Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

Avqust 19, 2008 16:44

  Dino Buttsati. "Dostlar" (İtaliya)

Dino Buttsati (1906-1972) yaradıcılığının ilk dövründə İtaliyanın ən mötəbər qəzetlərindən biri olan "Korriere della Sera"nın müxbiri kimi tanınırdı. Onun yüksək jurnalist peşəkarlığı ölkənin ictimai-siyasi dairələrində danılmaz bir nailiyyət kimi qəbul edilsə də, son zamanlar adının ən görkəmli italyan yazıçıları ilə bir sırada çəkilməsi, artıq, XX əsr İtaliya ədəbiyyatının yeni uğuru sayılmalıdır.
D.Buttsati yaradıcılığını XX əsrin əvvəlləri məşhur Avtsriya ədibi Kafkanın "səthi əksi" kimi qələmə verən bir sıra tənqidçilərin əsassız təqiblərinə baxmayaraq, onun ədəbi irsi bu gün də tam ləyaqəti ilə yaşayır və öz yüksək qiymətini təsdiqləməkdə davam edir.

Davamı...
Avqust 4, 2008 16:47

  "Dastani-Hərami" məsnəvisi - 3. (əski ərəb əlifbasıyla)


گئچه ر، اوندان گيرير قوللار قاتينا،
تانا قالدي بولارين هئيبتينه.
اول اوتوراقدا کيم قوللار اوتورموش،
قيليجي، حربه لر الده گؤتورموش.
کيمي يالين پيچاق الينه آلميش،
ايشينده هر بيريسي حاضير اولموش.
بير افسون اوخويوب تورپاغا اوردو،
بولارين اوستونه اونو ساووردو.
قاموسو اويخويا وارديلار اونلار،
او قيرخ سرهنگ، ياراقلي اوتورانلار.
آشاغا دورانين کسدي باشيني،
گؤرون بو چرخ-ي غددارين ايشيني.
اونو قويدو، بيريسين دخي کسدي،
Davamı...
Avqust 4, 2008 16:44

   "Dastani-Hərami" məsnəvisi - 2. (əski ərəb əlifbasıyla)

دانيشدي بير-بيرييله، دوردو اونلار.
دئديلر: اول حرامي بو کيشيدير
اؤزونو مين اره وورماق ايشيدير.
قاتيندا بونلارين گور ساز وار ايدي،
گؤل ايچينده چوخ اؤرده ک، قاز وار ايدي.
ايگيت آيدير کي، قيزي گيزله يه ليم،
حرامي`يي ياليقيز گؤزله يه ليم.
گليب سؤيله رسه جنگه دوروشاليم،
اونونلا جنگ ائده ليم، ووروشاليم.
نئچون اوز دؤنده ره ليم بير کيشيدن،
نه دئييسه ر بيزي، آيدين ائشيده ن.
اؤنوردو [اوتوردو؟] مسکنتله، سؤيله يه ليم
بجيت اولور ايسه، جنگ ائيله يه ليم.

Davamı...
Avqust 4, 2008 16:25

  "Dastani-Hərami" məsnəvisi (əski ərəb əlifbasıyla)

داستان-ي احمد-ي حرامي

مئهران باهارلي

٢٠٠٨

كيتابين آدي احمد-ي حرامي اولسا دا؛ اونون آنا قونوسو، گول اندام آدلي اردملي، اؤزوئريلي، آلچاق كؤنوللو و عئيني حالدا سون درجه اوسلو و سويوق قانلي گنج بير قيزين باشيندان گئچه نلردير. اثر، گول اندام`ين وئردييي ياشام ساواشي، ايچ دونياسي، اوموت و قورخولاريندان كسيتلر و يانسيمالاردان اولوشور. دستان اؤزه لليكله گول اندام`ين چئوره سينده كي ارككلرله (آتاسي "شهنشاه"، اونو اؤلدورمه يه قالخيشان "احمد حرامي"، ياشاميني قورتاران "خوجا روستم" و اري "گول افروخ شاه") اولان ايليشگيلريني باشاريلي و اؤزگون بير شكيلده سرگيله يه بيلمه سي باخيميندان، اولدوقجا ايلگي چكيجي و ده يه رليدير.
سؤزوموز

