Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

Avqust 8, 2008 20:04

  Orxan Orxanov. "Mən Səni sevirəm, Ulrike!"

   I yazı
   
   
   “Sistemə və susan çoxluğa qarşı” silsiləsi

      “Artıq indidən meyitimi qaçırıb gizlətdiyizi, qapıları vəkillərimin üzünə bağladığınızı görən kimiyəm. Ulrike Meinhof özünü asdı deyəcəksiniz. Qanlı əllərinizlə qapıları üzlərinə bağlayacaq və şəkil çəkməyi, sual verməyi qadağan edəcəksiniz. Qadağandır deyəcəksiniz, meyiti müayinə etmək qadağandır! Sual vermək, düşünmək, fikir bildirmək qadağadır! Qadağandır!.. Bircə içinizdəki qorxunu qadağan edə, aradan qaldıra bilməyəcəksiniz. Hər bir qatilə məxsus o qorxunu öz içinizdə qadağan edə bilməyəcəksiniz!”
   
   Dario Fo “Mən Ulrike bağırıram” tamaşasından

Davamı...
Avqust 8, 2008 19:53

  Məmməd İsmayıl: "Biz süni qəhrəmanlar yaratmışıq..."

Biz süni qəhrəmanlar yaratmışıq

   Məmməd İsmayıl:
   "Ziyalını arvadının, qızının, oğlunun problemi yox, xalqın problemi narahat etməlidir. İndi mən soruşuram, Azərbaycanda özünə ziyalı deyənlər arasında varmı beləsi?"
   
   
Xeyli vaxtdır Türkiyədə yaşayan və çalışan görkəmli şair, dönməz ziyalı Məmməd İsmayıl uzun fasilədən sonra Azərbaycanda ilk dəfə olaraq "Alma" qəzetinə danışdı
   
   - Məmməd bəy, ölkəyə gəlişinizin səbəbi nədir -istirahət, yoxsa işgüzar səfər?
   - İşgüzar deyil, amma adına istirahət də demək olmaz. İşlədiyim yerdə ildə iki dəfə

Davamı...
Avqust 4, 2008 16:51

  Pekin-2008. Baxaq, baxmayaq? (Baykot edəkmi?)

Pekin-2008. Baxaq, baxmayaq?

İlkin Əlisoy, QayNar

Pekində keçiriləcək Olimpiya Oyunlarına az vaxt qalır. Onların ətrafında baş verən qalmaqallardan, Londonda, Parisdə, San-Fransiskoda və bir çox başqa yerlərdə keçirilən etiraz aksiyalarından yəqin ki xəbəriniz var. Amma gəlin bu məsələyə daha geniş baxaq. Getdik…
Məncə birbaşa məsələyə keçmək düzgün olmazdı. Olimpiya Oyunları tarixində kifayət qədər boykotlar olub. Bir nəzər salaq.

Davamı...
Avqust 4, 2008 15:37

  Kino Günü haqqında tənqidi düşüncələr? (FOTOLAR)

Zəif təşkilatçılığı Şamil Nəcəfzadənin gözəl filmi xilas etdi

Azərbaycan Milli Kinosu 110 yaşına da qədəm qoydu. 2 avqust tarixində. Beləcə bu günü də yola verdik. Bəli, məhz «yola verdik». Neçə illərdir şahidi olduğumuz şablon tədbirlər belə deməyə əsas verir. Bu dəfə də «Milli Kino – 110» sərlövhəsi altında rəsmi nümayəndələr və bir qrup sənət xadimlərinin iştirakı ilə “Azərbaycan” kinotetarında mədəni tariximizə nəzər saldıq. Amma hansı səviyyədə?

Yaxşı deyiblər, «utanmasan oynamağa nə var ki». Əsl bizə ünvanlanmış deyimdir. Azacıq da olsa utanan üzümüz olsaydı, Milli Kino bayramını birdəfəlik unudardıq. Ona görə yox ki, mədəniyyətimizə, kino tariximizə xəyanət edirik. Sadəcə, «Milli Kino» bayramımız deyə hesabat vermək xatirinə qeyd olunacaqsa, unutmağımız daha yaxşıdır. Söhbət təkcə kinodan getmir. Bütün mədəni tədbirlərimiz bu səviyyədədir.

