Avqust 20, 2008 14:11
«Başqalarına kömək eləyə bilməyəndə əziyyət çəkirəm»
…Milli teatrın salonunda List piano arxasında macar milli kostyumunda ifa edir. Konsertin sonunda qraf Feştetiç 5 zadəganın müşayiətiylə səhnəyə qalxaraq macar xalqının adından fəxri hədiyyəni təqdim elədi. Macar parad qılıncını hədiyyə alandan sonra evə gedərkən Listi yanar məşəllərlə müşayiət edən xalq evə yola salırdı. Adətən onun konsertlərinə aristokratiya milli kostyumlarda gəlirdi.
…Listin pəncərələri altında musiqi və rəqslərdən ibarət serenada səslənir. Meydançada azı 700-800 adam toplaşmışdı. Nitq söyləmək əvəzinə List royalı pəncərəyə tərəf çəkməyi xahiş edir. Pəncərə altında dayananlar açıq pəncərədən Listin «Macar rapsodiyaları»nı bir daha dinlədilər.
…Macarıstan Listin yaradıcılıq yolunun 50 illiyinə hazırlaşır. List Budapeştə gələndə yollar onun evinə qədər minlərlə adamla dolub triumfal yürüşə çevrilmişdi. «Ruhum və
Davamı...
Avqust 19, 2008 17:16
Təsəvvüfün (sufiliyin) təzahürlərindən olan hürifilik çoxdan tədqiq edilir. Buna baxmayaraq hürufiliyin nə qədər müəmmaları açılmamış qalmaqdadır. Bu təriqətin banisi fəzlullah Nəiminin faciəsi belə müəmmalardandır. Onun tarixi taleyi haqqında doğru-dürüst təsəvvürümüz yoxdur. Bu sahədə qaynaqlarda gizli qalan gerçəkləri üzə çıxarmağa, elmə gətirməyə ehtiyac var.
Bu araşdırma həmin ehtiyacı ödəmək üçün qələmə alınıb. Osmanlı imperiyası tarixindən əxz edilən məlumatlar əsasında yazılıb. Həmin məlumatlarda fəzlullahın faciəsinin sırf siyasi motivi açıqlanır. Şairliyi, şeirləri, hürufi düşüncə tərzi xüsusunda söhbət getmir. filosof, təriqət başçısı kimi onun fəaliyyətinin mülkiyyət qeyri-bərabərliyinin ziddinə yönəldiyi bildirilir. O, bu üsyankar qayəsi yolunda əzabla edam edilib. Qaynaqların bəzisində diri-diri dərisi soyularaq öldürüldüyü deyilir. Bəzisində isə neçə həmfikirlərilə birgə tonqalda yandırıldığı yazılır. Hadisə Birinci Sultan Muradın (1359-1389) dövründə Türkiyədə vaqe olub. Türk tarixçisi Aşıkpaşa oğlu (1393-1481) hadisəni qısaca təsvir edib. Tarixçi “Tevarih-i Al-i Osman” kitabında fəzlullahın Sultan
Davamı...
Avqust 4, 2008 20:49
Hər dəfə yüzlərlə həvəskarın bir məşhur idmançıdan, kino ulduzundan, tanınmış müğənnidən avtoqraf aldığını görəndə təəccüblənirəm. Axı Lyüdmila Truşşevanın, Aleksey Batalovun, Müslüm Maqomayevin adicə imzaları onların nəyinə gərəkdir?
Bəlkə bu, çox böyük hörmətdən və dəlicəsinə vurğunluqdan irəli gəlir? Bəlkə də. Ancaq bir də görürsən ki, həmin "ulduzlar" öz vurğununun istəyinə cavab vermək istəmir. Bunun mən dəfələrlə şahidi olmuşam. Və hər dəfə bu mənə çox pis təsir eləyib. Əgər bir nəfərin vurğunu, heyranısansa məcbur deyil ki, ondan avtoqraf alasan.
Biz jurnalistlər işimizlə bağlı cürbəcür adamlarla vədələşirik. Odur ki, on dəqiqəlik söhbət üçün on günlərlə vəd alırıq. Bəzən bizi eşitmək istəmirlər. İşi isə mütləq görməlisən. Belə vaxtlarda adam özünü təhqir olunmuş hesab eləyir. Mən bunu ona görə deyirəm ki, vurğunu olduğu adamdan imza, avtoqraf ala bilməyənləri indi yaxşı başa düşürəm.