Davamı...
İyul 28, 2008 15:55

  Nadir Qocabəyli. "Viktor Hüqo və onun «Paris Notr-Dam kilsəsi» əsəri"

Dünya ədəbiyyatının ən məşhur əsərlərindən olan “Paris Notr-Dam Nadir Qocabəylikilsəsi” romanının müəllifi Viktor Hüqo bir yazıçı və şəxsiyyət kimi XIX yüzil tarixinin və hər şeydən öncə fransız ədəbiyyatının ayrıca, parlaq bir səhifəsidir. Fransız mədəniyyəti tarixində o öncə şair, daha sonra isə romanlar və dram əsərlərinin müəllifi kimi, dünyada isə ilk növbədə romançı kimi tanınır. Bütün bunlara rəğmən o, XIX yüzilin ən monumental və nəhəng fiqurlarından biri olaraq qalır.
Hüqonun həyat və yaradıcılığında onun şəxsi, ümumbəşəri, yaşadığı dövrü dərindən dərk edən fəlsəfi-tarixi dünyagörüşü, insanların şəxsi həyatına diqqəti, sosial proseslərə güclü marağı, poetik təfəkkürü, yaradıcı fəaliyyəti və siyasi fəallığı bir-birini tamamlayırdı. Belə bir həyat yalnız xronoloji olaraq əsrin yaddaşına yazılmaqla kifayətlənmir, eyni zamanda onunla üzvi vəhdət təşkil edərək naməlum və ünvansız talelərə qarışır.
Davamı...
İyul 15, 2008 17:55

  Azəricə 120 e-kitabın asan - sadələşdirilmiş yüklənməsi (III)

Kitabi-Dədə Qorqud
Əsl və sadələşdirilmiş mətnlər
Bakı, "Öndər nəşriyyat", 2004, 376 səh., tirajı 25000. 894.36 - dc 21 ISBN 9952-416-08-2
Qədim söz sənətimizi şöhrətləndirən böyük insanpərvərlik duyğuları, mənəvi ucalığa,
qəhrəmanlıq və mərdliyə çağıran fikirlər, yüksək bəşəri ideyalar öz başlanğıcını
tükənməz Dədə Qorqud nəhrindən götürür.
"Kitabi-Dədə Qorqud" dilimizin, ədəbiyyatımızın, bütövlükdə mədəniyyətimizin tarixini
öyrənməkdə böyük əhəmiyyətə malikdir.
Bu nəşrdə Dədə Qorqud iki variantda - orijinala tam uyğun və müasirləşdirilmiş şəkildə
verilir.
Kitabi-Dədə Qorqud Əsil və sadələşdirilmiş mətnlər
PDF yüklə
PDF yüklə
Davamı...
İyul 15, 2008 17:44

   Azəricə 120 e-kitabın asan - sadələşdirilmiş yüklənməsi (II)

Əkinçi. 1875-1877. Tam mətni
Bakı, "Avrasiya Press", 2005, 496 səh., tirajı 25000. 079.4754 - dc 21 ISBN 9952-421-29-8
Azərbaycan dövri mətbuatının bünövrəsi sayılan "Əkinçi" qəzeti Azərbaycan xalqının mənəvi mədəniyyəti tarixinə şərəfli səhifələr yazmışdır. Bu kitabda milli mətbuatımızın ilk qaranquşu, XIX əsr Azərbaycan ictimai-siyasi həyatının aynası olan və cəmi 56 nömrəsi çıxan qəzetin tam mətni təqdim olunur.
"Əkinçi" qəzetinin komplekti çox nadir nüsxə halı aldığına görə kitab jurnalist, ədəbiyyatşünas, tarixçi, dilçi, filosof, iqtisadçı, sənətşünas alimlər və b. üçün qiymətli mənbə olacaqdır.
Əkinçi. 1875-1877. Tam mətni
PDF yüklə
PDF yüklə
Davamı...
İyul 15, 2008 17:16

  25 min tirajla nəşr olunmuş 120 e-kitab (Azəricə)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının məlum sərəncamlarına uyğun olaraq "Şərq-Qərb" nəşriyyatında nəşr olunmuş 120 kitabın elektron variantlarını oxuculara təqdim edirik...

