Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

Avqust 20, 2008 15:26

  Nostradamus: Həkim, astroloq, sufi, yaxud peyğəmbər?

Dünya tarixini maraqlandıran şəxsiyyətlərdən biri də daha çox Nastradamus adı ilə tanınan Mişel de Notrdamdır. Əslində o, kim idi? Əfsanəvi həkim, yoxsa məşhur astroloq? Bəlkə ən gözlənilməz şərhlər üçün geniş imkan yaradan peyğəmbər idi? Və ən nəhayət, dahi sufi, yoxsa sehrli kələkbaz? 500 il keçməsinə baxmayaraq, bu suallar hələ də bu gün insanları maraqlandırır. Tarixdə elə astroloq yoxdu ki, bu şəxsiyyətə pərəstiş etməsin.
Milliyyətcə yəhudi olan Mişel de Notrdam 14 dekabr 1503-cü ildə Sen Remidə (Provans, Fransa) dünyaya gəlib. Ailə kasıb olduğundan ilk təhsilini elə evdə alıb. İbtidai təhsili klassik ədəbiyyatı, tarixi, astrologiyanı və xalq təbabətini əhatə edirdi. Daha sonra o, təhsilini davam etdirmək üçün Avinyon universitetinə daxil olur. Burda filosofiya, qrammatika və bəlağət elminə yiyələnir.

Davamı...
İyul 30, 2008 15:45

  Евгений Касперский. Вирусы: мифы и реальность

Евгений Касперский. Фото пресс-службы
Евгений Касперский. Фото пресс-службы "Лаборатории Касперского"
показать все вопросы
Davamı...
İyul 29, 2008 16:39

   Nostradamusun 2008-2167-ci illər üçün proqnozu

Nostradamusun 2008-2167-ci illər üçün proqnozu

   Nostrdamusun proqnozları yüzillərdir mübahisələr, müzakirələr mövzusudur. Mütəxəssislər onun proqnozlarının adətən doğru çıxdığını qeyd edirlər. Bu günlərdə türk mətbuatı onun dördlüklərinin yozumu əsasında 2008-2167-ci illər üçün proqnozunu dərc ediblər. Maraqlı olcağını düşünüb sizə təqdim edirik. 


   2008 - 4 dövlət başcısına sui qəsd. Hindistan dövlətində konfliktlər yaranacaq. Bu konflikt 3-cü dünya müharibəsinin başlıca amillərindən biri olacaq.
   2010 - 3-cü dünya müharibəsinin başlanğıcı. Bu Müharibə 2010-cu ilin Noyabr ayında başlayıb 2014-cü il oktyabr ayına kimi davam edəcək. Müharibə həmişə olduğu kimi sadə üsulla başlanacaq, sonra isə bu

Davamı...
İyul 29, 2008 16:31

  İçki tarixinin üç dahisi

İçki tarixinin üç dahisi
   Dolu qədəhlərə ithaf...
   
   Dahiliyin üç şərti
   
   Söz adamını dindir - qırağa dur, içkinin fəlsəfəsindən o ki var danışsın: araq xarakter içkisidir, içki insanın dostudur, adamı hamı atır, içki isə adamı heç vaxt atmır, uzaqbaşı sən onu ata bilərsən və daha nələr… Ümumiyyətlə, yaradıcı adamların arasında bir içki kultu var. Belə hesab olunur ki, loru dildə desək, "sənətkar vuran olar". Hətta bu "diaqnoz" elə güclüdür ki, yaradıcılığa iddialı olan adamlar fərli bir şey yaratmazdan əvvəl özlərini yaradıcı adam kimi təsdiq etmək üçün özlərinə bir "əyyaş" obrazı yaratmağa çalışır. Bəs necə, axı dahiliyin reseptindəki üç şərtdən (istedad, kasıblıq, içki) biri də məhz bu keyfiyyətdir.
   Bu yazıda yaradıcılığı ilə yanaşı, möhkəm vuran olmağı, həyatda nail olduqları çox şeyi
Davamı...
İyun 19, 2008 20:52

  Məmməd Süleymanov. "Çe. Gerilyanın son həftəsi"

(Yazını iyunun 14-də 80 yaşı tamam olan Komandanteyə həsr edirəm)
   
