May 24, 2008 20:27
E-mənbə: www.Lit.az
Tərcümə: Hamlet Qoca
- Deməli “Salam qüssə” çıxdı və az vaxtda şöhrətiniz hər yerə yayıldı, şəkillər, müsahibələr…
- “Salam qüssə” çap olunanda on səkkiz yaşım vardı. Şəkilçəkənlərdən və mənə verilən suallardan hürkürdüm. Onların hamısı məndən lətifə soruşurdular. Necə yəni lətifə?! Lətifəni belə ayaqüstü danışmazlar. Axşam yığıncağında, dostlar arasında bəlkə də danışmaq olar. Amma orada! Cavabında “Lətifə bilmirəm” deyə ağzıma su alıb durardım. Lal olardım. Onda uydurdular ki, guya mən qəmginəm. Səhv edirlər. Lətifə danışsaydım, deyib-gülən olacaqdım…
Davamı...
May 13, 2008 17:26
“Çağdaş ədəbi mühitimizdə çox ciddi savadsızlıq mövcuddur və bu çox pisdir”
Mayın 13-də Baş nazirin müavini, xalq yazıçısı Elçinin 65 yaşı tamam olur.
- Hər yubiley insanın bir növ özü ilə hesabatı deməkdir. Bu baxımdan, Siz 65 yaşın hesabatına hazırsınızmı?
- Əslində, bu 65 rəqəmindən heç xoşum gəlmir, amma əlbəttə, vaxt öz işini görür. Mən bu yaşa qətiyyən yubiley kimi baxmıram. Amma hər ildönümünün də yekun olması bir həqiqətdir. Mən də gördüyüm və görmək istədiyim işlər haqqında düşünürəm və son bir ilin hesabatın aparanda yazı-pozu baxımından ömrümün bu ilindən razıyam. Bu bir ildə 3 pyes yazdım, onlardan biri - “Arılar arasında” Akademik Milli Teatrda tamaşaya qoyuldu, ssenarim əsasında çəkilən “Hökmdarın taleyi” filmi tamamlandı. Bu 65 ildə
Davamı...
May 6, 2008 8:26
Эдуард Багиров: «Если бы я действительно полностью описал все то, что с чем сталкиваются типичные азербайджанцы, приехавшие в Москву, не имея в этом городе связей и знакомств, то это уже был бы не роман, а ужастик»
- Эдуард, начну с традиционного вопроса: первый ли Вы раз посетили Баку?
- Да, в Баку я в первый, но очень надеюсь, что не в последний раз. Пользуясь случаем, хочу поблагодарить за приглашение депутата парламента Азербайджана, моего большого друга и просто очень хорошего человека Анара Мамедханова. Ну а сам город мне очень понравился; такой архитектуры, как в столице Азербайджана, на мой взгляд, нет даже в Барселоне.
Davamı...
Mart 28, 2008 22:11
Tərcümə: Cavid Cəfərzadə. Təqdimat: Lit.az saytı
- Maestro, ilk müəlliminiz kim olub?
-Şəxsiyyət kimi formalaşmağımda, bacarıqlarımın inkişafında xüsusi əməyi olan hər kəsi özümə müəllim bilirəm. Həyatımda belə adamlar çox olub. Babam rəhmətlik, palkovnik Nikolas Rikardo Markes Mexiya əla kişiydi. Həm də əla zərgəriydi, qızıldan nə desən hazırlardı; üzükdən tutmuş qarmağacan... Onun evində böyümüşəm. Mənə iştirakçısı olduğu vətəndaş qarşıdurmasından danışardı, nəyin necəliyini izah edərdi. Mən də bir-birinin ardınca suallar yağdırardım. Palkovnik Markes məni anlayan yeganə yaxınım idi. Uşaqlıq və yeniyetməlik illərində xeyli fantaziyalar qurardım, hadisə uydurardım, özümü xəstəliyə vurardım. Bunları etməkdə yalnız bir məqsədim vardı: həyatı daha maraqlı etmək və ona çalar qatmaq. Əvəzində məni yaxşıca söyürdülər, “gopçusan” deyirdilər.
