Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

Avqust 19, 2008 17:03

  Vladimir Nabokov. "Sərnişin" (Hekayə)

1Çevirəni: Rəbiqə Nazimqızı

- Bəli, həyat bizdən istedadlıdır, - yazıçı papirosun karton ucunu potsiqarın qapağına çırparaq ah çəkdi. - Bəzən o elə mövzular uydurur ki… Biz heç ona çata bilərik? Onun əsərlərini tərcümə etmək, sözlə çatdırmaq mümkün deyil.
- Bütün hüquqlar müəllifin əlindədir,- tənqidçi – yaxındangörmədən əziyyət çəkən, nazik, çevik barmaqlara sahib ciddi adam gülümsəyərək pıçıldadı.
- Bizə yalnız kələk gəlmək qalır,- yazıçı dalğın halda kibriti tənqidçinin boş qədəhinə ataraq, sözlərinə davam etdi. - Filmin rejissoru məşhur romanla nə edə bilərsə, biz də yalnız həyatın yaratdıqları ilə eyni şeyi edirik. Rejissora lazımdı ki, şənbə axşamı qulluqçular darıxmasınlar, bu səbəbdən də, o, romanı tanınmayacaq dərəcədə dəyişdirir, xırda-xırda doğrayır, tərs üzünə çevirir, minlərlə epizodu atır, özünün

Davamı...
Avqust 4, 2008 20:49

  Tofiq Abdin. "VASİLİ ŞUKŞİNLƏ VİDA GÜNÜ"

 Hər dəfə yüzlərlə həvəskarın bir məşhur idmançıdan, kino ulduzundan, tanınmış müğənnidən avtoqraf aldığını görəndə təəccüblənirəm. Axı Lyüdmila Truşşevanın, Aleksey Batalovun, Müslüm Maqomayevin adicə imzaları onların nəyinə gərəkdir?
   Bəlkə bu, çox böyük hörmətdən və dəlicəsinə vurğunluqdan irəli gəlir? Bəlkə də. Ancaq bir də görürsən ki, həmin "ulduzlar" öz vurğununun istəyinə cavab vermək istəmir. Bunun mən dəfələrlə şahidi olmuşam. Və hər dəfə bu mənə çox pis təsir eləyib. Əgər bir nəfərin vurğunu, heyranısansa məcbur deyil ki, ondan avtoqraf alasan.
   Biz jurnalistlər işimizlə bağlı cürbəcür adamlarla vədələşirik. Odur ki, on dəqiqəlik söhbət üçün on günlərlə vəd alırıq. Bəzən bizi eşitmək istəmirlər. İşi isə mütləq görməlisən. Belə vaxtlarda adam özünü təhqir olunmuş hesab eləyir. Mən bunu ona görə deyirəm ki, vurğunu olduğu adamdan imza, avtoqraf ala bilməyənləri indi yaxşı başa düşürəm.
   Jurnalist yoldaşlardan biri danışır ki, o, Vasili Şukşinlə görüşməyə nə qədər vaxt sərf eləyib. Nə qədər əziyyət çəkib. Əlbəttə, belə adamla görüşmək üçün bəlkə də əziyyət

Davamı...
İyun 11, 2008 20:18

  Viktor Pelevin. "Ziqmund kafedə" (yeni çevirmə)

PelevinTərcümə: Mirmehdi Ağaoğlu

Bu bütlərin hamar daş üzləri arxasında
çox vaxt yarıq və boşluqlardan
ibarət labirintlər olur ki,
oraya müxtəlif növ quşlar sığınırlar.

Jozef Levender, “Pasxa adası”

Nə vaxtsa Vyanada qışın bu qədər  soyuq keçdiyini xatırlaya bilmirdi. Hər dəfə qapı açıldıqda və içəri soyuq hava buludu daxil olduqda yüngülcə tükləri ürpəşirdi. Uzun müddət müştərilər gözə dəymirdi və Ziqmund bu arada qocasayağı mürgüləməyə vaxt tapmışdı, bax qapı yenə də çırpıldı və o başını qaldırdı.
Kafeyə iki yeni müştəri daxil oldu – bakenbardlı bəy və uzun şinyonlu xanım. Xanım əlində uzun sivriuclu çətir tutmuşdu. Bəy parlaq xəzlə haşiyəli, ərimiş qar