Müasir Azərbaycan ədəbiyyatı

Dünya Uşag ədəbiyyatı

Ədəbiyyat Antologiyası

Klassik Azərbaycan ədəbiyyatı
Azərbaycan xalq ədəbiyyatı
Lüğət və ensiklopediyalar

Davamı...
May 30, 2008 20:58

  Vilyam Şekspir. "Hamletin monoloqu"

Poetik tərcümə: Tələt Əyyubov

E-mənbə: http://www.azyazar.com/?p=79  

Ölümmü, qalımmı? Sual budur, bu…
Taleyin dəhşətli zərbələrinə
Müti bir qul kimi dözümmü, yoxsa
Üsyanmı qaldırım silahlanaraq?
Ya qələbə çalım, ya həlak olum?
Ölmək! Hər bir şeyi tamam unutmaq.
İnsan ürəyinin min bir dərdinin,
Min bir əzabının, intizarının,
Ağır zəncirini qırıb qurtarmaq

Davamı...
May 21, 2008 21:16

  Haynrix Böll: “Solğun bənizli Anna”

Mən müharibədən yalnız 1950-ci ilin yazında qayıtdım və gördüm ki, şəhərdə tanıdığım adam qalmayıb. Xoşbəxtlikdən mənə valideynlərimdən bir az pul qalmışdı. Şəhərdə bir otaq kirələdim, bütün günü çarpayıda uzanıb siqaret çəkdim, gözlədim, ancaq nə gözlədiyimi özüm də bilmədim. İşləməyə həvəsim yox idi. Sahibəyə pul verirdim, o da mənə lazım olan şeyləri alır, xörəyimi də bişirirdi. Hər dəfə qəhvəni və ya yeməyi otağıma gətirəndə o qədər qalırdı ki, axırda bezirdim. Oğlu Kalinovka adlanan bir yerdə ölmüşdü və o, içəri girən kimi məcməyini stolun üstünə qoyub evin alaqaranlıq küncündə olan çarpayıma tərəf gəlirdi. Mənsə həmin çarpayıda uzanıb bütün günü özüm üçün mürgü döyürdüm, siqareti divara sıxıb söndürürdüm. Ona görə də divar bütün çarpayı boyu qapqara ləkələrlə dolu idi. Sahibənin rəngi solğun, özü də arıq idi və gözümü açıb onun bu sifətini görəndə qorxurdum. Əvvəlcə elə bilirdim ağlını itirib, çünki iri gözləri par-par yanırdı və həmişə də məndən oğlunu soruşurdu:
–Dəqiq bilirsiniz ki, onu tanımırdınız? O yerin adı Kalinovkadır.Orda olmamısınız?

Davamı...
May 19, 2008 19:07

  Somerset Moem. "Yaradıcılıq coşğusu"

E-mənbə: lit.az

Tərcümə: Ülvi Bünyadzadə

Somerset Moem-Mougham

   Missis Forresterin ilk detektiv hekayəsi olan "Axilles abidəsi" nəşr olunanda o, artıq əlli yeddi yaş kimi mötəbər bir sinnə çatmışdı və əsərlərinin sayı xeyli vardı. Lakin onun böyük istedadı hələ də sadə oxucular üçün kəşf olunmamış qalırdı, bunun isə səbəbi ondan ibarət idi ki, tənqidin onun əsərlərini yüksək qiymətləndirməsinə baxmayaraq, kitabları yaxşı alınmırdı. Missis Forrester siyasətlə çox dərindən maraqlanırdı və hətta Parlamentə üzv olmaq barədə də düşünürdü, lakin onun yeganə çətinliyi onda idi ki, hansı partiyanı seçməyi özlüyündə heç cür müəyyənləşdirə bilmirdi. Onun şənbə günləri təşkil etdiyi məclislərə düşməyə çoxları can atırdı, amma

