May 30, 2008 21:07
Алексей Могилевский. Фото Алексея Раменского.
Davamı...
May 30, 2008 20:58
Poetik tərcümə: Tələt Əyyubov
E-mənbə: http://www.azyazar.com/?p=79
Ölümmü, qalımmı? Sual budur, bu…
Taleyin dəhşətli zərbələrinə
Müti bir qul kimi dözümmü, yoxsa
Üsyanmı qaldırım silahlanaraq?
Ya qələbə çalım, ya həlak olum?
Ölmək! Hər bir şeyi tamam unutmaq.
İnsan ürəyinin min bir dərdinin,
Min bir əzabının, intizarının,
Ağır zəncirini qırıb qurtarmaq
Davamı...
May 28, 2008 15:05
Biznes-QayNar: Latın Ameriukası ölkələrinin əksəriyyətinin birliyini təmin edən Cənubi Amerika Millətlərinin Birliyi (The Union of South American Nations) utopik layihədən yavaş-yavaş real alyansa çevrilir. 2008-ci ilin may ayının sonunda birliyə üzv dövlətlərin prezidentlərinin görüşündə tərəflər bütün ciddiliklə vahid valyutanın dövriyyəyə buraxılması, Mərkəzi Bankların birləşdirilməsi və ümumi parlamentin yaradılması barədə müzakirə aparıblar.
Davamı...
May 28, 2008 14:23
Onun həyatı o qədər kədərli, o qədər gözəldir ki, insana inanılmaz gəlir.
O, solğun üzünü bir az da nəzərə çarpdıran dirsəkləri yırtıq paltosunu geyib Parisin küçələrində kupletlər oxuyurdu. Şəhər jarqonunda «Piaf» «sərçəcik» deməkdir. Olmazın məşhurluq, çoxlu pullar qazansa da Edit Piaf hamı üçün Paris ətrafında yeməyə toplaşmış sərçəcik olaraq qalacaq. Nə qədər böyük istedad sahibi olmalısan ki, küçə həyatından başlamış ömründə dəbdəbə və heyranlar izdihamını yaşayandan sonra da uşaqlara və dilənçilərə xas olan kədər və səmimiyyəti özündə saxlayıb və həmişə sevimli qala biləsən.
Davamı...
May 24, 2008 20:38
Aydın Xan, yazıçı-kulturoloq
Mən dindar olmasam da, bu yerdə mütləq Ulu Yaradana (misal üçün, təbiətə, intellektə, nə bilim, bilgili insanların tapındığı hər nəsnə kimi oxumaq da olar) and içməliyəm ki, özünü superdindar sayan azəri oxucusu səmimiyyətimə inansın. İlkcə onu deyim ki, işlərim kəlləmdən aşdığından hərgünkü e-qeydlərimi edə bilmir, virtual əməklə məşğul olammıram. Sağ olsun Cavanşir Yusifli: məni həvəsləndirdi, heç olmasa, bu qısa mülahizələrimi guppuldatdım bura...
Başınıza daş salmayacaqam, bu linkdəki materialla tanış olandan sonra bəzi mətləbləri izah etmək istərdim:
http://www.lit.az/?Publisistika:May%2F08:21.03.08%2FC.Yusifli%2FAz%26%23601%3Brbaycan_%26%23601%3Bd%26%23601%3Bbiyyat%26%23305%3Bnda_n%26%23601%3B_ba%26%23351%3B_verir%3F
Davamı...
May 24, 2008 20:27
E-mənbə: www.Lit.az
Tərcümə: Hamlet Qoca
- Deməli “Salam qüssə” çıxdı və az vaxtda şöhrətiniz hər yerə yayıldı, şəkillər, müsahibələr…
- “Salam qüssə” çap olunanda on səkkiz yaşım vardı. Şəkilçəkənlərdən və mənə verilən suallardan hürkürdüm. Onların hamısı məndən lətifə soruşurdular. Necə yəni lətifə?! Lətifəni belə ayaqüstü danışmazlar. Axşam yığıncağında, dostlar arasında bəlkə də danışmaq olar. Amma orada! Cavabında “Lətifə bilmirəm” deyə ağzıma su alıb durardım. Lal olardım. Onda uydurdular ki, guya mən qəmginəm. Səhv edirlər. Lətifə danışsaydım, deyib-gülən olacaqdım…
Davamı...