Davamı...
Aprel 21, 2008 11:40

  Mixail Bulqakov. "Mərhumun macəraları"

E-mənbə: http://www.lit.az

Tərcümə: Səbinə Muradova

Mixail Bulqakov

   - Öskür– bu, 6-cı sahə həkiminin xəstəyə verdiyi ilk göstəriş idi.
    Xəstə bir o qədər də çətin olmayan tapşırığı yerinə yetirdi.
   - Üstümə yox, ay dayı. Bütün üz-gözümü tüpürcək elədin ki... Nəfəs al.
   Xəstə nəfəs aldı. Həkimə elə gəldi ki, poliklinikada kimsə qrammofonu işə saldı.
- Oho! Dəhşətdir! Hərarətin necə, var?
- 70 dərəcə olar – deyə xəstə həkimin xalatına öskürərək cavab verdi.
- Yaxşı görək, 70 dərəcə istilik olmur axı – həkim bir az fikrə gedəndən sonra dedi– deməli belə, səndə ciddi heç nə yoxdu, sadəcə sürətlə yayılan vərəmdir.

Davamı...
Aprel 8, 2008 17:33

  Marina Svetayeva. "Xoşdur..."

Ruscadan poetik çevirmə: Rəbiqə Nazimqızı

Xoşdur ki, siz mənə vurulmadınız,

Xoşdur ki, mən sizə vurulmamışam.

Nəhəng yer kürəsi ayaqlarımız

Altından qaçmadı, mən buna şadam.

Davamı...
Aprel 8, 2008 17:31

  Vladimir Nabokov. "Zəng"

Tərcümə edəni: Rəbiqə Nazimqızı

Ayrılmalarının üstündən yeddi il keçmişdi.
İlahi, Nikolayevsk vağzalında necə də qələbəlikdi! Belə yaxın dayanma, indi qatar tərpənəcək. Bax belə, əlvida, mənim gözəlim...

Davamı...
Aprel 7, 2008 19:02

  İosif Brodski. Şeir

Tərcümə: Rəbiqə Nazimqızı

Mənə deyirlər ki, getməyim lazım.

Hə-hə. Minnətdaram. Yığışıram mən.

Hə-hə. Anlayıram. Yola salmayın,

Narahat olmayın. Hə, mən itmərəm.

Davamı...
Aprel 4, 2008 8:24

  İvan Turgenev. Yalquzaq

Tərcümə: Nailə Muradəliyeva. Lit.az-ın təqdimatı

İvan Turgenev

   Axşamüstü, ara  yolla,  tək-tənha,  arabada  ovdan  qayıdırdım. Evə səkkiz verstə qədər qalırdı. Qüvvətli madyanım tozlu yolla yortur, arabir fınxırır, qulaqlarını oynadırdı; yorğun tulam  arabaya  bağlanmış  kimi,  dal  təkərlərdən bir addım belə geri qalmırdı. Tufan yaxınlaşmaqda idi. İrəlidə tünd göy rəngli bir bulud meşənin  ardından ağır-ağır ucalırdı;  başımın  üstündən və qarşımdan isə, uzun boz buludlar axışmaqda idi.  Söyüd ağacları təlaşla yırğalanır,  pıçıldaşırdılar.  Boğucu  bürkünü  birdən-birə rütubətli bir sərinlik əvəz etmişdi; kölgələr sürətlə qatışırdı. Mən cilovla atı vurub, dərəyə endim, hər tərəfini kol basmış, suyü qurumuş çaydan keçib, təpəyə çıxdım və meşəyə girdim. Qarşımdakı yol burula-burula sıx fındıq kolları arasından keçirdi. Kollar üzərinə artıq qaranlıq çökmüşdü;  çətinliklə  irəliləyirdim.  Arabam  təkər  izlərindən əmələ gəlmiş uzun çuxurları bürüyüb basmış palıd və cökə ağaçlarının möhkəm rişələrinin üzərilə

Davamı...
Mart 29, 2008 0:19

  Vladimir Nabokov. "Sərnişin"

Çevirəni: Rəbiqə Nazimqızı

Rəbiqə

- Bəli, həyat bizdən istedadlıdır - yazıçı papirosun karton ucunu potsiqarın qapağına çırparaq ah çəkdi - bəzən o elə mövzular uydurur ki… Biz heç ona çata bilərik? Onun əsərlərini tərcümə etmək, sözlə çatdırmaq mümkün deyil.  

