Reklam verin!
Yuma Ailə Jurnalı

Vladimir Nabokov. "Sərnişin" (Hekayə)

1Çevirəni: Rəbiqə Nazimqızı

- Bəli, həyat bizdən istedadlıdır, - yazıçı papirosun karton ucunu potsiqarın qapağına çırparaq ah çəkdi. - Bəzən o elə mövzular uydurur ki… Biz heç ona çata bilərik? Onun əsərlərini tərcümə etmək, sözlə çatdırmaq mümkün deyil.
- Bütün hüquqlar müəllifin əlindədir,- tənqidçi – yaxındangörmədən əziyyət çəkən, nazik, çevik barmaqlara sahib ciddi adam gülümsəyərək pıçıldadı.
- Bizə yalnız kələk gəlmək qalır,- yazıçı dalğın halda kibriti tənqidçinin boş qədəhinə ataraq, sözlərinə davam etdi. - Filmin rejissoru məşhur romanla nə edə bilərsə, biz də yalnız həyatın yaratdıqları ilə eyni şeyi edirik. Rejissora lazımdı ki, şənbə axşamı qulluqçular darıxmasınlar, bu səbəbdən də, o, romanı tanınmayacaq dərəcədə dəyişdirir, xırda-xırda doğrayır, tərs üzünə çevirir, minlərlə epizodu atır, özünün


