Avqust 19, 2008 17:16
Təsəvvüfün (sufiliyin) təzahürlərindən olan hürifilik çoxdan tədqiq edilir. Buna baxmayaraq hürufiliyin nə qədər müəmmaları açılmamış qalmaqdadır. Bu təriqətin banisi fəzlullah Nəiminin faciəsi belə müəmmalardandır. Onun tarixi taleyi haqqında doğru-dürüst təsəvvürümüz yoxdur. Bu sahədə qaynaqlarda gizli qalan gerçəkləri üzə çıxarmağa, elmə gətirməyə ehtiyac var.
Bu araşdırma həmin ehtiyacı ödəmək üçün qələmə alınıb. Osmanlı imperiyası tarixindən əxz edilən məlumatlar əsasında yazılıb. Həmin məlumatlarda fəzlullahın faciəsinin sırf siyasi motivi açıqlanır. Şairliyi, şeirləri, hürufi düşüncə tərzi xüsusunda söhbət getmir. filosof, təriqət başçısı kimi onun fəaliyyətinin mülkiyyət qeyri-bərabərliyinin ziddinə yönəldiyi bildirilir. O, bu üsyankar qayəsi yolunda əzabla edam edilib. Qaynaqların bəzisində diri-diri dərisi soyularaq öldürüldüyü deyilir. Bəzisində isə neçə həmfikirlərilə birgə tonqalda yandırıldığı yazılır. Hadisə Birinci Sultan Muradın (1359-1389) dövründə Türkiyədə vaqe olub. Türk tarixçisi Aşıkpaşa oğlu (1393-1481) hadisəni qısaca təsvir edib. Tarixçi “Tevarih-i Al-i Osman” kitabında fəzlullahın Sultan
Davamı...
İyul 25, 2008 21:13
Dünya ictimai-liberal fikiri ilə maraqlananlar üçün maraqlı yazıların azərbaycanca tərcüməsini təqdim edirik.
Davamı...
İyun 10, 2008 23:07
“Blasfemiya”nın qədim yunan dilində hərfi mənası birisinin nüfuzuna xələl gətirmək, terminoloji mənası isə bir dinin etiqadını alçaltmaq və lənətləmək, ona istehza etmək, allahı ələ salmaq deməkdir. Bu termindən bəzən sosial mövqecə yüksəkdə dayanan şəxslərə qarşı verbal aqressiyaları ifadə etmək üçün də istifadə edilir. Bu yazımda mən bir dini etiqadı təhqir etmək, yəni dini müqəddəsliyi ləkələmək mənasında blasfemiyanın qadağan edilməsi probleminin bəzi məsələlərindən danışmaq istəyirəm.
Davamı...
May 15, 2008 17:35
E-mənbə: http://almaqezeti.com
1784-cü ildə J.F.Zöllnerin “Berlin Monthly” qəzeti vasitəsiylə ziyalılara ünvanladığı “Aydınlanma nədir?” sualına cavab olaraq İ.Kantın yazdığı ""Aydınlanma nədir" sualına cavab” adlı essesi aydınlanma haqqında yazılmış ən məşhur məqalələrdəndir.
Aydınlanma, insanın özünə təlqin etdiyi zehni yetərsizlik halından qurtulmasıdır. Yetərsizlik, başqası tərəfindən istiqamətləndirilmədən öz ağlını istifadə edə bilməməkdir. Bu yetərsizlik özünütəlqinlə və könüllü yaranır, çünki onun səbəbi ağlın həqiqətən qıt olması deyil, başqasının rəhbərliyi olmadan ağlı istifadə etmək cəsarətinin və
Davamı...