Davamı...
Avqust 2, 2008 15:29

  Əcnəbi oğlanlar & jurnalist xanımlar - ARAŞDIRMA (Lent.az)



Media təmsilçilərimiz gələcək həyatlarını yerli oğlanlarımıza niyə etibar etmirlər?

Son illər azərbaycanlı qızların başqa millətin nümayəndələri ilə ailə qurması halları artıb. Amma bir neçə il əvvəl biz bunun tam əksini müşahidə edirdik. Bir neçə il əvvələ qədər bizim oğlanlar əcnəbi qızlara, xüsusilə də rus xanımlarına üstünlük verirdilər. Amma indi fələk dəyirmanın çarxını tərsinə döndərib...

Əcnəbilərlə ailə quran xanımlar arasında jurnalistlər çoxluq təşkil edir. Son illər
Davamı...
Avqust 1, 2008 15:43

  Azərbaycan mətbuatında böyük skandal

Danimarka XİN-i 1 milyon avroluq layihəni Azərbaycana niyə gətirib?
Xarici təşkilat partnoyr kimi Arif Əliyevi seçməsində hansı amillər rol oynayıb?

Oktyab  ayından Azərbaycanda media ilə bağlı böyük layihələrə start verilir. Dünyanın 25-dən çox ölkəsində media inkişafı sahəsində çalışan «İnternation Media Support» (İMS- Beynəlxalq Mediaya Dəstək) təşkilatın Azərbaycana dörd illik layihələri başlayacaq.

 Bəs bu təşkilatın Azərbaycandakı partnyorları kimlərdir və onlar hansı işləri hədəfləyiblər? Qəzetimizə bu haqda bir sıra maraqlı faktlar daxil olub.
Öncə qeyd edək ki, 4 il müddətinə nəzərdə tutulan layihələrin icrası üçün 1 milyon

Davamı...
Avqust 1, 2008 15:40

  Aqil Ələsgər "Ergenokon"la bağlılığına aid ittihamlara aydınlıq gətirdi

Aqil Ələsgər  
"Ergenekon" əməliyyatı çərçivəsində gözaltına alınan bəzi insanlarla münasibətlərimiz yalnız jurnalistika çərçivəsində olub"

QayNar: "Yeni Çağ" internet qəzetinin baş redaktoru, Azərbaycan Dinşünaslar Birliyinin sədri Aqil Ələsgər media əhlinə müraciət ünvanlayıb. Müraciətdə son günlər onun və qəzetinin əleyhinə internetdə? o cümlədən bəzi media orqanlarında aparılan kampaniyaya toxunulur və bir çox məslələrə aydınlıq gətirilir. Müraciəti olduğu kimi oxucularımıza da təqdim edirik.

Davamı...
İyul 30, 2008 20:34

  Azərbaycanda vəhhabilər arasında kəskin mübahisə



Hakimiyyətə və cihada münasibət sələfiləri iki yerə bölüb

Əbu Bəkr dini icmasının rəhbərini “zındıq” adlandırırlar, Qamət Süleymanov isə qarşı tərəfi savadsızlıqda ittiham edir


Ölkədə vəhhabi kimi tanınan sələfilər (Əbu Bəkr  dini icması) arasında ciddi parçalanma baş verib. Parçalanmanın dəqiq tarixi bəlli olmasa da, tərəflərin mövqeləri, bir birinə qarşı fikirlərin böyük əksəriyyəti gizli deyil. Hər iki tərəfin internet saytlarını izləməklə ixtilafın kökünü görmək olar.
Əbu-Bərk dini icması ilə qarşıdurmada olanlar özlərini  Camaatul-Haqq adlandırıblar. Eyni adlı saytda onlar Əbu-Bəkr  dini icmasının imamı Qamət Süleymanov barədə ittihamlarını (bu haqda az sonra ) və öz

Davamı...
İyul 30, 2008 20:14

  «Əli və Nino» romanını Məhəmməd Əsəd Bəy yazıb": polemika yenidən qızışır...

