Reklam verin!

Dino Buttsati. "Dostlar" (İtaliya)

Dino Buttsati (1906-1972) yaradıcılığının ilk dövründə İtaliyanın ən mötəbər qəzetlərindən biri olan "Korriere della Sera"nın müxbiri kimi tanınırdı. Onun yüksək jurnalist peşəkarlığı ölkənin ictimai-siyasi dairələrində danılmaz bir nailiyyət kimi qəbul edilsə də, son zamanlar adının ən görkəmli italyan yazıçıları ilə bir sırada çəkilməsi, artıq, XX əsr İtaliya ədəbiyyatının yeni uğuru sayılmalıdır.
D.Buttsati yaradıcılığını XX əsrin əvvəlləri məşhur Avtsriya ədibi Kafkanın "səthi əksi" kimi qələmə verən bir sıra tənqidçilərin əsassız təqiblərinə baxmayaraq, onun ədəbi irsi bu gün də tam ləyaqəti ilə yaşayır və öz yüksək qiymətini təsdiqləməkdə davam edir.


 Əslində, D.Buttsati məşhur avtsriyalının ona olan təsirini heç vaxt danmamış və bunu dəfələrlə qeyd etməklə yanaşı, onun barəsində özünün sadə olduğu qədər də orijinal etirafını bildirmişdir — "Yazmağa başladığım ilk gündən Kafka mənim xaçım olmuşdur…".
"Tatar səhrası" adlı dünya şöhrətli romanın, bir çox hallarda kiçik janrın klassik nümunəsi sayıla biləcək məşhur hekayələrin müəllifi, mahir alpinist və dəniz səyyahı, tanınmış şair və gözəl rəssam olan D.Buttsati italyan nəsrinin ən orijinal və ziddiyyətli şəxsiyyətlərindən biri kimi qiymətləndirilmişdir. Onun roman və hekayələri həqiqətən də son dərəcə özünəməxsus və qeyri-adidir. Realist təsvirlərlə yanaşı, insan psixikasının ən dərin qatlarından gələn, həyatla ölüm arasındakı şüuraltı, mistik dünyalarla bağlı bu əsərlər zaman anlayışına sığışmayan absurd vəziyyətləri və təzahürləri əks etdirir. Yazıçının bir çox qəhrəmanları da qapalı mühitdə məskunlaşmış, öz ideyalarının əsiri olan, real həyat qanunlarına uyğunlaşmağı bacarmayan insanlardır…
Nəhayət, D.Buttsatinin özü haqqında söylədiyi sadə həqiqətlər onun şəxsiyyəti ətrafında dolaşan bu ifrat orijinallıq və qeyri-adilik müəmmaları ilə müqayisədə son dərəcə şəffaf təəssüratlar oyadır: "Yazıçının ən yüksək sənətkarlığı bəhs etdiklərindən mümkün qədər sadə tərzdə söhbət açmaq bacarığındadır"… "Məsələ ondadır ki, mən təbiətim etibarilə anadangəlmə bədbinəm, ancaq elə düşünmək gərək deyil ki, məndəki bu bədbinlik kədərli həyat təcrübələri nəticəsində yaranmışdır. Qeyd etməliyəm ki, ümumilikdə - həm ailəmdə, həm yaradıcılığımda, həm işimdə, həm də sağlamlığımda son dərəcə xoşbəxt bir insanam. Şikayət edə bilmərəm".
D.Buttsati yaradıcılığı üçün xüsusilə səciyyəvi olan "Dostlar" hekayəsini "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirik.