Davamı...
Fevral 29, 2008 10:14

  Yuri Kazakov. "İki nəfər dekabrda"

 Tərcümə: Nəriman Əbdülrəhmanlı

Yuri Kazakov

   Bənzərsiz rus yazıçısı Yuri Kazakov (1927-1992) yaradıcılıq üslubuna görə rus klassik ədəbiyatının ənənələrinə meylli olub, əsərlərində incə psixoloji çalarlar, ruhi yaşantıların rəngarəngliyi, təbiətə sonsuz sevgi aydın nzərə çarpır. Yazıçının «Yarımetansiyada» (1959), «Sən yuxuda acı-acı ağlayırdın» (1977), «İki gecə...» (1986) nəsr topluları, «Şimal gündəliyi» (1961-1973) oçerkləri böyük maraqla qarşılanmışdı. Xüsusilə, «Şəhərə», «Mavi və yaşıl», «İki nəfər dekabrda», «Çörək ətri», «Çirkin», «Gecə», «Palıd meşələrində payız», «Sakit səhər» hekayələrirus nəsr antologiyasında layiqli yer tutur.
   İndi ən yaxşı hekayələr üçün təsis olunmuş Yuri Kazakov adına mükafat da mövcuddu.

Davamı...
Yanvar 4, 2008 13:06

  Viktor Pelevin. "Keçmək istədiyim körpü..."

Çevirdi: Rəbiqə

Pelevin   Romanlarının birində Milan Kundera sualı insandan insana keçən anlayış körpüsü adlandırır. Bu bənzətmə hər iki mənada işləyir. Sual körpüyə, körpü isə insanın zamana və məkana ünvanladığı «o biri üzdə nə var?» sualına bənzəyir. Amma daha çox cavaba bənzəyən körpülər də olur.
   On iki yaşım olanda, mən hər gün velosipedə minib, şosse ilə nə zamansa QULAQ zeklərinin inşa etdikləri kanala doğru gedirdim.

Davamı...
Dekabr 16, 2007 17:57

  İvan Bunin. "Zərif nəfəs"

Lit.az saytının təqdimatında

Tərcüməçisi: Hüseyn Şərif

İvan Bunin

    Qəbiristanda, yenicə əmələ gəlmiş gil qalağının üstündə palıddan yonulmuş təzə xaç var idi. Möhkəm, ağır, hamar bir xaç... Aprel, tutqun günlər idi, geniş sahəli qəza qəbiristanının abidələri çılpaq ağacların arasından hələ lap uzaqlardan görünürdü; soyuq küləyin vıyıltısı eşidilirdi, xaçın dibindəki çini əklil cingildəyirdi. Xaçın özünə isə olduqca böyük, qabarıq çini medalyon bənd edilmişdi, medalyonun içində sevinclə baxan, son dərəcə cazibədar, şux baxışlı gimnaziya tələbəsi-bir qızın fotoşəkli var idi. Bu, Olya Meşşerskaya idi. Balaca qız o vaxtı qəhvəyi gimnaziya donları geymiş qızların arasında heç bir şeylə fərqlənmirdi, bu qızın haqqında ancaq bunu söyləmək olardı ki, çox qəşəng, varlı və xoşbəxt qızlardan biri idi; demək olardı ki, istedadlı,

Davamı...
Dekabr 5, 2007 21:31

  Fyodor Dostoyevski. "Cinayət və cəza" (roman)

Lit.az saytının təqdimatında

 Tərcümə: Beydulla Musayev

Fyodor Dostoyevski

     İyulun başlanğıcında, ikindi vaxtı, cavan bir oğlan S. dalanında kirayənişinlərdən tutduğu xırdaca otağından küçəyə çıxıb, ağır-ağır, sanki tərəddüd içində K. körpüsünə  sarı getməyə başladı; hava çox isti idi. Pilləkənlərdən enəndə o, mənzil sahibəsinin gözündən müvəffəqiyyətlə yayına bilmişdi. Onun otağı beşmərtəbəli, hündür bir evin taxtapuşu altında idi və otaqdan daha çox şkafa oxşayırdı. Bu otağı o elə kirayə etmişdi ki, naharı da, ev işləri də mənzil sahibəsinin üstündə idi. Ev sahibəsinin mənzili isə bir pilləkən aşağıda yerləşirdi;