Nuridə Atəşi: «Yazıçılar Birliyi və Elmlər Akademiyası saxta rəylərini ləğv etməlidir»

«Məhəmməd Əsəd Bəy Azərbaycanın dahi şəxsiyyətlərindən biridir. Amma onu Vətənində hələ də tanımırlar, ən pisi odur ki, qəbul etmək, onu Azərbaycana buraxmaq istəmirlər».

Bu sözləri Atatürk Mərkəzində Azərbaycanın mühacirət ədəbiyyatının tanınmış simalarından biri olan Məhəmməd Əsəd Bəyin tədqiqatçısı Nuridə Atəşi dedi. Almaniyada Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru, şairə, araşdırmaçı Nuridə Atəşi bidirdi ki, Məhəmməd Əsəd Bəyə qarşı dövlətin və Azərbaycan cəmiyyətinin münasibəti dəyişməlidir. O, Məhəmməd Əsəd Bəyin Bakıda – İçərişəhərdə doğulub böyüdüyünü, bolşevik inqilabı zamanı xaricə mühacirət etdiyini bildirdi.

Davamı...
İyul 29, 2008 16:41

  Güntay Gəncalp. "Güney Azərbaycan söyləmləri"

   Tarix üzərinə sosioloji araşdırmalar olayların adətən iki istiqamətdə ortaya çıxdığını isbat etmişdir: 1. Tarixin yaratdığı olaylar (Tarixin yaratdığı millətlər); 2. Olayların yaratdığı tarix (millətlərin yaratdığı tarix). 
   Bunu bir neçə örnəklə daha da anlaşılan hala gətirək. Sabiq Sovetlər məkanından 15 müstəqil dövlət tarix səhnəsində öz istiqlallarını elan etdilər. Əslində sovetizmi dağıdan millətlərin milli mücadilələri olmadı. İqtisadi çöküş, tekniki baxımdan geriqalma, modern dünyaya qapıların bağlı olması rüşvətlə birlikdə sovetizmi çökdürdü. Bu çöküşdən sonra əslində müstəqilliyi haqq etməyən ölkələr azad oldular. Məsələn, Ermənistan öz istiqlalı yolunda hansı mübarizəni apardı? Türküstan və digər cümhuriyyətlər də eləcə. Yalnız Gürcüstanın və Azərbaycanın cüzi dirənişləri oldu. Bunun əksi olaraq, öz istiqlalları yolunda prezidentləri ilə bir yerdə ölüm-dirim savaşına çıxan çeçenlər müstəqil ola bilmədilər, bilmirlər. Üç Baltikyanı ölkə istisna olmaqla, qalan dövlətlərin müstəqilliyi tarixin tanıdığı şans kimi ortaya çıxıb. Bunun adına tarixin yaratdığı hadisələr deyək və belə bir sual verək: Əgər iqtisadi, siyasi çöküş və Qərblə olan münasibətlər yaxın vədədə İranı dağıtmalı olsa, mərkəzin nəzarəti zəiflərsə, o zaman Sovetlərdə olduğu kimi tarixin tanıdığı fürsət və şans

Davamı...
İyul 29, 2008 14:11

  Prezident İlham Əliyev. "Biz neft gəlirlərinin idarə olunmasında ən şəffaf mexanizm icad etmişik"

-Hörmətli xanımlar və cənablar,
Hörmətli səfirlər, Xarici İşlər Nazirliyinin əməkdaşları!
Bu müşavirələr artıq ənənəvi xarakter daşıyır və hamımız yaxşı bilirik ki, müşavirələrin çox gözəl nəticələri olur. Bu görüşlərin geniş formatda keçirilməsi, bir neçə gün ərzində bütün səfirlərin Bakıda olması və müvafiq strukturların nümayəndələri ilə görüşləri əminəm ki, səfirlərin fəaliyyəti üçün çox böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, səfirlər xarici siyasətin Prezident tərəfindən müəyyən edilmiş istiqamətlərini bir daha eşidirlər. Təbii ki, bizim xarici siyasətimiz çox açıqdır, aydındır, çox səmimidir və bizim bütün bəyanatlarımız, atdığımız addımlar bütün ictimaiyyət üçün aydındır. Amma eyni zamanda, müəyyən mərhələlərdə daha dəqiq siyasi kursun müəyyənləşməsi əhəmiyyət kəsb edir.
Davamı...
İyul 28, 2008 14:53