Tərcüməçi

 Dino Buttsati. "Dostlar"

Skripka ustası Amedeo Torti arvadı ilə birlikdə qəhvə içirdilər. Uşaqları artıq yatırtmışdılar. Hər ikisi də, çox vaxt olduğu kimi, sakitcə oturub danışmırdalar. Birdən-birə arvad dedi: "İstəyirsən sənə bir söz deyim?.. Bu gün səhərdən ürəyimə qəribə bir şey damıb… Elə bil bu axşam Appaşer bizə baş çəkməlidir".
"Belə şeyləri heç zarafatla da dilə gətirmirlər!" — deyə əri acıqlı tərzdə cavab verdi.
İş onda idi ki, onun köhnə ürək dostu skripkaçı Toni Appaşer artıq iyirmi gün idi ki, vəfat etmişdi.
"Bilirəm… bilirəm ki, dəhşətdir" — deyə arvad söylədi, —"ancaq, bu nə fikirdisə, mən ondan heç cür azad ola bilmirəm"
"Eh, əgər mümkün olsaydı..." — deyə Torti qeyri-müəyyən bir təəssüflə deyindi, ancaq təfsilatına varmaq istəməyərək, yalnız başını buladı.
Onlar yenə susdular. Saat ona on beş dəqiqə qalırdı. Birdən, qapının zəngi çalındı. Uzun, inadlı bir zəng idi. Hər ikisi qəflətən diksindilər.
"Yenə axşam-axşam kim ola?" — deyə arvad dilləndi.
Dəhlizdə qulluqçu İnesin ayaqlarının şappıltısı, qapının necə açıldığı və boğuq danışıq səsləri eşidildi. Rəngi ağappaq ağarmış qız yemək otağına boylandı.
"İnes, kimdir orada?" — deyə xanım soruşdu.
Qulluqçu qız ağasına tərəf baxıb, dili topuq vura-vura dedi: "Sinyor Torti, bir dəqiqəlik çıxaydız… orada... Əgər bilsəydiz!.."
"Axı kimdir orada, kim?" — deyə xanım gələnin kim olduğunu artıq çox gözəl anlasa da, hirsli-hirsli soruşdu.
İnes sanki son dərəcə məxfi xəbər çatdırırmış kimi onlara tərəf əyilib, birnəfəsə pıçıldadı: "Orada... orada... Sinyor Torti, siz özünüz gəlin... Maestro Appaşer qayıdıb!"
"Lənət şeytana"— deyə Torti bütün bu müəmmalardan əsəbiləşərək söyləndi, sonra da arvadına tərəf çevrilib dedi: "Mən özüm baxaram... sən burada qal".
O, qaranlıq koridora çıxdı, oradakı dolablardan birinə ilişdikdən sonra dəhlizə açılan qapının dəstəyini var gücü ilə özünə tərəf çəkdi.
Dəhlizdə, həmişəki kimi özünün bir az sıxıntılı görkəmində Appaşer dayanmışdı. Ancaq o, nədənsə eynilə əvvəlki Appaşerə bənzəmirdi, cizgilərindəki dağınıq görüntülərdən o, indi sanki bir qədər daha az maddi nəzərə çarpırdı. Bu xülya idimi? Deyəsən, hələ yox. Deyəsən, hələ o, bizim materiya adlandırdığımız varlıqdan tam azad olmamışdı. Yox, bu xülya idi, ancaq maddiliyinin qalıqlarını özündə saxlamış bir xülya idi. O, adəti üzrə boz kostyum geymiş, mavi zolaqlı köynəyinin üstündən qırmızı-göy rəngli qalstuk bağlamışdı, ikiəlli yapışdığı biçimsiz fetr şlyapasını əsəbi halda elə hey əzib, bürüşdürürdü (sözsüz ki, xəyali kostyum, xəyali qalstuk və sair və ilaxır).
Torti hissiyyata qapılan adamlardan deyildi. Qətiyyən. Ancaq hətta o da nəfəs çəkə bilmədən, yerindəcə quruyub qaldı. Zarafat gəlməsin, iyirmi gün əvvəl öz əlləri ilə son mənzilinə yola saldığı neçə illərin ən əziz dostu indi onun evində, düz qarşısında dayanmışdı!