Davamı...
Noyabr 20, 2007 18:34

  Aleksandr Çexov. "Tütünün zərərləri haqda"

Litşaz saytının təqdimatında

Tərcümə: Mehman Musabəyli

Aleksandr Çexov

   İvan İvanoviç Nyuxin-musiqi məktəbi və qadın pansionu saxlayan arvadın əri. Əyalət klublarından birinin səhnəsi. Nyuxin (uzun bakenbardlı və bığsızdır. Nimdaş frakda, məğrur təntənə ilə daxil olur, bаş əyir və jiletini düzəldir).
    - Möhtərəm xanımlar və müəyyən mənada, möhtərəm ağalar. (Bakenbardlarını darayır.) Mənim arvadıma təklif olunub ki, mən, xeyriyyə məqsədilə burada kütləvi məruzə oxuyum. Noolar? Məruzə deyir, qoy məruzə olsun - mənimçün zərrə qədər də fərqi yoxdur.

Davamı...
Noyabr 15, 2007 17:09

  Aleksey Alyoxin. Şeirlər

Tərcümə: Səlim Babullaоğlu

Kirəmitlərlə nəğmə

1.
Kim оtarır qоyunlarını sənin?
Kim dərir bəhərlərini sənin?

Davamı...
Noyabr 15, 2007 17:04

  Andrey Platonov. "Fro"

 

Tərcümə: Еlçin HÜSЕYNBƏYLI

"Dünya ədəbiyyatı" dərgisinin təqdimatında


О, çох-çох uzaqlara gеtdi, bəlkə də hеç qayıtmadı. Sürət qatarı stansiyadan bir qədər uzaqlaşdıqdan sоnra bоmbоş çöllükdə uzun-uzadı fit vеrərək, buralardan ayrıldığını bildirdi. Adam yоla salanlar platfоrmalardan düşüb оturaq həyatlarına qayıtdılar.

Davamı...
Noyabr 7, 2007 20:33

  Vera Pavlova. Yalançı doğuş. Şeirlər

 Lit.az saytının təqdimatında

  Tərcümə: Səbinə Muradova 

Vera Pavlova

...Bizsə evin dalına qaçır,
orda doğum evi qururduq,
qarnımızı qabağa verib
iti şüşə parçasıyla
üşüyən qarnımıza
ağ-çəhrayımtıl cızıq çəkirdik.

Davamı...
Oktyabr 28, 2007 17:55

  Vladimir Sorokin. "Geoloqlar"

Geoloqlar 
    (hekayə)
   
   Hisdən qaralmış və üzü üzlər görmüş köhnə sobanın içinə atılmış odunlar çırtıltıyla yanırdı. Sobanın yarıaçıq çuğun qapısının arxasından hərdənbir bayıra boylanan alov dilimləri isə geoloqların sifətlərinə yaqut parıltılar səpələyirdi. Solovyov son qullabı vurub siqaret kötüyünü narıncı dəliyə atdı və alov ömrü bitmiş kötüyü gəmirməyə başladı. Onun yanında, şam ağacından düzəlmiş alçaq kətildə oturan Alekseyev əlindəki enli ovçu bıçağıyla oynayır, onu odun parçasına batırır, sonra əlini uzadıb bıçağı birtəhər taxtadan qoparır və eyni prosesi dayanmadan təkrar edirdi.

Davamı...
Oktyabr 23, 2007 19:46

  Dünya poeziya cələngi IV

Tərcümə edəni:  AĞAMİR CAVAD

Anna Axmatovadan tərcümələr

Ayrılıq bizçün nədir? -
yaman, bəd bir əyləncə,
Bəlalar da sevməyir bizsiz keçən dəmləri.
Bəlkə şöhrət evində sərxoş yatım eləcə,
On üçü göstərirmi saatın rəqəmləri?
Unudulubmu yoxsa, vurulubmu ya... Bərk-bərk
Döyən kimdi qapını? Tanıdım səs salanı
Budur indi gərək mən geriyə çevrilərək,
Qarşılayım qapıda yeni gələn bəlanı.