Davamı...
Aprel 26, 2008 20:10

  Gi de Mopassan. "Sancaqlar" (hekayə)

E-mənbə: http://www.lit.az 

Tərcümə: Günel Eminli

Gi de Mopassan

- Ah dostum, bu qadınlar necə də ifritədirlər.
- Niyə belə?
- Başıma oyun açıblar.
- Sənin?
- Hə də, mənim.
- Biri yoxsa, bir neçəsi?
- İki qadın.
- İkisi birdən?
- Hə.
- Nə oyundu o elə?

Davamı...
Aprel 17, 2008 11:25

  Covani Bokkaçonun "Dekameron"unda erməni "izləri"...

Bu yazı Kultaz.com saytında (http://kultaz.com/2008/04/15/covani-bokkaconun-dekameronunda-ermeni-izleri/#comments) qoyulandan sonra geri götürüldü, səbəbi isə... (ikinci səhifəyə nəzər salın)

Aydın Xan (Əbilov), yazıçı-kulturoloq. "Ədəbiyyatın kulturoloji təhlili və tariximizin qatıaçılmamış sirləri..."

Davamı...
Dekabr 5, 2007 21:31

  Fyodor Dostoyevski. "Cinayət və cəza" (roman)

Lit.az saytının təqdimatında

 Tərcümə: Beydulla Musayev

Fyodor Dostoyevski

     İyulun başlanğıcında, ikindi vaxtı, cavan bir oğlan S. dalanında kirayənişinlərdən tutduğu xırdaca otağından küçəyə çıxıb, ağır-ağır, sanki tərəddüd içində K. körpüsünə  sarı getməyə başladı; hava çox isti idi. Pilləkənlərdən enəndə o, mənzil sahibəsinin gözündən müvəffəqiyyətlə yayına bilmişdi. Onun otağı beşmərtəbəli, hündür bir evin taxtapuşu altında idi və otaqdan daha çox şkafa oxşayırdı. Bu otağı o elə kirayə etmişdi ki, naharı da, ev işləri də mənzil sahibəsinin üstündə idi. Ev sahibəsinin mənzili isə bir pilləkən aşağıda yerləşirdi;

Davamı...
Dekabr 4, 2007 22:42

  Tarixi sənədlərin e-variantı: deyəsən biz də varıq...

ДОКУМЕНТЫ

ЗДЕСЬ РАЗМЕЩАЮТСЯ МАЛЫЕ ИСТОРИЧЕСКИЕ ДОКУМЕНТЫ
(ПИСЬМА, ДОКЛАДЫ, ОТЧЕТЫ, ФИНАНСОВАЯ ДОКУМЕНТАЦИЯ...)

АВСТРИЯ

АЗЕРБАЙДЖАН

АЛБАНИЯ

Davamı...
Dekabr 4, 2007 13:50

  Gi de Mopassan. "Qəbirbazlar"

Lit.az saytının təqdimatında

 Tərcümə: Hamlet Qoca

Gi de Mopassan

     Beş dost təzəcə nahar edib qurtarmışdı. Onların beşi də yüksək cəmiyyətə mənsub, varlı adamlardı; üçü evlənmişdi, ikisi isə hələ subay idi. Dostlar hər ay görüşür, gənclik illərini yadlarına salırdılar. Nahardan sonra söhbət edirdilər. Onlar əvvəlki kimi səmimi idilər, birlikdə vaxtları xoş keçirdi, bır yerə toplaşdıqları axşamları ömürlərinin ən yaxşı çağı hesab edirdilər. Hər şeydən danışırdılar, parisliləri maraqlandıran, əyləndirən her şeydən.
    Bütün başqa salonların əksəriyyətində olduğu kimi onlar da səhər qəzetlərindəki yazılardan başlayıb söhbəti uzadırdılar.

