Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

Yanvar 31, 2008 21:46

  28 may 1953-cü ildə Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına müraciəti

memmedemin 

28 may 1953-cü ildə "Amerikanın səsi" radiosu ilə Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına müraciəti

Davamı...
Yanvar 31, 2008 21:09

  İlyas Əfəndiyev. "Geriyə baxma qoca" romanı, türkcə


İlyas Əfəndiyev
  İlyas Əfəndiyev
  Geriyə baxma qoca (türkcə)

Lit.az saytının təqdimatında

Yanvar 31, 2008 17:48

  Türk intellektualları I. Mahmud Kaşğarlı və Seyid Cəfər Pişəvəri

Kaşğarlı Mahmud
Divani Luğat-it Türk

 Pişəvəri: Xatirələr pdf

Davamı...
Yanvar 28, 2008 22:25

  Uşaq Hüquqlarına dair beynəlxalq və milli sənədlər

Yanvar 28, 2008 20:22

  Mir Şahin. "Çılpaq mədəniyyət" (üç hissəli art-SOS)

Başa yox, ombadan aşağı işləyən musiqimizi dinləyənlər musiqinin ruhuna qatılıb uyumaq yox, ifaçı ilə yatmaq barədə düşünürlər
Dəbdə olan dildə deməyə çalışaq: şok xəbər:
Bu gün Azərbaycanda mədəniyyət yoxdur!
(Xahiş edirik ki, bu hökmü «Azərbaycanın mədəniyyəti yoxdur!» kimi anlamayasınız!), söhbət Böyük Mədəniyyətdən gedir. O Böyük Mədəniyyətdən ki, daşıyıcıları Böyük Üzeyir, Böyük Bülbül, Böyük Niyazi, Böyük Qara, Böyük Səttar, Böyük Üzeyir, Böyük Rəsul, Böyuk Xudu və daha neçə-neçə Böyüklər olmuşdular. Biz o uzaq mədəniyyət abidlərini, onlardan qalan abidələri nəzərdə tuturuq. Ayrı-ayrı passionarların dartıb aparmağa gücünün çatmadığı Böyük Mədəniyyət artıq öz canını sürümək məcburiyyətindədir. Ola bilsin ki, bu məqalədən dərhal sonra «HESABAT»ı qurşaqdan aşağı zərbə endirməkdə günahlandıranlar tapılsıın. Amma bizim də günahımız yoxdur ki, belələri yalnız qurşaqdan aşağıdan ibarətdir və zərbəni hara endirsək də gedib Qurşaqdan aşağı düşəcək.
Davamı...
Yanvar 28, 2008 20:20

  Bütöv Azərbaycan Virtual Kitabxanasının növbəti elektron otaqları (IV). Ardı

Azərbaycan Elektronik Kitab Evi

kitablar

 كتابخانه الكترونيك آذربايجان

Bu təzə  səhifəmizdə də Bütöv Azərbaycan Virtual Kitabxanasının başqqa  yeni elektron otaqlarını qurmağa çalışdıq.

Bu bina abidəni qurmaqda 50 milyonluq azərilərin yardımına ehtiyacımız var... 

Yüzlərlə azəri saytları burada... Ardı.

Davamı...
Yanvar 28, 2008 13:09

  Bütöv Azərbaycan Virtual Kitabxanasının növbəti elektron otaqları (IV)

Azərbaycan Elektronik Kitab Evi

kitablar

 كتابخانه الكترونيك آذربايجان

Bu təzə  səhifəmizdə də Bütöv Azərbaycan Virtual Kitabxanasının başqqa  yeni elektron otaqlarını qurmağa çalışdıq.

Bu bina abidəni qurmaqda 50 milyonluq azərilərin yardımına ehtiyacımız var... 

Yüzlərlə azəri saytları burada...

Davamı...
Yanvar 28, 2008 12:59

  Bütöv Azərbaycan Virtual Kitabxanasının növbəti elektron otaqları (III)

Azərbaycan Elektronik Kitab Evi

kitablar

 كتابخانه الكترونيك آذربايجان

Növbəti səhifəmizdə Bütöv Azərbaycan Virtual Kitabxanasının daha yeni elektron otaqlarını qurmağa çalışdıq. Bu bina abidəni qurmaqda 50 milyonluq azərilərin yardımına ehtiyacımız var... 