Davamı...
Oktyabr 13, 2007 23:42

  Vasili ŞUKŞİN. "ARSIZLAR"

Qluxov altmış səkkiz yaşında dul qaldı. Qarısını dəfn elədi, ehsan verdi... Ağladı. Dul qalmış özgə qocalar kimi:
     - İndi mən neyniyim? - dedi. - Tək-tənha necə ötüşüm?
     Düzdür, qarısının ölməyi Qluxovdan ötrü ağır dərd idi, çox ağır dərd idi, amma o, heç də "indi neyniyəcəyini" götür-qoy eləmirdi. Ağır idi, çətin idi, vəssalam. Sonrasını fikirləşmirdi.
     Di gəl ki, vaxt ötdükcə çətinlik də artdı və bir ildən sonra qocanın işi lap məşəqqət oldu. Məsələ darıxmaqda deyildi, darıxmağına, yəqin ki, darıxırdı. Məsələ ondaydı ki, adam bu böyüklükdə evdə tək qalıb, adamlıqdan çıxırdı. Qocanın bir oğlu vardı (böyük oğlanları müharibədə ölmüşdülər, balacası sağ idi), amma o da şəhərdə yaşayırdı, hərdənbir gəlib kartof, kələm turşusu, xiyar, ev "salo"su aparırdı, balalarından ötrü bal aparırdı (qocanın altı yeşik arısı vardı).

Davamı...
Oktyabr 13, 2007 23:36

  Aleksey Alyoxin. Şeirlər

   

Müasir rus aşeirinin əhəmiyyətli nümayəndələrindəndir. 1949-cu ildə anadan olub. 1986-cı ildən şair kimi çap olunmağa başlayıb. "Arion" kimi məşhur poeziya jurnalının yaradıcısı (1993) və başyazarıdır. Əsərləri bir çox Avropa və Şərq dillərinə çevrilib.

     Kirəmitlərlə nəğmə
    
     1
     Kim otarır qoyunlarını sənin?
     Kim dərir bəhərlərini sənin?
    
     Kim qoruyur evini sənin?    
    

Davamı...
Oktyabr 13, 2007 20:27

   Vladimir Georgiyeviç SOROKİN: "Boş dərs"

Sorokin         Vladimir Georgiyeviç SOROKİN       
        1955-ci ildə Moskvanın Bıkovo qəsəbəsində doğulub. Neft və Qaz İnstitutunu bitirsə də, ixtisası üzrə heç vaxt işləməyib. Texniki kitabların bədii tərtibatı ilə məşğul olub. Nasir, opera librettoları müəllifi, kinodramaturq, dizayner və rəssam kimi fəaliyyət göstərib. İlk kitabı 1985-ci ildə Parisdə nəşr olunub, Almaniya Mədəniyyət Nazirliyinin mükafatını qazanıb. Rusiyada ilk  əsəri 1990-cı ildə (”Düşbərə” pyesi), ilk kitabı isə 1992-ci ildə çapdan çıxıb.

Boş dərs   (hekayə)

Çernış uğunaraq qaçan Geraya so­yun­ma otağının kandarında çatdı, yaxa­sından ya­pışıb onu geri dartdı:

Davamı...
Oktyabr 2, 2007 17:54

  F.M. Dostoyevski. "Karamazov qardaşları". " Smerdyakov" II

"Mütərcim" dərgisi təqdim edir                       Tərcümə edəni:  Telman Vəlixanlı


     F.M. Dostoyevski (1821-1881) - XIX əsr rus ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan bu dahi nasir, jurnalist və publisist dünya söz sənətinə “Cinayət və cəza”, “İdiot”, “Karamazov qardaşları” kimi ədəbiyyat inciləri bəxş etmişdir. Zadəgan əsilli bu ədibin maraq və axtarışlar dairəsi o qədər geniş olmuşdur ki, o, gənc yaşlarından ömrünün sonuna qədər müxtəlif siyasi və ədəbi cərəyan və məktəblərin, nəşrlərin iştirakçısına çevrilmişdir. Yaradıcılıq axtarışlarının məntiqi yekunu kimi çıxış edən “Karamazov qardaşları” romanında nasir rus reallıqlarının tam mənzərəsini açmağa və kilsənin müsbət ictimai ideal kimi təqdim olunması fikrini təlqin etməyə çalışır. Dilimizə ilk dəfə çevrilən bu əsərin azərbaycandilli oxucular tərəfindən maraqla qarşılanacağına inanırıq. 
    