Davamı...
Noyabr 6, 2007 22:51

  Yavuz Akpınar(Türkiyə). "FÜZULI MƏRKƏZİ ASİYADA"

Bütün dünya ədəbiyyatına xas olan bir həqiqət var: böyük sənətkarlar özlərindən qabaq yaşayıb-yaratmış ustadların əsərlərini diqqətlə araşdırmış və öz təcrübələrində onlardan yararlanmışlar. Şərq ədəbiyyatında isə bu bir ən'ənə halını almşdır. Şərqdə hətta böyük bir təqlidçilik məktəbi də fəaliyyət göstərmişdir. Gənc şairlərə, hələ həvəskar kimi qəbul edilənlərə özlə-rindən qabaq yetişmiş böyük sənətkarlann məşhur əsərlərini təqlid etmək tövsiyə olunmuşdur. Dahi Füzulinin özü də Niza-midən, Hafizdən, Əlişir Nəvaidən, Nəsi-midən bir çox şeylər öyrənmişdir. Bəlkə elə sənətin sklərini belə böyük şairlərin əsərlərindən əxz etdiyi üçündür ki, Füzuli, fitri iste'dadmın gücü ilə özündən sonra gələn şairlərin yoluna indiyə qədər işıq sa-çır. Şairləri həm də onlann əsərlərini yaz-dıqlan dil yaşadır. Dillər isə, mə'lum ol-duğu kimi, zaman keçdikcə müəyyən də-yişikliklərə uğrayır. Füzulinin böyüklüyü, zənnimizcə, bir də ondadır ki, o, dilin ən müxtəlif səbəblər üzündən keçirdiyi də-yişmə dalğalannı aşa bilən nadk şəxsiy-yətlərdəndir.

Davamı...
Oktyabr 30, 2007 21:51

  Mövlanə Cəlaləddin Rumi. «Məsnəvi». "Zahidin arvadı"

Mövlanəsevərlərə kiçik bir hədiyyə

Daha öncə mövlanəsevərlər üçün böyük mütəfəkkir Mövlanə Cəlaləddin Ruminin məşhur «Məsnəvi»sinin 5-ci cildində yer alan bir hekayəni tərcümə edərək, bu böyük insanın düşüncələrindən bəhrələnən insanlara təqdim etmişdik. Bu dəfə də “Məsnəvi”dən başqa bir hekayəni oxucularımıza təqdim edirik. 


      

Zahidin arvadı

Davamı...
Oktyabr 23, 2007 21:24

  A.S.Puşkin. "Quranın təsiri altında..."

Sabit yer üzü, sabit,
Göylərsə qübbə-qübbə...
Sənsən,ey uca Xaliq!
Hökm edən hər səbəbə...

Dəniz qurundu boğmaz,
Quru udmaz dənizi...
Fırtınalar içində
Qoruyan Sənsən bizi...

Davamı...
Oktyabr 23, 2007 14:04

  Onore de Balzak. "Üzlük dəri"

Tərcümə: Hamlet QocaOnore de Balzak     

Qoca antikvarçının dükanda Rafaelə dediklərindən
                           ("Üzlük dəri" romanından bir parça)

     "İnsan ömrünün böyük bir sirrini qısa söhbətlə sizə açıram. İnsanın instinktlə həyata keçirdiyi iki məşğuliyyət onu üzür və həyat işığını söndürür. Ölümə aparan bu iki səbəbin hər cür forması ikicə fellə ad tapır: "İstəmək" və "Bacarmaq". İnsan fəaliyyətinin bu iki adı arasında başqa bir ifadə də var və ağıllılar ondan istifadə edir. Mən də öz uzunömürlülüyümə görə ona borcluyam. "İstək" bizi yandırır, "bacarıq" məhv edir, lakin “bilik”  bizim zəif vücudumuza daimi bir dinclik gətirir. Beləliklə, məndəki istək, yaxud arzu artıq ölüb, onu şüur öldürüb; hərəkət, yaxud bacarıq isə mənim əzalarımın təbii funksiyası ilə həll olunub.

