaliyyətlərini dəstəkləyirəm”
Mossad Fətullah Gülənə bağlı şirkətlərin “Həmas” və Livan “Hizbullah”ına silah almaq üçün maddi dəstək verdiyini ortaya çıxarıb
Məqsəd müsəlmanların qələbəsinı yardım deyil, daha çox qanın tökülməsi və
Davamı...
May 15, 2008 18:09

  Qafqazın Şeyxülislamı: “Bəzən yası toydan seçmək olmur”...

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə: "Başqa müsəlman ölkələrində bizdəki kimi xeyir və şər mərasimləri yeyib-içmək üçün keçirilmir"

"Bir dəfə Süleyman Dəmirəl Azərbaycana gəlmişdi. Onunla görüşəndə xalça hədiyyə etdim. Daha bir xalça da Heydər Əliyevə bağışlayıb “İnşallah gələcəkdə bu xalçanın üstündə namaz qılarsınız” - dedim. Heydər Əliyev də cavabında qayıtdı ki, “Sən haradan bilirsən ki, mən namaz qılmıram?”"

- Bu gün Azərbaycanda yas mərasimləri şəriət qaydalarına riayət olunmadan, həddən artıq Davamı...
May 6, 2008 8:30

  Azərbaycanlı Filosof Ağalar Məmmədovla ictimai müsahibə

Filosof Ağalar Məmmədov: "Bu xalq tarixi boyunca çox az şeyin ardınca tam səmimiyyətlə gedib"

Filosof Ağalar Məmmədov:

"Bizim bazarbaz olmağımız fəlakət deyil, bazarbazlıqdan universitetçiliyə gəlib çıxmamağımız fəlakətdi"

QaynarFORUM-un (http://news.qaynar.info/?mod=view&id=13796) qonağı olan filosof Ağalar Məmmədov forum üzvlərinin suallarını cavablandırıb. Söhbəti sizlərə təqdim edirik.

Davamı...
May 6, 2008 8:26

  Интервью Day.Az с известным российским писателем Эдуардом Багировым.

Эдуард Багиров: «Если бы я действительно полностью описал все то, что с чем сталкиваются типичные азербайджанцы, приехавшие в Москву, не имея в этом городе связей и знакомств, то это уже был бы не роман, а ужастик»

 - Эдуард, начну с традиционного вопроса: первый ли Вы раз посетили Баку?

- Да, в Баку я в первый, но очень надеюсь, что не в последний раз. Пользуясь случаем, хочу поблагодарить за приглашение депутата парламента Азербайджана, моего большого друга и просто очень хорошего человека Анара Мамедханова. Ну а сам город мне очень понравился; такой архитектуры, как в столице Азербайджана, на мой взгляд, нет даже в Барселоне.

Davamı...
May 6, 2008 8:23

  Интервью Day.Az российским художником Никасом Сафроновым.

Никас Сафронов: «Мехрибан ханум Алиева, я уверен, самая красивая первая леди в мире, и писать ее мечтает, наверное, любой художник, увидевший ее хоть раз» 

Интервью Day.Az с кавалером Золотой медали Американской академии наук и искусств, академиком Международной академии творчества, почетным доктором Азербайджанского государственного университета культуры и искусств, великим российским художником Никасом Сафроновым.

Davamı...
Aprel 5, 2008 22:22

  İşmael Bea: "Oxucuya hər şeyi açıqlamaq lazım deyil..."

 Həmsöhbət: Elşən Çingiz. Lit.az saytının təqdimatında 

İşmael Bea     İşmael Bea 1980-ci ildə Afrikanın qərbində, Syerra-Leone respublikasında anadan olub. 12 yaşında ikən ölkədə baş qaldırmış vətəndaş müharibəsində valideynlərini itirib. Elə həmin vaxtdan bütün uşaqlar kimi o da hökumətin əsgərinə çevrilib, 1991-2002-ci illərdə baş verən vətəndaş qarşıdurmasında döyüşçü qismində iştirak edib. İşmael hələ uşaq vaxtlarından yazıçı olmaq arzusunda olub. Amma özünün də dediyi kimi, onun məmləkətində yazıçı yetişmədiyindən buna o qədər də ümid bəsləmirmiş. İllər keçib və hazırda Vaşinqtonda yaşayan, keçmiş  "12 yaşlı döyüşçü" müharibə mövzusunda çox ciddi əsərlər yaradan tanınmış bir yazıçıya çevrilib. Beləliklə, Beanın Lit.az-a müsahibəsini sizə təqdim edirik.