Jurnalist yoldaşlardan biri danışır ki, o, Vasili Şukşinlə görüşməyə nə qədər vaxt sərf eləyib. Nə qədər əziyyət çəkib. Əlbəttə, belə adamla görüşmək üçün bəlkə də əziyyət
Davamı...
Avqust 4, 2008 15:37
Zəif təşkilatçılığı Şamil Nəcəfzadənin gözəl filmi xilas etdi
Azərbaycan Milli Kinosu 110 yaşına da qədəm qoydu. 2 avqust tarixində. Beləcə bu günü də yola verdik. Bəli, məhz «yola verdik». Neçə illərdir şahidi olduğumuz şablon tədbirlər belə deməyə əsas verir. Bu dəfə də «Milli Kino – 110» sərlövhəsi altında rəsmi nümayəndələr və bir qrup sənət xadimlərinin iştirakı ilə “Azərbaycan” kinotetarında mədəni tariximizə nəzər saldıq. Amma hansı səviyyədə?
Yaxşı deyiblər, «utanmasan oynamağa nə var ki». Əsl bizə ünvanlanmış deyimdir. Azacıq da olsa utanan üzümüz olsaydı, Milli Kino bayramını birdəfəlik unudardıq. Ona görə yox ki, mədəniyyətimizə, kino tariximizə xəyanət edirik. Sadəcə, «Milli Kino» bayramımız deyə hesabat vermək xatirinə qeyd olunacaqsa, unutmağımız daha yaxşıdır. Söhbət təkcə kinodan getmir. Bütün mədəni tədbirlərimiz bu səviyyədədir.
Davamı...
Avqust 2, 2008 22:18
Serblər onu müsəlman olduğuna, bosniyalılar isə yetərincə müsəlman olmadığına görə sevmirlər
“Kino Həftəsi”
Uşaq, dəli, Fransada yaşayan serb, müsəlman, siyasətçiləri duelə çağıran və ya onların arvadlarıyla saçyoldusuna çıxan- bütün bunlar rejissor Əmir Kusturitsa deməkdir.
Əmir Kusturitsa çox tez-tez və məmnuniyyətlə deyir ki, o heç kimdir və heçlikdən gəlir. Ümumiyyətlə, onun həyatında həmişə “yox” sözü “hə” sözündən vacib yer tutur. Bəlkə elə buna görə, onun filmləri həddindən artıq şəndir. O, özünü yuqoslav adlandıran (bilə-bilə ki, belə millət yoxdur) serb mənşəli müsəlmandır. Serblər onu müsəlman olduğuna görə sevmirlər, bosniyalılar isə yetərincə müsəlman olmadığına görə. Kinotənqidçilər onun filmlərini sırf kiç (pop-art), tamaşaçılar isə çox intellektual hesab edirlər.
Davamı...
İyul 22, 2008 13:30

Yazıçı Əjdər Olun insani və yaradıcılıq portretinə cizgilər
Davamı...
İyul 15, 2008 17:21
Elçin Əlibəyli,
Beynəlxalq Televiziya və Radio Akademiyasının
həqiqi üzvü, sənətşünaslıq namizədi

Televiziya öz təbiətində yaradıcılığı, estetik və kulturoloji mahiyyəti ehtiva etməklə yayımlandığından, onun sənətkarlıq meyarlarını müəyyən edilməklə təhlil olunması doğru elmi yanaşma olardı.
Davamı...
İyul 14, 2008 19:58
Onun xoşbəxtlikdən başqa hər şeyi vardı
«Mən həmişə tamaşaçının olmuşam. Ona görə yox ki, mən dahiyəm. Ona görə ki, tamaşaçıdan başqa mən heç kimə lazım deyiləm».
Beverli-Hilzdəki kiçik, amma rahat mənzilin qapısını artıq 20 dəqiqə idi ki, döyürdülər. Qapı açılanda Hollivudun sevimlisi astanada dayanmışdı. Poçtalyon Norma Cin Bekker üçün dostlarının ad gününü təbrik eləyərək gül göndərdiyini dedi. Xanım «Burda Norma Cin Bekker yaşamır və onun dostları da yoxdur» - deyib qapını çırpdı. Sonra viski tökülmüş stəkanı götürüb «Ad günün mübarək, Merlin» dedi. Həmən günü onu daha kimsə təbrik eləmədi. Merlin növbəti şampan şərabını açmağa getdi.
Davamı...
İyul 7, 2008 18:04
Bakıda Ukrayna mədəniyyəti günləri keçirildi, məşhür şair Taras Şevçenkonun heykəlinin açılışı oldu, dost ölkənin incəsənət xadimləri konsertlər verdilər. Düşündüm ki, tanınmış şair Vasil Stus barədə yazını azərbaycanlı oxuculara təqdim etmək yerinə düşər.