Davamı...
Fevral 17, 2008 11:07
İradə Abbaszadə: “Atamın müharibəyə aid əsərlərini həmişə göz yaşı ilə oxuyurdum”
O, yazılarından daha çox, şəxsiyyəti ilə yaddaşlarda qaldı. Heç vaxt sınmayan, əyilməyən şəxsiyəti ilə... Bu gün də tanıyanlar onun ensiklopedik biliyindən, sərt qələmindən və şirin söhbətlərindən danışır. Amma bütün hallarda söhbət “o, əsl şəxsiyyət idi” cümləsi ilə bitir.
Yəqin ki, bildiniz, söhbət rubrikamızın bugünkü qonağından - əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı, Azərbaycanın xalq yazıçısı, “Qırmızı ulduz”, “Qırmızı Əmək Bayrağı”, I dərəcəli “Böyük Vətən Müharibəsi”, “Şöhrət” ordenləri laureatı Hüseyn Abbaszadədən gedir. “General”, “Ləpədöyəndə”, “Onu tanımadılar”, “Qapını döyürlər”, “Burulğanlar”, “Çəmbərəkənd balladası”, “Dünyadan gör necə insanlar
Davamı...
Fevral 1, 2008 1:14
Türkyəli yazar Rəcəb Şükrü Güngörün: “Dünyanın ən uzun romanını yazıb Nobel ödülü almaq istərəm”
Yeni nəsil Türkiyə yazarlarından Rəcəb Şükrü Güngörün “Yas ayni” adlı hekayələr kitabı bu günlərdə Bakıda dərc olunub. “Yeni Galery” İncəsənət Mərkəzində kitabın təqdimat mərasimi keçirilib. Təqdimatda yazıçının özü də iştirak edib. Gənc yazıçı İbrahim Selin Türkiyəli yazarla müsahibəsini diqqətinizə təqdim edirik.
- Rəcəb bəy, sizin ilk kitabınız Azərbaycanda yayınlandı. Bir Turk yazarı üçün Azərbaycanda kitabının yayınlanması nələri ifadə edər?
Davamı...
Dekabr 20, 2007 20:59
"Senyor, mənim adım Qabriel Qarsia Markesdir. Təəssüflər olsun ki, bu müxtəlif adlar yığını heç mənim də ürəyimcə deyil və onu çətinliklə özümə aid edirəm. Mən Kolumbiyanın Arakataka şəhərciyində dünyaya gəlmişəm və hələ ki, buna peşiman deyiləm. Mən Balıq bürcü altında doğulmuşam, arvadımın adı isə Mersedesdir. İndiyədək sağ qaldığım və yazdığım üçün mən ilk növbədə bu iki mühüm fakta borcluyam.
Mən cəsarətsizliyim üzündən yazıçı olmuşam. Halbuki anadan sehrbaz doğulmuşdum, lakin foksları göstərərkən özümü elə itirirdim ki, axırda ədəbiyyat aləmində gizlənməyə məcbur oldum. Hər iki peşə məni çoxdankı arzuma çatdırır, yəni ki, dostlarıma daha çox sevdirir. Yazıçılıq mənim üçün çox əziyyətli işdir. Mən səkkiz saat ərzində güc-bəla ilə yarımca səhifə yazıram. Yazdığım hər bir sözlə döyüşürəm, lakin təəssüf ki, bu döyüşlərdən çox vaxt SÖZ qalib çıxır.
Davamı...
Oktyabr 28, 2007 17:47
Disident erməni yazıçısı ilə müsahibə
"Ermənistanın təklikdə gələcəyi yoxdur, əgər Azərbaycan və Gürcüstan inkişaf etməsə, biz də inkişaf edə bilmərik"
Məşhur dissident erməni yazıçısı Vahe Avetyanla müsahibə almaq fikrinə təsadüfən düşmədik. O da Azərbaycanın bəzi yazıçılarının üzləşdiyi taleyi yaşayır. Səbəbi? Özündən soruşuruq.
