Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

Mart 30, 2008 18:22

  Federiko Qarsiya Lorka. "O səbəbdən"

 Tərcümə: Elşən Çingiz.  Lit.az saytının təqdimatında

Federiko Qarsiya Lorka

Dəniz
gülür uzaqdan.
Dişləri köpükdən,
dodaqları yox.

Gəlmək istəmir gecə
Nə sən gələ bilirsən o səbəbdən
Nə mən gedə bilirəm.
Amma mən gedəcəyəm
Əqrəblər vücudumu didsə də.

Davamı...
Mart 29, 2008 0:19

  Vladimir Nabokov. "Sərnişin"

Çevirəni: Rəbiqə Nazimqızı

Rəbiqə

- Bəli, həyat bizdən istedadlıdır - yazıçı papirosun karton ucunu potsiqarın qapağına çırparaq ah çəkdi - bəzən o elə mövzular uydurur ki… Biz heç ona çata bilərik? Onun əsərlərini tərcümə etmək, sözlə çatdırmaq mümkün deyil.  

Davamı...
Mart 28, 2008 22:54

  Fətullah Gülənin «qisas əməliyyatı»

Və ya Azərbaycanın «gözü çıxmış qardaş»ının vəziyyətindən alacağı dərs

- Fətullah Gülənin iki əzəli düşməni kimdir?
- Türkiyədə «Erməni soyqırımı olmayıb» demək suç sayılır?
- Qardaş ölkədə nədən Azərbaycan dostları və erməni düşmənləri həbs olunur?
- Gülənin əsl hədəfi kimdir?
- Fətullah Gülənin yetişdirdiyi insan tipinin əsas xüsusiyyətləri nələrdir?
- Türkiyədə demokratiyanın önündəki əsas əngəl nədir?

Davamı...
Mart 28, 2008 22:27

  Кто должен регулировать Интернет?

В ближайшем будущем у стран СНГ, возможно, появится модельный закон о регулировании правовых отношений в Интернете. О том, следует ли регулировать Интернет в России и как это регулирование может проявляться, читателям Ленты.ру рассказали авторы проекта модельного закона "Об Интернете" Владимир Горжалцан и Юрий Храмов.

Аноним [09.03 21:35]

Уважаемые авторы модельного закона! А с чего собственно вы озаботились созданием данного документа? Вам кто-то оплачивал его создание? Если не секрет, кто?

Дмитрий К. [06.03 09:33]

Проект модельного закона Об Интернете это госзаказ?

Davamı...
Mart 28, 2008 22:11

  Qabriel Qarsiya Markes: "Lənətə gələsən, Kafka"

  Tərcümə: Cavid Cəfərzadə. Təqdimat: Lit.az saytı

Qabriel Qarsiya Markes     - Maestro, ilk müəlliminiz kim olub?

   -Şəxsiyyət kimi formalaşmağımda, bacarıqlarımın inkişafında xüsusi əməyi olan hər kəsi özümə müəllim bilirəm. Həyatımda belə adamlar çox olub. Babam rəhmətlik, palkovnik Nikolas Rikardo Markes Mexiya əla kişiydi. Həm də əla zərgəriydi, qızıldan nə desən hazırlardı; üzükdən tutmuş qarmağacan... Onun evində böyümüşəm. Mənə iştirakçısı olduğu vətəndaş qarşıdurmasından danışardı, nəyin necəliyini izah edərdi. Mən də bir-birinin ardınca suallar yağdırardım. Palkovnik Markes məni anlayan yeganə yaxınım idi. Uşaqlıq və yeniyetməlik illərində xeyli fantaziyalar qurardım, hadisə uydurardım, özümü xəstəliyə vurardım. Bunları etməkdə yalnız bir məqsədim vardı: həyatı daha maraqlı etmək və ona çalar qatmaq. Əvəzində məni yaxşıca söyürdülər, “gopçusan” deyirdilər.