Davamı...
Aprel 5, 2008 21:55

  Maqsud İBRAHİMBƏYOV . "GERİYƏ YOL YOXDUR"

Azərbaycanın xalq yazıçısı, Milli Məclisin deputatı Maqsud İbrahimbəyov özünün yeni publisistik oçerkində ölkəmizə qara yaxan və əksər hallarda xaricdəki bədxahlarımız tərəfindən uydurulan ən cəfəng dedi-qoduları yaymaqla məşğul olan bəzi başabəla “jurnalistləri” və məlum yönümlü mətbuat orqanlarının dövlətimizə qarşı elan edilmiş açıq-aşkar və preventiv təbliğat müharibəsinə hazır olması barədə düşüncələrini oxucularla bölüşür. 

"GERİYƏ YOL YOXDUR"  


Ötən həftə əvvəllər tanımadığımız Mercer Resource Human Consulting şirkəti heç kəsin gözləmədiyi halda, ölkəmizin “sarı mətbuat” jurnalistlərinə yaxşı bir hədiyyə etmişdir: şirkət dünyanın ən çirkli şəhərlərinin siyahısını dərc etmiş və bu reytinqdə Azərbaycan paytaxtını birinci yerə qoymuşdur. İlk baxışda bu cür gözlənilməz qərar qəribə və izahedilməz görünə bilər.

Davamı...
Mart 25, 2008 23:07

  Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müsahibəsi

XEYRİYYƏÇİLİK FƏALİYYƏTİ İNSANLARA MƏHƏBBƏTDƏN, BƏŞƏRİ DƏYƏRLƏRƏ HÖRMƏTDƏN DOĞMALIDIR
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-NUN VƏ İSESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ, MİLLİ MƏCLİSİN DEPUTATI MEHRİBAN ƏLİYEVANIN AZƏRTAC-A MÜSAHİBƏSİ
Son illərdə Azərbaycanda xeyriyyəçilik institutu intensiv şəkildə dirçəlməyə, fəal inkişaf etməyə başlamışdır. Bu isə xeyli dərəcədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çox böyük səyləri və şəxsi təşəbbüskarlığı sayəsində mümkün olur.
Mehriban xanımın bu sahədə çoxcəhətli və yorulmaz fəaliyyəti yaxşı məlumdur və təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqda da geniş ictimai əks-səda doğurmuşdur. İki nüfuzlu beynəlxalq mükafata - “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun ən yüksək mükafatı olan “Yaqut xaç” ordeninə və geniş miqyaslı xeyriyyəçilik fəaliyyətinə görə “Qızıl ürək” mükafatına layiq görülməsi onun bu sahədəki işlərinin yüksək qiymətləndirilməsini sübut edir.
Davamı...
Mart 25, 2008 0:43

  Nuridə Atəşi: "Azərbaycan Əsəd bəyə sahib çıxmalıdır"

  Almaniyada yaşayan Nuridə Atəşinin şeirləriylə Azərbaycan oxucusu yaxşı tanışdır. Son iki ildə isə biz Nuridə Atəşini azərbaycanlı yazıçı Məhəmməd Əsəd bəyin - Qurban Səidin tədqiqatçısı qismində görürük. Onun keçən il Bakıda yayımlanan "Yüz ilin sirləri" kitabı böyük maraq doğurdu. Kitabda Məhəmməd Əsəd bəylə bağlı bir sıra yeni faktlar üzə çıxarılıb.

   Bu günlər Nuridə xanım yenə Bakıdadır və redaksiyamızın qonağı olub. Fürsətdən istifadə edib qəzetimizin baş redaktoru ilə Nuridə xanımın söhbətini yazıya aldıq.
     
Davamı...


Yazılar cəmi: 39    Sonrakı səhifə »


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com
PageRank