Aprel 29, 2008 21:26
E-mənbə: http://lit.az
Tərcümə: Füzuli Sabiroğlu

Qapının dalında kiminsə qurdalandığı hiss olundu. "Budur… nəhayət ki!" -qeyri-ixtiyari ağlımdan bir fikir keçdi. Dəmir çıqqıltısı eşidildi. Sarı açar həmişə olduğu kimi qapının arxasındakı adamı dərindən köks ötürməyə məcbur elədi və ikinci cəhddə qapı açıldı. Yüngül meh, ardınca isə ikihəftəlik yay tətilinin tanış ətri tədricən bir otaqlı, subay mənzilini doldurdu. "Planet" azcada olsa canlandı. Adam səndələyərək irəli bir addım atdı. Hələ sağ ayağı kandardan içəri adlamamış, çiyinlərinin üstündə dayanmayan başını azacıq qaldırıb, bir gözü yumulu dəhliz boyu nəzərlərini hərlədi…, hıçqırdı. "Hə, niyə dayandın? - ürəyimdən fit çalmaq keçdi, - keç də.
Davamı...
Aprel 26, 2008 21:52
“Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək, demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik”.
Heydər ƏLİYEV
10 oktyabr 1993-cü il (Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimində nitqindən)
Davamı...
Aprel 26, 2008 20:48
“Ələkeçməzlər” çağdaş detektiv romanının birinci kitabı XX əsrin sonlarından bu yana Azərbaycanda – Bakıda və bölgələrdə, eləcə də yaxın-uzaq xarici ölkələrdə baş verən dəhşətli kriminal hadisələrə, “Qara kəmər” əməliyyatına, Hacı Məmmədovun quldur dəstəsinin silsilə cinayət işlərinə, “dini dəstələr”in “mübarizəsi”nə, jurnalist Elmar Hüseynovun qətlinə, din pərdəsi altında müxtəlif xarici qüvvələrin təxribatçı fəaliyyətlərinə, oxşar başqa mürəkkəb hadisələrə həsr olunub. Yazıçı oxunaqlı dildə, özünəməxsus ədəbi-estetik üslubda qələmə aldığı bu detektiv romanda şər qüvvələrə qarşı hüquq-mühafizə əməkdaşlarının apardığı qızğın mübarizəni əks etdirir (onların sırasında qaraəməllilər də az deyil), eyni zamanda yaşadığımız cəmiyyətin müqavimətinin heç də həmişə uğur qazanmadığını göstərir. Yaşadığımız real həyat mənzərələrini bədii dildə əks etdirilən bu cür əsərlərə ictimai tələbatın böyuk olduğunu nəzərə alıb "Ələkeçməzlər" romanının ilk kitabının e-mətnini Virtual Kitabxanamıza əlavə edirik....
Davamı...
Aprel 26, 2008 20:10
E-mənbə: http://www.lit.az
Tərcümə: Günel Eminli

- Ah dostum, bu qadınlar necə də ifritədirlər.
- Niyə belə?
- Başıma oyun açıblar.
- Sənin?
- Hə də, mənim.
- Biri yoxsa, bir neçəsi?
- İki qadın.
- İkisi birdən?
- Hə.
- Nə oyundu o elə?
Davamı...
Aprel 25, 2008 19:36
Oт автора
Некоторые люди, пробежав глазами эту книгу возможно, воскликнут:
- Кто такой Эльчин Гасанов, чтобы учить людей писать, советовать всем, как стать известным автором?
Кто жаждет славы, тот будет читать эту книгу.
Кто на самом деле хочет стать известным писателем, тот будет читать эту книгу.
Кто объективно является тщеславным, тот будет читать эту книгу.
Родитель, у которого украли ребенка, будет цепляться за любую соломинку, лишь бы вернуть свое чадо.
Davamı...
Aprel 23, 2008 20:19
E-mənbə: http://kultaz.com/2008/04/23/oktavio-paz-seirler/ Çevirən: Güntay Gəncalp