Davamı...
Mart 28, 2008 21:43

  Anri Truaya. "Ən yaxşı müştəri"

Tərcümə: Hamlet Qoca. Təqdimat: Lit.az saytı

Anri Truaya

   Xoşbəxtlikdən, ər-arvad Öterplərin dükanı burjua qəbiristanlığının yaxınlığında idi. Dükanın qarşı tərəfi göz oxşayan tünd-yaşıl rəngə boyanmışdı. Sağ üzdəki vitrinə qızılı hərflərlə bu sözlər yazılmışdı: "Bir andaca əklil hazır olur. Mirvaridən, sellüloiddən, plastik kütlədən və qalaylı metaldan düzəldilir". Sol tərəfdəki vitrin şüşəsində isə başqa sözlər oxunurdu:

"Mərhuma hədiyyə, bir əklil üçün
Gəzib-dolanmayın bütün Parisi.
Ucuzunu alın, gözəlin seçin,
Öterpin dükanı gözləyir sizi

Davamı...
Mart 25, 2008 23:07

  Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müsahibəsi

XEYRİYYƏÇİLİK FƏALİYYƏTİ İNSANLARA MƏHƏBBƏTDƏN, BƏŞƏRİ DƏYƏRLƏRƏ HÖRMƏTDƏN DOĞMALIDIR
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-NUN VƏ İSESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ, MİLLİ MƏCLİSİN DEPUTATI MEHRİBAN ƏLİYEVANIN AZƏRTAC-A MÜSAHİBƏSİ
Son illərdə Azərbaycanda xeyriyyəçilik institutu intensiv şəkildə dirçəlməyə, fəal inkişaf etməyə başlamışdır. Bu isə xeyli dərəcədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çox böyük səyləri və şəxsi təşəbbüskarlığı sayəsində mümkün olur.
Mehriban xanımın bu sahədə çoxcəhətli və yorulmaz fəaliyyəti yaxşı məlumdur və təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqda da geniş ictimai əks-səda doğurmuşdur. İki nüfuzlu beynəlxalq mükafata - “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun ən yüksək mükafatı olan “Yaqut xaç” ordeninə və geniş miqyaslı xeyriyyəçilik fəaliyyətinə görə “Qızıl ürək” mükafatına layiq görülməsi onun bu sahədəki işlərinin yüksək qiymətləndirilməsini sübut edir.
Davamı...
Mart 25, 2008 0:43

  Nuridə Atəşi: "Azərbaycan Əsəd bəyə sahib çıxmalıdır"

  Almaniyada yaşayan Nuridə Atəşinin şeirləriylə Azərbaycan oxucusu yaxşı tanışdır. Son iki ildə isə biz Nuridə Atəşini azərbaycanlı yazıçı Məhəmməd Əsəd bəyin - Qurban Səidin tədqiqatçısı qismində görürük. Onun keçən il Bakıda yayımlanan "Yüz ilin sirləri" kitabı böyük maraq doğurdu. Kitabda Məhəmməd Əsəd bəylə bağlı bir sıra yeni faktlar üzə çıxarılıb.

   Bu günlər Nuridə xanım yenə Bakıdadır və redaksiyamızın qonağı olub. Fürsətdən istifadə edib qəzetimizin baş redaktoru ilə Nuridə xanımın söhbətini yazıya aldıq.
     
Davamı...
Mart 25, 2008 0:34

  Hikmət Hacızadə. "Vergül"

(Dəyirmi Ekran)
   
 
  AXC-də orfoqrafik böhran

   
Azərbaycan ABSURD TEATRInın ilk pyesi
   
   
Orfoqrafiya cəbhəni parçalayacaqmı?
   
   
Dəyirmi ekranda, aktual masa arxasında Cəbhənin veteranları əyləşib. Bu gün onların hamısını bir problem narahat edir: Budur, həm Cəbhə, həm də bütövlükdə Cəmiyyət dağılmaq üzrədir. Xalqın mənafeyi naminə VERGÜL sözünü necə yazmalıyıq - bir yerdə, yoxsa ayrı? Tamamilə aydındır ki, bu sözün orfoqrafiyasına münasibətin arxasında müxtəlif maraqlar və dünyagörüşləri dayanır. Ancaq hərəkatımızın liderlərinin bir çoxu unudurlar ki, bu məsələdə milli zəminə əsaslanmaq və milli mənafeni müdafiə etmək lazımdır. Bəs bu mənafe nədədir? "Canlı" mikrofonu əlində bərk-bərk tutan Ədalət Tahirzadə - qəzetimizin veteranı - bu orfoqrafiya böhranından çıxış yollarını arayır. Davamı...
Mart 25, 2008 0:28

  İngilisdilli mədəniyyət - ədəbiyyat və kitab saytları...