May 23, 2008 20:30
XVIII yüzilliyin ilk rübündə yaranan Danimarka Milli Teatrı, dünya əhəmiyyətini Lüdviq Holberqin yaradıcı fəaliyyəti sayəsində qazanır.
XVI-XVII əsrlərdə meydana çıxmış ayrı-ayrı dramaturji əsərlər hələ ədəbi-səhnə ənənələrini tamlıqla ifadə etmirdi. Buna rəğmən bu əsərlər Danimarka milli teatrının növbəti təsdiqinə kömək etdi. Elə həmin dövrlərdə (16-17-ci əsrlər) Danimarkada qastrolçu qismində ilk professional aktyorlar - ingilislər peyda olur. Onlar hakimiyyətin təqibi nəticəsində müvəqqəti vətənlərini tərk etmək məcburiyyətində qalmışdılar. İngilis komediyantlarının uğurlu çıxışlarının əks-sədası Almaniya və Hollandiyadan gəlirdi. Danimarkada isə onlar, 1579-cu illərdə oynayıblar və truppaya məşhur komediya aktyoru, Şekspirin müasiri Vilyam Kemp rəhbərlik edirdi. Mühacir aktyorların repertuarına faciələrlə yanaşı intermediya və təlxək səhnələri daxil idi. XVI əsrin sonu XVII əsrin əvvəllərində Danimarkada «Kleopatra» (Steqqen), «Çar Solomonun məhkəməsi» (İorqen Tiboen), «Absalon» (Anders Kyelsen) və s. bu kimi bir
Davamı...
May 21, 2008 21:36

İyirmi beş ildən bəri türk, rus, gürcü dillərindən, qismən də lüğətin köməyilə bolqar və türkmən dillərindən elədiyim tərcümələr vaxtı ən çox türkcədən çevirmələrdən əziyyət
Davamı...
May 21, 2008 21:16
Mən müharibədən yalnız 1950-ci ilin yazında qayıtdım və gördüm ki, şəhərdə tanıdığım adam qalmayıb. Xoşbəxtlikdən mənə valideynlərimdən bir az pul qalmışdı. Şəhərdə bir otaq kirələdim, bütün günü çarpayıda uzanıb siqaret çəkdim, gözlədim, ancaq nə gözlədiyimi özüm də bilmədim. İşləməyə həvəsim yox idi. Sahibəyə pul verirdim, o da mənə lazım olan şeyləri alır, xörəyimi də bişirirdi. Hər dəfə qəhvəni və ya yeməyi otağıma gətirəndə o qədər qalırdı ki, axırda bezirdim. Oğlu Kalinovka adlanan bir yerdə ölmüşdü və o, içəri girən kimi məcməyini stolun üstünə qoyub evin alaqaranlıq küncündə olan çarpayıma tərəf gəlirdi. Mənsə həmin çarpayıda uzanıb bütün günü özüm üçün mürgü döyürdüm, siqareti divara sıxıb söndürürdüm. Ona görə də divar bütün çarpayı boyu qapqara ləkələrlə dolu idi. Sahibənin rəngi solğun, özü də arıq idi və gözümü açıb onun bu sifətini görəndə qorxurdum. Əvvəlcə elə bilirdim ağlını itirib, çünki iri gözləri par-par yanırdı və həmişə də məndən oğlunu soruşurdu:
–Dəqiq bilirsiniz ki, onu tanımırdınız? O yerin adı Kalinovkadır.Orda olmamısınız?
Davamı...
May 19, 2008 19:07
E-mənbə: lit.az
Tərcümə: Ülvi Bünyadzadə

Missis Forresterin ilk detektiv hekayəsi olan "Axilles abidəsi" nəşr olunanda o, artıq əlli yeddi yaş kimi mötəbər bir sinnə çatmışdı və əsərlərinin sayı xeyli vardı. Lakin onun böyük istedadı hələ də sadə oxucular üçün kəşf olunmamış qalırdı, bunun isə səbəbi ondan ibarət idi ki, tənqidin onun əsərlərini yüksək qiymətləndirməsinə baxmayaraq, kitabları yaxşı alınmırdı. Missis Forrester siyasətlə çox dərindən maraqlanırdı və hətta Parlamentə üzv olmaq barədə də düşünürdü, lakin onun yeganə çətinliyi onda idi ki, hansı partiyanı seçməyi özlüyündə heç cür müəyyənləşdirə bilmirdi. Onun şənbə günləri təşkil etdiyi məclislərə düşməyə çoxları can atırdı, amma
Davamı...