Mart 3, 2008 11:39
Qunnar Skirbekk, Nils Gilye, “ Fəlsəfə tarixi: müasir dünyanın fəlsəfi qaynaqlarına bir baxış” (Azərbaycan dilində kitabın tam e-mətni)
Diqqət: tərcümənin müəlliflik hüquqları "Zəkioğlu" nəşriyyatına və tərcüməçiyə məxsusdur. Kommersiya məqsədiylə bu kitabdan (tam və ya qismən) istifadə edilməsi yasaqdır, AR qanunlarına uyğun məsuliyyət daşınır, müəlliflərlə mütləq əvvəlcədən razılaşdırılmalıdır. Fəlsəfə həvəskarları bu kitabı və başqa fəlsəfi ədəbiyyatları “Zəkioğlu” nəşriyyatından (Bakı, Neftçilər prospekti, 145/181, əlaqə telefonları: 598 25 78, 055 731 58 88), Bakının kitab dükanlarından ala bilərlər.
Virtual Kitabxana olaraq bu və digər fəlsəfi kitabların elektron mətnlərini oxucularımıza ərməğan etmiş şair-publisist Qardaşxan Əzizxanlıya minnətdarlığımızı bildiririk.
Davamı...
Fevral 25, 2008 9:41

Həm ən çox sevilən, həm də ən çox nifrət edilən filosoflardan biri olan Friedrich Wilhelm Nietzsche (Fridrix Vilhelm Nitşe) 1844-cü ilin 15 oktyabrında Rökendə, Prusiyyada anadan olmuşdur. Onun anadan olduğu gün Prusiyya kralı IV Fridrix Uilyamın taxta çıxdığı günlə eyni vaxta təsadüf edir. Oğlunun anadan olduğu günün belə bir xoş tarixi məqama təsadüf etməsindən sevinən atası ona kralın adını vermişdi. “Mənim doğum günümün tarixi hadisə ilə üst-üstə düşməsinin bir üstünlüyü vardı. Mənim uşaq olduğum bütün illərdə ad günlərim el şənlikləri ilə eyni vaxta düşürdü.” - Nietzsche öz uşaqlıq illərinin bir məqamını belə xatırlayır.
Davamı...
Oktyabr 21, 2007 20:00
Frensis Fukuyama Vaşinqtonda "RAND" şirkətində böyük elmi işçi vəzifəsində çalışır. ƏwəllərABŞ Dövlət departamentinin Siyasi Planlaşdırma İdarəsinin direktor müavini olub. "Tarixin Sonu və Sonuncu İnsan" kitabının (1992) müəllifidir. Sosial kapital və iqtisadiyyat problemlərinə həsr olunmuş digər bir kitabı 1995-ci ildə işıq üzü görüb. Aşağıdakı yazı 1994-cü ildə Tayvanın Taybey şəhərində Milli Siyasət Araşdırmaları İnstitutu tərəfindən keçirilən konfransda oxunmuş məruzənin mətnidir.
Gələcəkdə demokratiya üçün daha çox hansı əsas ideoloji və siyasi rəqiblərin meydana çıxacağı güman edilə bilər? Belə zənn edirəm ki, ən ciddi rəqib hazırda Asiyada doğulur. Mən, həmçinin elə bilirəm ki, ideologiya səviyyəsində baş verənlər vətəndaş cəmiyyəti və mədəniyyət səviyyəsində baş verənlərdən asılı olacaqdır. Bunun səbəblərini izah etmək üçün qısa metodoloji şərh vermək lazım gələcəkdir.
Davamı...
Oktyabr 15, 2007 22:45
Fəsil IV
ARİSTOTEL
Aristotel (eramızdan əvvəl 384-322-ci illər) Staqira şəhərində (Frakiya) makedoniya çarının saray həkiminin ailəsində anadan olmuşdur. 367-ci ildə Afinaya yola düşmüş və Platonun şagirdlərindən biri olmuşdur. 20 il ərzində, Platonun ölümünədək Akademiyanın üzvü olaraq qalmışdır. 343-cü ildə makedoniya çarı Filipin dəvətilə onun oğlunun, gələcək çar İsgəndərin tərbiyəçisi olmuşdur. İsgəndər çar olanda, Aristotel yenidən Afinaya qayıtmış (335-ci ildə) və orada Likey(həmçinin perinatetika məktəbi) adını almış, özünün xüsusi fəlsəfi məktəbini yaratmışdır. Özünün çoxsaylı şagirdləri əhatəsində, filosof fəal müəllimlik və elmi işini burada inkişaf etdirmişdir. Bu fəaliyyət makedoniyalı İsgəndərin ölümünədək (323-cü il) davam etmiş, sonra Afinada makedoniya partiyasının tərəfdarı kimi baxılan Aristotel, bu şəhərdən qaçmağa və Xalkidada (Evbeya adası) köçüb oturmağa məcbur olmuşdur, burada da 322-cü ildə vəfat etmişdir.