 ƏDƏBİYYAT ŞÖBƏSİ
Bizim Ədəbiyyat Şöbəsi Britaniya və bütün Birləşmiş Krallıq ədəbiyyatını təbliğ edir. Hər il 300-dən artıq yazıçı ilə işləyərək xaricdə bir sıra ədəbi tədbirlər təşkil edir və ya dəstəkləyirik.
Typewriter
 enCompassCulture
Bizim bütün dünyanı əhatə edən on-layn kitab bölməmiz. Kitablar seçin, icmallar yazın və ya oxuyun, kitablar barədə müzakirələrə qoşulun və digər oxucularla on-layn söhbət edin.
Encompass Culture
Davamı...
Mart 24, 2008 10:02

  Xəlil Rza Ulutürk: saytı, əsəsrləri, şəkillər, xatirələri...

 

Xəlil Rza Ulutürk: saytı, əsəsrləri, şəkillər, xatirələri... 

xelil rza

Davamı...
Mart 18, 2008 19:46

  NOVRUZ BAYRAMI ADƏTLƏRİ

NOVRUZ BAYRAMI ADƏTLƏRİ

Bu gün axır çərşənbədir, bayramınız mübarək!

Novruz süfrəsi xalqın ən milli süfrəsidir. Süfrədə yeddi növ xörək olmalıdır ki, adları da “S” hərifdən başlayır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa stola güzgü və şamlar qoyulur, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam od, işıq deməkdir hansı ki, insana bədnəzərdən qoruyur, güzgü aydınlıq rəmzidir. ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır.

Davamı...
Mart 18, 2008 19:44

  Nərmin Kamal. "Gender qovğası-III"

İki insan kateqoriyası bir-birinə qarşı duranda hər biri digərinə öz hakimiyyətini sırımaq istəyir. Əgər hər biri bu hakimiyyətdə israr etmək iqtidarındadırsa, onların arasında bəzən düşmən, bəzən dost - həmişə gərgin qarşılıqlı münasibət yaranır; əgər hüquq və imtiyazlar onlardan birindədirsə, o, digəri üzərində üstünlük götürür və hər vəchlə onu sıxmağa çalışır. Beləliklə, kişilərdə və qadınlarda niyə bir-biri üzərinə bayraq sancmaq arzusu yarandığı aydındır, bəs hansı imtiyaz kişiyə bu arzunu gerçəkləşdirməyə imkan verdi? İlk dəfə nə vaxt və necə oldu ki, kişi qadını üstələdi? Vill Dürant həyat yoldaşı Aril Dürantla birgə yazdığı 15 cildlik "Mədəniyyət tarixi" kitabında yazır: "Ən ibtidai dövrdə qadınlar toplayıcı, kişilər ovlayıcı idilər. Qadının təbiətindəki bəzi xüsusiyyətlər dillərin olmadığı zaman kişilərə imtiyaz verdi; qadın hamilə olanda işə çıxa bilmirdi, buna görə də ona yardım lazım idi, bu vəziyyəti bildirmək üçün qadın ovlanmış heyvanın dərisini başına örtürdü. Baş örtüyü ilk dəfə buradan başlandı, baş örtüyü rəmz idi, yəni örtünmüş qadına maddi yardım lazım idi. Daha sonra dinlərin ilk çağında bu məsələ dinlərə keçdi..."

