Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

İyul 18, 2008 19:54

  Qalmaqallı Salman Rüşdi. "Xəcalət" ("Utanc") roman - "Стыд" роман. (rusca) və məqalə

Salman Rüşdinin irihəcimli maraqlı romanı və barəsində məqaləni (rusca) sizlərin diskussiyanıza buraxırıq. Onu söyməklə Şərq dünyasının ustad yazarını kiçiltmirik, əksinə onun yaradıcılığına marağı daha da qıcıqlandırırıq. Bir də, haçana qədər özümüzü yaxşı halda Novruzəli, pis halda isə Xudayar bəy kimi apararacağıq, görən?!  

Салман Рушди. Фото AFP

Davamı...
Sentyabr 29, 2007 13:22

  Marqaret Etvud: "Günəşin doğulması"


İvon kişi ovçusudur. əvvəlcə gizlincə və uzaq məsafədən ov etməyə başlayır. Adətən o, kişiləri metroda oturub sakitcə ətrafını nəzərdən keçirən zaman gözaltı edir, bəzən küçədə rastına çıxanı da olur. Belə olan halda İvon o saat yolunu dəyişib onun arxasınca gedir, gözdən itirməməyə çalışır. Bəzən İvon məhz ov etmək məqsədiylə metroya düşür, yaxud tratuar boyu addımlayır. amma əksər hallarda gələcək şikarı təsadüfən onun qraşısına çıxır. ivon onu sezən kimi tərəddüd etmədən planlarını dəyişir, və tilov atmaqa hazırlaşır. bu hadisə baş verən zaman olunmuş görüşləri təxirə salmaq lazım gəlir ki, bu da İvona çox pis təsir edir, çünki o punktüual adamdır.

     metroda İvon kişiləri çox da diqqətlə nəzərdən keçirməməyə çalışır – şikarını hürkütməyi sevmir. Şikar vaqonu tərk edən kimi isə , İvon da onun ardıyca çıxır, bir neçə yard geridə olmaq şərtiylə ovunu izləməyə başlayır.
Davamı...
Sentyabr 29, 2007 13:13

  Marqaret Etvud. Bioqrafiyası. Müsahibəsi.

"Xəzər" tərcümə dərgisinin təqdimatında 

Kanada yazıçısı və tənqidçisi

      Dünya ədəbiyyatı arenasında aparıcı fiqurlardan biridir.

     Əsərləri iyirmidən çox dilə tərcümə olunub. Etvudun əsas qəhrəmanlarının qadınlar olmasına baxmayaraq, əsərlərinin mövzuları rəngaərəngdir, universaldır: əldən buraxılmış imkanlar, uğursuz münasibətlər, müasirliyin içində keçmişin kabusları, insan məişətini, həyatını çətinləşdirən anlaşılmazlıq və s.

     Marqaret Etvud 18 noyabr 1939-cu ildə Ottavada dünyaya gəlib. 1961-ci ildə Toronto universitetində bakalavr dərəcəsi, 1962-ci ildə Kembricdəki Redkliff kollecində magistr dərəcəsi alıb. Kanadanın müxtəlif universitetlərində təhsil alıb.

     İxtisasca entomoloq olan atasının işi Etvudlar ailəsini Şimali Kanadanın ən ucqar, insan ayağı dəyməyən yerlərinə aparıb çıxarırdı. Bu, şübhəsiz ki, gələcək yazıçının düşüncələrinə, hisslərinə təsirsiz ötüşmədi.

Davamı...


Yazılar cəmi: 3   


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com
PageRank