Müasir Azərbaycan ədəbiyyatı, yaxud bir dərslik haqqında bir neçə söz
Bakı Dövlət Universiteti Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru Cəlal Abdullayevin rəhbərliyi ilə hazırlayıb nəşr etdirdiyi "Müasir Azərbaycan ədəbiyyatı" dərsliyi bu sahədə yalnız ilk təşəbbüs olmasına görə deyil, həm də ( və daha çox) elmi-nəzəri, metodiki səviyyəsinə görə kifayət qədər ciddi intellektual-mədəni hadisə sayıla bilər. Azərbaycan xalqı milli müstəqillik (və dövlət müstəqilliyi) qazandığı ilk illərdən öz tarixinin müxtəlif dövrlərinə, mərhələlərinə sahib çıxmağa, on, hətta yüz illər boyu bu və ya digər dərəcədə təhrif olunmuş milli-mənəvi dəyərlərini düzgün metodologiya əsasında mənimsəməyə başlamışdır. Xalqın ümumi tarixinin üzvü tərkib hissəsi olan ədəbiyyat tarixinə marağın güclənməsi, bir tərəfdən, yeni faktların, ədəbi hadisələrin üzə çıxarılmasını şərtləndirirsə, digər tərəfdən, yeni elmi-metodoloji, sxematik prinsiplərə, çevik xronoloji model və texnologiyalara müraciət olunmasını tələb edir.
Nizami Cəfərov. "Müasir Azərbaycan ədəbiyyatı, yaxud yeni dərslik haqqında bir neçə söz"
Lev Tolstoy. "Hz.Məhəmmədin Hədisləri" (İslam haqqında gizli kitabı)

"Bunu demək nə qədər bir təhər olsa da Məhəmmədlik, Xristianlıqla müqayisə edilməyəcək qədər yüksəkdə durur. Əgər seçim olsaydı, ağlı başında insan, şüphə və tərəddüd etmədən Məhəmmədi; tək Allahın və onun Peyğəmbərini qəbul edərdi" - Tolstoy 1828-1910
Aqil Abbas. "Dolu" (yazarın ən yeni romanının dərgi variantı)
Azərbaycanın tanınmış yazıçı-publisisti Aqil Abbasın bu yaxınlarda "Azərbaycan" dərgisində ədəbi-mədəni ictimaiyyətimizin diqqətinə verilən "Dolu" adlı son maraqlı romanını yeni "Qarabağnamə" kimi də oxumaq olar, çağdaş tarixi əsər də hesab etmək mümkündür... Romanın e-variantı burada:

Qəzənfər Kazımov. "Dil, tarix, poeziya" (e-kitab, sayt)
Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır.
Viktor Hüqo. Şeirlər
Tərcümə: Cavid Cəfərzadə (Litşaz saytının təqdimatında)
Dilənçi
Sən, hər gün tində, dalanda
Yırtıq libasınla,
kirli əllərinlə
Ovuc açan, səfil insan.İnan yox fərqimiz
bir-birimizdən.
Sən bəlkə bütün həyatın boyu dilənəcək,
gözlədiyin qəpik-quruşu
biri verməzsə,
Yuri Kazakov. "İki nəfər dekabrda"
Tərcümə: Nəriman Əbdülrəhmanlı
Bənzərsiz rus yazıçısı Yuri Kazakov (1927-1992) yaradıcılıq üslubuna görə rus klassik ədəbiyatının ənənələrinə meylli olub, əsərlərində incə psixoloji çalarlar, ruhi yaşantıların rəngarəngliyi, təbiətə sonsuz sevgi aydın nzərə çarpır. Yazıçının «Yarımetansiyada» (1959), «Sən yuxuda acı-acı ağlayırdın» (1977), «İki gecə...» (1986) nəsr topluları, «Şimal gündəliyi» (1961-1973) oçerkləri böyük maraqla qarşılanmışdı. Xüsusilə, «Şəhərə», «Mavi və yaşıl», «İki nəfər dekabrda», «Çörək ətri», «Çirkin», «Gecə», «Palıd meşələrində payız», «Sakit səhər» hekayələrirus nəsr antologiyasında layiqli yer tutur.
İndi ən yaxşı hekayələr üçün təsis olunmuş Yuri Kazakov adına mükafat da mövcuddu.
Qədim məmləkətimizi Cənubi, Şimali, Qərbi Azərbaycana parçalayan MÜQAVİLƏLƏR
GÜLÜSTAN MÜQAVİLƏSİ
Qadir Allah Naminə
İMPERATOR ƏLAHƏZRƏTLƏRİ, Bütün Rusiyanın Ən Şöhrətli və ƏZƏMƏTLİ BÖYÜK HÖKMDARI və İMPERATORU və İran Dövlətinin Sahibi, hökmdarı ƏLAHƏZRƏTLƏRİ Padşahın ÖZ təbəələrinə yüksək hökmdar məhəbbətinə görə, ONLARIN ürəklərinə zidd olan müharibənin fəlakətlərinə son qoymağı və qədimdən Bütün Rusiya İMPERİYASI və İran Dövləti arasında mövcud olmuş səbatlı sülh və xeyirxah qonşu dostluğunu möhkəm əsas üzərində bərpa etməyi səmimi qəlbdən, qarşılıqlı surətdə arzulayaraq bu ədaləti və nicatverici iş üçün aşağıdakıları öz səlahiyyətli Müvəkkilləri təyin etməyi faydalı bilmişlər:
"El" dərgisinin sayları və bir yazı - "Bəraət Almış Yazıçı"
Hər ay "El" dərgisinin yeni saylarını almağı unutmayın
ARXIV
Mart 2007
Fevral 2007
Yanvar 2007
Dekabr 2006
Noyabr 2006
Oktyabr 2006
Iyul 2006
Iyun 2006
Yusif Vəzir Çəmənzəminli. Saytı, əsərləri, şəkillər
İnsan xarakterinin xalına görə müəyyən edilməsi
Xarakterin müəyyən edilməsində rolu olan əlamətlərdən biri də insan bədənində yerləşən xallardı. Onların bədənin hansı hissəsində yerləşməsi və ölçüsü adamın xasiyyəti, hətta deyirlər, gələcək taleyi barədə informasiya daşıyır.
Xallar müxtəlif cür: böyük və ya kiçik, yaraşıqlı və yaraşıqsız, cazibədar və ya çirkin ola bilər. Xal insanı bəzən gözəlləşdirə, bəzən isə eybəcərləşdirə bilər. Hətta formasını dəyişə, yoxa çıxa və yenidən peyda ola bilər. Xalları öyrənən elm sahəsi moleosofiya adlanır. Bu elm sahəsi xalın insanın xarakteri və onun gələcəyi ilə bağlılıq dərəcəsini öyrənir və izah edir. Buna inanıb-inanmamaq isə hər kəsin öz işidir.
Üzdə xal hansı mənanı verir?
Azərbaycan milli ədəbiyyatının ilkin qatları (sayt, e-mətnlər)
ana səhifə | qalereya | musiqi | forum | qonaq kitabı | linklər | layihə haqqında | müəllif | |||
| miflər | |||
| etioloji miflər | |||
| təqvim mifləri | |||
| esxatoloji miflər | |||
| rituallar |
Yevgeniuş Tkaşiçin. Şeirlər (Polşa)
Çevirəni: Rəqibə Nazimqızı
Vanda baci gəzintidən zanbaqlar gətirir
Mənsə ölüm haqda şeir yazıram.
Mənsə yenə bu şeirləri lap başdan yazıram.
Və heç cür bitirə bilmirəm.
Yarıda da kəsə bilmirəm ki diksinsin
lap ölümqabağı zanbaq kimi
içinə qoymaq üçün su dolu qab əvəzinə
doğru söz axtaranda.
Elxan ŞAHİNOĞLU. «ON BEŞLİLƏRİN TÜRKÜSÜ»

2000-ci illərdə TRT-nin Bakı bürosunda çalışarkən təmsilçimiz, tarix doktoru Mustafa Görüryılmaz elə hey bölgələrə səfərlərə çıxırdı.
Xoşbəxtliyin bəzi sirrləri...
«Sizlərin ən yaxşısı və ən imtiyazlısı odur ki, öz həyat yoldaşı ilə daha mehriban olsun»
Sevimli Peyğəmbərimiz (s) buyurur ki, dünya və axirətdə heç bir ləzzət evlənmədən daha ləzzətli ola bilməz. İnsan ailə qurmaqla həm Allah dərgahına yaxınlaşıb savab qazanır, həm də bir sıra günahlardan qorunur. Psixoloqlar ailəni insanın düzgün, doğru tərbiyəsi üçün ən dəyərli məktəblərdən hesab etmişlər. Kiçik cəmiyyət adlanan, əslində isə cəmiyyətin önəmli sütunlarından sayılan ailəni qorumaq üçün son dərəcədə diqqətli, dözümlü, məsuliyyətli, elmli, alicənab, ağıllı və ən əsası səbirli olmağımız vacibdir.
Hamlet İsaxanlı. "Dördlüklər" - intellektual qəlbin pıçıltıları
“Zərif harmoniya hissi riyaziyyatçını bəstəkar, yaxud şairlə qohumlaşdırır. Pifaqor ədədlər nisbəti ilə musiqi ahəngini kəşf etmişdi. Rübailər ustası Ömər Xəyyam ciddi riyazi əsərlər yazmışdı... Bu anımları dünyaşöhrətli riyaziyyatçı Hamlet İsaxanlı poeziyası doğurdu. Onun şeir sənəti indiyə qədər nəşr edilməmiş qalırdı.