Davamı...
Mart 18, 2008 19:35

  İqbal Ağazadə. "Yuxulardakı cənnət"

BDU-nun şərqşünaslıq fakültəsinin məzunu
İqbal Ağazadə

...Nədənsə mənə həmişə elə gəlirdi ki, valideyninin peşəsini davam etdirənlər istedadsız adamlardır. Hardansa başıma yerləşmişdi ki, belələri ya heç nə etməyə qadir olmadıqlarına görə valideynlərinin peşəsin seçir, ya da başqa peşə öyrənməyə qabiliyyətləri çatmır.Yazıçı, şair övladları haqda isə daha pis düşünürdüm - elə bilirdim onlar valideynlərinin çap olunmamış (yaxud, övladının istedadsız və qabiliyyətsiz olduğunu görən valideynin əvvəldən yazıb qoyduğu) əsərlərini oğurlayıb, cəmiyyətə öz adları ilə təqdim edirlər.
Davamı...
Mart 18, 2008 0:08

  TARİX: "Dördüncü rus inqilabı"na uğursuz cəhd

32 il əvvəl gəmidə baş verən qiyama uğursuz cəhdin faciəli sonluğu

1975-ci il noyabrın 8-dən 9-na keçən gecə baş vermiş hadisə barədə sənədlər Sovet İttifaqı dağılana qədər Sov.İKP MK-nın baş katiblərinin kabinetində "Xüsusi qovluq"da saxlanıb. Həmin qovluq yalnız SSRİ dağılandan sonra açılıb...


"Tamamilə məxfi" qrifli "Xüsusi qovluq"dan

SSRİ müdafiə naziri Qreçkodan Baş katib Brejnevə: "Məruzə edirəm ki, noyabrın 8-dən 9-na keçən gecə sualtı qayıqlar əleyhinə "Storojevoy" gəmisi komandirinin siyasi məsələlər üzrə müavini, 3-cü dərəcəli kapitan V.M.Sablin gəmi komandiri A.V.Patulnını
Davamı...
Mart 18, 2008 0:06

  İslam “qılınc” dinidirmi?

«Əgər Rəbbin istəsəydi, yer üzərində olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?»

Ali-İmran sürəsinin 19-cu ayəsində buyurulur: «Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır…». Tanrının haqq, doğru din adlandırdığı İslam dini, həqiqətən, xoşbəxtlik, qardaşlıq, birlik, məhəbbət dinidir. Məhz bu din vasitəsilə bütün bəşəriyyət doğru yola yönəldilir. Qurani-Kərim nəinki ərəblərin, eyni zamanda bütün dünya xalqlarının kitabı sayılır. Bu müqəddəs kitab yalnız müsəlmanlarla deyil, həm də qeyri-müsəlmanlarla da ünsiyyət qurur, onları haqq dini olan İslama səsləyir.
Davamı...
Mart 18, 2008 0:05

  POSTMODERNİZMİN SƏBƏB OLDUĞU XAOS, QURAN ƏXLAQI İLƏ ARADAN QALDIRILA BİLƏR

Postmodernizm son zamanların bəlkə də üzərində ən çox müzakirə edilən, ən çox danışılan anlayışlarındandır. Bu anlayışın məzmunu haqda hər nə qədər mütəfəkkirlər və alimlər həmfikir olmasalar da, ümumi olaraq postmodernizmi, ‘modernizm sonrası, modernizmə reaksiya olaraq ortaya çıxan axın' şəklində qiymətləndirə bilərik.

Postmodernizmin sənət, elm, fəlsəfədə hansı anlayışı qarşımıza qoyduğu çox danışılır və müzakirə edilir. Ancaq əsl üzərində dayanılmalı məsələ, bu cərəyanın hansı cəmiyyət quruluşunu nəzərdə tutduğudur. Bunu anlamaq üçün müasir cəmiyyətlərdəki xaos, qarışıqlıq, qeyri-müəyyənlik halını göz qabağına gətirmək yetərlidir. Bu gün dünyanı şəkilləndirən ən əhəmiyyətli anlayışlardan biri olan postmodernizm, sahib olduğu dəyərlər və dünyagörüşü səbəbiylə insanları davamlı xaos və çətinliyin içinə sürükləyir.
Davamı...
Mart 18, 2008 0:01

  Türkiyədə demokratiya qarı: bu siyasətdən kim uduzdu, kim uddu?!

Türkiyənin gerçək dövləti AKP-nin fətullahçılardan təmizlənməsini istəyir?