uydurduğu əhvalatları, yeni personajları əsərə daxil edir.  Bütün bunlar maraqlı, hər hansı maneəsiz cərəyan edən, əvvəldə ləyaqətin, sonda əxlaqsızlığın cəzalandığı, öz şərtiliyində belə təbiiliyini tam saxlayan və ən əsası, gözlənilməz, amma həlledici “razvyazka”sı təmin olunmuş filmin alınması üçündü.  Bax biz də, hansısa şərti harmoniyaya, bədii yığcamlığa can atmaqla, həyatın mövzularını məhz bu cür istədiyimiz kimi dəyişirik. Duzsuz plagiatımıza öz uydurmamızla dad veririk. Bizə elə gəlir ki, həyat səliqəsiz, yayğın və qeyri-bərabər yaradır, onun dühası həddən artıq pintidir, öz oxucularımızın xeyrinə onun geniş romanlarından səliqəli hekayəciklərimizi - ad  usum  delphini - biçirik. İcazə verin, bu münasibətlə sizə aşağıdakı hadisəni danışım.  Mən ekspressdə, yatacaq yeri olan vaqonda  gedirdim. Yeni yolçuluqları, asma yataqdakı soyuq ağları,  qatar hərəkətə gələrkən qara şüşənin arxasından astaca keçən stansiya fanarlarını çox sevirəm. Mənə xoş idi, xatırlayıram ki, yuxarıda - başımım üstündəki asma yataqda heç kəs yox idi. Soyunub arxasıüstə uzandım, əllərimi  boynumun ardına qoydum -  həqiqətən də, oteldəki pərqu döşəklərin doluluğundan sonra nazik hökumət ədyalının yüngüllüyü ləzzət edirdi. Bəzi şeylər barədə düşünüb - o zaman vaqon xadimələrinin həyatından yazmaq istəyirdim – işığı söndürdüm və tezliklə yuxuya getdim. Buradaca icazə verin, mənim əhvalatıma bənzər hekayələrdə tez-tez rast gəlinən üslubdan istifadə edim. Köhnə, sizə yaxşı tanış olan üslub, bax budur: “Gecəyarısı qəfildən yuxudan oyandım”. Arxasınca yenə də nəsə yeni bir şey gəlir. Mən oyandım və ayaq gördüm.
- Günahkar? – qəddini qabağa əyən və şəhadət barmağını qaldıran ciddi tənqidçi bir daha soruşdu.
- Mən ayaq gördüm,- yazıçı təkrar etdi, - Bölmə ışıqlıydı – qatar hansısa stansiyada dayanmışdı. Ayaq kişiyə məxsus idi, iriydi, baş barmağın göyümtül uzun dırnağının deşdiyi alabəzək corabdaydı. Sifətimin düz yanındakı pilləkəndə möhkəm dayanmışdı, üst yatağın çardağını üzünü qapamışdı və o, öz yerinə çıxmaq üçün elə sonuncu cəhdini edirdi. Mən bu ayağı, boz qara xanalı corabı, dolu baldırlarda, dizdən aşağı, yanlara əyilmiş qıçlardakı çəhrayı dizbağını yandan yaxşıca gözdən keçirməyə imkan tapdım. Yun parçadan uzun dizliyin altından tüklər eybəcər görünürdü. Ümumiyyətlə, ayaq çox iyrənc idi. Mən baxan müddətdə o gərildi, iki dəfə uzun dırnaqlı baş barmağını tərpətdi, nəhayət geri itələnib yuxarı qalxdı.  Orada, yuxarıda inilti, fısıltı – adamın yatmağa hazırlaşdığını düşünməyimə imkan verən bütün səslər eşidildi. Sonra işıq söndü və bir neçə saniyə sonra qatar tərpəndi.
Bilmirəm sizə necə izah edim, bu ayaq mənə ağır təsir bağışladı. Alabəzək, yumşaq, murdar idi. Məni naharat edən o idi ki, bu boyda adamın yalnız bu bədxah ayağını tanıyırdım, bədənini və sifətini isə hələ də görməmişdim. Onun mənim üçün alçaq, qaranlıq tavan yaratmış yatağı indi lap alçaqda görünürdü, sanki mən onun ağırlığını hiss edirdim. Gecə mənə yol yoldaşı olan bu adamın sifətini nə qədər təsəvvür etməyə çalışsam da, yun corabın deşiyindən görünən, göyümtül rəngdə parıldayan nəhəng dırnaq gözümün önündən çəkilmirdi. Ümumiyyətlə, bu cür xırda şeylərin məni narahat edə bilməsi, əlbəttə ki, qəribəydi. Amma başqa bir tərəfdən məgər hər bir yazıçı məhz xırda şeylərə görə narahat olan adam deyilmi? Hər necəydisə, yuxum gəlmirdi. Qulaq verdim, görüm, mənim müəmmalı sərnişinim xoruldamır ki. Mənə elə gəldi ki, o xoruldamır, inildəyir, amma məlum olduğu kimi, gecə təkərlərin taqqıltısı səs hallüsinasiyasını həvəsləndirir. Lakin orada - məndən yuxarıda hansısa qeyri-adi səslərin gəlməsi təəssüratından ayrıla bilmirdim. Yerimdən yüngülcə dikəldim. Səslər aydınlaşmağa başladı. Üst yataqdakı adam hönkürtüylə ağlayırdı.