Davamı...
Oktyabr 2, 2007 12:46

  Fyodor Dostoyevski: “Karamazov qardaşları”

Romandan parça: "Böyük inkvizitor"

(Təəssüflər olsun ki, Azərbaycan oxucusu rus və dünya romanının şah nümunəsi sayılan bu əsəri öz ana türkcəsində indiyə qədər də oxuya bilməyib. - Aydın Xan)
Böyük rus yazıçısı Fyodor Mixayloviç Dostoyevskinin (1821–1881) yaradıcılığı XX yüzilliyin mənəvi həyatına əsaslı təsir göstərmiş, ədəbi modernizm, ekzistensializm, psixologiya, ilahiyyat və ədəbi tənqidin müxtəlif məktəbləri onun ideyalarının bilavasitə təsiri altında formalaşmışdır.
 
Moskvada qatı dindar ailəsində doğulmuş Dostoyevski hərbi həkim olan atasının tələbi ilə hərbi-mühəndislik akademiyasına daxil olmuşdur.  Lakin akademiyanı bitirdikdən sonra (1848) ixtisasını atmış, özünü bütövlükdə ədəbi yaradıcılığa həsr etmişdir. 

Davamı...
Sentyabr 30, 2007 18:12

  Günel Mövludun sevgilisi: Sergey Yesenin

Sergey Yesenin

Heç zaman Bosforda olmamışam mən,
   Sən də oralardan heç nə soruşma.
   Mən sənin gözündə dəniz görmüşəm -
   Mavi alovlarla yanan-alışan.

Xınadan, ipəkdən yükümü tutub,
   Bağdada karvanla səfər etmədim.
   Qoy əyilsin sənin gözəl qamətin,
   Mən də dizlərində yatım-dincəlim…

Davamı...
Sentyabr 30, 2007 10:55

  Viktor Pelevin: "Üst dünyanın qavalı"

"Alatoran"ın teqdimatında

Tambura girən polis gözucu Tanya və Maşanı süzüb, baxışlarını küncə yönəltdi və heyrət dolu nəzərləri orada oturmuş qarıya ilişib qaldı.
Qarının həqiqətən də əcayib görünüşü vardı. Yeməkxanalarda satılan üçgünlük yuxa kimi bürüşük, monqolsayağı tabaq sifətinə görə ona hər hansı yaş vermək imkansızdı və bunun səbəbi heç də qadının gözlərinin dəri lentlər, biser düzülü saplar altında gizlənməsindən qaynaqlanmırdı. Havanın istiliyinə rəğmən, qarı başına xəz papaq qoymuşdu, papağın üstü dəridən üç enli zolaqla bəzənmişdi, alnını və boyun qismini örtən, qarının üzünə, çiyinlərinə və sinəsinə qədər düşən bu dəri zolaqların birindən insan fiqurları, qavalcıqlar və toqqalar asılmışdı.

Davamı...
Sentyabr 30, 2007 10:46

  Viktor Pelevin: "Tarzan kanatı"

Ruscadan çevirən: Azad Yaşar

(Hekayə) 

Geniş bulvar və onun cinahları boyu görünən evlər ahıl yaşlarında demokratik baxışlar yolunu seçmiş qoca bolşevikin alt çənəsinə bənzəyirdi.
Buradakı ən köhnə binalar Stalin dönəmindən qalma idi - bunlar uzun illər tənbəki çəkməkdən saralmış ağıl dişləri kimi başqalarından seçilirdilər. Nə qədər nəhəng olsalar da, bu binalar ölgün və amanabənd görünürdülər, sanki içərilərindəki sinirlər çoxdan, hələ keyləşdirici dolğu qoyulanda çıxarılmışdı.
Əski dönəmə aid binaların söküldüyü hissədə isə kobud protezlər, yəni blok tipli səkkizmərtəbələr gözə dəyirdi. Bir sözlə, gözoxşayan heç nə yox idi.
Bütün bu kədərli fonda yeganə şux ləkə - türklərin ucaltdığı biznes mərkəziydi, o da özünün piramidal biçimi və al qırmızı neon işıqlarıyla təptəzə qan damcılarına boyanmış iri, qızılla qaplanmış köpək dişini xatırladırdı. Göydəki ondörd gecəlik Ay isə, bütün işığı pasiyentin ağzına yönəlsin deyə, xüsusi vəziyyətə gətirilmiş güclü stomatoloji lampa kimi şəhərin üstündəki səmada qərar tutmuşdu.