Minlərlə azəri e-kitabları burada...

Kitabların sayı: 748

Davamı...
Yanvar 28, 2008 12:51

   Günel Mövlud. "Azərbaycan azarlarının menyüsünə..."

Nobel-orhanİşdi-şayət, birdən Nobel mükafatı alsanız, özünüzü necə aparmalısınız?
  
   Düz 106 ildir ki, hər il dekabrın 10-da dünyanın diqqəti Stokholma - Nobel mükafatının təqdimetmə mərasiminə yönəlir. Təqimetmənin səs-küyü nə qədər çox olsa da, mərasimin özü çox zəhlətökəndi. Yəqin həmişə adamlardan qaçan, təkliyə can atan nitroqliserin kəşfinin müəllifi Alfred Nobel hansısa möcüzə nəticəsində indiyədək sağ olsaydı, bu mərasimdə özünü narahat hiss eləyərdi.   Nobel “xoşbəxtləri”nin adı hələ oktyabrda açıqlansa da, mərasimin özü həmişə dekabrın 10-da, mərhum Nobelin anım günündə keçirilir. Nobel tarixçəsi boyu cəmi bircə dəfə - 1920-ci ildə mükafatı iyun ayında verməyi planlaşdırıblar. Amma eksperiment uğursuz olub. Həmin ərəfədə varis şahzadə Marqaret dünyasını dəyişib, kral ailəsi matəmə batıb və təqdimetmə mərasiminə heç biri gəlməyib. Elə həmin vaxtdan təqdimetmə mərasiminin vaxtını heç vaxt dəyişməməyi məsləhət bilməyiblər.
Davamı...
Yanvar 28, 2008 12:47

  Kitab.tk saytından e-kitab və ədəbi saytlar

e-kitab.tk ( dil: t- türkcə, a- azərbaycanca)

Tərcümələr- Ədəbiyyat:

Orhan Pamuk (t- 3 roman)
Umberto Eko (t- Gülün adı)
Milan Kundera (t)
Q.Q.Markes (t, a)
Patrik Züskind (a)
Albert Kamyu (t)
Stefan Sveyq (t)
Edqar Allan Po (a)
George Orwell (t)

Davamı...
Yanvar 27, 2008 18:39

  Bütöv Azərbaycan Virtual Kitabxanasının növbəti elektron otaqları (II)

Bütöv Azərbaycan Virtual Kitabxanasının növbəti elektron otaqlarını e-tikirik...

http://www.azodkitab.net/AZ/AZ-PAGE.htm

Bu saytda növbəti kitablar sovqatı
 Burada Azərbaycan ədəbiyyatının və dilimizin gizli qatları, milli-mədəni sərvətimiz, bir sözlə öz ruhumuz yatır...

Davamı...
Yanvar 27, 2008 18:17

  Ramiz Rövşən. "Azərbaycansayağı hannibalizm"

Ramiz Rövşən    Bizdə çoxları hannibalizmi "adamyeyənlik" kimi başa düşür. Hətta lüğətdə də belə yazılıb. Amma hannibalizm təkcə insanlara aid deyil. Əslində, insanqarışıq yer üzündəki bütün canlıların yalnız öz növündən olanları yeməsi hannibalizm sayılır. Yəni, canavar quzunu, ilan qurbağanı, pişik sıçanı yeyirsə, bu çox təbiidi. Amma canavar canavarı, ilan ilanı, pişik pişiyi yesə, bu hannibalizmdi. Və hətta pişik öz balasını çox istədiyindən yesə də, bu, yenə hannibalizmdən başqa bir şey deyil.
       Amma hannibalizm təkcə bioloji yox, ideoloji, milli, siyasi, ədəbi və sair formalarda da ola bilər. İrili-xırdalı hər bir dövlətdən və millətdən ötrü hannibalizmin ən qorxulu və faciəli forması, heç şübhəsiz ki, Vətəndaş müharibəsidi.
     Azərbaycan xalqı iyirminci əsrdə hannibalizmin sadaladığım və sadalamadığım bir çox növlərini görüb. Son on ildə də, ən azı iki dəfə Vətəndaş müharibəsinin lap qarşısında dayanmışıq, amma qana bulanmış kəndardan içəri ayaq basmamışıq.
Davamı...
Yanvar 27, 2008 17:23

  Azərbaycan türkcəsinin Güney dialekti...