  Çingiz Abdullayev: "Neft pullarını təhsilə yatırmalıyıq"

Çingiz Abdullayev:  
"Avropa dəyərlərinə keçə bilməsək, hətta Asiyada da deyil, orta əsrlərdə qalacağıq"
  
"Biz təkcə neft və qaz deyil, öz beynimizi də satmağı öyrənməliyik"
  

   Tanınmış detektiv yazıçı, AYB katibi, portalımızın EŞ-nın üzvü Çingiz Abdullayev iyulun 22-də "Exo" qəzetinə müsahibə verib. Maraqlı ola biləcəyini nəzərə alıb müsahibənin Azərbaycan dilinə tərcüməsini sizə təqdim edirik.
  

Davamı...
İyul 16, 2008 21:14

  Vaqif Bayatlı Odər: "Mən sözləri Yer üzündən xilas elədim..."

Vaqif Bayatlı Odər- Yeni kitabınızla sözü Yerin köləliyindən azad etdiyinizi bildirirsiniz. Bu hansı köləlik və azadlıqdır belə?
- Mən sözləri kitabdan çıxartdım, onları kitabdan və Yer üzündən xilas elədim. Sözlər bu dünyanın bəzi həqiqətlərinə əsir düşmüşdü, onları Yerin mənasız həqiqətlərindən ilk dəfə mən xilas etdim. Yenicə işıq üzü görən “Yupyumru bir eşq ilə” kitabımın ilk səhifəsində mən boş yer qoymuşam və yazmışam ki, əslində bu yer boş deyil. Gündüz görünməyən ulduzlarla dolu göy üzü kimidir, Allahın qəlbindəki, hələ bizə gəlib çatmamış ilahi sözün, ilahi şeirin varlığına kiçik bir işarədir. O sözün, şeirin varlığını duymadan səhifəni keçirtsək, heç çevirməmiş olacağıq. Bu həqiqətlərə göz yuman oxucu mənim kitabımı adi kitab kimi oxuyacaq, əslində bu, adi kitab deyil. Bu kitabda oxucu Göy üzünü görəcək, ona görə də ardınca yazıram ki, xoş gəlmisiniz, lütfən ayaqyalın keçin, Göy üzündə üzü tanrıya doğru ayaqyalın yüyürün…

Davamı...
İyul 14, 2008 19:39

  "Güneydə modern və postmodern ədəbiyyat bütün gücü ilə öndədir..."

Güneydə modern və postmodern ədəbiyyat bütün gücü ilə öndədir
   Güney Azərbaycanda nəşr olunan "Yaşmaq" dərgisinin baş redaktoru Səid Muğanlı ilə söhbət
   
   
Səid Muğanlı: "Güney Azərbaycanda da gənclərlə qocalar bir-birini sevmir, amma sizdəki kimi, bir-birlərinə nifrət etmirlər"
 
  
   
   - Səid bəy, öncə özünüzü Qüzey oxucularına tanıdardınız.
   - Güney Azərbaycanın Muğan bölgəsində anadan olmuşam. Hazırda Tehranda yaşayır və çalışıram. İlahiyyat təhsili almışam. Hazırda "Yaşmaq" jurnalının baş yazarıyam. Bundan başqa, "Yaşmaq"
Davamı...
İyul 7, 2008 17:22

  Aqil ƏLƏSGƏR. "Türkiyədə yaşananlardan Azərbaycanın çıxaracağı dərs..."

Atatürkçü düşüncəni Türkiyədən silmək və qardaş ölkəni bölmək üçün 40 il hazırlaşan fətullahçı şəbəkənin Azərbaycana sevgisini necə anlamalı...

Əmirləri Qərbin dərin güclərindən alan və Türkiyənin milli maraqlarına zərbə vuran, Atatürk islahatlarını travma adlandıran fətullahçı zehniyyətin Azərbaycanda gücləndikdən sonra Heydər Əliyev islahatlarını tapdalamayacaqlarına kim qarantiya verə bilər?