"Amedeo!"— deyə zavallı Appaşer sanki yaranmış gərginliyi bir qədər zəiflətməkdən ötrü gülümsəyərək dilləndi.
"Bu sənsən? Sən — burada?" — deyə Torti az qala tənə ilə ucadan soruşdu, çünki keçirdiyi ziddiyyətli və anlaşılmaz duyğular indi bir anın içində, kim bilir nədənsə onda yalnız çılğın qəzəb hissi oyatmışdı. Məgər itirdiyi dostunu yenidən görmək imkanı ona intəhasiz bir təsəlli gətirməməliydimi? Məgər belə bir görüşdən ötrü Torti bütün milyonlarından məmnuniyyətlə keçməzdimi? Əlbəttə, o bunu düşünmədən edərdi. Hər şeyi qurban verərdi. Bəs elə isə indi o, nədən belə bir sevinc hissini duymurdu? Hələ üstəlik, bu etinasız əsəbiləşmə nə demək idi? Deməli belə çıxır ki, bu qədər həyəcandan, bu qədər göz yaşlarından, hadisənin məlum şərtiliklərinə riayət olunması ilə bağlı bir belə narahatçılıqdan sonra indi hər şeyi yenidən başlamaq? Bu ayrılıq günləri ərzində onun dostuna bəslədiyi duyğular ehtiyatı sona qədər tükənmiş, zərrə qədər də qalmamışdı.
"Hə, görürsən də... mənəm"— deyə Appaşer şlyapasının kənarlarını daha da bərkdən əzib, bürüşdürərək söylədi. "Ancaq deyirəm birdən… nə isə… özün ki, yaxşı bilirsən, bizim aramızda nə təşrifat... Əgər narahat edirəmsə…"
"Narahat edirsən? Sən bunu narahat etmək adlandırırsan?" — deyə dəli kimi özündən çıxmış Torti bağırdı. "Allah bilir haradan qayıdıb gəlirsən, özü də bu görkəmdə.... Hələ narahatçılıqdan da dəm vurursan! Sən bundakı cəsarətə bir bax!" Sonra o, tam ümidsizlik içində öz-özünə dedi: "İndi mən başıma nə çarə qılım?"
"Bura bax, Amedeo", — Appaşer dilləndi, — "əsəbiləşib eləmə... Hər şey bir yana, ancaq məndə günah yoxdur... Oranın özündə (o, əli ilə qeyri-müəyyən bir işarə elədi) nəsə anlaşılmazlıq baş verib... Nə isə, mən hələ bir aya yaxın burada qalmalıyam… Bir ay, ya da bir az çox... Sən ki, bilirsən, evimi artıq boşaldıblar, indi orada yeni sakinlər yaşayır..."
"Yəni demək istəyirsən ki, sən mənim evimdə qalacaq, burada yatacaqsan?"
"Yatmaq? Yox, mən daha yatmıram.... Söhbət yatmaqdan getmir... Mənə balaca bir künc də bəs edərdi... Mən sizə mane olmaram, nə yeyirəm, nə içirəm, heç... nə isə, heç tualetə də ehtiyacım yoxdur. Bilirsən, təki gecələr veyil-veyil gəzib-dolaşmayım, xüsusilə də, yağışın altında".
"Necə yəni yağışın altında... sən hələ islana da bilirsən? "
"Yox, təbii ki, islanmıram", — Appaşer yüngülcə irişdi,— "ancaq yenə də, lənətə gəlmiş zəhlətökən şeydir."
"Deməli, sən bütün gecələri burada keçirmək fikrindəsən?"
"Əgər icazə versən…"
"Hə də, əgər icazə versəm!... Heç nə anlaya bilmirəm... Bura bax, sən ağıllı adamsan, mənim köhnə dostumsan... Sənin bütün həyatın demək olar ki, artıq arxadadır... necə olur ki, özün anlaya bilmirsən?.. Hə, axı sənin heç vaxt ailən olmayıb!"