Davamı...
Oktyabr 15, 2007 22:43
PARMENİD
...Antifont dedi ki, Pifadorun sözünə görə bir dəfə Panafineyaya (5) Zenon və Parmenid gəlmişdi. Parmenid artıq çox qoca idi. Saçı tamamilə ağarmışdı, ancaq gözəl və görkəmli idi; təxminən 65-dən yuxarı yaşı olardı. Zenonun isə o vaxt qırxa yaxın yaşı olardı, ucaboylu, qədd-qamətli idi; deyirdilər ki, o Parmenidin sevimli şagirdi idi. Onlar şəhər divarı arxasında, Keramikdə (6), Pifadorun evində qaldılar. Elə buraya da Sokrat və onunla Zenonun əsərlərini dinləmək istəyilə bir çox başqaları gəldilər, çünki [bu əsirlər] o zaman ilk dəfə o və Parmenid tərəfindən gətirilmişdi. Sokrat o zaman çox gənc idi.
...[Əsərləri] bütünlüklə dinləyərək, Sokrat birinci mühakimənin birinci müddəasını yenidən oxumağı xahiş etdi və o oxunandan sonra dedi:
- Zenon, bunu necə deyirsən? Əgər çox, (7) [çox olan], mövcuddursa, onda o oxşar və qeyri-oxşar olmalıdır, bu isə görünür mümkün deyil, çünki həm qeyri-oxşar oxşar ola bilməz, həm də oxşar - qeyri-oxşar. Belə demirsənmi?
Zenon cavab verdi:
Davamı...
Oktyabr 15, 2007 22:40
[Varlıq haqqında təlim]
1. Aristotel metaph.I 4.Levkip və onun dostu Demokrit isə, elementlərdən, (təbii ünsürlərdən), birini varlıq, digərini qeyri-varlıq adlandıraraq, öyrədirlər ki, onlar dolu olan və boş olandır. Yəni onlardan dolu olanı, onlar varlıq, boş, seyrək olanı isə qeyri-varlıq adlandırırlar(elə buna görə də onlar deyirlər ki, boşluq cisimdən heç də az real olmadığından, varlıq da qeyri-varlıqdan qətiyyən artıq mövcud deyil). Bu elementləri onlar mövcud olan şeylərin maddi səbəbləri hesab edirdilər. Və şeylərin əsasında duran əslin vahid [ilk başlanğıc kimi] şeyləri, onun şəklinin dəyişməsindən hasil etdiyini sayanlar kimi, onlar da eynilə beləcə bütün baş verən hadisələrin başlanğıclarını seyrək olan və sıx olan zənn edərək, iddia edirlər ki, digər şeylərin səbəbləri onlarda olan müəyyən fərqdir. Onların təliminə görə bu fərqlər üçdür; forma, nizam və vəziyyət. Doğrudan da, onlar deyirlər ki, varlıq yalnız "ümumi şəkli, təması və dönməsiylə" fərqlənir. Onlardan ümumi şəkil-forma, təmas-nizam və dönmə-vəziyyətdir. Məsələn, A, N-dən formasıyla, AN, NA-dan-nizamıyla, Z, N-dən vəziyyətiylə fərqlənir. Hərəkət haqqında məsələyə gəldikdə isə, o haradandır və mövcud olan şeylərə necə xasdır, onlar da başqaları kimi sadəlövhcəsinə etinasız yanaşıblar.
Davamı...