Davamı...
Oktyabr 21, 2007 17:56

  Mir Möhsün Nəvvab "1905-1906-cı illər Erməni-müsəlman davası"

Giriş

İzzətli və mehriban qardaşlarım, hüzuruna böyük ehtiramla, Nəvvab Mir Möhsün mərhum Hacı Seyyid Əhməd Ağamirzadə Qarabağinin oğlu ərzi-əhval edir ki, bu vaxtlar, yəni hicri 1323-cü (miladi 1905) ildə Qafqaz vilayətində və bir para xarici ölkələrdə ermənilərlə müsəlmanlar arasında baş vermiş iğtişaşların və qırğınların bir parasını müxtəsər şəkildə yadigar qalmaq üçün Azərbaycan türkisində qələmə aldım.

Əvvəla, bunu bilmək lazımdır ki, Qafqaz vilayətləri müsəlman padşahlarına, ələlxüsus, İran şahlarına tabe olub. Elə ki, Qafqaz vilayətlərində, o cümlədən, Azərbaycanda ayrı-ayrı xanlıqlar yaranaraq İran tabeliyindən çıxdılar, bu zaman, yəni hicri 1161-ci (miladi 1748) ildə Pənah xan Bayatda bir qala tikdirdi.

Davamı...
Oktyabr 20, 2007 19:56

  Bettş Bleyer. "Ciddi problem ciddi də tədqiqat tələb edir"

Budur, 2007-ci ildə — Azərbaycanın beynəlxalq miqyasda ən çox yayılmış romanı “Əli və Nino”nun nəşr olunmasının 70-ci ildönümündəyik. Və hələ də Qurban Səid taxma adının arxasında dayanan sirli yazıçının kimliyini öyrənməyə çalışırıq. Oxucuların əksəriyyətinin bildiyi kimi, “Əli və Nino” fərqli ənənə və dini tərbiyə baryerini aşmaq niyyətində olan iki gəncin həssas sevgisindən bəhs edir.
Kitab ilk dəfə 1937-ci ildə qürbətdə (Avstriyada) xarici naşir (E.P.Tal və Komani) tərəfindən xarici dildə (alman dilində) çap olunmuşdur.
Davamı...
Oktyabr 13, 2007 23:47

  Knut HAMSUN. "Məhəbbət kölələri"

Knut Hamsun (1859 - 1952) - Norveç yazıçısı. Nobel mükafatı laureatı(1920). "Aclıq", "Misteriya", "Pan", "Viktoriya " romanları, "Qürub şəfəqi " trilogiyası və s-nin müəllifidir. İkinci dünya müharibəsi illərində faşistlərlə əməkdaşlıq etmiş, müharibədən sonra vətən xaini kimi mühakimə edilmişdir. Hamsun Qafqaza səyahət edərkən Bakı və Ağstafada olub və "Nağıl diyarında" adlı yol qeydləri yazmışdır. 
        
     
     I          
     
     Bunu şəxsən mən özüm yazmışam. Ürəyimi boşaltmaq üçün. Özü də bu gün . İşimi də, həyatımın sevincini də itirdim. Hər şeyimi itirdim. İşlədiyim yer isə "Maksimilian" kafesi idi.   

Davamı...
Oktyabr 5, 2007 11:20

  Rotterdamlı Deziderius Erazmus: "Axmaqlığın tərifi"

Rotterdamlı Deziderius Erazmus (1469-1536) - Hollandiya - Şimal İntibaıhının görkəmli nümayəndəsi, zəmanəsinin məşhur latındilli yazarı və alimi idi.

Onun  "Axmaqlığın tərifi" kitabı Avropa ictimai-mədəni fikir tarixində xüsusi yeri var: Rable, Volter, Servantes kimi sənətkarlar məhz bu əsəsrdən təsirlənmişlər...

