Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

Avqust 1, 2008 15:46

  Perç Zeytunsyan. "On nəfərdən biri". (Ermənistan)

1On nəfərdən biri

Tezliklə gələcəklər…
- Siqaretin var?
- Mən qorxuram … mən ölmək istəmirəm.
- Sakit ol, heç bir şey olmaz.
- Evdə, gizlində bir şüşə viski saxlamışam. Ələ keçirməyiblərsə, müharibə qurtarandan sonra içərəm.
- Mən soruşuram ki, siqaretin var?
- Şəhərdə bir tanışım var, pinəçidir. Müharibədən sonra gedib onun yanında şagird olacağam.
- Saat neçədir?
- Kimdə saat var ki…
***

Davamı...
Fevral 19, 2008 21:00

  Gürcüstandakı Yazıçılar Birliyi kağız üzərində mövcuddur

Zviad RatianiGürcü şairi Zviad Ratianiylə söhbət

Tanıtım: 1971-ci ildə Tbilisidə anadan olub. Şair, tərcüməçidir. Bir çox yerli və əcnəbi ədəbi mükafatların sahibidir. Şeirləri əksər Avropa dillərinətərcüməedilərək, dərc olunub.

- Zviad, Gürcüstanda Yazıçılar Birliyi varmı?
- Gürcüstandakı Yazıçılar Birliyi demək olar ki, sadəcə kağız üzərində mövcuddur. Orada bir neçə gülməli, köhnə, əyalət təfəkkürlü adam toplaşıb. Ancaq müasir baxışlı yazarlardan ibarət olan ədəbi qurumlar da var. - Deməli,  birliyin üzvləri yaşlı nəsil ədəbi qüvvələrdir?

Davamı...
Dekabr 20, 2007 21:11

  Gürcü yazarları: "Şeirin forması çox şey demək deyil…"

www.azyazar.com saytının təqdimatında. Tərcümə: Nelli Məmmədova

  İki tanınmış gürcü yazarı – Şota İataşavili və Besik Xaranaulinin söhbətini diqqətinizə təqdim edirik:
Şota İataşvili: Cənab Besik, istəyirəm əvvəlcə belə bir sual verəm: Necə düşünürsünüz, ədəbiyyatda bir il ərzində kardinal dəyişikliklər edilə bilərmi, birdən dönüb baxasan ki, nəsə prinsipial olaraq dəyişdirilib, yoxsa buna onlarla ilmi lazımdır?

Davamı...
Noyabr 16, 2007 10:47

  Besik Xaranauli. Şeirlər

Tərcümə: Səlim Babullaoğlu

 

Qaçılmazlıq

Istеdad nədi ki,
hasara almasan?

Davamı...
Oktyabr 28, 2007 17:47

  Vahe Avetyan: "Ermənistanı cinayətkarlar idarə edir"

 Disident erməni yazıçısı ilə müsahibəDisident erməni yazıçısı ilə müsahibə 

"Ermənistanın təklikdə gələcəyi yoxdur, əgər Azərbaycan və Gürcüstan inkişaf etməsə, biz də inkişaf edə bilmərik"
   
Məşhur dissident erməni yazıçısı Vahe Avetyanla müsahibə almaq fikrinə təsadüfən düşmədik. O da Azərbaycanın bəzi yazıçılarının üzləşdiyi taleyi yaşayır. Səbəbi? Özündən soruşuruq. 

 - Cənab Avetyan, bildiyimiz qədərilə Daşnaklar ABŞ-da sizi məhkəməyə veriblər. Buna səbəb nədir?
   

Davamı...
Oktyabr 17, 2007 21:46

  Georgi Lobjanidze ilə müsahibə

 
Quranı gürcü dilinə tərcümə edən Georgi Lobjanidze ilə müsahibə


Tbilisidə “Qafqaz evi” ictimai təşkilatında Quran tərcüməsinin tarixində orijinal dildən birbaşa gürcü dilinə tərcümənin təqdimetmə mərasimi keçirildi. Tərcümənin müəllifi, professor Georgi Lobjanidze ilə müsahibəni diqqətinizə təqdim edirik. O, müsəlmanların müqəddəs kitabının tərcüməsinin spesifiki barədə söhbət etdi.

Davamı...
Oktyabr 6, 2007 17:27

  AĞASI AYVAZYAN: «FALKENŞTEYN»

AĞASI AYVAZYAN

(1926)

Müasir erməni ədəbiyyatının patriarxıdır. Hrant Matevosyanla (1935-2002) birlikdə erməni ədəbiyyatınnın sonrakı inkişaf istiqamətini müəyyənləşdirib. Yazıçının, demək olar ki, bütün yaradıcılıq irsi rus dilinə, bir çox əsərləri isə başqa dillərə də tərcümə olunub. Ümumittifaq miqyasında məşhurluğuna və «Ekran» jurnalının baş redaktoru vəzifəsində uzun illər işləməsinə baxmayaraq, Ayvazyan heç zaman kommunist partiyasının üzvü olmayıb.