Oktyabr 15, 2007 22:39
Aristotel de caelo II 13. Bununla belə əksəriyyətin fikrinə görə [yer] mərkəzdə yerləşir...italiya [filosofları] - pifaqorçu adlananlar - əks nöqteyi-nəzərdə dururlar. Yəni onlar iddia edirlər ki, [Kainatın] mərkəzində od yerləşir, yer isə [bu] mərkəzin ətrafında dairəvi hərəkət edən və [bununla da] gecəni və gündüzü əmələ gətirən ulduzlardan biridir. Bundan əlavə onlar bizim yerlə üz-üzə yerləşən digər yerin olduğunu söyləyirlər və onu "antixton" [əks yer] adlandırırlar. [Onlar] hadisələr üçün əsaslar və səbəblər axtarmayıb, hadisələri özlərinin bir para təlimlərinə və fikirlərinə süni surətdə quraşdırır və [beləliklə sanki] dünya quruluşu [haqqında təsəvvürlərin] yaradılmasında iştirakçı olmağa çalışırlar. Ola bilsin, bir çoxları da belə fikirlə razılaşarlar ki, yerə mərkəzi vəziyyət isnad etmək lazım deyil; onlar buna inamı, hadisələrin [müşahidəsindənsə] mühakimələrdən əldə etməyə səy göstərirlər. Yəni, onlar zənn edirlər ki, ən şərəfli yer ən çox hörmətəlayiq olana məxsus olmalıdır, od - yerdən, hüdud isə aralıq [şeylərdən] daha çox hörmətəlayiqdir, son və mərkəz isə hüduddur: buradan onlar belə nəticə çıxarırlar ki, kürənin mərkəzində yer deyil, od yerləşmişdir. Bir də pifaqorçular səbəb sifətilə onu irəli sürürlər ki, Kainatda ən mühüm [yer] ən çox qorunmalıdır. Bu yer mərkəzdir. Onu onlar "Zevsin gözətçisi" adlandırırlar; bu yeri həm fəza, həm də qüvvə və təbiət mərkəzi olmaqla, sanki həqiqi mənada mərkəz [olan] od tutur.
Davamı...
Oktyabr 1, 2007 19:49
1989 — LİBERALİZMİN SON QƏLƏBƏSİ?
Amerika politoloqu, Dövlət Departamentinin keçmiş yüksək rütbəli əməkdaşı Frensis Fukuyamanın “Tarixin sonu?” essesi 1989-cu ilin yayında “National Interest” (ABŞ) jurnalında işıq üzü görmüş və dərhal da bütün dünyada geniş əks-səda doğurmuşdur. Esse dünya tarixinin dönüş məqamlarının birində – 1989-cu ildə Avropada kommunist rejimlərinin bir-birinin ardınca dağıldığı bir vaxtda, dünyanı azad və totalitar dünyalara bölmüş Berlin səddi uçqununun “gurultu”su yeni eranın — Fukuyamanın fikrincə, liberalizmin əbədi erasının başlanğıcından xəbər verdiyi günlərdə qələmə alınmışdır.
Davamı...
Sentyabr 25, 2007 22:38
Sizlərdən kim zirvədə ola-ola gülə bilər? Ən hündür dağları qalxanlar bütün səhnə və həyat faciələrinə gülür. Qayğısız, lağbaz, güclü – ağıl bizi belə görmək istəyir: o qadındır və yalnız igidləri sevir. Deyirsiniz: “həyat dözülməzdir”! O halda bəs sizin gündüzkü qürurunuz və axşamkı itaətiniz nəyə gərəkdir? Həyat dözülməzdir; özünüzü yalandan nərmə-nazik göstərməyin! Biz hamımız qəşəng yük eşşəkləriyik.
Üstünə düşən bir damla şehdən titrəyən tumurcuqla ortaq nə kəsiyimiz var? Düzdür, biz həyatı sevirik: həyata deyil, sevgiyə alışdığımız üçün. Hər sevgidə daim bir az dəlilik olur. Dəlilikdə də daim bir az ağıl. Və hətta həyat aşiqi olan mənə elə gəlir ki; kəpənəklər, sabun köpükləri və onlara bənzəyən insanlar xoşbəxtlik haqqında hamıdan çox bilirlər. Davamı...