Oğuldan ataya
GUAM yazarlarının Bakı görüşləri olmasaydı və bu görüşlərdə məşhur Ukrayna şairi Vasil Stusun oğlu, “Kiyevskaya Rus” jurnalının baş redaktoru Dimitro Stusla görüşməsəydim, bu yazı da alınmayacaqdı. Mirzə Fətəli Axundov adına kitabxanada keçirilən poeziya gecəsində oğul Stus atasının şerini oxudu. Bələd olmadığım ukrayna dilindəki kəlmələri dilimizə tərcümənin köməyinə ehtiyac duymadan misraların musiqisindən anlamağa çalışdım. Alındı da…
Davamı...
İyun 30, 2008 21:21
«Mən Qalanı atamdan, anamdan, Pikassodan da artıq, hətta puldan da çox sevirəm»
1934-cü il… Nyu-York Salavador Dali kimi birisini gözləyir. Qəzetlər dinc, ekssentrik, intellektual tacir – Dali haqqında yazır. Dali ilə görüşün ilk təəssüratı belədir: əlində 2,5 metrlik fransız bulkası gəzdirən balaca və əsəbi insan bədəninə ən azı yarım düjün şəkil bağlamış tərzdə var-gəl eləyir. O, Nyu-Yorkun oğrularından qorxur. Jurnalistlər bu insanla çiyinlərində epolet əvəzinə donuz kotletləri çəkilmiş Qalanın portretindən sonra maraqlanmışdılar. Hamı bu kotletlərin çiy, yaxud qızardılmış olmasını müzakirə eləyir. Dali isə jurnalistlərə izah eləyir ki, bu kotletlər onun Qalanı yemək arzusunun simvoludur.
«Hərdən mən anamın portretinə tüpürməyi sevirəm»
Davamı...
İyun 18, 2008 10:20
Müəllifdən:
Bu məqaləni yazmaq ideyası birdən-birə yaranmamışdır. Mən dəfələrlə götür-qoy etdiyim məsələlər barədə fikirlərimi çoxdan söyləmək niyyətində idim. Açığını deyim ki, məni yazı masası arxasına keçməyə sövq edən bir neçə ay bundan əvvəl “Bakinski raboçi” və “Azərbaycan” qəzetlərində dərc etdirdiyim, respublikanın ictimai dairələrində geniş marağa səbəb olmuş və sonradan ayrıca kitab şəklində çap edilmiş “İnkişaf strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti” adlı məqaləm oldu. Mən yerli və xarici oxuculardan bu məqalə barədə dəfələrlə həm tərifli rəylər, həm də mənim baxışlarımdan fərqli fikirlər eşitməli olmuşam.
Davamı...
İyun 16, 2008 13:02
«Kütlə də qadın kimi güclü kişiləri sevir»
Romanın mərkəzində «Venesiya» sarayının 30 mindən artıq insan yerləşən böyük meydançası qarşısında eyvanda faşist lideri vaxtaşırı görünməyi sevərdi. Kütlə fərəh və coşğunluq içində əl çalıb heyranlığını bildirərdi. Duçe yavaş-yavaş əlini qaldırandan sonra kütlə səsini kəsərək, rəhbərin hər sözünü sanki nəfəs dərmədən dinləyərdi. Nitqlərini heç vaxt qabaqcadan hazırlamazdı. Əsas ideyaları beynində saxlayaraq intuisiya və improvizəyə arxalanardı. Mussolini Sezar kimi italyanların təxəyyülünü imperiya və şöhrət ilğımı, ümumxalq rifahının artması kimi iri planlarla canlandırırdı. O, hesab edirdi ki, «küitlə hələ ki, qeyri-mütəşəkkil qoyun sürüsüdür». Ona görə də xalq diktatorunu həm sevməli və eyni zamanda ondan çəkinməli və qorxmalıdı:
Qiyamçı atanın oğlu
Davamı...
İyun 16, 2008 12:36
Mən bir əsir idim, azad olmaq istədim
(İxtisarla)
AZADLIQ VƏ FİKİR AYRILIĞI
- Ustad! Sizdə fikir ayrılığı yoxdur?
- Nə qədər desən var! Azadlıq olan yerdə fikir müxtəlifliyi çox təbiidir.
- Bəs bu, ölkənin idarə olunmasını çətinləşdirmir?
- Heç də yox. İdarə etmək sənəti elə fikir müxtəlifliyi olan yerlərdə özünü göstərir.