- Cənab Avetyan, bildiyimiz qədərilə Daşnaklar ABŞ-da sizi məhkəməyə veriblər. Buna səbəb nədir?
Davamı...
Oktyabr 21, 2007 20:42
Sivilizasiyaların toqquşması deyilən şey yoxdur |
 |
NOAM XOMSKİ |
Noam Xomski: "Diqqətlə fikir versək, ABŞ-ın da tez-tez terrorizmə əl atdığının şahidi olarıq"
Noam Xomski (Noam Chomsky - ABŞ-da onun soyadı "Çomski" kimi tələffüz olunur) - Massaçusets Texnoloji İnstitutunun (Massachusetts İnstitute of Technology) professoru, müasir dövrün ən tanınmış dilçilərindən birildir. O həm də rəsmi danışıq dillərinin təsnifatını - "Xomski iyerarxiyası"nı yaratmaqla şöhrət qazanıb. Noam Xomski eləcə də siyasətlə bağlı yazdığı məqalə və kitablarıyla məşhurlaşıb. O özünü "libertarian sosialist" və anarxo-sosializm tərəfdarı adlandırır. Alim "Washington ProFile" saytına müsahibəsində postsovet məkanında yaranmış duruma, Qərb-Şərq münasibətlərinə, dövrümüzün sivilizasiyaların toqquşması adlandırılan problemlərinə, başqa ağrılı məsələlərə toxunur, maraqlı şərhlər verir.
Davamı...
Sentyabr 29, 2007 13:13
"Xəzər" tərcümə dərgisinin təqdimatında
Kanada yazıçısı və tənqidçisi
Dünya ədəbiyyatı arenasında aparıcı fiqurlardan biridir.
Əsərləri iyirmidən çox dilə tərcümə olunub. Etvudun əsas qəhrəmanlarının qadınlar olmasına baxmayaraq, əsərlərinin mövzuları rəngaərəngdir, universaldır: əldən buraxılmış imkanlar, uğursuz münasibətlər, müasirliyin içində keçmişin kabusları, insan məişətini, həyatını çətinləşdirən anlaşılmazlıq və s.
Marqaret Etvud 18 noyabr 1939-cu ildə Ottavada dünyaya gəlib. 1961-ci ildə Toronto universitetində bakalavr dərəcəsi, 1962-ci ildə Kembricdəki Redkliff kollecində magistr dərəcəsi alıb. Kanadanın müxtəlif universitetlərində təhsil alıb.
İxtisasca entomoloq olan atasının işi Etvudlar ailəsini Şimali Kanadanın ən ucqar, insan ayağı dəyməyən yerlərinə aparıb çıxarırdı. Bu, şübhəsiz ki, gələcək yazıçının düşüncələrinə, hisslərinə təsirsiz ötüşmədi.
Davamı...
Sentyabr 22, 2007 16:26
Manuel Puiq 1932-ci ildə Argentinanın General-Vileqas şəhərində doğulub. Uşaqlıqdan kinonun vurğunu olub. Elə məhz bu vurğunluğun hesabına da ingilis dilini öyrənib. 1946-cı ildə Buenos-Ayresə köçüb. Həmin vaxtdan Amerika məktəbinə gedib, sonra bir müddət arxitekturaya həvəs göstərib. 1951-ci ildə isə Manuel Buenos-Ayres Universitetinə daxil olub. 1955-ci ildə o, Eksperimental Kinematoqraflar Mərkəzinin təqaüdçüsü olur və Romaya oxumağa gedir. Lakin burada öyrədilənlər onun gözlədiklərilə qətiyyən uyğun gəlmir və o, Avropanı səyahətə çıxır. Puiq Parisdə, Londonda, Stokholmda yaşayır, müəllim, film direktorunun köməkçisi, qabyuyan, subtitr tərcüməçisi işləyir. Elə həmin vaxtlarda da Puiq ilk kitabını yazır. "Air France"-də işə düzəlməyi onun Nyu-Yorka gəlib çıxmasına kömək edir. Tezliklə Puiq Kolumbiya Universitetində məruzə oxumağa başlayır.
Davamı...