Avqust 8, 2008 20:04
I yazı
“Sistemə və susan çoxluğa qarşı” silsiləsi
“Artıq indidən meyitimi qaçırıb gizlətdiyizi, qapıları vəkillərimin üzünə bağladığınızı görən kimiyəm. Ulrike Meinhof özünü asdı deyəcəksiniz. Qanlı əllərinizlə qapıları üzlərinə bağlayacaq və şəkil çəkməyi, sual verməyi qadağan edəcəksiniz. Qadağandır deyəcəksiniz, meyiti müayinə etmək qadağandır! Sual vermək, düşünmək, fikir bildirmək qadağadır! Qadağandır!.. Bircə içinizdəki qorxunu qadağan edə, aradan qaldıra bilməyəcəksiniz. Hər bir qatilə məxsus o qorxunu öz içinizdə qadağan edə bilməyəcəksiniz!”
Dario Fo “Mən Ulrike bağırıram” tamaşasından
Davamı...
Avqust 2, 2008 15:12

Azərbaycan siyasətinin seçki palitrası bir günə müəyyənləşdi
Bu gün (02.08.2008) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı palitra əsasən müəyyənləşib. Bu şənbəni digərlərindən siyasi xəbərin çoxluğu və anbaan dəyişən gəlişmələr fərqləndirib. Günün siyasi hərəkətliliyinə rəğmən, sonda ortaya o qədər də aktiv olmayan mənzərə çıxıb.
Gün Yeni Azərbaycan Partiyasının IV qurultayı ilə başlayıb. Hakim partiya Azərbaycan prezidenti və sədri İlham Əliyevin namizədliyini irəli sürüb. Namizədlik yekdilliklə dəstəklənib.
Davamı...
İyul 30, 2008 20:34
Hakimiyyətə və cihada münasibət sələfiləri iki yerə bölüb
Əbu Bəkr dini icmasının rəhbərini “zındıq” adlandırırlar, Qamət Süleymanov isə qarşı tərəfi savadsızlıqda ittiham edir
Ölkədə vəhhabi kimi tanınan sələfilər (Əbu Bəkr dini icması) arasında ciddi parçalanma baş verib. Parçalanmanın dəqiq tarixi bəlli olmasa da, tərəflərin mövqeləri, bir birinə qarşı fikirlərin böyük əksəriyyəti gizli deyil. Hər iki tərəfin internet saytlarını izləməklə ixtilafın kökünü görmək olar.
Əbu-Bərk dini icması ilə qarşıdurmada olanlar özlərini Camaatul-Haqq adlandırıblar. Eyni adlı saytda onlar Əbu-Bəkr dini icmasının imamı Qamət Süleymanov barədə ittihamlarını (bu haqda az sonra ) və öz
Davamı...
İyul 25, 2008 21:13
Dünya ictimai-liberal fikiri ilə maraqlananlar üçün maraqlı yazıların azərbaycanca tərcüməsini təqdim edirik.
Davamı...
İyul 17, 2008 17:38

АННОТАЦИЯ:
Имя Джорджа Сороса - выдающегося предпринимателя и филантропа говорит
Davamı...
İyun 11, 2008 19:47
"Kaşki ad günləri filan olmayaydı, ümumi ad günləri olaydı... Məsələn, Qarabağın azad olunmasının 10 illiyi, Şuşanın işğaldan qurtulmasının 50 illiyi..."
- Sabir bəy, ömür kitabının neçənci vərəqindəsiniz?
-61-i çevirmişəm. Artıq 62-ci səhifəni də tamamlayıram.
- Bu vərəq nəylə yadda qalıb?
Davamı...
May 15, 2008 17:46
Xomeyni
İran bu gün bölgənin ən böyük uluslararası enerjiyə sahib olan ölkələrindən biridir. Ayrıca ərazi və nüfuz baxımından da böyük ölkədir. Son zamanlar petrol qiymətinin artımı ilə İranın xəzinəsinə durub-durduğu yerdə milyardlarca dollar axmaqdadır. Bu üzdən terrora meyilli bir dövlət olan İran, bölgədə özəlliklə şiə geopolitikasından faydalanaraq uzun vədəli hədəflər üzərinə sərmayə yatırmaqdadır.