Latın dilindən tərcümə edəni: Cəmşid CƏMŞİDOV

  
 

Müəllifin ön sözü
1509-cu il

Davamı...
Sentyabr 29, 2007 21:53

  Jan Pol Sartr (1905-1980): "Divar"

"Alatoran" dərgisi təqdim edir 

2004-cü ildə məşhur fransız yazarı, dramaturqu və filosofu Jan Pol Sartrın anadan olmasının 100 illiyi tamam oldu. Bir neçə il öncə «Alatoran» Sartrın klassik əsərlərindən sayılan «Herostrat» hekayəsi ilə öz sadiq oxucularını «Ədalət» qəzetinin səhifələrində tanış etmişdi. Bu çeviri ekzistensializm sənət cərəyanının ən tanınmış nümayəndəsinin bütün dünyada geniş miqyasda qeyd olunacaq yubileyinə həsr olunur.

Hekayə

Bizi divarları ağardılmış geniş otağa itələyib saldılar. Güclü işıq şüası qamaşdırdığından gözlərimi qıymalı oldum. Bir qədər sonra masa, onun arxasında oturub kağızlarla əlləşən dörd mülki geyimli adam qarşımda peyda oldu. Digər dustaqlar bizdən bir az aralı dayanmışdılar. Onlardan çoxusunu tanıyırdım, yerdə qalanlar isə, görünür, gəlmələr idi. Önümdə biri-birinə çox bənzəyən iki nəfər sarısaçlı, dəyirmi başlı adam görəndə onların fransız olduğunu təxmin etdim. Nisbətən alçaqboylunun tez-tez şalvarını yuxarı çəkməsindən onun əsəbiliyini sezmək çətin deyildi.

Davamı...
Sentyabr 29, 2007 15:11

  Knut Hamsun:«CƏNUB ULDUZU»NUN KAPİTANI – REYERSEN

Qapqara qaralanacan qətranlanmış köhnə balıqçı şxunu1 Vogen buxtasına daxil olur. Şxunyn adı – «Cənub ulduzu», şkiperin2 familiyası – Reyersendi. Gəmini də, şkiperi də Vogendə yaxşı tanıyırlar, gör, bir neçə ildi ki, kapitan Reyersen hər mövsüm Vogenə, həndəvərdə yaşayan ispanlara balıq qurutmaq üçün təşrif gətirir.

     Yaxınlıqdakı təpələrdə ins-cins gözə dəymir, yalnız buxtanın dərinliyində, qayıqların saxlandığı tikililərin yanında bir dəstə uşaq oynayır. Reyersen kədərlə düşünür ki, qabaqlar başqa cür idi. Təxminən iyirmi il əvvəl «Cənub ulduzu» birinci dəfə balıq qurudulan talvarların qarşısında lövbər salanda, ətraf təpələrə yüzlərlə adam toplaşmışdı – Vogenin sakinləri – əsasən, arvad və uşaqlar böyük maraqla gəmiyə tamaşa edirdilər, yerli kişilər – balıqçılar isə bir-birinin arxasınca qayıqlara minir və «Cənub ulduzu»na tərəf üzürdülər ki, şkiperlə görüşüb, hal-əhval tutsunlar. İndi isə…
Davamı...
Sentyabr 29, 2007 12:08

  HENRİX BÖLL: Həyatı, "Nobel nitqi"

Avtobioqrafiya: 21 dekabr 1917  - 16 iyul 1985

Məşhur alman prozaiki və novellisti Henrix Teodor Böll Reyn vadisinin ən böyük şəhəri olan Kölndə, ağac ustası Viktor Böllün və Mari (Xermanns) Böllün çoxuşaqlı ailəsində dünyaya göz açıb. Böllün ulu babaları XIII Henrixin dövründə İngiltərədən qaçmışdılar. Bütün fanatik katolikllər kimi, onlar da protestant anqlikan kilsəsi tərəfindən təqiblərə məruz qalmışdılar.

     Hələ uşaqlıq dövründən şeirlər və hekayələr yazan Böll orta məktəbi bitirəndən sonra Hitleryuqendə üzv olmayan tək-tük yeniyetmələrdən olur. Buna baxmayaraq, orta təhsilini başa vurandan bir il sonra onu məcburi əmək işlərinə cəlb edirlər. 1939-cu ildə isə Böll hərbi xidmətə çağırılır. O, şərq və qərb cəbhələrində kapral çinində xidmət edir, bir neçə dəfə yaralanır, 1945-ci ildə Amerika hərbi hissələri tərəfindən əsir götürülür və bir neçə ay Fransanın cənubundakı hərbi əsir düşərgələrindən birində saxlanılır.