Vaxtı ilə İzmirdə kiçik bir məsciddə bir molla vaizlik edirdi. Vaizlik imtahanından kəsilmiş, orta təhsili olmayan bu molla sabatayçı qohumlarının yardımı ilə ikinci dəfə imtahana girmiş və güc-bəla ilə vaiz təyinatını almışdı. Davamı...
İyun 18, 2008 11:39

  Kamran Nəzirli: ""Yaxşı yazıçı yaxşı da yaşamalıdı...""

E-mənbə: http://www.525.az/new/2008/06/14/read=30587

Onun üçün bir əlcə ağ kağız ən məhrəm sirrlərini açdığı nəhəng ərazi deməkdi. Yəqin elə bu səbəbdəndi ki, ədəbiyyatı da özünə həyat qədər doğma bilir. 
   Beləliklə, Yaşar Əliyevin şənbə qonağı yazıçı-tərcüməçi Kamran Nəzirlidi. 
Kamran Nəzirli 1958-ci ilin 19 iyununda anadan olub. 1980-ci ildə Azərbaycan Dillər Universitetini (ingilis dili fakültəsini), 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya institutunun politologiya fakültəsini, 2002-ci ildə isə Azərbaycan İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. 

Davamı...
İyun 11, 2008 20:31

  Vaqif Əlixanlı: “Film tərcüməçilərinə verilən qonorar dilənçi payıdır”...

Vaqif ƏlixanlıSirr deyil ki, dublyaj işinin keyfiyyətli alınması üçün səriştəli tərcüməçilər ordusu, istedadlı aktyorlar və Azərbaycan dilinin incəliklərini bilən redaktorlara ehtiyac duyulur. “Bunların hamısı üçün ən əsası maliyyə vəsaiti lazımdır”,- deyən «Space» telekompaniyasının dublyaj redaksiyasının rəhbəri Vaqif Əlixanlı bu və bir sıra məqamlara verdiyi müsahibədə aydınlıq gətirir:

- Dublyaj uzaqdan çox adi, o qədər də istedad və zəhmət istəməyən bir iş təsiri bağışlayır. Halbuki, belə bir təsəvvür ancaq həmin işdən baş çıxarmayan kəslərin nəzər nöqtəsidir. Dublyajın keyfiyyəti ancaq yüksək səviyyədə olmalıdır. Film orta səviyyədə çəkilə bilər, teatr tamaşası, yaxud televiziya-radio verilişi, lap elə qəzet məqaləsi də yüksək sənət və ya qələm meyarına uyğun gəlməyə bilər. Dublyajın başlıca keyfiyyəti bu çevirmənin ustalığında, orjinalın ruhunu saxlamaqla,

Davamı...
İyun 11, 2008 20:28

  Xalq yazıçısı İsa Hüseynovla (Muğanna) müsahibə

İsa Hüseynov“Əvvəlki dövrdə yazdıqlarım olduqca bəsit olduğuna görə, yaradıcılığımın birinci dövründən imtina etmişəm”

İyunun 12-də 80 yaşı tamam olan xalq yazıçısı İsa Hüseynovla (Muğanna) müsahibə

- Muğanna üçün 80 yaş nə deməkdir, yazıçını bu yaşda daha çox hansı məsələlər düşündürür?
- Bu yaşdan yekun iyi gəlir. Amma səksən, bir növ yekun yaşı olsa da, bütün insanlar kimi mən də yaşamaq, işləmək istəyirəm. Yaradıcılığımın son dövrünün məhsulu indiyə qədər gördüyüm işlərin içində ən xeyirlisidir. Əvvəlki dövrdə yazdıqlarım olduqca bəsit olduğuna görə, yaradıcılığımın birinci dövründən imtina etmişəm. Ən məhsuldar dövrüm təxminən 60-cı illərdən başlayır, o dövrdə 5-6 povest yazmışam. Bunlar Azərbaycanın kənd-şəhər həyatını əhatə edən bir növ populyar əsərlərdir. “Məhşər” romanından sonra

Davamı...
İyun 11, 2008 20:09

  Zəmanəmizdə kitab satışı: tələbat, satış, problemlər...