E-mənbə: http://achiq.org/anadil/qisaciq%20dil%20bilgisi.pdf 

QISACIQ AZӘRBAYCAN TÜRKCӘSİ HAQQINDA

Seçib Yenidәn Sahmanlayan: Küyülü Sәid Nәccari

1        Ön söz

Әlinizdәki yazının hәdәfi Azәrbaycan Türkcәsinin sәsbilimi vә qramerinin әsaslarını öyrәtmәkdir. Bu yazını oxumaqla Azәrbaycan Türkcәsi haqqında tәmәl bir bilgiyә sahib olacaqsınız.

Davamı...
Yanvar 27, 2008 15:41

  Э.Мустафаев. "Кто такие таты – азербайджанцы или персы?" (ardı). Aydın Xandan şərh-yazı

E-əvvəli: http://xariciedebiyyat.azeriblog.com/2008/01/27/elshan-mustafaev-kto-takie-taty-azerbaidzhantsy-ili-persy 

Отметим также, что татский язык в соответствие с Конституцией Республики Дагестан в 1994 г. признан государственным языком наряду с русским и всеми другими языками Дагестана. В Дагестане он преподается как предмет в начальной и средней школе. На татском языке издается учебная и художественная литература, еженедельная республиканская газета, ограниченно осуществляется радио и телевещание, функционирует театр. Центрами научного изучения языка являются Институт языка, литературы и искусств Дагестанского научного центра РАН, Факультет дагестанской филологии Дагестанского государственного университета, Кафедра общего и дагестанского языкознания Дагестанского государственного педагогического университета, Лаборатория иранских языков Института языкознания РАН (20).

Davamı...
Yanvar 27, 2008 14:02

  Эльшан Мустафаев. "Кто такие таты – азербайджанцы или персы?"

 imageАзербайджан с древних времен населялся различными племенами, этническими группами, которые тесно соприкасались друг с другом и в результате исторического развития составили ядро азербайджанской народности.
Здесь с древности сменяли друг друга многочисленные исторически сосуществовавшие этносы, которых отличали религии, языки, культуры (9, с.5).
Эти этнические группы в течение длинного отрезка времени настолько слились друг с другом, что в настоящее время невозможно отделить их друг от друга и представить отдельные этнические группы вне единого азербайджанского народа.

Davamı...
Yanvar 27, 2008 10:51

  Seymurbaycantehqirmaniyaya öz stilinəuyğun cavab: hər kəs öz ruhunun qabığıdır...

Новруз Исаев. "Латентная шизофрения, или чушкарская сублимация в Азербайджане" 

image 

Davamı...
Yanvar 27, 2008 10:37

  Bizi -milləti təhqir edirlər: özü də başqalarının dilində

Сеймур Байджан. "Латентная педерастия в Азербайджане, или новогодняя чушкотека на площади Ленина"

image

Davamı...
Yanvar 26, 2008 9:54

  Bütöv Azərbaycan Virtual Kitabxanasının növbəti elektron otaqları (I)

Azərbaycan Elektronik Kitab Evikitablar

 كتابخانه الكترونيك آذربايجان

Bu səhifəmizdə Bütöv Azərbaycan Virtual Kitabxanasının növbəti elektron otaqlarını qurmağa çalışdıq. Bu bina abidəni qurmaqda 50 milyonluq azərilərin yardımına ehtiyacımız var... 

E-mənbə: http://www.kitablar.org/kitab_saytlar/saytlar.php

http://urmu.birolmali.com/

Davamı...
Yanvar 26, 2008 9:35

  Azərbaycan milli mətbəx sivilizasiyasının sirləri. (inciliscə, şəkilli)

Where delicious food from Azerbaijan is shared with everyone!