   "Çe. Gerilyanın son həftəsi" dedikdə Boliviya epopeyasının 1967-ci il oktyabrın 1-dən 8-nə qədər olan dövrünü nəzərdə tuturam. Gerilyerosların sayının vur-tut 17 nəfər olduğu bu dövrdə belə Çe özünəinamını saxlayır, uğurlu inqilaba inanırdı. Halbuki, artıq yaydan bəri partizanlar Boliviya kəşfiyyatının və ordusunun ovcunun içində idi.
   Sentyabrın 1-də içlərində Tanya da daxil olmaqla, Xoakinin dəstəsi həlak oldu. Sentyabr döyüşlərində Çe silahdaşları Migel, Koko və Xulionu itirdi. Bir tərəfdən də Kamba və Leon əsir düşdülər və tezliklə Çe haqqında izahatlar verməyə başladılar.
   Çe "Boliviya gündəliyi"ndə sentyabr ayının analizini verərək yazırdı: "Bu ay bizim qüvvələrimizin bərpası ayı olmalıydı və demək olar ki, oldu da". İfrat optimizm? Reallıq hissinin itirilməsi? Nə bilim.
Davamı...
İyun 17, 2008 23:33

  Nurlan Məmmədov. "Ağ və qara magiya"

<font color=#ff0000>Məqalə: </font>Ağ və qara maqiya

 Minillikilər boyu insan cəmiyyəti daim özünü gözləyən bir çox təhlükələrdən və sığortalamaq üçün ağlagəlməz vasitələrə əl atmışdır. Bəzən bu vasitələr cəmiyyətə təhlükə törətsə də öz əhəmiyyətini bu günə kimi qoruyub saxlamışdır.

Maqlar əsasən Asiyada meydana gəlmış və başqa xalqlar arasında yayılmışdır. İbtidai icma quruluşu dövrlərində maqiyadan həm xeyirxah əməllər üçün həm də şər və bəd işlər görmək üçün istifadə etmişlər. Zaman keçdikcə bu bir sənətə çevrilmış və xüsusi insanlar tərəfindən öyrənilomişdir. Bu işlə əsasən qaraçı xalqları məşğul olsa da qeyri-qaraçı xalqlar arasında da olduqca geniş yayıldı.

Davamı...
May 7, 2008 20:08

  İsmayıl Qarayev. İki kitabın tam mətni:

Hörmətli oxucu!I.Qarayev

Mərhum yazıçımız İsmayıl Qarayevin vəfatından sonra işıq üzü görmüş «Sxodka» kitabı oxucular tərəfindən maraqla qarşılanmışdır. Dünyasını dəyişəndən sonra məlum olmuşdur ki, sağlığında işıq üzü görməmiş neçə-neçə əsərləri qalmışdır. Nəşriyyatımız yazıçının əsərlərinin silsilə şəklində nəşrinə başlamışdır və bu günə kimi yazıçının aşağıdakı siyahıda göstərilən sayda kitablarını çap etmişdir. İndiki “KÖLGƏ” hekayələr toplusu ölümündən sonra yazıçının nəşr olunan sayca 43-cü kitabıdır.

Davamı...
Aprel 15, 2008 20:27

  Gülnarə RƏFİQ. "Lev Tolstoy – insanları xoşbəxt edəcək sehrli çubuğu axtaran yazıçı..."

E-mənbə: http://bizimyol.az/?mod=news&act=view&nid=10089 

«Tanrının padşahlığı içinizdədir» deyən yazıçını kilsə lənətlənmiş elan eləmişdi

«Mən Allaha inanıram. Onu hər şeyin başlanğıcı, Ruh və Sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə. Hamının Tanrı kimi qəbul elədiyi İsaya dua etməsini ən böyük günah sayıram. İnsanlar  başqalarıyla elə rəftar eləməlidir ki, özü də belə rəftarı arzulardı. Bu, İncildə belə deyilib, bütün qanun və peyğəmbərlərin məğzi də bundadır».
                                                      Lev Tolstoy


Lev Nikolayeviç Tolstoy Birinci Pyotrun vaxtından cəmiyyətdə görkəmli yer tutmuş zəngin və adlı-sanlı nəslin nümayəndəsidir. Tolstoy o qədər avtobioqrafik yazıçıdır ki, onun qohum və tanışlarının obrazını  əsərlərindən tanımaq olar. Ata babasını «Hərb və sülh» romanında qraf Rostov obrazında təsvir edib.

Davamı...
Fevral 15, 2008 9:28

  SOVET DÖVRÜNDƏ YAŞAMIŞ DİSSİDENT YAZIÇI İSMAYIL QARAYEV

 Bu səhifədə Azərbaycan sovet dövründə yaşamış, uzun müddət zindan həyatına məhkum edilmiş məhsuldar  dissident yazıçısı Ismayıl Qarayevin əsərlərini oxuyacaq, onun haqqında geniş məlumat əldə edəcəksiniz...

Davamı...
Yanvar 27, 2008 10:51

  Seymurbaycantehqirmaniyaya öz stilinəuyğun cavab: hər kəs öz ruhunun qabığıdır...