SƏYYAR KİTAB SATICISI ANAR: «ÇOX ADAM MƏNƏ DEYİR SƏNİN YERİNƏ OLSAM, HEÇ YAŞAYA BİLMƏRƏM»

Davamı...
May 24, 2008 20:38

  Cavanşir Yusifli "day-day", Lit.az "bacı", Nəsimi "əmi", "NETTY" xala və...

Aydın Xan, yazıçı-kulturoloq

Mən dindar olmasam da, bu yerdə mütləq Ulu Yaradana (misal üçün, təbiətə, intellektə, nə bilim, bilgili insanların tapındığı hər nəsnə kimi oxumaq da olar) and içməliyəm ki, özünü superdindar sayan azəri oxucusu səmimiyyətimə inansın. İlkcə onu deyim ki, işlərim kəlləmdən aşdığından hərgünkü e-qeydlərimi edə bilmir, virtual əməklə məşğul olammıram. Sağ olsun Cavanşir Yusifli: məni həvəsləndirdi, heç olmasa, bu qısa mülahizələrimi guppuldatdım bura...

Başınıza daş salmayacaqam, bu linkdəki materialla tanış olandan sonra bəzi mətləbləri izah etmək istərdim:

http://www.lit.az/?Publisistika:May%2F08:21.03.08%2FC.Yusifli%2FAz%26%23601%3Brbaycan_%26%23601%3Bd%26%23601%3Bbiyyat%26%23305%3Bnda_n%26%23601%3B_ba%26%23351%3B_verir%3F

Davamı...
May 7, 2008 20:46

  Azərbaycan "missioner yuvası"na çevrilir

Bəzi məmurlarımızın və QHT rəhbərlərinin paraya qarşı dözümsüzlüyü Azərbaycanı uçuruma sürükləyir

Özünü "Məsih" elan edən San Myön Munun Azərbaycandakı koordinatorluğu tanınmış insanlarımıza "Sülh səfiri" diplomu paylayaraq, onları ən azı özlərinə qarşı neytrallaşdırmaq istəyirlər

Ümumdünya Xristian Dövləti qurmaq istəyən "Birlik" Kilsəsi, "Həyatverici Lütf Ümumdünya Kilsəsi", "Həyat sözü" kilsəsi, 7-ci gün Adventistlərinin Presviterianlığı, Beşonluqçular sektası, "Yəhva şahidləri" Birliyi, "Gideon Qardaşlığı", "İxtus" kilsəsi ölkəmizə qarşı "səlib yürüşü"nə çıxıblar... Davamı...
May 6, 2008 8:30

  Azərbaycanlı Filosof Ağalar Məmmədovla ictimai müsahibə

Filosof Ağalar Məmmədov: "Bu xalq tarixi boyunca çox az şeyin ardınca tam səmimiyyətlə gedib"

Filosof Ağalar Məmmədov:

"Bizim bazarbaz olmağımız fəlakət deyil, bazarbazlıqdan universitetçiliyə gəlib çıxmamağımız fəlakətdi"

QaynarFORUM-un (http://news.qaynar.info/?mod=view&id=13796) qonağı olan filosof Ağalar Məmmədov forum üzvlərinin suallarını cavablandırıb. Söhbəti sizlərə təqdim edirik.

Davamı...
May 4, 2008 22:07

  Fətullah Gülən Şəbəkəsinin “səssiz inqilab” siyasətinin pərdəarxası gizlinləri

E-mənbə: http://www.yenicag.az/modules/news/article.php?storyid=801 

Fətullahçıların mənəvi terror planının gizlinləri...

- Gülən niyə erməni zülmünə qarşı bir dəfə də etiraz etməyib?


- Fətullah Gülən 20 yanvar faciəsi ilə bağlı niyə çıxış etmişdi və ondan sonra Azərbaycana və Türk Dünyasına qarşı törədilən soyqırımlarla bağlı niyə səssiz qaldı?

Davamı...
May 3, 2008 22:13

   DİALEKTİKA...