İran İslam İnqilabının şüarları artıq əskimiş və bu gün İran rejiminin təhdid və fürsət anlayışları Soyuq Savaş dönəmindəkindən tamamı ilə fərqli istiqamətə yönəlmişdir. Bu gün İran üçün ən böyük təhdid olaraq görünən Şimali Azərbaycan dövlətidir. İran bütün imkanlarından faydalanaraq Şimali Azərbaycanı çıxılmaza soxmaq və beləliklə də Şimali Azərbaycandan Cənubi Azərbaycana keçəcək milli bilgi və duyğu dalğalarını əngəlləmək istəyir. Bu istiqamətdə İranın həm iqtidarı, həm də daxildə və xaricdə olan
Davamı...
Aprel 21, 2008 20:56
E-Mənbə: http://mediaforum.az/articles.php?lang=az&page=05&article_id=20080418080201916
Ötən ilin mayında «Media forum» jurnalist Vahid Qazinin Kuba səfərindən fotoreportaj vermişdi. Jurnalist şəkilli söhbətdə Kubanın ictimai-siyasi, sosial-iqtisadi durumundan söz açmış, insan haqları problemindən bəhs etmişdi. Bugünlərdə V.Qazi yenidən Kubada səfərdə olub. Ötən ildən bəri bu ölkədə bir çox dəyişikliklər baş verdiyini, o cümlədən 1959-cu ildən hakimiyyətdə olan Fidel Kastronu dövlət başçısı postunda qardaşı Raul Kastronun əvəz etdiyini nəzərə alaraq həmkarımızla söhbətləşdik.
Görəsən, bir il qabaq fotoreportajına «Qırmızı ada» (V.Qazi «qırmızı» ifadəsini kommunizm rəmzi kimi işlətmişdi) başlığı qoymuş həmkarımızın indiki təəssüratları hansı rəngdədir?
Davamı...
Aprel 21, 2008 19:16
E-məbə: http://www.yenicag.az/modules/news/article.php?storyid=773
Bəzi yüksəkçinli məmurlarımızın Birlik kilsəsində ibadət etdiyi deyilir
Bir sıra məmurlar və iş adamları Dünya Sülh Federasıyası tərəfindən xristianlığı qəbul edənlərə verilən «Sülh Diplomu» ilə təltif olunub «Uşaqbazlıq»da ittiham olunan San Myön Munun rəsmi saytında bildirilir ki, Azərbaycanda 27 nəfər dövlət məmuru, o cümlədən 3 millət vəkili və bir televiziyanın vitse-prezidenti onun ideyalarını qəbul edib
Davamı...
Aprel 15, 2008 20:41
Ramiz MEHDİYEV, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının
rəhbəri, həqiqi dövlət müşaviri, akademik
Sovet dövrünün ehkamları respublika rəhbərindən bütün rəsmi tədbirlərdə yalnız rus dilində danışmağı tələb edirdi. Heydər Əliyev bu qaydanı formal olaraq pozmurdu, həqiqətən də, bütün qurultaylarda, plenumlarda məhz rus dilində çıxış edirdi. Lakin rəsmiyyətçilikdən kənara çıxmaq üçün azacıq imkan düşən kimi o, Azərbaycan dilinə müraciət edirdi. Özü də, demək olar, heç vaxt əvvəlcədən hazırlanmış mətnlərdən istifadə etmir, sözlərini sinədən deyirdi. Bu da heyrətqarışıq bir heyranlıq və bu üslubu təqlid etmək arzusu doğururdu.
1972-ci illərin ortalarında yazıçılardan biri ona "yoldaş Əliyev, Siz azərbaycanca nə gözəl danışırsınız!" deyəndə, Heydər Əliyev gülümsəyərək belə cavab vermişdi: "Sən niyə mənim rusca gözəl danışmağıma deyil, azərbaycanca danışmağıma təəccüb Davamı...