- Necə dediniz? Hönkürüb ağlayırdı? Belə, belə… Bağışlayın, mən eşitmədim, – tənqidçi onun sözünü kəsdi və yenə əllərini dizlərinin üstünə saldı, başını yana əyərək hekayəçini dinləməyə davam etdi.
- Bəli, o hönkürüb ağlayırdı və onun hönkürtüləri dəhşətliydi. Hönkürtü onu bogurdu, sanki bir litr suyu bir nəfəsə içirmiş kimi nəfəsini bərkdən buraxırdı. Bunun ardınca tez-tez ağzı bağlı halda toyuq qaqqıltısına müdhiş parodiyaya bənzəyən hıçqırma başladı, sonra yenə nəfəsalma və yenə qırıq-qırıq hönkürtülü nəfəsvermə, amma cıxardığı səsə əsasən demək olardı ki, bu dəfə artıq ağzını açıqdı. Və bunların hamısı təkər taqqıltısının sanki hərəkət edən nərdivana çevrilmiş tərpənən fonunda baş verirdi, sanki onun hıçqırtıları da həmin nərdivan vasitəsilə qalxıb enirdi. Mən tərpənmədən uzanmışdım və qulaq asırdım – eyni zamanda hiss edirdim ki, qaranlıqda sifətim səfeh vəziyyət alıb: həmişə yad adam hönkürtüylə ağlayanda özünü narahat hiss edirsən. Üstəlik, biz ikimiz də eyni bölmədə, layeqdcəsinə sürətlə gedən eyni qatarda uzandığımızdan, mən qeyri-ixtiyarı onunla bağlıydım. O sakitləşmək bilmirdi, bu dəhşətli, çətin hıçqırtı məndən əl çəkmirdi: biz, mən - aşağıda dinləyən, o - yuxarıda hönkürən - ikimiz də yanaşı, saatda 80 kilometr sürətlə gecənin uzaqlığına gedirdik və bizim qeyri-iradi əlaqəmizi yalnız dəmiryol qəzası dağıda bilərdi. Sonra o sanki dayandı, – amma mən yatmağa hazırlaşan kimi yenidən onun hönkürtüləri eşidildi və hətta mənə elə gəldi ki, hönkürtülü nəfəsalmalarının ardınca o, içdən, qarnından gələn hansısa sözləri tələffüz edir. O yenə susdu, yalnız fısıldayırdı; mən gözüyumulu uzanmışdım və təsəvvürümdə onun zolaqlı corabdakı iyrənc ayağını canlandırırdım. Axır ki, yuxuya getdim. Saat 6-nın yarısında  bələdçi qapını bərk döyüb məni oyatdı və yataqda oturarkən ani olaraq başım yuxarı yatağın küncünə dəydi, tələsə-tətləsə geyinməyə başladım. Çemodanlarımla dəhlizə çıxmazdan öncə, yuxarı yatağa boylandım, amma o, başını örtərək, kürəyi mən tərəfə uzanmışdı. Dəhliz işıqlı idi, günəş yenicə çıxmışdı, qatarın göy, təmiz kölgəsi otların, kolların üstüylə qaçırdı, əyilərək yamacların üstüylə uçur, arabir görünən tozağacıların gövdəsində dalğalanırdı və çölün ortasında uzanmış nohur gözqamaşdırıcı şəkildə bərq vurur, yavaş-yavaş daralır, gümüşü yarığa cevrilir və möhkəm gurultuyla evciyi, şlaqbaumu keçir, quyruğuyla yolu qamçılayır və uzaqdan yenə adamın başını gicəlləndirən ləkəli çəpərlər, günəşdən ləkə-ləkə olan toz ağacları  görünürdü.
Məndən başqa dəhlizdə tələsik bəzənən iki yuxulu qadın və zamşa əlcək geyinmiş, başına yol kartuzu qoymuş qoca da vardı. Erkən oyanmaqdan zəhləm gedir – dan yerinin valehedici səfəqi dünyasında mənə şirin səhər yuxusunun yerini verə bilməz. Bu səbəbdən də, qoca mənə müraciət edəndə qaşqabaqlı tərzdə başımı yırğaladım: “Siz də … –ya çıxırsınız?”. O, bizim təxminən 10-15 dəqiqə sonra çatacağımız böyük şəhərin adını çəkdi.
Qəfildən tozağacları yox oldular, təpədən sanki tələsərək qatarın altına düşəcək yarımdüjün evcik töküldü, sonra parlaq çüçələriylə tünd qırmızı nəhəng fabrik addımladı, beşqat bərkidilmiş elanlardan kiminsə şokoladı bizi səslədi, yenə fabrik korpusu, şüşələr, borular, bir sözlə, böyük şəhərə yaxınlaşanda baş verməli olanların hamısı baş verirdi. Budur, bizim təəccübümüzə rəğmən, qatar təlaşla sürətini azaltdı və səhralıq yazrımstansiyada – elə bir yerdə ki, ekspresin burada heç bir işi ola bilməzdi – saxladı. Platformada bir neçə polis nəfərinin dayanması da məni təəccübləndirdi. Şüşənin çərçivəsini endirib, başımı çıxardım. “Pəncərəni örtün” – onlardan biri nəzakətlə dedi. Dəhlizdəki adamlar həyəcanlandılar. Konduktor keçirdi, mən nə baş verdiyini soruşdum. O, “Qatarda cinayətkar var” deyə cavab verdi və elə