Başına döndüyüm Təbrizi qoca Şərqdəki digər mədəniyyət mərkəzlərindən fərqləndirən bir çox müstəsna cəhətlər var ki, onların birini indi bu yazımda xüsusən qabartmaq istərdim. Səbrinizi imtahana çəkib sükuta dalıram, istəyirəm ki, siz… bəli, əvvəlcə məhz siz özünüz Təbrizin bu özəl xüsusiyyətlərini bircə-bircə paslanmış yaddaşınızda dirildəsiniz. Siz özünüz mənə deyəsiniz ki, qoca Şərqin inqilab nənnisini daim yırğalayan Təbriz şəhəri hansı özəlliyi ilə tarixdə ad çıxarıb. Görürəm ki, alnınızın qırışları dərinləşir, nəyisə yadınıza salıb verdiyim sadə suala cavab verməyə tələsirsiniz, ancaq diliniz ağzınızda topuq vurur, qorxursuz səhv edib oxucularım qarşısında çətin duruma düşəsiniz. "İnqilab, fədailər, Səttarxan, məşrutə"- yaddaşınızda ilk olaraq bu anlayışların parıldaması, bəli, çox təbiidir, başqa cür ola da bilməz. Tarixçi Əhməd Kəsrəvinin "Tarixi məşruteyi İran" kitabından ömrünüzdə bircə səhifə oxumasanız da, haradansa ordan-burdan Təbrizin inqilab ənənələrinə bələdsinizsə, vallah, necə deyərlər "heyvanına min şükür, ay Allah"… Davamı...
Aprel 27, 2008 22:19

  Fətullah Gülənlə bağlı yeni iddia: o, müsəlmandır, yoxsa bəhayi?!

Türkiyəli araşdırmaçı-yazar Semih Tufan Gülaltayın fikrincə, «Tövrat» İttifaqı qurmaq istəyən Gülən hərəkatı İran qaynaqlı batini cərəyanların davamıdır

Siyasi hakimiyyəti ələ keçirənə qədər hamıya xoş görünməyi əmr edən Fətullah Gülən: «Xilafətə gedən yol hər kəsə açıqdır»

Türkiyədə dövləti içəridən ələ keçirərək. şəriət dövləti yaratmaq istəyən və bunun üçün böyük şəbəkə quran Fətullah Gülən ilə bağlı yeni iddia ortaya atılıb. Gülənin suçsuz olduğuna etiraz edən və onu dövləti ələ keçirmək üçün örgüt qurmaqda bir daha ittiham edən Türkiyə Baş Prokurorluğunun rəsmi sənədində də yer alan, ilk dəfə araşdırmaçı-yazar Semih Tufan Gülaltayın açıqladığı bu iddiaya görə, fətullahçılarla bəhayilər arasında böyük oxşarlıqlar Davamı...
Aprel 25, 2008 19:41

  Mirmehdi Ağaoğlu. "Sarokinin buz dövrü, və ya "iyrəng" yazıçı haqqında ətirli qeydlər "

 Sorokin-bookE-mənbə: http://kultaz.com/2008/04/23/sorokinin-buz-dovru-ve-ya-%e2%80%9ciyrenc%e2%80%9d-yazici-haqqinda-etirli-qeydler/

İlahi insanı qanadlı şəkildə yaradıb,
yalnız duyğularla, səssiz-sözsüz danışmaq üçün yardıb. (
Vaqif Bayatlı Odər)

Proloq

Yəqin ki, cəmiyyətin azsaylı, müəyyən bir təbəqəsi istisna olmaqla, Soljenitsindən sonra Azərbaycanda tanınan ikinci bir rus yazıçısı tapmaq çətin olar. Baxmayaraq ki, rus xalqı zamanın hər kəsimində dünya ədəbiyyatına öz töhfəsini verib, bununla belə yaxın illərdə bizim oxucunun məsəl üçün, V.Sorokini tərcümədən oxumaq ehtimalı

Davamı...
Aprel 25, 2008 19:36

  ЭЛЬЧИН ГАСАНОВ. "В поисках литературной славы, или как стать известным писателем."

Oт автора

Некоторые люди, пробежав глазами эту книгу возможно, воскликнут:
- Кто такой Эльчин Гасанов, чтобы учить людей писать, советовать всем, как стать известным автором?