Davamı...
Yanvar 25, 2008 10:49

  ИСМАИЛ ШИХЛЫ. "Миp мой умеpший"

Yanvar 25, 2008 10:46

  Niyazi Mehdi. "Azərbaycan postmodernizminə giriş"

Niyazi MehdiPOST-MODERNİZM VƏ PLYURALİZM. “PLYURALİZM” ANLAYIŞINDA NƏYİ UNUTMUŞUQ

 Bu yazıda çağdaş Azərbaycan sənət düşüncəsi üçün gərəkli ola biləcək bəzi düşüncələri bölüşmək istərdim. Bu düşüncələrin çoxu “Post-modernizm” deyilən və yeni nəsl yazarlarının arasında populyar olan olayla bağlıdır. Post-modernizm Batı düşüncəsinin məhsuludur, bəziləri onu XIX yüzilin ikinci yarısına, bəzilərisə XX yüzilin ikinci yarısına aid edirlər. Ancaq hər iki halda Post-modernizmin bir kökü var, çox vaxt onu bəlirtələməyi unudurlar. Batıda həmin kök XIX yüzilin ikinci yarısında da vardı, XX yüzildə də. Biz Demokratiyanın sevimli sözü və faktı olan plyuralizmi deyirik. Post-modernizm məhz plyuralizmin sonucudur, elə sonucudur ki, plyuralizm olub gəlişən yerdə qaçılmaz olaraq ortaya çıxmalı olur.

Davamı...
Yanvar 25, 2008 10:43

  ABŞ prezidenti Corc Buşu İraq məsələsində 935 dəfə aldadıblar

Джордж Буш. Фото AFP
Джордж Буш. Фото
AFP

Соврали 935 раз. Посчитаны ложные заявления Буша и его ближайших соратников об Иракеx

Davamı...
Yanvar 25, 2008 10:16

  Güney Azərbaycan saytları. TARIHI TÜRK IMPARATORLUKLARI (məqalə)

Yanvar 24, 2008 1:54

  Ziyadxan Əliyev: " "Leyli və Məcnun" operasının ikinci müəllifi də var"

     Ceyhun Hacıbəylinin müəlliflik hüququ nə vaxt tanınacaq?
  
   İctimai-siyasi olaylar tarixi həqiqətlərin üzərinə ancaq qısa müddətə kölgə sala bilər. Bilmədiyimiz, bəzən də bilib dilə gətirmək istəmədiyimiz həqiqətlər gec-tez üzə çıxır. Nə qədər qəribə olsa da, Şərqin ilk operası sayılan "Leyli və Məcnun" əsəri ilə bağlı bəzi həqiqətlərin aşkarlanmasına da ehtiyac var. Bu operanı indiki nəslə ancaq bir müəllifin, yəni Üzeyir Hacıbəyovun əsəri kimi tanıdıblar. Əslində operanın yazılmasında Üzeyir bəylə yanaşı, onun kiçik qardaşı Ceyhun da iştirak edib. Bunu operanın ilk tamaşasının (12 yanvar 1908-ci il) hazırda C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində nümayiş etdirilən afişa və proqramından, libretto mətnindən görmək mümkündür: ""Leyli və Məcnun". Füzulinin poeması əsasında Ü. və C. Hacıbəyov qardaşları tərəfindən hazırlanmış 5 məclisli,

Davamı...
Yanvar 24, 2008 1:48

  Əlifbamızın ərəf qrafikası: əsrlərin ruhu hopmuş mədəni sərvətimiz...

Bu e-səhifədə Güney Azərbaycan ədəbi-mədəni düşüncəsinə aid mətnlər - türkcəmizdə və farsca - yerləşdirməklə bütöv Azərbaycanın Virtual Məkanı kimi güneydə və dünyanın hər yerində yaşayan azərilərimizə yardımçı olduğumuzu düşünürük...

Əgər bir kimsə bu mətnlərdə qüsür taparsa, bizə yazsınlar...

160 e-kitab...

E-mənbə: http://www.adabestanekave.com/books.html.

Davamı...
Yanvar 23, 2008 9:22

  RUSDİLLİ QƏZET və SAYTLARI BAĞLAMAQ TƏKLİFİNƏ JURNALİSTLƏRİN MÜNASİBƏTİ

Yanvar 23, 2008 0:05

  Rəşad Məcid. "USPOKOYTES, DRUZYA" (Azəricə, yoxsa rusca?!)