May 18, 2008 9:40
«Göydə tək olan Allah kimi, yerin də hakimi tək olmalıdır!»
Bir gün Teymur Azərbaycana işğalçı hücum eləyir. Gəlib bir diyarda məskunlaşır. O öz vəzirindən soruşur ki, bu dağ hansı dağdır? Vəzir cavab verir ki, «Ağrıdağdır». Teymur bir də soruşur ki, «Bu çay hansı çaydır?» Vəzir isə cavabında «Əyriçaydır, şah sağ olsun» deyir. Teymur qarşısındakı kəndin adını soruşur. Vəzir cavab verir ki, Qibleyi-aləm, Oğrukənddir». Teymur qəzəblənib qoşuna buranı tərk eləmək əmri verir: «Buranın ağrısı da, əyrisi də, oğrusu da öz içindədi. Daha mənim buranı işğal eləməyimə ehtiyac yoxdur».
Davamı...
May 16, 2008 12:25
Bu sahə həmişə bizdə qapalı və barəsində az məlumat olan elm istiqaməti sayılır. Odur ki, bu materialı sizin ixtiyarınıza veririk...
E-maill: http://www.psixologiya.az
Son illərdə psixologiya sahəsində nəşr olunmuş kitabların bəzilərini sizə təqdim edirik:
1. Mirzəyev İ.Ə. XXI əsrin sosial psixologiyası: şəxsiyyət, cəmiyyət və idarəetmə. Bakı, Adiloğlu, 2006, 400 səh.
Kitabda müasir dövrümüzdə ön plana çəkilən bir çox sosial məsələlərə – altruizmə, konformizmə, hipnoza, emosional hallara, bəzi destruksiyalara münasibət bildirilmiş, nəzəri fikirlər söylənilmişdir. Əsərdən dərs vəsaiti kimi tələbələr, magistrlər, müəllimlər, aspirantlar, elmi işçilər istifadə edə bilərlər.
Davamı...
May 15, 2008 17:46
Xomeyni
İran bu gün bölgənin ən böyük uluslararası enerjiyə sahib olan ölkələrindən biridir. Ayrıca ərazi və nüfuz baxımından da böyük ölkədir. Son zamanlar petrol qiymətinin artımı ilə İranın xəzinəsinə durub-durduğu yerdə milyardlarca dollar axmaqdadır. Bu üzdən terrora meyilli bir dövlət olan İran, bölgədə özəlliklə şiə geopolitikasından faydalanaraq uzun vədəli hədəflər üzərinə sərmayə yatırmaqdadır.
İran İslam İnqilabının şüarları artıq əskimiş və bu gün İran rejiminin təhdid və fürsət anlayışları Soyuq Savaş dönəmindəkindən tamamı ilə fərqli istiqamətə yönəlmişdir. Bu gün İran üçün ən böyük təhdid olaraq görünən Şimali Azərbaycan dövlətidir. İran bütün imkanlarından faydalanaraq Şimali Azərbaycanı çıxılmaza soxmaq və beləliklə də Şimali Azərbaycandan Cənubi Azərbaycana keçəcək milli bilgi və duyğu dalğalarını əngəlləmək istəyir. Bu istiqamətdə İranın həm iqtidarı, həm də daxildə və xaricdə olan
Davamı...
May 15, 2008 17:35
E-mənbə: http://almaqezeti.com
1784-cü ildə J.F.Zöllnerin “Berlin Monthly” qəzeti vasitəsiylə ziyalılara ünvanladığı “Aydınlanma nədir?” sualına cavab olaraq İ.Kantın yazdığı ""Aydınlanma nədir" sualına cavab” adlı essesi aydınlanma haqqında yazılmış ən məşhur məqalələrdəndir.