Кто жаждет славы, тот будет читать эту книгу.
Кто на самом деле хочет стать известным писателем, тот будет читать эту книгу.
Кто объективно является тщеславным, тот будет читать эту книгу.
Родитель, у которого украли ребенка, будет цепляться за любую соломинку, лишь бы вернуть свое чадо.

Davamı...
Aprel 22, 2008 18:36

  Həmid Herisçi, İlhamiyyə Rzayeva. "ANTİAXUND(OV)"

E-mənbə: http://almaqezeti.com/index.php?mod=view&id=2686 

TEZİS-ANTİTEZİS
   
   80-ci illərin sonunda, bizi axmaq yerinə qoymuş yenidənqurma qasırğası Sovet məmləkətini təzə-təzə silkələdiyi dönəmdə- muştuluğumuzu verin! - Azərbaycan Yazarlar Birliyinə qardaş Latviyadan aşağıdakı məzmunlu bir mübarək məktub gəlir: "Hörmətli yoldaşlar! Bizim latış ədəbiyyatını qardaş sovet xalqları ailəsinə daxil olan digər xalqların dilinə tərcümə etmək, bu sahədə tərcüməçilər yetişdirmək fikrindəyik. Xahiş edirik, Riqaya iki istedadlı şair göndərin ki, onlara latış dilini öyrədək".
   Tezliklə iki gənc yazar- şair Vəli Səyyadi, nasir İlyas Ərnəfəs şələ-küləsini belinə yığıb səfərə hazırlaşır, yaallah, lazımı təyinatla uzaq Baltika sahillərinə yollanır Bakının kirli-zibilli "Sabunçu" vağzalından.
  

Davamı...
Aprel 22, 2008 18:18

  Ağalar Məmmədovş "ANTİ-ANTİAXUNDOVÇULUQ"

HERİSÇİ İLƏ GƏNCALP POLEMİKASINA REPLİKA
   
   Assosiativ təfəkkür vərdişlərinə malik olan H. Herisçi mənə görə qeyri-ciddi müəllif olduğu üçün onun yazılarını nadir hallarda, təsadüfdən-təsadüfə oxuyaram. Amma “Alma”nın ötən sayında G. Gəncalpın Herisçinin tezisinə antitetik cavabını oxuduqdan sonra mən Herisçinin yazısını da oxumalı oldum. Təbii ki, Gəncalpın antitezisi Herisçinin tezisindən qat-qat maraqlı idi. Amma o tezisə bu boyda antitezis yazmamaq da olardı. Ancaq hər halda Gəncalpın antitezisi Herisçinin tezisini, daha doğrusu, şiəçiliyi ustalıqla ifşa edə bilib. Bundan ötəri ona təbrik və təşəkkür düşür. Gəncalp Herisçidə dişə dəyən bir şey saxlamasa da, amma yenə də deyilməmiş nələrsə yenə qalıb və əsas odur ki, bu polemikada təzə mövzular əmələ gəlib.

Davamı...
Aprel 22, 2008 18:13

  Güntay Gəncalp. "Antiaxundov” yazısı üzərinə tənqidi baxış"

Şah İsmayıl, "Xilaskar Mehdi anlayışı" və Şərq Cəhaləti
   
  
 "Alma" qəzetinin ötən saylarının birində “Antiaxundov” (Həmid Herisçi) adlı bir yazı yayınlanıb. Azərbaycan düşüncə həyatında Axundovun önəmi və bəzi dostların da istəkləri üzərinə bu mözuyla bağlı dəyərləndirməmi oxucuların diqqətinə təqdim edirəm.
   
   Azərbaycan düşüncəsində Qərb axımı
   
   Azərbaycan düşüncə həyatında Qərb mədəniyyəti ilə bağlı üç axım mövcud olub. Birinci axım Qərbin elmi, fəlsəfi, insan haqqları anlayışlarını, sekulyar və demokratik nailiyyətlərini bütünlüyü ilə qəbul etməyi zəruri hesab edirdi. Qərb metodologiyası insanı, varlığı, sosial ədaləti elmi şəkildə qavrama yolundadır. Şərqə düşən əsas vəzifə Qərbi öyrənmək və Şərqi qərbləşdirməkdən ibarətdir.
Davamı...


Yazılar cəmi: 78    Sonrakı səhifə »


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com
PageRank