Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

May 30, 2008 21:28

  Heydər Əliyev və İlham Əliyevə aid dəyərli kitabların e-variantı...

14 may 2008-ci ildə M.F.Axundov adına Milli Kitabxanada ümummilli liderimiz Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin I-IX cildlərinin Milli Kitabxana tərəfindən hazırlanmış köməkçi göstəricisinin və “Heydər Əliyev irsi” elektron məlumat bazasının təqdimat mərasimi keçirildi.

 “Heydər Əliyev irsi” elektron məlumat bazasına daxil olan kitabların - Heydər Əliyev “Müstəqilliyimiz

əbədidir: Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar” 22 cilddə,  Abuzər Xələfovun “Azərbaycanda kitabxana işi”,  Hüseynbala Mirələmovun "Zəfər yolu" (Azərbaycan, rusingilis dillərində), Elmira Axundovanın “Мгновения истины” və “Şüşə saray” başqa kitabların elektron versiyası  təqdim olundu.

Davamı...
May 13, 2008 8:17

  AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI: "Heydər Əliyev - 85"

Bu gün biz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyini qeyd edirik. Bu gözəl gündə ulu öndərin həyat və fəaliyyətini yenidən təhlil edərkən bir daha görürük ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir.
1993-cü ildə Azərbaycan xalqının tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra o demişdir: “Mən ömrümün qalan hissəsini də Azərbaycan xalqına bəxş edirəm!”. Doğrudan da, 1993-2003-cü illərdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, ölkəmizin hərtərəfli inkişafında, Azərbaycanın o ağır, çətin vəziyyətdən xilas edilməsində Heydər Əliyevin müstəsna rolu vardır.
Davamı...
Aprel 26, 2008 21:52

  HEYDƏR ƏLİYEV. BÖYÜK MİSSİYA

“Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək, demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik”.

Heydər ƏLİYEV

10 oktyabr 1993-cü il (Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimində nitqindən)

Davamı...
Aprel 17, 2008 12:13

  "Heydər Əliyev iqtisadi müstəqilliyimizin banisidir"

 Azərbaycan Respublikası Prezident Kitabxanası təqdim edir

Heydər Əliyev iqtisadi müstəqilliyimizin banisidir

Alışanova, Mehriban Nadir qızı. Heydər Əliyev iqtisadi müstəqilliyimizin banisidir / M. N. Alışanova; elmi red. Ş. M. Muradov.- B.: Çinar-Çap, 2006.- 214 s.
Həcmı: 50 MB pdf

Bu dəyərli tədqiqat işi VII Bakı Kitab Bayramında "2007-ci ilin iqtisadiyyat kitabı" Milli Kulturoloji Mükafata layiq görülmüşdür. XVII Beynəlxalq Moskva Kitab Sərgi Yarmarkasında göstərilmiş və qiymətləndirilmişdir...

Vİİ Baki Kitab Bayrami

Davamı...
Aprel 15, 2008 20:41

  Ramiz Mehdiyevin Heydər Əliyev haqda xatirələri (II Hissə)

Ramiz MEHDİYEV, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının
rəhbəri, həqiqi dövlət müşaviri, akademik

Sovet dövrünün ehkamları respublika rəhbərindən bütün rəsmi tədbirlərdə yalnız rus dilində danışmağı tələb edirdi. Heydər Əliyev bu qaydanı formal olaraq pozmurdu, həqiqətən də, bütün qurultaylarda, plenumlarda məhz rus dilində çıxış edirdi. Lakin rəsmiyyətçilikdən kənara çıxmaq üçün azacıq imkan düşən kimi o, Azərbaycan dilinə müraciət edirdi. Özü də, demək olar, heç vaxt əvvəlcədən hazırlanmış mətnlərdən istifadə etmir, sözlərini sinədən deyirdi. Bu da heyrətqarışıq bir heyranlıq və bu üslubu təqlid etmək arzusu doğururdu.

1972-ci illərin ortalarında yazıçılardan biri ona "yoldaş Əliyev, Siz azərbaycanca nə gözəl danışırsınız!" deyəndə, Heydər Əliyev gülümsəyərək belə cavab vermişdi: "Sən niyə mənim rusca gözəl danışmağıma deyil, azərbaycanca danışmağıma təəccüb
Davamı...
Aprel 5, 2008 21:30

  Heydər Əliyev - 85. O, Yeni Azərbaycanını bizim üçün yaratdı...

 Fikrət QOCA. "Gərək bu günləri görəydin..."

Lider

Allahın saatından
Əriyib damır zaman.

Davamı...
Mart 9, 2008 19:26

  Heydər Əliyev Mustafa Kamal Paşa Atatürkü necə görürdü?

"Atatürkün iki böyük xidməti var: Türkiyə Cümhuriyyətinin və Türk ordusunun yaranması"

Azərbaycan Respublikasının Ulu Öndəri Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin yaradıcısı Atatürk haqqında dedikləri yalnız bir böyük dövlət xadiminin başqa bir böyük dövlət xadimi barədəki mülahizələri kimi maraqlı olaraq qalmır, eyni zamanda tarixin kifayət qədər sərt sınaqlarından çıxmış mükəmməl bir siyasi-ideoloji, təcrübə sistemini müasir dövrün həm lokal Azərbaycan, həm də qlobal ümumdünya tələbləri baxımından qiymətləndirilməsi kimi də diqqəti cəlb edir.
Davamı...
Fevral 17, 2008 12:00

  Tariximizin Heydər Əliyev mərhələsi

Beynəlxalq (müxtəlif dillərdə) virtual elektron kitabxana

Davamı...
Fevral 12, 2008 12:47

  AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN TARİXİ NİTQİ

REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFI DÖVLƏT PROQRAMININ İCRASININ DÖRDİLLİK YEKUNLARINA HƏSR OLUNMUŞ KONFRANS AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV KONFRANSDA İŞTİRAK VƏ ÇIXIŞ ETMIŞDİR

-Hörmətli xanımlar və cənablar!
Mən indi burada, birinci mərtəbədə Azərbaycanda istehsal olunan və sərgidə nümayiş etdirilən məhsullarla tanış olurdum. Demək olar ki, hər il biz bu tədbiri keçirəndə, bununla bərabər, sərgi də keçirilir və hər il yeniliklər göstərilir. Bu, məni çox sevindirir. Mən çox şadam ki, Azəbaycanda istehsal edilən mallar artıq yüksək keyfiyyətə malikdir, ixrac olunur, o cümlədən Avropa Birliyi bazarına ixrac edilir.

Davamı...
Dekabr 22, 2007 14:14

  "Heydər Əliyev Atatürk haqqında" (bütöv mətn)

Azərbaycanda Atatürk Mərkəzinin təqdimatında

Kitab Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin anadan olmasının 80 illiyinə həsr edilir

Toplayanı və tərtib edəni - Səfalı Nəzərli

Məsləhətçi və "Ön söz" müəllifi - Nizami Cəfərov, AMEA-nın müxbir üzvü, professor

Bakı, AzAtaM, 2003

E-Mənbə: http://ataturk.az/az/kitab.html

Davamı...


Yazılar cəmi: 10   


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com
PageRank