Davamı...
İyun 16, 2008 12:28
(təəssüratlar)
Bakıda keçirilən ənənəvi Beynəlxalq "Şərq-Qərb" kinofestivalı analoji tədbirlərdən fərqlənir, festivallar festivalıdır. Yəni burda bir neçə festivalda müxtəlif mükafatlara layiq görülmüş filmlər nümayiş olunur. Festivalın prizləri də simvolik xarakterlidir - "bəşəriyyətə ən humanist göndəriş", "əsl kişilik obrazı", "əsl qadınlıq obrazı", "dünya kinosuna xidmətlərinə görə" və s. Mükafatlar MDB və Baltikyanı ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədri, "Şərq-Qərb" festivalının prezidenti, kinodramaturq Rüstəm İbrahimbəyovun bu il növbəti dəfə sədr seçildiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyinin qərarına əsasən təqdim edilir.
Davamı...
May 28, 2008 14:23
Onun həyatı o qədər kədərli, o qədər gözəldir ki, insana inanılmaz gəlir.
O, solğun üzünü bir az da nəzərə çarpdıran dirsəkləri yırtıq paltosunu geyib Parisin küçələrində kupletlər oxuyurdu. Şəhər jarqonunda «Piaf» «sərçəcik» deməkdir. Olmazın məşhurluq, çoxlu pullar qazansa da Edit Piaf hamı üçün Paris ətrafında yeməyə toplaşmış sərçəcik olaraq qalacaq. Nə qədər böyük istedad sahibi olmalısan ki, küçə həyatından başlamış ömründə dəbdəbə və heyranlar izdihamını yaşayandan sonra da uşaqlara və dilənçilərə xas olan kədər və səmimiyyəti özündə saxlayıb və həmişə sevimli qala biləsən.
Davamı...
May 9, 2008 19:19
E-mənbə: http://lit.az I hissəyə bax
Tərcümə: N.Axundova
Bəziləri Dikkensin Meriyə münasibətində şübhəli məqamlar axtarır. Əslində isə Dikkens, sadəcə, əzizlərinə bağlı və onları qorumağa çalışan bir insan olub. Ketrindən sonra Meri ona dünyada ən yaxın adam idi. Belə gənc, həyat eşqi ilə dolu və ən başlıcası Dikkens üçün yaxın olan bir insanın itkisi doğmaları üçün hər an narahatlıq keçirən yazıçını sarsıtmaya bilməzdi. Dikkens iyirmi beş yaşında başa düşdü ki, sevimli, əziz bir adam günlərin birində səni qəfildən əbədilik tərk edə bilər. Və bu itkini nə iş, nə istedad, nə də uğur ovuda biləcək. Beləliklə, onun romanlarında xoşbəxt ailə motivlərilə bərabər gənc qəhrəmanların vaxtsız ölüm lövhələri də görünməyə başladı.
Davamı...
Aprel 22, 2008 18:10
E-mənbə: http://lit.az
Tərcümə: N.Axundova
"Morning chronicle"in gənc jurnalisti Çarlz Dikkens Fernivalzda kirayə götürdüyü otaqda xudmani bir məclis təşkil etmişdi. Onun iyirmi üç yaşı tamam olurdu. Qonaqları az deyildi.
Dikkensin belə bir şənlik keçirməyə haqqı çatırdı: onun "Boz" imzası ilə "Chronicle" və "Monthly magazine" jurnallarında London həyatından etdiyi cızma-qaralarını hamı oxumuşdu. Artıq onu tanımağa başlamışdılar. Heyf ki, karyerasının uğurlu başlanğıcını dəlicəsinə sevdiyi Mariya Bidnel ilə birgə qeyd edə bilməyəcəkdi. Mariya bir az əvvəl onu atmışdı. Qadın axıra qədər də inanmadı ki, Dikkensdən bir şey çıxa bilər. İndi gənc Dikkens "Bozun oçerkləri"nin ona qazandırdığı şöhrətdən istifadə edərək, məhəbbətini geri qaytara bilərdi.
Davamı...
Aprel 20, 2008 14:33
Füzuli yalnız Azərbaycan xalqının, yalnız öz əsrinin deyil, bütün bəşəriyyətin, Renessans dövrünün, böyük sənətin böyük oğludur. Mir Cəlal
Füzuli yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığı üçün yeni mövzu deyildir. Sözün, sənətin dəyərindən, sənətkarlıq məharətindən, böyük eşqin vəsfi qüdrətindən danışanda daim füzuli xatırlanmış, onun "zülmətdə nur" dünyasının şəfəqləri insanların gözünə işıq, könlünə təsəlli vermiş, sabaha, gələcəyə, Allahın dərgahına uzanan yolunu şəfəqləndirmişdir. füzulinin şeir gülüstanı daim uca tutulmuş, onun ətri, rayihəsi neçə yüzilliklər ərzində bu gülüstanın saysız-hesabsız pərvanələrini öz sevdasına çulğayıb cənnətməkan etmişdir.