Aprel 15, 2008 20:39
Həyat sübut edir ki, sınaqlara tab gətirməyənlər iflasa uğrayır, özünü dəf edə bilənlər isə xalqın rəğbətini qazanır
Ramiz MEHDİYEV, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, həqiqi dövlət müşaviri, akademik
Bu günlərdə mən "Azərbaycan-İRS" jurnalının növbəti nömrəsi ilə tanış oldum. O, bütünlüklə Azərbaycan prezidenti Heydər Əliyevə həsr edilmiş xüsusi buraxılışdır. Ona heyran qaldığımı gizlətməyəcəyəm: jurnal həqiqətən də çox gözəl tərtib olunub, Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən nadir fotoşəkillər verilmişdir.
Davamı...
Aprel 15, 2008 19:51
E-mənbə: http://www.yenicag.az/modules/news/article.php?storyid=751
AXCP sədrinin özəl nümayəndəsi Londonda Fətullah Gülənin dostu Lord Əhmədlə birlikdə nə üçün bir araya gəlib?
2003-cü ildə AXCP sədrinin üzv olduğu bloka yardım edən fətullahçı şirkətlər bu dəfə kimi dəstəkləyəcək?
Qarşıdan Prezident seçkiləri gəlir. Ancaq əvvəlki illərdən fərqli olaraq, bu il seçki ab-havası hiss olunmur. Əvvəlki illərdə “yağmasa da, guruldayan” müxaliflər bu dəfə hədsiz dərəcədə passiv görünürlər. Davamı...
Aprel 5, 2008 22:01
«Azərbaycan» qəzeti mərhum prezident Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin xatirələrini dərc etməyə başlayıb. «Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr» adlanan əsər 2003-cü ilin iyun ayında işıq üzü görüb. Materialı «Media forum» saytının oxucularının da diqqətinə çatdırırıq.

Davamı...
Aprel 5, 2008 21:55
Azərbaycanın xalq yazıçısı, Milli Məclisin deputatı Maqsud İbrahimbəyov özünün yeni publisistik oçerkində ölkəmizə qara yaxan və əksər hallarda xaricdəki bədxahlarımız tərəfindən uydurulan ən cəfəng dedi-qoduları yaymaqla məşğul olan bəzi başabəla “jurnalistləri” və məlum yönümlü mətbuat orqanlarının dövlətimizə qarşı elan edilmiş açıq-aşkar və preventiv təbliğat müharibəsinə hazır olması barədə düşüncələrini oxucularla bölüşür.
"GERİYƏ YOL YOXDUR"
Ötən həftə əvvəllər tanımadığımız Mercer Resource Human Consulting şirkəti heç kəsin gözləmədiyi halda, ölkəmizin “sarı mətbuat” jurnalistlərinə yaxşı bir hədiyyə etmişdir: şirkət dünyanın ən çirkli şəhərlərinin siyahısını dərc etmiş və bu reytinqdə Azərbaycan paytaxtını birinci yerə qoymuşdur. İlk baxışda bu cür gözlənilməz qərar qəribə və izahedilməz görünə bilər.
Davamı...
Mart 28, 2008 22:27
В ближайшем будущем у стран СНГ, возможно, появится модельный закон о регулировании правовых отношений в Интернете. О том, следует ли регулировать Интернет в России и как это регулирование может проявляться, читателям Ленты.ру рассказали авторы проекта модельного закона "Об Интернете" Владимир Горжалцан и Юрий Храмов.
Аноним [09.03 21:35] Уважаемые авторы модельного закона! А с чего собственно вы озаботились созданием данного документа? Вам кто-то оплачивал его создание? Если не секрет, кто?
Дмитрий К. [06.03 09:33] Проект модельного закона Об Интернете это госзаказ?
Davamı...
Mart 18, 2008 0:01
Türkiyənin gerçək dövləti AKP-nin fətullahçılardan təmizlənməsini istəyir?
Baş prokurorun «qara siyahısı»nda olan 71 nəfərin əksəriyyəti Fətullah Gülənin AKP-nin siyahısı ilə seçdirdiyi şəxslərdir
Türkiyə baş prokuror Abdurrahman Çətinkayanın AKP-yə qarşı qaldırdığı iddianamə ilə çalxalanır. Ankarada baş verən zəlzələ belə Türkiyəyə bu iddianamə qədər təsir etməyib. Türkiyənin «Milliyyət» qəzetinin yazdığına görə, Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıc AKP-nin bağlanmasını və 71 şəxsin siyasətlə məşğul olmasının qadağan olunmasını tələb edən
Davamı...