Appaşer pərt halda qapıya doğru geri çəkildi. "Bağışla, mən elə bilirdim... Axı söhbət cəmisi bir aydan gedir..."
"Sən sadəcə, məni anlamaq istəmirsən"— deyə Torti az qala incimiş kimi söylədi. "Mən özüm barədə narahat olmuram… Uşaqlar var! Uşaqlar! Yoxsa, sənə elə gəlir ki, hələ on yaşına çatmamış iki balaca günahsız varlığın səni görə bilməsi heç nədir? Hər şeydən əlavə, indi sən özün dərk etməlisən ki, nə vəziyyətdəsən. Məni bu rəhmsizliyə görə bağışla, ancaq… axı sən... axı sən kabussan ... və orada ki, mənim uşaqlarım var, mən ora kabusları buraxmaram, mənim əzizim..."
"Deməli, heç cür?"
"Deməli, heç cür əzizim, heç bilmirəm daha nə de..." Onun son kəlməsi ağzında qaldı. Appaşer bir göz qırpımında yoxa çıxmışdı. Təkcə pilləkənlərlə tələsik aşağı enən birisinin ayaq səsləri eşidilirdi.
***
Konservatoriyanın direktoru maestro Mario Tamburlani konsertdən çıxıb evinə qayıdanda, — onun mənzili də elə konservatoriyanıın içində idi, — saatların zəngi gecə birin yarısını vururdu. O, evinin qapısına çatar-çatmaz, əlindəki açarı qapıdakı deşiyə salıb, bir dəfə fırlatmışdı ki, arxadan kiminsə pıçıltısını eşitdi: "Maestro, Maestro!" O, birdən geri çevriləndə, qarşısında dayanmış Appaşeri gördü.
Tamburlani mahir diplomat, necə deyərlər savoir faire (bacarıqlı—fransızca), tədbirli, həyatda işlərini ehtiyatla tutmağı bacaran bir adam kimi tanınırdı. Həmin bu məziyyətləri və ya qüsurları, — onu, cüzi xidmətlərinə rəğmən, cəmiyyətdə daha yüksək səviyyəyə qaldıra bilmişdi. O, vəziyyəti bircə göz qırpımında qiymətləndirdi.
"Ah, mənim əzizim" — deyə maestro mehriban və həyəcanlı bir səslə şirin-şirin dilləndi, — o, əllərini skripkaçıya tərəf uzadır, eyni zamanda ona bir metrdən çox yaxınlaşmamağa çalışırdı. "Mənim əzizim, əzizim... sən əgər bilsəydin qəlbimdəki bu boşluq..."
"Necə, necə?"— deyə qulaqdan bir az zəif olan Appaşer, — belə ki, xülyalarda hissiyyat adətən kütləşmiş olur, — təkrar soruşdu. "Sən bir qədər hövsələ et, mən daha əvvəlki tək eşitmirəm..."
"Oh, başa düşürəm, əzizim, başa düşürəm... Ancaq nə etməli, bağıra bilmərəm ki! İçəridə Ada yatıb, bir də ki..."
"Bağışla… əlbəttə... ancaq sən məni bircə dəqiqəlik içəri buraxmazdın? Neçə saatdır ayaq üstəyəm."
"Yox, yox, Allah xatirinə, Blits duyub eləsə, batdıq."
"Necə? Necə dedin?"
"Blitsi deyirəm, mənim qoyun itimi. Sən ki, onu görmüsən... O elə hay-küy qaldırar ki... Gözətçi dərhal oyanar... sonra da, Allah bilir..."
"Deməli heç mümkün deyil ki, mən bir-neçə gün..."
"Nə? Bizdə qalasan? Oh, əzizim Appaşer, əlbəttə, əlbəttə!... Təsəvvür et ki, sənin kimi bir dost üçün ... Ancaq, bağışla, bəs itlə nə edək?"