Aydınlanma, insanın özünə təlqin etdiyi zehni yetərsizlik halından qurtulmasıdır. Yetərsizlik, başqası tərəfindən istiqamətləndirilmədən öz ağlını istifadə edə bilməməkdir. Bu yetərsizlik özünütəlqinlə və könüllü yaranır, çünki onun səbəbi ağlın həqiqətən qıt olması deyil, başqasının rəhbərliyi olmadan ağlı istifadə etmək cəsarətinin və
Davamı...
May 15, 2008 17:29
E-mənbə: http://bizimki.org Çevirəni: Cəlil Cavanşir
Erix Fried 6 may 1921-ci ildə Vyanda doğulmuş və orada da böyümüşdür. Müharibə illərində kitabxanaçı, fabrik fəhləsi, süd kimyaçısı və sair peşələrdə çalışır. “Gənc Avstrya ”, “Kommunist Gənclər Təşkilatı” və digər siyasi qrumlarda təmsil olunur. 1944-cü ildə Avstryanın “PEN” nəşriyyatında “Almaniya”(Deutschland) adlı ilk şeirlər kitabı yayımlanır. E. Fried Müharibədən sonra qurulan bir çox dərgilərdə, 1950-ci illərin ilk yarısından BBC –nin almanca yayınlarında siyasi şərhçi olaraq çalışır. 1968-ci ildə BBC-nin apardığı “soyuq müharibə” səbəbindən BBC-dəki işindən ayrılır.
Davamı...
May 13, 2008 17:26
“Çağdaş ədəbi mühitimizdə çox ciddi savadsızlıq mövcuddur və bu çox pisdir”
Mayın 13-də Baş nazirin müavini, xalq yazıçısı Elçinin 65 yaşı tamam olur.
- Hər yubiley insanın bir növ özü ilə hesabatı deməkdir. Bu baxımdan, Siz 65 yaşın hesabatına hazırsınızmı?
- Əslində, bu 65 rəqəmindən heç xoşum gəlmir, amma əlbəttə, vaxt öz işini görür. Mən bu yaşa qətiyyən yubiley kimi baxmıram. Amma hər ildönümünün də yekun olması bir həqiqətdir. Mən də gördüyüm və görmək istədiyim işlər haqqında düşünürəm və son bir ilin hesabatın aparanda yazı-pozu baxımından ömrümün bu ilindən razıyam. Bu bir ildə 3 pyes yazdım, onlardan biri - “Arılar arasında” Akademik Milli Teatrda tamaşaya qoyuldu, ssenarim əsasında çəkilən “Hökmdarın taleyi” filmi tamamlandı. Bu 65 ildə
Davamı...
May 13, 2008 8:20
E-mənbə: http://www.lit.az
Tərcümə: Firəngiz Kərimli

Təpəbaşından Peraya gedərkən
Kiçik bir meydançadan keçəcəksiniz
Keçməyin!
Sağda balaca bir dükan var, mənimdir
Qapısının üstündə "Gödəkçə təmirçisi Yorqo" yazılıb
Xoş havalarda qapısı açıqdır
İçərisi bir az boşdur
Boş olsun, xoşum gəlir, belə daha gözəldir.
Mən, arvadım, bir də Anjel
Biz üçümüz gödəkçə yamayırıq, gödəkçə tikirik
Davamı...
May 11, 2008 11:50
E-mənbə: http://ugurlu.azeriblog.com/2008/04/16/movlana-celaleddin-rumi-mesneviden-sechmeler
Çevirəni: Fəxri Uğurlu
Süleyman peyğəmbər, ağcaqanad, bir də külək Bir gün ağcaqanad Süleyman peyğəmbərin yanına şikayətə gəldi:
- Ya peyğəmbər, sənin ədalətin göylərə səs salıb. Şeytan da, mələklər də, insanlar da səndən razıdılar. Sənin ədalətin sayəsində cücülər də, heyvanlar da xoşbəxt yaşayırlar. Biz ağcaqanadları da zəifliyimizə bağışla, bizə kömək ol. Dünyada hər varlıq bizdən güclü, bizdən qəddardı. Sən öz ədalətinlə tanındığın kimi biz də öz cılızlığımızla məşhuruq...
Davamı...