     Doğma şəhərinə qayıdandan sonra Böll bir neçə müddət Köln universitetində təhsil alır, bir müddət atasının emalatxanasında, sonra isə demoqrafik statistika üzrə şəhər bürosunda işləyir və bütün bu müddət ərzində yaradıcılıqla məşğul olmağına davam edir. 1949-cu ildə onun ilk əsəri olan «Qatar vaxtında gəlib» povesti kitab halında dərc olunur və ədəbi mühitin rəğbətini qazanır. Əsər - müharibədən qayıdıb yenidən ölüm təhlükəsiylə üzləşmək məcburiyyətində qalan bir əsgərdən bəhs edir. «Qatar vaxtında gəldi» əsəri Böllün, mənasız müharibə, müharibədən sonrakı illərin ağrı-acılarından bəhs edən kitablar seriyasından olan ilk əsəridir. Bunların içində ən tanınmışları - «Yolçu, nə vaxt gələcəksən…», «Hardaydın, Adam?», «Erkən illərin çörəyi» əsərləridir. Henrix Böllün müəllif üslubu nasizm pafosundan azad olan sadə, aydın alman dilini bərpa etmək məqsədi güdürdü. Davamı...
Sentyabr 28, 2007 22:13

  F.Q.Lorka. Bioqrafiyası, müsahibələri

Frederiko Qarsia Lorka  (1898-1936)

      İspan şairi və dramaturqu     

     Şair 5 iyun 1898-ci ildə Qranada yaxınlığında, Əndəlis əkinçilərinin ailəsində dünyaya gəlib. Uşaqlıq çağından rəngkarlığa maraq göstərib, musiqiylə məşğul olub. Yeniyetməlik dövründə isə şeir yazaraq yerli kafelərdə onları deklamasiya edirdi.
     Gənc Frederiko Qranada Universitetində ali hüquq təhsili aldığı müddətdə Kastiliyaya səfərinin (1918) təəssüratı altında yazdığı nəsr əsərlərindən ibarət kitab dərc etdirir. 1919-ci ildə isə Madrid Universitetinin ədəbiyyat fakültəsinə keçir. Burada teatr tamaşaları təşkil edir, öz şeirlərini geniş auditoriyalar qarşısında oxuyur. Həmin ərəfədə onun adı Salvador Dalinin, Luis Bunyelin, Rafael Albertinin də daxil olduğu «27-ci nəsil» sənət qrupunun tərkibində daha çox hallandırılır.

Davamı...
Sentyabr 26, 2007 20:40

  Mirzə Qalib. Şeirlər

Fars və urdu dillərindən çevirən: Afiq HÜSEYNBƏYLİ

FARS DİLİNDƏN QİTƏLƏR

      O kəslərdən deyiləm ki, əqidəmi

      Kimlərinsə fəsadından həras edəm.

      Bacarmaram nəsihət və moizlərlə

      Aləmləri mən də xudaşünas edəm. 

     

Davamı...
Sentyabr 26, 2007 19:39

  Uilyam Somerset Moem: "Muzdlu tərəfdaşlar"

İngiliscədən çevirən: Camal ZEYNALOV

Bar adamla dolu idi. Səndi Veskotun qarşısında iki kokteyli qoyul-muşdu. O, saatına baxdı, özündə aclıq hiss etdi. O, şam yeməyini saat onun yarısında yeməyi tapşırmışdı. İndi isə saat ona qalırdı. Yeva Baret həmişə gecikirdi. Və o bunu da bilirdi ki, saat on birin yarısından əvvəl yemək üçün heç bir şey tapmaq olmayacaqdı. Bu vaxt başqa bir adam bara daxil oldu. Səndi onu salamladı.

      - Salam, Kotman. Bir şey içəcəksinizmi?

      - Məmnuniyyətlə, cənab. 

Davamı...


Yazılar cəmi: 30   


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com
PageRank