Bu cür cavabdan Appaşer pərt oldu. O, bu insanın yatmış hissiyyatını oyatmaq istədi: "Bir ay əvvəl orada, qəbiristanlıqda üstümü torpaqla örtməzdən əvvəl nitq söyləyərkən sən ağlayardın, maestro, ağlayırdın... Xatırlayırsanmı? Elə bilirsən mən sənin hıçqırıqlarını eşitmirdim? "
"Oh, mənim əzizim, onu demə, onu demə... mən burada (o, əli ilə ürəyini tutdu) elə bir ağrı gəzdirirəm ki.... Aman Allah, deyəsən Blitsdır! "
Həqiqətən də, qapının arxasından boğuq, təhdidedici bir mırıltı eşidildi.
"Gözlə, əzizim, bircə dəqiqə gözlə, qoy bu dözülməz heyvanı bir qədər sakitləşdirim, sonra ... Bircə dəqiqə əzizim, bircə dəqiqə"
O, ilan kimi cəld içəri sivişərək, qapını arxasınca bağlayıb, siyirməni möhkəm-möhkəm yerinə oturtdu. Aralığa sakitlik çökdü.
Appaşer bir neçə dəqiqə gözlədi. Sonra pıçıltı ilə "Tamburlani, Tamburlani" — deyə dostunu səslədi. O biri tərəfdən hay verən olmadı. Onda Appaşer barmaqlarının ucu ilə qapını astaca tıqqıldatmağa başladı. Cavabı — tam sükut idi.
Gecə tükənmək bilmirdi. Appaşer bəxtini yüngül əxlaqlı, canıyanan bir qız olan, dəfələrlə vaxt keçirdiyi Cannanın yanında sınamaq istədi. Canna mərkəzdən uzaqda, kirayənişinlərlə dolu köhnə binadakı iki balaca otaqda qalırdı. Appaşer ora gəlib çatanda gecə saat üçdən keçmişdi. Bəxtindən, adətən bütün belə qələbəliklərdə olduğu kimi, küçə qapısı bağlı deyildi. O, əziyyətlə altıncı mərtəbəyə qalxa bildi, — gəzib- dolaşmaqdan artıq tamam əldən düşmüşdü.
Qalereyada qatı qaranlıq olsa da, o, giriş qapısını tapmaqda elə bir çətinlik çəkmədi. Qapını astaca döydü. İçəridən həyat əlaməti gələnə qədər qapını hələ bir xeyli döyməli oldu. Nəhayət, qızın yarıyuxulu səsi eşidildi: "Kimdir?... Kimdir yenə gecənin bu vaxtı?"
"Canna, təksən? Aç... mənəm, Toniyəm"
"Gecənin bu vaxtı?"— deyə Canna həvəssiz, ancaq özünəməxsus sakit itaətkarlıqla təkrar etdi. "Gözlə, indi gəlirəm".
İçəridən tənbəl-tənbəl, şappıltılı ayaq səsləri eşidildi, işıq qoşucusu çıqqıldadı, açar buruldu. "Bu nə vaxtın gəlməyidir belə, xeyir ola?" — deyə Canna qapını açıb, onu bağlamağı gələnin ixtiyarına buraxaraq, tələsik yatağına cummaq istəyirdi ki, Appaşerin qeyri-adi görkəmi onu heyrətə gətirdi. Qız çaşqın halda ayaq saxlayıb, onu nəzərdən keçirməyə başladı və yalnız bundan sonra həqiqət yuxu dumanı arxasından onun şüuruna yeridi. "Axı sən... axı sən.... axı sən" O, demək istəyirdi ki, axı sən ölmüsən, indi mən bunu yaxşı xatırlayıram... Ancaq bunları söyləməyə onun cəsarəti çatmadı. O, Appaşer yaxın gələrsə onu geri itələməkdən ötrü əllərini irəli uzadaraq, dal-dala geri çəkildi. "Axı sən ... axı sən" Birdən Canna ucadan çığırdı: "Çıx get... Allah xatirinə, çıx get!" — qız dəhşət içində gözlərini bərəldərək ona yalvarır, Appaşer isə: "Canna, xahiş edirəm... Mən sadəcə, bir az dincəlmək istəyirdim"— deyə dil tökürdü. "Yox, yox, çıx get! Heç ağlına da gətirmə ... Sən məni dəli edəcəksən! Çıx get! Çıx get deyirəm! Yoxsa, bütün binanı yuxudan oyatmaq istəyirsən?"