Baş prokurorun «qara siyahısı»nda olan 71 nəfərin əksəriyyəti Fətullah Gülənin AKP-nin siyahısı ilə seçdirdiyi şəxslərdir

Türkiyə baş prokuror Abdurrahman Çətinkayanın AKP-yə qarşı qaldırdığı iddianamə ilə çalxalanır. Ankarada baş verən zəlzələ belə Türkiyəyə bu iddianamə qədər təsir etməyib. Türkiyənin «Milliyyət» qəzetinin yazdığına görə, Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıc AKP-nin bağlanmasını və 71 şəxsin siyasətlə məşğul olmasının qadağan olunmasını tələb edən

Davamı...
Mart 15, 2008 22:01

  CEMİL MERİÇ. "QƏRBƏ QAÇIŞ"...

 (kiçik ixtisarla)

 Türkçülüyü bir millətin xilası görən, bunun üçün isti kabinet saatlarını deyil, bütün ömrünü fəda edən Əhməd bəy Ağaoğlu haqqındadı bu yazı. Türk filosofu Cemil Meriç tərəfindən qələmə alınıb. Yalnız Əhməd bəyin deyil, ürəyi dolu olan, amma bununla belə öz xalqından uzaq düşən, xalqla xalqsız vuruşan aydının, fikir adamının acı hekayəsidir.Tənqidlər, ittihamlar çoxdur. Fikrimcə, heç kim tənqiddən azad deyildir. Dahilər belə. Yaspersin dediyi kimi böyük insanların əməlləri bütöv bir millətin həyatında əks olunur. Səhvlər də eləcə. Məhz buna görə də Əhməd bəy haqqında olan bu yazını təqdim etməklə Əhməd bəyi kiçiltmək niyyətimiz yoxdur. Əhməd bəy bu xalqın aydınıdır, öz səhv və düzgün qərarları ilə bərabər. Məqalədə topa tutulan əsər Əhməd bəyi ömrünün qısa bir ayını, sürgündəki ovqatını, bu aydakı duyğu və düşüncələrini ifadə edir. Ani, ötəri bir ümidsizliyin məhsulu olan bu əsər doğrudan da tənqid edilməlidir. Cemil Meriç isə türk fəlsəfəsinin ən böyük adamıdır.
Davamı...
Mart 15, 2008 21:44

  Markiz de Sad - Əfsanəvi əxlaq

 "Siz məni ya öldürməli, ya da olduğum kimi qəbul etməlisiz, çünki dəyişməyəcəyəm" Markiz de Sad

 Parisin şəhərkənarı imarətlərinin birində günortanın sakitliyini dəhşətli qışqırıqlar pozdu. Küçənin ortasıyla qorxu içində, yarıçılpaq, döyülmüş bir qadın qaçaraq əxlaqsız aristokratları var gücüylə söyürdü. Onu bu günə salanı tapmaq bir o qədər də çətin olmadı. Çünki markiz de Sad kübarlar cəmiyyətində məşhur olduğu qədər polis məntəqələrində də tanınırdı. Xristianların müqəddəs bayramı Pasxanın səhəri günü markiz Roza Killer adlı bu xanımı karetasına mindirib villasına aparmış, şəhvətini və qəribə istəklərini ən murdar və qəddar yolla söndürəndən sonra qadını qamçıyla döymüşdü. Yaralarına mum sürtəndən sonra onu otaqda bağlayıb getmişdi. Pəncərədən özünü bayıra atıb təsadüfən sağ qalmış bu qadın markizin skandallı həyatında nə birinci, nə də sonuncu idi. markiz de Sadın ünvanına deyilən söyüşlərin içində bircə "Ah, əclaf sadist" kəlməsi yoxuydu.
Davamı...
Mart 15, 2008 21:33

  Bir az da virtuallaşaq: İnternet ve yeni texnologiyalara aid bilgilər, kitablar

Mart 15, 2008 21:28

  SUFİ HƏYATI, FİLOSOF AQİBƏTİ

Mart 15, 2008 21:07

  Səməd Vurğun. Əsərləri, saytı, daha başqa materiallar...

Tək şəkillər    Tək şəkillər   İctimai fəaliyyət

XX əsr Azərbaycan poeziyasını onsuz təsəvvür etmək qeyri mümkündür.

Minlərlə-milyonlarla şeirsevərin vurğunu - Səməd Vurğun...

Davamı...
Mart 15, 2008 19:34

  Məmməd Səid Ordubadinin atası Fəqir Ordubadi. Saytı, əsərləri...