Davamı...
Aprel 20, 2008 13:29
Keçən əsrin 60-cı illərində yaradıcılığa başlamış Anar (Anar Rəsul oğlu Rzayev) Azərbaycan ədəbiyyatını təzə mövzu və obrazlarla, təravətli fikir və duyğularla zənginləşdirmiş, özəlliklə nəsrimizə ölkəmizdən uzaqlarda da böyük şöhrət qazandırmış orijinal üslublu, məhsuldar ədiblərimizdən biridir.
Adətən bu cür yazıların sonunda səsləndirilən bəzi faktları mən bilərəkdən məqaləmin əvvəlində yada salacağam. Azərbaycan ədəbiyyatı, incəsənəti, ümumən mənəviyyatımız qarşısında böyük xidmətlərinə görə Anar Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, xalq yazıçısı kimi fəxri adlara layiq görülmüş, keçmiş SSRİ-nin “Şərəf” nişanı, müstəqil Azərbaycanımızın “İstiqlal” ordenləri ilə təltif olunmuşdur. Ədibə Türk dünyasına xidmətlərinin müqabilində dəfələrlə fəxri adlar, ödüllər verilmişdir. O, Azərbaycan SSR Ali Sovetinin deputatı, SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, onun mədəniyyət məsələləri üzrə daimi komissiyasının sədri olmuşdur. Bunlar hamısı bizim böyük yazıçımızın, Vətən, xalq qarşısında görkəmli xidmətlərinin təqdir olunmasının müəyyən göstəriciləri kimi onun halalıdır.
Davamı...
Aprel 15, 2008 20:27
E-mənbə: http://bizimyol.az/?mod=news&act=view&nid=10089
«Tanrının padşahlığı içinizdədir» deyən yazıçını kilsə lənətlənmiş elan eləmişdi
«Mən Allaha inanıram. Onu hər şeyin başlanğıcı, Ruh və Sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə. Hamının Tanrı kimi qəbul elədiyi İsaya dua etməsini ən böyük günah sayıram. İnsanlar başqalarıyla elə rəftar eləməlidir ki, özü də belə rəftarı arzulardı. Bu, İncildə belə deyilib, bütün qanun və peyğəmbərlərin məğzi də bundadır».
Lev Tolstoy
Lev Nikolayeviç Tolstoy Birinci Pyotrun vaxtından cəmiyyətdə görkəmli yer tutmuş zəngin və adlı-sanlı nəslin nümayəndəsidir. Tolstoy o qədər avtobioqrafik yazıçıdır ki, onun qohum və tanışlarının obrazını əsərlərindən tanımaq olar. Ata babasını «Hərb və sülh» romanında qraf Rostov obrazında təsvir edib.
Davamı...
Aprel 4, 2008 8:11
Lit.az saytının təqdimatında

F.Şiller öz yaradıcılığında, Hötedən fərqli olaraq Nizami irsinə müraciətdə ilkin olmuş və dram əsəri yaratmışdır. Burada «Turandot» haqqında fikirlərimizi təqdim etməzdən öncə, F.Şiller yaradıcılığına ani bir nəzər salmaq lazımdır. F.Şillerin keçdiyi yaradıcılıq yolu, professional ədəbi yaradıcılığa gəlişi, hələ hərbi xidmətdə olarkən başlanır. Onun taleyinə düşən bütün bu çətinliklərə baxmayaraq ,F.Şiller ədəbi yaradıcılığa bütün varlığı ilə bağlanır və Veymarda böyük müvəffəqiyyətlər qazanmış «Məkr və Məhəbbət» dramından sonra, bir-birinin ardınca «Orlean qızı», «Mariya Stüart», «Vilhelm Tell» və sona çatdıra bilmədiyi «Yalançı Dmitri» kimi tarixi mövzulu əsərlər yaratmışdır. Eyni zamanda o, bir necə diqqətəlayiq tarixi əsərlərin də müəllifidir. F.Şillerin fərdi xüsusiyyəti, tarixi hadisələri təsvir etmə kimi fenomen qabiliyyəti elə bir
Davamı...