Belə ki, Appaşer yerindən heç qımıldanmırdı da, qız gözünü ondan çəkmədən əlini arxaya aparıb, oradakı komodu tələsik eşələməyə başladı. Əlinə birinci keçən qayçı oldu.
"Gedirəm, gedirəm" — deyə Appaşer çaşqın halda söylədi, ancaq qız ümidsizlikdən doğan bir cəsarətlə artıq bu gülünc silahı onun sinəsinə dirəmişdi. Qayçının hər iki ağzı heç bir müqavimət görmədən, çox asanlıqla xülyanın bədəninə girdi. "Ah, Toni, bağışla mən bunu etmək istəmirdim" — deyə qız vahimə içərisində çığırdı. "Yox, yox... ay, qıdığım gəlir, yalvarıram, eləmə, qıdığım gəlir!" — deyə Appaşer əsəbi halda ucadan pıqqıldayaraq, birdən-birə, dəli kimi gülməkdən uğunub getdi.
Bayır tərəfdən, həyətdə pəncərələrdən biri zərblə açıldı. Kimsə acıqlı səslə bağırdı: "Bilmək olar orada nə baş verir? Saat dördə qalıb! Biabırçılıqdır, lənət şeytana!"
Ancaq, Appaşer dabanına tüpürüb, yel kimi aradan çıxmışdı.
***
Görəsən, daha kimə müraciət etməli? Bəlkə şəhərin girişindəki San Kalisto kilsəsinin keşişinə? Ölüm yatağında onun son dini ayinlərini icra etmiş köhnə gimnaziya yoldaşı, mehriban don Raymondoya?
"Dəf ol, dəf ol, şeytan əməli!" — deyə möhtərəm keşiş onun yanına gəlmiş skripkaçını bu sözlərlə qarşıladı.
"Bu mənəm, don Raymondo, Appaşerəm, yoxsa tanımadın?... Don Raymondo, icazə ver burada sənin yanında gizlənim. Bir azdan səhər açılacaq. Heç kəs mənə sığınacaq vermir. Dostlar üz döndərib. Bəlkə, heç olmasa sən..."
"Mən bilə bilmirəm sən kimsən" — deyə keşiş kədərli səslə, ibarəli bir tərzdə söylədi. "Bəlkə sən iblissən, yainki duyğularımın mubhəm görüntülərisən, bilmirəm! Yox, əgər sən həqiqətən də Appaşersənsə, onda buyur, — bu mənim yatağım, bu da sən, uzan, dincəl!.."
"Çox sağ ol, çox sağ ol don Raymondo, mən bilirdim, bilirdim ki..."
"Sən heç təşvişə düşmə" — deyə keşiş riyakar mehribanlıqla sözünə davam elədi, — "heç təşvişə düşmə ki, mənim adım artıq çoxdan yepiskopun qara dəftərindədir... Təşvişə düşüb eləmə ki, sənin burada olmağın mənim üçün son dərəcə ağır hallarla nəticələnə bilər... Müxtəsəri, mənim barəmdə narahat olma. Əgər səni ona görə bura göndəriblərsə ki, mənim evimi birdəfəlik yıxasan, onda neynək, — Tanrı özü bilən məsləhətdir!.. Bura bax, sən nə edirsən? Gedirsən, nədir?"
***
Bax, elə buna görədir ki, xülyalar, — əgər nə vaxtsa, hansısa talesiz bir varlıq yer üzündə bir qədər yubanmağa səylə cəhd edirsə də, — bizimlə qalmaq istəməyərək, baxımsız evlərdə, qədim qəsrlərin xarabalıqlarında, meşələrin qoynunda itib-batmış kimsəsiz kilsələrdə, ya da tənha qayalarda gizlənirlər və dəniz dalğaları bu qayaları döyəcləyir, döyəcləyir, onlar da tədricən dağılaraq, məhv olurlar.