1914-ü ildə Meksikada dünyaya gəldi. 17 yaşından yaradıcılığa başlayan Paz 1990-cı ildə Nobel ödülü aldı. 1998-ci ildə Xərçəng xəstəliyindən vəfat etdi.
Söz və azadlıq
Oranın uzaqlığında
sınırların, ayların bitdiyi oranın uzaqlığında
Sənsizliyin başladığı yerdən
Davamı...
Aprel 22, 2008 18:36
E-mənbə: http://almaqezeti.com/index.php?mod=view&id=2686
TEZİS-ANTİTEZİS
80-ci illərin sonunda, bizi axmaq yerinə qoymuş yenidənqurma qasırğası Sovet məmləkətini təzə-təzə silkələdiyi dönəmdə- muştuluğumuzu verin! - Azərbaycan Yazarlar Birliyinə qardaş Latviyadan aşağıdakı məzmunlu bir mübarək məktub gəlir: "Hörmətli yoldaşlar! Bizim latış ədəbiyyatını qardaş sovet xalqları ailəsinə daxil olan digər xalqların dilinə tərcümə etmək, bu sahədə tərcüməçilər yetişdirmək fikrindəyik. Xahiş edirik, Riqaya iki istedadlı şair göndərin ki, onlara latış dilini öyrədək".
Tezliklə iki gənc yazar- şair Vəli Səyyadi, nasir İlyas Ərnəfəs şələ-küləsini belinə yığıb səfərə hazırlaşır, yaallah, lazımı təyinatla uzaq Baltika sahillərinə yollanır Bakının kirli-zibilli "Sabunçu" vağzalından.
Davamı...
Aprel 22, 2008 18:18
HERİSÇİ İLƏ GƏNCALP POLEMİKASINA REPLİKA
Assosiativ təfəkkür vərdişlərinə malik olan H. Herisçi mənə görə qeyri-ciddi müəllif olduğu üçün onun yazılarını nadir hallarda, təsadüfdən-təsadüfə oxuyaram. Amma “Alma”nın ötən sayında G. Gəncalpın Herisçinin tezisinə antitetik cavabını oxuduqdan sonra mən Herisçinin yazısını da oxumalı oldum. Təbii ki, Gəncalpın antitezisi Herisçinin tezisindən qat-qat maraqlı idi. Amma o tezisə bu boyda antitezis yazmamaq da olardı. Ancaq hər halda Gəncalpın antitezisi Herisçinin tezisini, daha doğrusu, şiəçiliyi ustalıqla ifşa edə bilib. Bundan ötəri ona təbrik və təşəkkür düşür. Gəncalp Herisçidə dişə dəyən bir şey saxlamasa da, amma yenə də deyilməmiş nələrsə yenə qalıb və əsas odur ki, bu polemikada təzə mövzular əmələ gəlib.
Davamı...
Aprel 22, 2008 18:10
E-mənbə: http://lit.az
Tərcümə: N.Axundova
"Morning chronicle"in gənc jurnalisti Çarlz Dikkens Fernivalzda kirayə götürdüyü otaqda xudmani bir məclis təşkil etmişdi. Onun iyirmi üç yaşı tamam olurdu. Qonaqları az deyildi.
Dikkensin belə bir şənlik keçirməyə haqqı çatırdı: onun "Boz" imzası ilə "Chronicle" və "Monthly magazine" jurnallarında London həyatından etdiyi cızma-qaralarını hamı oxumuşdu. Artıq onu tanımağa başlamışdılar. Heyf ki, karyerasının uğurlu başlanğıcını dəlicəsinə sevdiyi Mariya Bidnel ilə birgə qeyd edə bilməyəcəkdi. Mariya bir az əvvəl onu atmışdı. Qadın axıra qədər də inanmadı ki, Dikkensdən bir şey çıxa bilər. İndi gənc Dikkens "Bozun oçerkləri"nin ona qazandırdığı şöhrətdən istifadə edərək, məhəbbətini geri qaytara bilərdi.
Davamı...
Aprel 21, 2008 20:56
E-Mənbə: http://mediaforum.az/articles.php?lang=az&page=05&article_id=20080418080201916
Ötən ilin mayında «Media forum» jurnalist Vahid Qazinin Kuba səfərindən fotoreportaj vermişdi. Jurnalist şəkilli söhbətdə Kubanın ictimai-siyasi, sosial-iqtisadi durumundan söz açmış, insan haqları problemindən bəhs etmişdi. Bugünlərdə V.Qazi yenidən Kubada səfərdə olub. Ötən ildən bəri bu ölkədə bir çox dəyişikliklər baş verdiyini, o cümlədən 1959-cu ildən hakimiyyətdə olan Fidel Kastronu dövlət başçısı postunda qardaşı Raul Kastronun əvəz etdiyini nəzərə alaraq həmkarımızla söhbətləşdik.
Görəsən, bir il qabaq fotoreportajına «Qırmızı ada» (V.Qazi «qırmızı» ifadəsini kommunizm rəmzi kimi işlətmişdi) başlığı qoymuş həmkarımızın indiki təəssüratları hansı rəngdədir?
Davamı...
Aprel 21, 2008 19:16
E-məbə: http://www.yenicag.az/modules/news/article.php?storyid=773
Bəzi yüksəkçinli məmurlarımızın Birlik kilsəsində ibadət etdiyi deyilir
Bir sıra məmurlar və iş adamları Dünya Sülh Federasıyası tərəfindən xristianlığı qəbul edənlərə verilən «Sülh Diplomu» ilə təltif olunub «Uşaqbazlıq»da ittiham olunan San Myön Munun rəsmi saytında bildirilir ki, Azərbaycanda 27 nəfər dövlət məmuru, o cümlədən 3 millət vəkili və bir televiziyanın vitse-prezidenti onun ideyalarını qəbul edib
Davamı...
Aprel 21, 2008 11:50
İştirak edirlər:
Leyla – narkoloji klinikanın baş həkimi.
Mehman – şair, Leylanın əri.
Çiçək nənə - Leylanın nənəsi.
Yad qadın - Leylanın bibisi.
Yasəmən – evdar qadın.
Kişi – Yasəmənin əri.
Qız – Yasəmənin qızı.
Sürmə (Sürəyya) - bioloq.
Ələsgər – Narkotik maddələrin satıcısı.
Ərzuman – “Tərki-dünya”nın başçısı.
Adil – narkoman.
Müstəntiq – 1 nəfər
Davamı...
Aprel 21, 2008 11:43
E-mənbə: http://www.lit.az
Tərcümə: Savalan Seyhan