Davamı...
Oktyabr 6, 2007 17:25

  VANO SIRADEQYAN: "YAZIQ UŞAQ"

VANO SIRADEQYAN

(1946)

Vano Siradeqyan kifayət qədər gec çap olunmağa başlayıb. Bununla belə, 1988-ci il Hərkatının başlanğıcında o, artıq Ermənistanın ən çox sevilən nasirlərindən biri idi.
«Qarabağ» komitəsinin üzvü, Ermənistan Ümummilli Hərəkatının sədri, Daxili işlər naziri, Yerevan şəhərinin meri – onun 10 il ərzində keçdiyi siyasi yüksəliş yolu belədir.

Davamı...
Oktyabr 6, 2007 16:53

  SUSANNA ARUTYUNYANş "QÜDRƏTLİ ÖLÜM"

ERMƏNİSTAN
Geqarkunik vilayətinin Karçaxbür kəndində anadan olub (1963). X.Abovyan adına Yerevan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. İlk hekayəsi «Mən nağıl olanda» adı ilə 1974-cü ildə «Pioner kanç» qəzetində, ilk kitabı «Əbədiyyət» isə 1966-cı ildə nəşr olunub. 2002-ci ildə nəsr əsərlərindən ibarət «Əsrin sonunda bazar ertəsi», 2006-ci ildə isə «Həyatdan xəbərlər» kitabları çapdan çıxıb. «Harmoniya» pyesi İranda tamaşaya qoyulub.

Susanna Arutyunyan yersiz səs-küy, sərt tənqid, yaxud boğazdanyuxarı təriflər olmadan erməni ədəbiyyatının tanınmış müəlliflərindən birinə çevrildi. Sadəcə, onun öz materialının olması hekayədən – hekayəyə daha aydın görünməyə başladı, ifadə vasitələrindən ciddi və məqsədyönlü istifadə isə müəlliflə yanaşı, oxucunun da hadisələrin iştirakçısı olması effekti yaradır.

Davamı...
Oktyabr 6, 2007 16:44

  HRANT MATEVOSYAN : "ŞƏFFAF GÜN"

ERMƏNİSTAN

HRANT MATEVOSYAN

(1935-2002)

Ötən əsrin 60-cı illərindən başlayaraq, erməni nəsrinin inkişaf istiqamətini müəyyənləşdirib, müasir erməni nəsrinə həsr olunmuş saytda ona yer verilməsi də bununla şərtlənir.

Matevosyan ədəbiyyata «təbii» insanları - əsasən kəndliləri gətirdi və onları sovet ideoloji zombisinə qarşı qoydu, digər tərəfdən isə o, şablonları dağıdaraq, onları məna aydınlığı ilə seçilən dolğun stilistik konstruksiyalarla əvəz etdi, beləliklə, dili yeniləşdirdi. Rəsmi ədəbiyyatın nümayəndələri ona qarşı çıxmağa başladılar, eyni zamanda yazıçı fərqli düşünən gənc ziyalılar üçün yol göstərən şəxsiyyətə çevrildi.

Davamı...
Sentyabr 28, 2007 21:16

  ALEKSANDR KİKNADZE: "MİLLƏTİN QIZIL QUM ZƏRRƏLƏRİ"







        2002-ci ilin iyununda mənə, dillərə, tarixə və... futbola olan ümumi maraqlarla yaxın olduğumuz moskvalı dostum Azər Cahangirov zəng etdi. Həmin günlər, Koreya və Yaponiya stadionlarında dünya çempionu adı uğrunda sonunun kimin qələbəsi ilə nəticələnəcəyi bilinməyən dəhşətli dərəcədə qızğın mübarizə gedirdi. Ötən illərin favoritləri, sanki bir-birləri ilə əvvəlcədən danışıblarmış kimi, turniri tərk edirdilər. Tamamilə naməlum komandalar öndə gedirdilər. Mən elə belə də düşünürdüm ki, Azər digər yoldaşlarım kimi, Koreya-Yaponiya sensasiyalarından danışacaqdır. Böyük oğlum Vasili orada Rusiya televiziyasının xüsusi müxbiri kimi iştirak edirdi. Mənə zəng edənlər, başqa məsələlər bir yana, hər şeydən öncə, öyrənmək istəyirdilər ki, çempionatdakı bu gözlənilməz (bəzən hakimlərin müdaxiləsi ilə baş verən) dəyişikliklərə oyunların canlı şahidi necə münasibət bəsləyir.     

Davamı...
Sentyabr 26, 2007 20:06

  Leyla Mesxi: "Cazibə"

Gürcücədən çevirən: Həmzəli İLYAS

Uzaqlaşan uğultu və qəfil maşın siqnalı otağa ani xəbərdarlıq və çağırış kimi soxuldu. Bu səsləri o hər yerdə, həmişə tanıyır, yüzlərlə səs içində də seçirdi.

      Saçını tələsik səliqəyə saldı. Barmaqları sözünə baxmırdı, yaxasını birtə-hər düymələdi, açarı götürüb aşağı yüyürdü.

      Qədd-qamətli çinar ağacının altında yaşıl "Fiat" dayanmışdı. Yaşıl "Fiat" adama, sanki aprel aynının məxməri otunu xatırladır, qəlbə sakitlik və təskinlik verirdi. "Yaşıl"ın təsiri altında ürək şirin-şirin sızlayır və susur. Bu ürəkaçan, yaz nəfəsli rəngin təsirindən adam ağlını da itirər.    

Davamı...


Yazılar cəmi: 12   


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com
PageRank