İtalyan dilindən tərcümə edəni: Cəmşid CƏMŞİDOV

E-mənbə: http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=1935

Baxış sayı: 74
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


artyazar

Tezliklə burda görüşəcəyik:

www.Kitabxana.Net

Rəsmi tərəfdaşlarımız:

Azərbaycan Yazıçılar Birliyi
(sədri Anar)

www.azyb.net

Solita.NET
"Hosting & Internet service Company"
Baku, AZ1118 Azerbaijan
Tel:(+994) 50 522 22 08
E-mail:billing@solita.net

DİQQƏT!

Sayğılı Virtual Kitabxanamızın istifadəçiləri, Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən daxili imkanlar hesabına gerçəkləşdirilən "ELEKTRON TURAN" - VİRTUAL AZƏRBAYCAN Milli-Kulturoloji layihəsinin bir hissəsi olan və 400 000 nəfərin e-istifadə etdiyi, İnternetdə anadilli resursların arasında xüsusi seçilən bu Elektron Kitabxananın inkişaf etdirilməsinə ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, bu e-kitabxananı Azərbaycan dövlətinə ərməğan etmək təklifini irəli sürürük: birgə şərtlə, layihənin fəlsəfəsinə xələl gətirilməməlidir.
Başqa qurumlar, dövlət və QHT-lər, eləcə də xeyriyyəçilər, bir sözlə istənilən şəxs bizə dayaq durmaq istəyindədirsə, əlaqə telefonlarımızı, bank rekvizitlərimizi veririk:
Yeni Yazarlar və Sənətçilər Qurumunun “Texnikabank” ASC-ndəki hesab nömrəsi:
38030066470001
VÖEN: 1700430481
“Texnikabank” ASC Kodu: 506872
VÖEN: 9900000681
Müxbir Hesab: 0137010031944
S.W.I.F.T.BIK: TECİAZ22

Tel.: (+99412) 418 93 58; 438 03 17;
(0-50) 213 40 43; (070) 317 80 01

e-mail: artyazar@yahoo.com

Portalımızın başqa saytları:

www.yysq.azeriblog.com
www.xariciedebiyyat.azeriblog.com
www.artyazar.azeriblog.com
www.azeriedebiyyati.azeriblog.com

YYSQ-nin "ELEKTRON TURAN" - Virtual Azərbaycan Milli-Kulturoloji layihəsi əsasında Virtual Milli Elektron Kitabxana (e-Axtarış Sistemli) 1300-ə yaxın özəl İnternet səhifəsi olan saytın istifadəçisi 1-5 saniyə ərzində müxtəlif kitabların elektron variantını əldə edə bilər. Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə olan elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitablardan istifadə etmək mümkündür. Saytda, eləcə də dünya ədəbiyyatının ana dilimizə çevrilmiş müxtəlif tərcümələri də yer alıb: istifadə etmək pulsuzdur.
Hiper Virtual Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir...

Redaksiya-Ekspert Şurası:

ANAR,
Azərbaycan Yazıçılar Birliyi sədri

Nizami Cəfərov,
Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, akademik

Orxan Pamuk,
Türkiyə Cümhuriyyəti, Beynəlxalq Nobel mükafatı laureatı

Oljas Süleymenov,
Qazaxıstanın xalq şairi

Hamlet İsaxanlı,
Xəzər Universitəsinin rektoru

Bəhruz Axundov,
"Təhsil" Nəşriyyatı-Poliqrafiya Birliyinin direktoru

Çingiz Abdullayev,
MDB Yazıçılar Konfederasiyasının İH üzvü

Çingiz Əlioğlu,
AR Mədəniyyət və Turizm Nazirliyi

Rizvan Əbilov,
Rusiya Federasiyası nümayəndəliyi

Şəmsəddin Küzəçi,
Türkiyə və İraq-Türkman nümayəndəliyi

Aydın Xan (Əbilov),
YYSQ sədri, Layihənin baş əlaqələndiricisi

Səlim Babullaoğlu,
"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru,

Səxavət Sahil,
"Gənc Azərbaycan" qəzetinin baş redaktoru, əlaqələndirici

Xüsusi qeydlər:

Bu saytdakı materiallar - mətnlər və e-kitablar müəlliflərin icazəsi olmadan kommersiya məqsədi ilə çoxaldıla, eləcə də başqa formada istifadə oluna bilməz!
Azərbaycan Respublikasının milli qanunvericiliyi və ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdəki bəndlərə uyğun olaraq yazarların müəlliflik hüquqları tanınır, onlara siz də sayğı göstərin...