Fəqirəm, bəxtiyaram, sanmayın kim, tirə baxtım var,
Məhəbbət mülkünün soltanıyam, öz tac-taxtım var.


Bu dəhrin yummuşam göz sərvətindən, xalətindən mən,
Fəqirəm, feyz alır yüzlərcə hatəm şer süfrəmdən.

Bu saytı tərtib etməkdə məqsədim Azərbaycan ədəbiyyatına dəyərli tövhələr vermiş, “Əncüməni-Şüəra” ədəbi məclisinin yaradıcılarından biri və fəal üzvü, dahi şair və dramaturq Məmməd Səid Ordubadinin atası Fəqir Ordubadinin xatirəsini əbədiləşdirməkdir.

Davamı...
Mart 15, 2008 19:21

  «MASTER və MARQARİTA» ROMANI İLK DƏFƏ OLARAQ AZƏRBAYCANCA ÇAPDAN ÇIXIB



Məşhur rus yazıçısı Mixail Bulqakovun «Master və Marqarita» romanı ilk dəfə olaraq azərbaycanca çapdan çıxıb. Romanı yazıçı Saday Budaqlı tərcümə edib.

Davamı...
Mart 15, 2008 18:25

  Fazil Güney (Abbasov). "Qara Qan" (roman)

Mart 15, 2008 18:19

  Namiq Məmmədov. Elmi araşdırma: "Basqı qüvvəsi"

<font color=#ff0000>Elmi araşdırma:</font> Basqı Qüvvəsi Ümumdünya cazibə qüvvəsinin təbiəti ilə bağlı ən müxtəlif versiyalar irəli sürülüb. Daha çox qəbul edilən versiya üçölçülü fəza və zamanın əyilməsidir. Bu versiyanın nə qədər mücərrəd olduğu göz qabağındadır.  Qəliz və cavabsız suallar doğuran «əyilmə» versiyasını bir kənara qoyub məsələyə başqa tərəfdən yanaşaq. Mücərrəd əyilmədən və gözəgörünməz tellər vasitəsilə cəzbetmədən daha məntiqli görünən itələmə, sıxma versiyasını nəzərdən keçirək. Yəni daha iri səma cismləri kiçik cismləri özünə doğru çəkmir. Əksinə cismləri yerə doğru itələyən, sıxan hansısa basqı «şüaları» var. Bu şüaları şərti olaraq qravitasiya şüaları adlandıraq.

Davamı...
Mart 15, 2008 0:12

  NOVRUZ HƏDİYYƏSİ

Hər dəfə bu nurlu bayram ərəfəsində uşaqlıq illərim, o dövrün adamları, Bakının mərkəzində yerləşən evimiz və qonşularımız yadıma düşür. Bizim evimiz o vaxt “Parapet” deyilən bağın (indiki Fəvvarələr meydanı) yaxınlığında, Bondarnaya küçəsi ilə Maksim Qorki küçəsinin tinində yerləşirdi. Sonradan Bondarnaya küçəsini Dmitrov küçəsi adlandırdılar. İndi isə bu küçə Şəmsi Bədəlbəylinin adını daşıyır. Qonşularımız təkcə azərbaycanlılar deyildi (üçmərtəbəli binada cəmi iki-üç azərbaycanlı ailəsi yaşayırdı), onların arasında yəhudilər, ruslar və başqa millətlərdən olanlar da vardı.
Davamı...
Mart 15, 2008 0:08

  Kamran NƏZİRLİ. Hekayələr (ABŞ-da çap olunmuş nasirimiz)

Qan azlığı, yaxud ölən uşağın xatirələri

Kamran Nezirli yazarlarla

Davamı...
Mart 14, 2008 10:15

  Çağdaş Televiziya mədəniyyətimizə Aydın Xan və Məqsəd Nurun baxışları...

Aydın Xan. "Mir Şahinə "hesabat": Azərbaycanda ədəbiyyat yoxdur, bəs televiziyalar necə, varmı?!"

Azərbaycan telekanalları: özəllikləri, gözəllikləri və qüsurlar...

(I Analitik yazı)

tele-göz

Davamı...


Yazılar cəmi: 56    Sonrakı səhifə »


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com
PageRank