Davamı...
Sentyabr 29, 2007 14:57

  Vasili ŞUKŞİN: "Yaşamağa kənd seçirəm…"

(Hekayə)

Nikolay Qriqoryeviç Kuzovnikov adlı birisi olduqca rahat, hətta firavan gün-güzəran sürmüşdü. Bir vaxt otuzuncu illərin əvvəllərində camaatı yurd-yuvasından eləyən hansısa qüvvə onu da kənddən çəkib şəhərə gətirmişdi. İlk günlər şəhərdə darıxırdı, alışandan sonra isə başa düşdü ki, əgər bir qədər fərasəti və bicliyi olsa, ən əsası isə cızığından çıxmasa sakit-arxayın yaşaya bilər, iynə ilə gor qazmaz. Və beləliklə, anbara işə düzəldi, bütün ömrü boyu, hətta müharibə illərində də anbardar oldu. İndi Nikolay Qriqoryeviç böyük bir şəhərdə ərsəyə çatıb adam arasına çıxan övladlarından ayrıca yaxşı bir mənzildə yaşayırdı. Qocalar təqaüdə çıxmağa hazırlaşırdı. O, anbardan çırpışdırırdımı? Necə izah edim… Ali hüquq təhsilli burnu bulaşıq uşağın nöqteyi-nəzərincə – bəli, Nikolay Qriqoryeviç oğurluq edirdi, sağlam düşüncəli, ağıllı insanın fikrincəsə, bu, oğurluq deyildi… Nikolay Qriqoryeviç ehtiyac içində çabalamamaq üçün özünə lazım olan qədər götürür, acgözlük etmirdi. Nəzərə almaq lazımdır ki, anbarda onun əlinin altından gəlib keçənləri hesaba alsaydın, oğurluq haqqında fikirləşmək adama gülməli gələrdi. Bəyəm heç belə də oğurluq olur?

Davamı...
Sentyabr 29, 2007 14:51

  Vasili ŞUKŞIN. Hekayə

Dan üzü yağan yağış

(Hekayə)

Aprelin axırı idi. Evlərin navalçalarındn iri su damcıları qopub damcılayır, isti küləyin qabağına qatdığı bu damcılar pəncərələrin şüşələrini yüngülcə göyəcləyir, ehmalca aşağı enirdi.

     Yefim Vedarev rayon xəstəxanasında, kiçik palatada, yastı bir çarpayıda xəstə yatırdı. O, ağrı-acıdan qaralmışdı, yorulub əldən düşmüşdü.

     Cavan oğlan olan həkim tez-tez palataya baş çəkirdi.

     – Hə, necəsən?

Davamı...
Sentyabr 29, 2007 14:41

  Vasili ŞUKŞİN. Bioqrafiyası.Esse

Vasili Şukşin 25 iyul 1929-cu ildə Altay əyalətinin Biysk rayonunun Srostki kəndində kəndli ailəsində doğulub. Valideynləri - həmin ərazinin yetirmələri ortabab kəndlilər idilər. 1953-cü ildə kollektivləşmə başlayanda onları kolxoza üzv olmağa məcbur etdilər. Ailənin, kənddə böyük hörmət sahibi olan başçısı – Makar Leonteviç Şukşin taxıldöyən maşında mexanik işləməyə başladı. Lakin bu, onu gələcək repressiyalardan xilas edə bilmədi. 1933-cü ildə Makar Leonteviçi həbs etdilər. İki körpə uşaqla tək qalan, iyirmi iki yaşlı Mariya Sergeyevna Şukşina naümid vəziyyətdə idi. Deyilənə görə, o, ətrafda baş verənləri görməmək üçün uşaqları da, özünü də öldürmək istəyirmiş. Lakin Mariyanın bu halı çox çəkmədi. O başa düşdü ki, özü üçün olmasa da, uşaqları üçün yaşamalıdı. Tezliklə Mariya Sergeyevna ikinci dəfə, həmkəndlisi Pavel Kuksinlə ailə qurdu. Lakin bu nikahın da ömrü uzun olmadı – Kuksin 1942-ci ildə cəbhədə həlak oldu.
Davamı...


Yazılar cəmi: 30   


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com
PageRank