Yanvarın ilk iş günləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) ölkə telekanallarında əcnəbi dildə yayımlanan film və proqramların Azərbaycan dilinə dublyaj edilərək yayımlanması barədə qərarı, bir də güclü qarla müşayiət olundu. Bəzilərimiz qar həyəcanıyla yaşadığımız zaman bəzilərimiz MTRŞ-nin qərarından titrəməyə başladıq. "Day.az" saytındakı "Prestupleniye ili oşibka, ili çto stoit za "krestovım poxodom" protiv russkoqo yazıka v Azerbaydjane?" başlıqlı məqalə də məhz o zaman - yanvarın 8-də peyda oldu. Məqalənin hədələyici tonu, dövlət siyasətinə rişxənd, hakimiyyətin kursunu şantaj edən fikirləri, yəqin ki, qarlı-şaxtalı qış günündə çoxlarının diqqətindən yayınmadı. Mən bilmirəm mətbuatımızda bu yazıya reaksiya verən oldumu? Hər halda mən rast gəlmədim.

Amma etiraf edirəm ki, yanvarın 10-da "525"də işıq üzü görən "Rusdilli qəzet və saytlar bağlanmalıdır" adlı başyazı məhz Əkbər Həsənovun sərsəm fikirlərinə reaksiya idi.

Davamı...
Yanvar 22, 2008 23:51

  Jalə. "İon Luka Karacalenin komediyaları"

Vəfatından illər keçməsinə baxmayaraq, İon Luka Karacale (1852-1912) bu gün də təkcə rumınların deyil, bütün dünya ədəbiyyatsevərlərinin sevimli yazıçılarındandır. Hələ ötən əsrin 50-ci illərində dünya teatrları ilk dəfə Karacalenin pyesləri ilə tanış olduqda onu «dünyanın tanınmamış dramaturqlarından ən böyüyü» adlandırmışdılar.

karacale

Davamı...
Yanvar 22, 2008 23:43

  Jalə. "Rumın ədəbiyyatı Azərbaycan dilində"

E-mənbə: http://jale.azeriblog.com/2007/12/27/rumin-edebiyyati-azerbaycan-dilinde 

Öncədən qeyd edək ki, rumın ədəbiyyatının Azərbaycan dilindəki nümunələrini araşdırarkən çox az sayda materialla tanış ola bildik. Böyük ədəbi irsə malik rumın ədəbiyyatının doğma dilimizə az tərcümə olunmasından yalnız təəssüf hissi keçirə bilərik. Eyni sözləri zəngin Azərbaycan ədəbiyyatının rumın dilinə tərcümə edilməsi haqqında da söyləmək mümkündür.


Azərbaycan oxucusu yalnız XX əsrin 50-ci illərindən başlayaraq rumın ədəbiyyatı ilə mütəmadi şəkildə tanış olmağa başlayıb. Bu sırada həm ədəbiyyat nəhənglərinə, həm də ədəbiyyatda o qədər də önəmli yer tutmayan, təsadüfən tərcümə olunmuş şair və yazıçılara rast gəlinir. Əldə etdiyimiz tərcümə nümunələrini nəzərdən keçirək.

Davamı...
Yanvar 22, 2008 13:48

  ERSKİN KOLDUELL. "Bomboş otaq"

Tərcümə edəni: Elçin

Mən onu ilk dəfə toylarından bir il, bir ildən bir az keçmiş gördüm. Dəfn mərasimi sona çatdı, hamı dağılışdı və biz evdə tək qaldıq. Mən bilmirdim ki, ona nə deyim, o isə səhərdən bir kəlmə də olsun, ağzını açmamışdı. O, bir ildən bir az artıq idi ki, Finliyə ərə getmişdi və onun hələ iyirmi yaşı tamam olmamışdı. Bütün vücudunda bir qadın məlahəti olsa da, o, hələ uşaq idi.    O, bütün axşamı pəncərənin qarşısındakı kresloda oturub, gecənin düşməsinə tamaşa edirdi. Gecə düşürdü, amma mən işığı yandırmadım və o, da eləcə diməz-söyləməz oturmuşdu. Alaqaranlıq içində onun, elə bil ki, qara taxtadan yonulmuş hərəkətsiz profili görünürdü. O zaman mən başa düşdüm ki, hətta kədərin də gözəlliyi ola bilər.
   Onun kədəri həqiqətən gözəl idi.
   Finli mənim yeganə qardaşım və dünyada mənə yaxın olan yeganə adam idi.
   O, Finlinin dul qadını idi.

Davamı...


Yazılar cəmi: 89    Sonrakı səhifə »


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com
PageRank