Новруз Исаев. "Латентная шизофрения, или чушкарская сублимация в Азербайджане" 

image 

Davamı...
Yanvar 27, 2008 10:37

  Bizi -milləti təhqir edirlər: özü də başqalarının dilində

Сеймур Байджан. "Латентная педерастия в Азербайджане, или новогодняя чушкотека на площади Ленина"

image

Davamı...
Yanvar 20, 2008 23:44

  Baba Kamal. " Məşhur müasir masonlar və telekanallar"


ABŞ-dan dünyanın dörd bir tərəfinə yayımlanan və ən geniş tamaşaçı kütləsinə sahib telekanallar mason olan 15 ailə tərəfindən ve 24 şirkət vasitəsiylə idarə olunur

ABŞ-da Trilateral Komissiyası, Bilderberq və CFR üzü olan bəzi məşhur adları burada sadalamaq yerinə düşəcəkdir.
Paul Arthur Allaire: Xerox şirkətinin direktörü.
Graham T. Allison
D. Orville Andreas: Archer Daniels Şirkətinin İH sədri.
Davamı...
Yanvar 19, 2008 11:55

  Gülnarə RƏFİQ. "Pyotr İliç Çaykovski" (Təbəllüatlarda yaşanan ömür - musiqi)

Qadınların sevgisinə göz yuman bəstəkar öz həmcinsinə meyl edirdi

Bu əhvalat çox adi, hətta bir qədər bayağıdır. Kişi musiqiçidir, qadın mesenat. Kişi hələ də kasıbdır, qadın artıq çox varlıdır. 5 uşaq anasının, ərini itirmiş və qocalıq qorxusunu yaşayan qadının həyatındakı təlatümlərdən, cavan və ecazkar musiqi bəstələyən musiqiçiyə olan hisslərindən yazsaq, quru və maraqsız olacaq. 40 yaşındasa qocalıq çox vahiməlidir. Nəinki bu yaşda, bütün yaşlarda musiqinin ağuşunda gizlənmək o qədər rahat və şirin olur ki... Əvvəl rəsmi məktub və ilk musiqi sifarişi. Təbii ehtiyac içində boğulan musiqiçi sevincindən göyün 7-ci qatındadır. Sonra yenə də sifarişlər və hər sifarişin üstündə kiçik məktub. Əvəzində ədəbli və ciddi cavab məktubu. Məktublaşmanı münasibətlərin başlanğıcı da saymaq olar. Coşğun sevgi hekayəti gözləyənləri bu yerdə ruhdan salmalı olacağıq. Çünki əhvalatın qəhrəmanları bəstəkar Çaykovski və qrafinya Fon Mekk heç vaxt görüşmədi.

Davamı...
Yanvar 15, 2008 22:51

  Şair, Dəccal, Cadugər

Şair, Dəccal, Cadugər   Oğluna Atatürkün adını verən şeytanın hekayəti
   
E-mənbə: http://almaqezeti.com/?mod=view&id=2376  

Aleister Crowley, ya da əsl adı ilə Edward Alexander Crowley 12 oktyabr 1875-ci ildə İngiltərədə, Warwicshire`də dünyaya gəldi.Atası Edward Crowley əvvəllər pivə fabriki işlətmiş, Aleister doğulandan sonra isə təqaüdə çıxmışdı. Kökləri Devon və Somerset ailələrinə qədər gedib çıxan anası Emily Bertha Bishop və atası protestantlığın ən uc qanadı olan və Exclusive Brethren olaraq bilinən Darbyte`nin üzvləri idilər.

Davamı...
Yanvar 15, 2008 22:37

  MƏHBUS AKİF ƏDƏBZADƏNİN ŞEİRLƏRİ

 

Akif Yunus oğlu Ədəbzadə 1957-ci ildə Göyçayda anadan olub. Əslən Güney Azərbaycandandır. Cəmi dörd sinif oxuyub. Ömrünün yarıdan çoxu həbsxanada keçib. Hazırda Azərbaycandakı cəzaçəkmə müəssisələrinin birində cəza çəkir. Sonuncu dəfə 2 il müddətinə azadlıqdan məhrum edilib. Özünün dediyi kimi, Bayıldan Sibirə kimi şox həbs düşərgəsində olub. Bütün zorən səfərləri zamanı özü ilə Füzulinin «Leyli və Məcnun»unu, bir də Flora Kərimovanının lent yazılarını götürüb. Demək olar ki, Füzuli və Vahidi əzbər bilir. Şeirlərini heç vaxt yazıya köçürmür.  

Sənsiz

Yamanca kövrəldib məni həsrətin,
Dönmüşəm körpəcə uşağa sənsiz.
Bir himə bənddir ki, qanlı göz yaşım,
Lalə tək səpilə torpağa sənsiz.

Davamı...


Yazılar cəmi: 15   


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com
PageRank