Avqust 19, 2008 17:31
Doktorla görüşüb söhbət etməzdən qabaq bu mövzu mənim fikrimi bərk məşğul etmişdi. Nə üçün adamlar cüzam xəstəliyinə mübtəla olanları özlərindən uzaqlaşdırır, sonsuz narahatlıqla onlardan qaçır, rəhmsizcəsinə onları məhv etmək fikrinə düşürlər?
Hamısından qəribəsi odur ki, adamlar bu barədə az da olsa narahatlıq hissi keçirmirlər. Mən azacıq belə yubanmadan bu mövzunu araşdırmağa başladım.
Doktor Mübəyyin (xəstəxananın baş həkimi—tərcüməçi) mənim sorğuma acı gülüşlə cavab verdi:
Davamı...
Avqust 4, 2008 16:44
دانيشدي بير-بيرييله، دوردو اونلار.
دئديلر: اول حرامي بو کيشيدير
اؤزونو مين اره وورماق ايشيدير.
قاتيندا بونلارين گور ساز وار ايدي،
گؤل ايچينده چوخ اؤرده ک، قاز وار ايدي.
ايگيت آيدير کي، قيزي گيزله يه ليم،
حرامي`يي ياليقيز گؤزله يه ليم.
گليب سؤيله رسه جنگه دوروشاليم،
اونونلا جنگ ائده ليم، ووروشاليم.
نئچون اوز دؤنده ره ليم بير کيشيدن،
نه دئييسه ر بيزي، آيدين ائشيده ن.
اؤنوردو [اوتوردو؟] مسکنتله، سؤيله يه ليم
بجيت اولور ايسه، جنگ ائيله يه ليم.
Davamı...
Avqust 4, 2008 16:25
داستان-ي احمد-ي حرامي
مئهران باهارلي
٢٠٠٨
كيتابين آدي احمد-ي حرامي اولسا دا؛ اونون آنا قونوسو، گول اندام آدلي اردملي، اؤزوئريلي، آلچاق كؤنوللو و عئيني حالدا سون درجه اوسلو و سويوق قانلي گنج بير قيزين باشيندان گئچه نلردير. اثر، گول اندام`ين وئردييي ياشام ساواشي، ايچ دونياسي، اوموت و قورخولاريندان كسيتلر و يانسيمالاردان اولوشور. دستان اؤزه لليكله گول اندام`ين چئوره سينده كي ارككلرله (آتاسي "شهنشاه"، اونو اؤلدورمه يه قالخيشان "احمد حرامي"، ياشاميني قورتاران "خوجا روستم" و اري "گول افروخ شاه") اولان ايليشگيلريني باشاريلي و اؤزگون بير شكيلده سرگيله يه بيلمه سي باخيميندان، اولدوقجا ايلگي چكيجي و ده يه رليدير.
سؤزوموز
Davamı...
İyul 29, 2008 16:41
Tarix üzərinə sosioloji araşdırmalar olayların adətən iki istiqamətdə ortaya çıxdığını isbat etmişdir: 1. Tarixin yaratdığı olaylar (Tarixin yaratdığı millətlər); 2. Olayların yaratdığı tarix (millətlərin yaratdığı tarix).
Bunu bir neçə örnəklə daha da anlaşılan hala gətirək. Sabiq Sovetlər məkanından 15 müstəqil dövlət tarix səhnəsində öz istiqlallarını elan etdilər. Əslində sovetizmi dağıdan millətlərin milli mücadilələri olmadı. İqtisadi çöküş, tekniki baxımdan geriqalma, modern dünyaya qapıların bağlı olması rüşvətlə birlikdə sovetizmi çökdürdü. Bu çöküşdən sonra əslində müstəqilliyi haqq etməyən ölkələr azad oldular. Məsələn, Ermənistan öz istiqlalı yolunda hansı mübarizəni apardı? Türküstan və digər cümhuriyyətlər də eləcə. Yalnız Gürcüstanın və Azərbaycanın cüzi dirənişləri oldu. Bunun əksi olaraq, öz istiqlalları yolunda prezidentləri ilə bir yerdə ölüm-dirim savaşına çıxan çeçenlər müstəqil ola bilmədilər, bilmirlər. Üç Baltikyanı ölkə istisna olmaqla, qalan dövlətlərin müstəqilliyi tarixin tanıdığı şans kimi ortaya çıxıb. Bunun adına tarixin yaratdığı hadisələr deyək və belə bir sual verək: Əgər iqtisadi, siyasi çöküş və Qərblə olan münasibətlər yaxın vədədə İranı dağıtmalı olsa, mərkəzin nəzarəti zəiflərsə, o zaman Sovetlərdə olduğu kimi tarixin tanıdığı fürsət və şans
Davamı...
İyul 7, 2008 17:52
Duman Ərdəm
Kultaz.com saytının təqdimatında...

qarşımı kəsdi qız gəlin
yolarkən saçlarını
evimiz yıxıldı
dedilər: anamız öldü
soluma baxdım gülümsəyərək
- bu da unudular
unudular hərşey dedim-
dedim
içirdik hıçqıra- hıçqıra
Davamı...
İyul 4, 2008 1:13
Kult.az saytınını təqdimatında
“Güney Azərbaycan ədəbiyyatı” həftəsi
Rüqiyyə Səfərli
1
Duyğularım körpə kəpənək,
Qanad çalır
Həyatımın xəzan vurmuş bağçasında
Payızım küləyində
Al-əlvanlı qanadları
Davamı...
Fevral 9, 2008 9:47
GÜNDOĞAR ÖLKƏSİ: TƏBRİZLİ ŞƏMS VƏ MÖVLANA
Çox çalışdım Mövlananın səkkiz yüz illiyinə nəsə yazmayım, çünki xırdaca bir insan olduğum üçün o böyüklükdə dünyanın yükünü çiynimdə daşımaqdan qorxurdum. Şəms Təbrizlə Rum mollasının haqqını kiçik bir yazıyla bir yerdə ödəmədək gülünc gəlirdi mənə, onlara dərin sevgimi yalnız ürəyimdə daşımaq istəyirdim. Amma alınmadı, yazmaq vəsvəsəsindən yaxa qurtara bilmədim. Bu kiçik yazı özünü mənə yazırdı. Dırnaq arasındakı statlar ümumiyyətlə Şəmsin "Məqalat" kitabından və Mövlananın "Şəms" başlıqlı böyük divanından alınmışdır.
Adlım filosof və psixoloq Erik From deyir: "Mövlana təkcə bir şair və bəlli bir firqənin qurucusu olan arif deyildi. O, insan təbiəti barəsində dərin baxışa malik idi... yaşamın ən böyük vurğunlarından olan Mövlana üstbilinc (fövqəlidrak) , altbilinc (təhtəlidrak), azadlıq məsələsi, ruh toxtaqlıği, və insanın iqtidarından danışırdi".
Davamı...