atüstü izah etdi ki, gecə keçib getdiyimiz şəhərdə qətl hadisəsi baş verib - ər arvadını və onun məşuqunu güllələyib. Qadınlar ah çəkdilər, qoca başını yellədi. İki nəfər polisin əhatəsində qırmızıyana, girdə, bukmekerə oxşayan xəfiyyə dəhlizə daxil oldu. Məndən kupeyə dönməyimi xahiş etdilər. Polislər dəhlizdə dayanmağa davam etdilər, xəfiyyə isə, bölmələri gəzməyə başladı. Mən ona pasportumu göstərdim. O, bozarmış gözləriylə üz-gözümü süzdü və sənədlərimi qaytardı. Biz darısqal kupedə dayanmışdıq, üst yataqda başını ötmüş naməlum şəxs hərəkətsiz uzanmışdı. Xəfiyyə mənə “siz çıxa bilərsiz” dedi və əlini yuxarı - yatağa tərəf uzatdı: “Sənədlərinizi, zəhmət olmasa…”. Odeyala bürünmüş şəxs xoruldayırdı. Açıq qapının arxasında dayandığımdan, bu xorultunu eşidirdim və mənə elə gəlirdi ki, hələ də gecə hıçqırıqlarının səsi vıyıldayır. “Xahiş edirəm, oyanın” – xəfiyyə ucadan dedi və hansısa peşəkar jestlə boz odeyalın kənarını yatan adamın boğazından dartıb çəkdi. Adam tərpəndi, amma xoruldamağını kəsmədi. Xəfiyyə onun çiynindən tutub silkələdi. Mən nəsə özümü birtəhər hiss etdim, üzümü çevirib dəhlizdəki pəncərədən baxmağa başladım. Amma heç nə görmürdüm, bütün varlığımla kupedə baş verənləri dinləyirdim. Və təsəvvür edin ki, mən demək olar, fövqəladə bir şey eşitmədim.
Üst yataqdakı adam yuxulu-yuxulu donquldandı, xəfiyyə aydın şəkildə sənədləri tələb etdi, yenə aydın şəkildə təşəkkür etdi, kupedən çıxıb, növbətisinə daxil oldu. Vəssəlam. Əlbəttə, yazıçı nöqteyi-nəzərindən elə gəlirdi ki, xoşagəlməz ayaqların sahibi -  hönkürən sərnişin qatil olsaydı, daha əla olardı, onun gecə axıtdığı göz yaşlarını necə gözəl izah etmək olardı və ən əsası, bütün bunlar mənim gecə səyahətimin, qısa hekayəmin çərçivəsinə necə də yaxşı yerləşərdi. Amma görünür, bu əhvalatda da müəllifin -  həyatın niyyəti, həmişə olduğu kimi, yüzqat əzəmətlidir.
Yazıçı çoxdan sönmüş, nəhayət çeynənib yaşlanmış papirosu sovuraraq, dərindən nəfəs alıb, susdu.
Tənqidçi təmiz gözləriylə ona baxdı.
- Etiraf edin, – yazıçı yenə sözə başladı. – Mən yarımstansiyadakı polislər barədə qeyd edən andan siz əmindiniz ki, mənim hönkürən sərnişinim canidir?
- Mən sizin tərzinizə bələdəm, – tənqidçi barmaqlarının ucuyla həmsöhbətinin ciyinlərinə toxunub, özünəməxsus jestlə tez də əllərini çəkərək dedi… Əgər detektiv hekayə yazsaydiz, siz heç də qəhrəmanlardan heç birinin şübhələnmədiyi şəxsi axtarışda olan cani etməzdiniz, əksinə, başdan bəri hamının şübhələndiyi adamı seçməklə kiçik mücrünün asan açılmadığına adət etmiş təcrübəli oxucunu çaşdırardınız. Mən bilirəm ki, siz qəfillik təəssüratını ən təbii aydınlaşmayla verməyi sevirsiz. Amma buna çox da aludə olmayın. Həyatda təsadüflər çox olur, amma istisnalar da az deyil. Sözə təsadüfilikdən müstəsnalıq yaratmaq, qeyri-adini təsadüfi etməmək haqqı verilib. Əgər öz sərnişininizi caniyə çevirsəydiniz, məlum hadisədən, məlum təsadüflərdən siz tamamilə bitkin hekayə düzəldə bilərdiniz.
Yazıçı yenə dərindən nəfəs aldı:
- Bəli-bəli, bu barədə düşünmüşəm. Mən bir neçə detal əlavə edərdim. Qatilin oz arvadını ehtirasla sevdiyinə işarə edərdim. Uydurmağa o qədər şey var ki… amma bədbəxtlik burasındadır ki, məlum deyil, bəlkə də, həyat tamam başqa, daha incə, daha dərin nəyisə nəzərdə tuturmuş. Bədbəxtlik burasındadır ki, mən sərnişinin nə üçün hönkürdüyünü bilmədim, heç vaxt da bilməyəcəm…
- Mən sözün tərəfini tuturam, – tənqidçi mülayim təzrdə dedi. – Siz yazıçısız, ən pis halda, parlaq həll yarada bilərdiz. Bəlkə də, sizin qəhrəman ona görə ağlayırdi ki, pul kisəsini vağzalda itirmişdi. Mənim bir tanışım vardı, qeyri-adi dərəcədə hərbi görkəmi olan yetkin kişiydi, dişləri ağrıyanda hündürdən ağlayırdı… Yox-yox, çox sağ olun. Mənə daha tökməyin. Bəsdir, mənim tam bəsimdir.