Biz Ankaranın Maltəpə məhəlləsində oluruq. Əslimiz ankaralı olmasa da, paytaxtın köhnə sakinlərindənik. Maltəpədə bizim dalandakı üçüncü ev bibimin mülküdür. Bibim ömrünü sizə bağışlayandan sonra, evə biz köçmüşük. Məhəlləmizdə Tarzan adlı bir köpək var. Buraya haradan, nə vaxt gəldiyini bilmirik. Bəlkə də, lap küçük vaxtından burada qalıb. Yaşını da heç kəs bilmir. Bu barədə məhəllədə kimdən soruşsanız, cavabında: - Mən bu məhəlləyə gələndə Tarzan artıq qoca köpək idi, - deyir.
Amma bu da Tarzanın yaşını, təxmini də olsa, müəyyənləşdirməyə əsas vermir. On səkkiz il olar ki, biz bu məhəlləyə gəlmişik. Bibim ölüb, biz bu evə köçdüyümüz zaman Tarzan qoca bir köpək idi. Qonşumuz Memduh bəygil isə 21 ildir məhəllədə yaşayırlar.
Davamı...
Aprel 21, 2008 11:40
E-mənbə: http://www.lit.az
Tərcümə: Səbinə Muradova

- Öskür– bu, 6-cı sahə həkiminin xəstəyə verdiyi ilk göstəriş idi.
Xəstə bir o qədər də çətin olmayan tapşırığı yerinə yetirdi.
- Üstümə yox, ay dayı. Bütün üz-gözümü tüpürcək elədin ki... Nəfəs al.
Xəstə nəfəs aldı. Həkimə elə gəldi ki, poliklinikada kimsə qrammofonu işə saldı.
- Oho! Dəhşətdir! Hərarətin necə, var?
- 70 dərəcə olar – deyə xəstə həkimin xalatına öskürərək cavab verdi.
- Yaxşı görək, 70 dərəcə istilik olmur axı – həkim bir az fikrə gedəndən sonra dedi– deməli belə, səndə ciddi heç nə yoxdu, sadəcə sürətlə yayılan vərəmdir.
Davamı...
Aprel 20, 2008 14:33
Füzuli yalnız Azərbaycan xalqının, yalnız öz əsrinin deyil, bütün bəşəriyyətin, Renessans dövrünün, böyük sənətin böyük oğludur. Mir Cəlal
Füzuli yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığı üçün yeni mövzu deyildir. Sözün, sənətin dəyərindən, sənətkarlıq məharətindən, böyük eşqin vəsfi qüdrətindən danışanda daim füzuli xatırlanmış, onun "zülmətdə nur" dünyasının şəfəqləri insanların gözünə işıq, könlünə təsəlli vermiş, sabaha, gələcəyə, Allahın dərgahına uzanan yolunu şəfəqləndirmişdir. füzulinin şeir gülüstanı daim uca tutulmuş, onun ətri, rayihəsi neçə yüzilliklər ərzində bu gülüstanın saysız-hesabsız pərvanələrini öz sevdasına çulğayıb cənnətməkan etmişdir.
Davamı...
Aprel 20, 2008 13:29
Keçən əsrin 60-cı illərində yaradıcılığa başlamış Anar (Anar Rəsul oğlu Rzayev) Azərbaycan ədəbiyyatını təzə mövzu və obrazlarla, təravətli fikir və duyğularla zənginləşdirmiş, özəlliklə nəsrimizə ölkəmizdən uzaqlarda da böyük şöhrət qazandırmış orijinal üslublu, məhsuldar ədiblərimizdən biridir.
Adətən bu cür yazıların sonunda səsləndirilən bəzi faktları mən bilərəkdən məqaləmin əvvəlində yada salacağam. Azərbaycan ədəbiyyatı, incəsənəti, ümumən mənəviyyatımız qarşısında böyük xidmətlərinə görə Anar Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, xalq yazıçısı kimi fəxri adlara layiq görülmüş, keçmiş SSRİ-nin “Şərəf” nişanı, müstəqil Azərbaycanımızın “İstiqlal” ordenləri ilə təltif olunmuşdur. Ədibə Türk dünyasına xidmətlərinin müqabilində dəfələrlə fəxri adlar, ödüllər verilmişdir. O, Azərbaycan SSR Ali Sovetinin deputatı, SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, onun mədəniyyət məsələləri üzrə daimi komissiyasının sədri olmuşdur. Bunlar hamısı bizim böyük yazıçımızın, Vətən, xalq qarşısında görkəmli xidmətlərinin təqdir olunmasının müəyyən göstəriciləri kimi onun halalıdır.
Davamı...