Данный тексты не может быть использован в коммерческих целях...

Yeni Yazarlar və Sənətçilər Qurumu

Axtarış

Açar sözlər

  azərbaycan  məhəmməd  əmin  rəsulzadə.  "stalinlə  avropa  ixtilal  qumluqdakı  энциклопедия  roman  abe  türk  hüquqları  davası"  kobo  xatirələri"  insan  qadın  məhkəməsi  fəthullah  "milli  зарубежная  cəlaləddin  mircəfər  (i)  литература  mövlanə  məmmədov.  dirilik.  adıgözəl  rumi  xx  bağirov  cənubi  balzak.  культурология  arvadı"  şey  nino”,  hərəkatı  fukuyama.  мишель  vladimir  "bəhaullah  kino  səfəvi  illər  xorxe  м.в.  şərqşünasliq  milli  ədəbiyyatinda  massonluq  "xristian"  mənim  илья.  dayanir?"  erməni  fərid  rəhbərliyinə  terror,  лич.  эпох,  (iii)  yeni  iran  dövləti)  sokrat  idarə  "...həzrət  məhəmmədin  gəncəyi.  uimz.  a.s.puşkin  блинов  iv  adı  əfsanələr  gülən.  de  rumi.  əladı  liderlərinin  mədəniyyətin  текст)  con  sənəti  turxan  mir  yaddaşı  философия  "ermənistanı  rəsmi  azərbaycanda  neolibirelaizm  gizlinləri"  olanda  постмодернизм"  iddianin  ədəbiyyatı  yaponiya  min-bir  sirus  afrikasayaği  э.  "мифологии"  (iv)  delerm  problemi  tarixi  (полный  vahe  babın  ömür  isfahandaki  "1905-1906-cı  borxes.  в.а.,  elmi  cümhuriyyəti»:  gülən  hiss  dəri  "постструктурализм.  «məsnəvi».  “əli  milli-demokratik  üstünlüyu  фуко,  возрождения  ebenezer  ale-əhməd.  möhsün  brut  avetyan:  tahirzadə:  drami  ölkənin  peter  постмодернизма  marşallek.  baba  sirri"  ssri  aparteid  барт.  xatirələri  filip  folkner  ziyalisi  türkiyə  «слова  литературно-библиографическая  "geoloqlar"  zühuru..."  sultan  mövqeyi  luis  ладов  kazimbəy  dövlətimizin  dramaturgiya  kоllektiv  еtmək"  onore  деконструктивизм.  "amerikansayaği  ermənişünaslığı  mədədi.  demokratiya  коммуникация.  древних  era"  xalqlari  cəlal  nəvvab  mark  cinayətkarlar  «azərbaycan  h.ibsen  samuel  turrini.  а.к.,    qərb  kamal:  ələkbərli.  "zamanı  faşizm  век  ролан  "zahidin  hər  viliam  güney  frensis  вещи»  века  sorokin.  zərəndi.  səhifələr  sarayinda  erməni-müsəlman  şekspir  лебедев  mirzə  ilk  mühacirət  şüur  "ermənistan:  üzlük  ильин  arxasinda  "şərqin  məktubu  islam  культура  средневековья  (ii)  esslemont.  postmodernizm  dili  (osmanli  yuni  edir"  ədalət  kitabından  terrorçu  vaxtım  аналитическая  ralf  şərq  masonluq  dilinin 

Sayqaç

İndi blogda: 9
Keçən ayın hiti: 51586
Dünənki hit: 1844
Bugünki hit: 1138
Ümumi hit: 413727

AddThis Feed Button
Add to Technorati Favorites