E-mənbə: http://kultaz.com/2008/08/17/vladimir-nabokov-sernisin-hekaye/

Baxış sayı: 73
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


artyazar

Tezliklə burda görüşəcəyik:

www.Kitabxana.Net

Rəsmi tərəfdaşlarımız:

Azərbaycan Yazıçılar Birliyi
(sədri Anar)

www.azyb.net

Solita.NET
"Hosting & Internet service Company"
Baku, AZ1118 Azerbaijan
Tel:(+994) 50 522 22 08
E-mail:billing@solita.net

DİQQƏT!

Sayğılı Virtual Kitabxanamızın istifadəçiləri, Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən daxili imkanlar hesabına gerçəkləşdirilən "ELEKTRON TURAN" - VİRTUAL AZƏRBAYCAN Milli-Kulturoloji layihəsinin bir hissəsi olan və 400 000 nəfərin e-istifadə etdiyi, İnternetdə anadilli resursların arasında xüsusi seçilən bu Elektron Kitabxananın inkişaf etdirilməsinə ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, bu e-kitabxananı Azərbaycan dövlətinə ərməğan etmək təklifini irəli sürürük: birgə şərtlə, layihənin fəlsəfəsinə xələl gətirilməməlidir.
Başqa qurumlar, dövlət və QHT-lər, eləcə də xeyriyyəçilər, bir sözlə istənilən şəxs bizə dayaq durmaq istəyindədirsə, əlaqə telefonlarımızı, bank rekvizitlərimizi veririk:
Yeni Yazarlar və Sənətçilər Qurumunun “Texnikabank” ASC-ndəki hesab nömrəsi:
38030066470001
VÖEN: 1700430481
“Texnikabank” ASC Kodu: 506872
VÖEN: 9900000681
Müxbir Hesab: 0137010031944
S.W.I.F.T.BIK: TECİAZ22

Tel.: (+99412) 418 93 58; 438 03 17;
(0-50) 213 40 43; (070) 317 80 01

e-mail: artyazar@yahoo.com

Portalımızın başqa saytları:

www.yysq.azeriblog.com
www.xariciedebiyyat.azeriblog.com
www.artyazar.azeriblog.com
www.azeriedebiyyati.azeriblog.com

YYSQ-nin "ELEKTRON TURAN" - Virtual Azərbaycan Milli-Kulturoloji layihəsi əsasında Virtual Milli Elektron Kitabxana (e-Axtarış Sistemli) 1300-ə yaxın özəl İnternet səhifəsi olan saytın istifadəçisi 1-5 saniyə ərzində müxtəlif kitabların elektron variantını əldə edə bilər. Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə olan elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitablardan istifadə etmək mümkündür. Saytda, eləcə də dünya ədəbiyyatının ana dilimizə çevrilmiş müxtəlif tərcümələri də yer alıb: istifadə etmək pulsuzdur.
Hiper Virtual Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir...

Redaksiya-Ekspert Şurası:

ANAR,
Azərbaycan Yazıçılar Birliyi sədri

Nizami Cəfərov,
Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, akademik

Orxan Pamuk,
Türkiyə Cümhuriyyəti, Beynəlxalq Nobel mükafatı laureatı

Oljas Süleymenov,
Qazaxıstanın xalq şairi

Hamlet İsaxanlı,
Xəzər Universitəsinin rektoru

Bəhruz Axundov,
"Təhsil" Nəşriyyatı-Poliqrafiya Birliyinin direktoru

Çingiz Abdullayev,
MDB Yazıçılar Konfederasiyasının İH üzvü

Çingiz Əlioğlu,
AR Mədəniyyət və Turizm Nazirliyi

Rizvan Əbilov,
Rusiya Federasiyası nümayəndəliyi

Şəmsəddin Küzəçi,
Türkiyə və İraq-Türkman nümayəndəliyi

Aydın Xan (Əbilov),
YYSQ sədri, Layihənin baş əlaqələndiricisi

Səlim Babullaoğlu,
"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru,

Səxavət Sahil,
"Gənc Azərbaycan" qəzetinin baş redaktoru, əlaqələndirici

Xüsusi qeydlər:

Bu saytdakı materiallar - mətnlər və e-kitablar müəlliflərin icazəsi olmadan kommersiya məqsədi ilə çoxaldıla, eləcə də başqa formada istifadə oluna bilməz!
Azərbaycan Respublikasının milli qanunvericiliyi və ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdəki bəndlərə uyğun olaraq yazarların müəlliflik hüquqları tanınır, onlara siz də sayğı göstərin...

Данный тексты не может быть использован в коммерческих целях...

Yeni Yazarlar və Sənətçilər Qurumu

Axtarış

Açar sözlər

  azərbaycan  məhəmməd  əmin  rəsulzadə.  "stalinlə  avropa  ixtilal  qumluqdakı  энциклопедия  roman  abe  türk  hüquqları  davası"  kobo  xatirələri"  insan  qadın  məhkəməsi  fəthullah  "milli  зарубежная  cəlaləddin  mircəfər  (i)  литература  mövlanə  məmmədov.  dirilik.  adıgözəl  rumi  xx  bağirov  cənubi  balzak.  культурология  arvadı"  şey  nino”,  hərəkatı  fukuyama.  мишель  vladimir  "bəhaullah  kino  səfəvi  illər  xorxe  м.в.  şərqşünasliq  milli  ədəbiyyatinda  massonluq  "xristian"  mənim  илья.  dayanir?"  erməni  fərid  rəhbərliyinə  terror,  лич.  эпох,  (iii)  yeni  iran  dövləti)  sokrat  idarə  "...həzrət  məhəmmədin  gəncəyi.  uimz.  a.s.puşkin  блинов  iv  adı  əfsanələr  gülən.  de  rumi.  əladı  liderlərinin  mədəniyyətin  текст)  con  sənəti  turxan  mir  yaddaşı  философия  "ermənistanı  rəsmi  azərbaycanda  neolibirelaizm  gizlinləri"  olanda  постмодернизм"  iddianin  ədəbiyyatı  yaponiya  min-bir  sirus  afrikasayaği  э.  "мифологии"  (iv)  delerm  problemi  tarixi  (полный  vahe  babın  ömür  isfahandaki  "1905-1906-cı  borxes.  в.а.,  elmi  cümhuriyyəti»:  gülən  hiss  dəri  "постструктурализм.  «məsnəvi».  “əli  milli-demokratik  üstünlüyu  фуко,  возрождения  ebenezer  ale-əhməd.  möhsün  brut  avetyan:  tahirzadə:  drami  ölkənin  peter  постмодернизма  marşallek.  baba  sirri"  ssri  aparteid  барт.  xatirələri  filip  folkner  ziyalisi  türkiyə  «слова  литературно-библиографическая  "geoloqlar"  zühuru..."  sultan  mövqeyi  luis  ладов  kazimbəy  dövlətimizin  dramaturgiya  kоllektiv  еtmək"  onore  деконструктивизм.  "amerikansayaği  ermənişünaslığı  mədədi.  demokratiya  коммуникация.  древних  era"  xalqlari  cəlal  nəvvab  mark  cinayətkarlar  «azərbaycan  h.ibsen  samuel  turrini.  а.к.,    qərb  kamal:  ələkbərli.  "zamanı  faşizm  век  ролан  "zahidin  hər  viliam  güney  frensis  вещи»  века  sorokin.  zərəndi.  səhifələr  sarayinda  erməni-müsəlman  şekspir  лебедев  mirzə  ilk  mühacirət  şüur  "ermənistan:  üzlük  ильин  arxasinda  "şərqin  məktubu  islam  культура  средневековья  (ii)  esslemont.  postmodernizm  dili  (osmanli  yuni  edir"  ədalət  kitabından  terrorçu  vaxtım  аналитическая  ralf  şərq  masonluq  dilinin 

Sayqaç

İndi blogda: 44
Keçən ayın hiti: 51586
Dünənki hit: 1311
Bugünki hit: 199
Ümumi hit: 414099

AddThis Feed Button
Add to Technorati Favorites