Reklam verin!
Yuma Ailə Jurnalı

Orxan Orxanov. "Mən Səni sevirəm, Ulrike!"

   I yazı
   
   
   “Sistemə və susan çoxluğa qarşı” silsiləsi

      “Artıq indidən meyitimi qaçırıb gizlətdiyizi, qapıları vəkillərimin üzünə bağladığınızı görən kimiyəm. Ulrike Meinhof özünü asdı deyəcəksiniz. Qanlı əllərinizlə qapıları üzlərinə bağlayacaq və şəkil çəkməyi, sual verməyi qadağan edəcəksiniz. Qadağandır deyəcəksiniz, meyiti müayinə etmək qadağandır! Sual vermək, düşünmək, fikir bildirmək qadağadır! Qadağandır!.. Bircə içinizdəki qorxunu qadağan edə, aradan qaldıra bilməyəcəksiniz. Hər bir qatilə məxsus o qorxunu öz içinizdə qadağan edə bilməyəcəksiniz!”
   
   Dario Fo “Mən Ulrike bağırıram” tamaşasından



   
   Sistem daim öz düşmənlərinin zəif tərəflərindən məlumat toplamaq üçün bütün gücünü ortaya qoyur, kəşfiyyatçıların praktiki təcrübələrini müxtəlif çaplı sosioloqların, psixoloqların, psixiatr, politoloq və kriminalistlərin nəzəri bilgiləriylə birləşdirərək, xüsusi xidmət orqanlarına hər cür rəsmiyyətdən uzaq, gerçəkçi və dolğun analizləri təqdim edir. Güc strukturlarının zabitləri çox vaxt öz aralarında bu cür dosyeləri “qara kitab” adlandırır və onların hər vəchlə hər hansı bürokrat və ya yuxarıdan göndərilən inspeksiyanın əlinə keçməməsinə xüsusi nəzarət edirlər. Necə də olmasa, həqiqəti ört-basdır etmək üçün rəflər növbətçi sənədlər və formal şəxsi işlərlə ağzına qədər doludur.
   Qayıdaq xüsusi xidmət orqanlarının həmin “qara kitabı”na, yoxsa elə düşünürsüz ki, RAF haqda bu qəbildən olan bilgilər zamanında toplanmamışdı? Tanış olun: Təşkilat üzvlərinin 70%-i orta sinfə, hətta yuxarı təbəqəyə məxsus olanlardır ki, onların da demək olar ki, hər biri yüksək təhsilli ailələrdən çıxmış və özlərinin də ali humanitar təhsilləri var. Genetik kodlar araşdırılanda isə məlum olur ki, Qırmızı Ordu Fraksiyası liderlərinin hamısının damarlarında keçmişin böyük yazarlarının, filosoflarının, alimlərinin, bəstəkarlarının və ya ixtiraçılarının qanları axır.
   Göründüyü kimi, təbiətə qarşı çıxmaq qeyri-mümkündür, məhz genetik savaşı da qaçılmaz edən, insana mütləq tərəf tutduran, bitərəfliyin mümkünsüzlüyünü bəyan edən elə budur. Odur ki, susan çoxluğa qoşulub Sistemin istismarına baş əyməyənlərin yeganə çıxış yolu qalır: Cəmiyyətin yuxulu təbəqəsini ayıltmağa cəhd etmək, bu alınmadıqda isə gerçək həyatla, sinfi düşmənləri və susan çoxluqla aralarında aşılması mümkünsüz barrikadalar quraraq, əldə silah - Sistemə savaş elan etmək.
   Vaçovski qardaşlarının “Matriks” filmini yəqin ki, unutmamısınız. Bilgisayar sistemi gerçəkliyi təqlid edərək milyonlarla insan üçün yeni gerçəkliyə çevrilir, insanların həyat enerjisini sümürərək öz mövcudluğunu davam etdirir.
   Niyə görə çoxları bu filmi fantastika, bir kiberpank nümunəsi, ən yaxşı halda isə antiutopiya, bizi uzaq gələcəkdə gözləyən dumanlı təhlükə kimi qəbul edir, anlaya bilmirəm. Təbii ki, Bodriyarın, Qvattari və Delezin, Lakanın postmodern oyunlarına qoşulub, mətnin (həyat da mətndir, sadəcə miqyası bir az genişdir) sonsuz sayda şərhinin ola biləcəyi fikrini qəbul edirəm, sadəcə gözlərinizi açıb cəmiyyətə boylanmaq kifayətdir ki, Hollywood yaradıcılarına milyonlarla gəlir gətirən bu filmin öz mahiyyətində gizli inqilabi bilgiləri daşıdığına əmin olasınız. Bəli, “The Matrix” filmi - müasir cəmiyyətin diaqnozudur.
   Hər gecə bir milyarddan artıq sakininin ac yatdığı bu günahkar planetdə kulinariya proqramları hesabına günahsız evdar qadınları və qadın ürəkli kişiləri televizyon qarşısına zəncirləmək cinayət deyil, cinayət - hər cür etiraz imkanı əlindən alınmış şəxslərin, bu oğraşlığa müqavimət göstərməsidir!
   Xocalıda, Srebrennitsada, Qəndaharda sadəcə müsəlman olduqları üçün insanların qətlə yetirilmələrinin qarşısını almaq mümkünkən, bütün bu qanlı oyunları seyr etmək cinayət deyil, xeyr, əsla, cinayət - ailəsi qətlə yetirilmiş, anası, bacısı və ya sevgilisi zorlanmış fələstinli gəncin sionizmə qarşıyeganə çıxış yolu kimi terroru seçməsidir. Cinayət -şairlərin, jurnalistlərin, publisistlərin üfunət qoxan zindanlarda vərəmdən də olmasa, yalnızlıqdan tədricən ölümə tərk edildiyi banan və neft respublikalarının əliqanlı diktatorlarıyla Avropa məmurlarının viski içmək və gülümsəyən rəsmlər çəkdirməsi də deyil, cinayət -əzilən və istismar edən xalqların öz müqəddəratlarını təyin etmək arzularıdır.
   Yadınızdadırmı, yağışlı gecədə axtarışda olan Morfeusun haker Neoya uzatdığı iki həb - mavi həbi seçsən bütün olanları bir göz qırpımında unudacaqsan, qırmızı həbi seçəsi olsan - Matriksin nə olduğunu anlamaq imkanı əldə edəcəksən.
   Neo qırmızı həbi seçir...
   
   * * *
   Kimsəsiz uşaqlara alman cəmiyyətinin münasibəti bu gün Azərbaycan da daxil, Şərqin Avropa və Yaxın Şərqin digər ölkələrindən heç nəyiylə fərqlənmirdi: Yetkinlik yaşına çatdınmı, səni istismar müddəti keçmiş məişət əşyası kimi küçəyə tullayırlar və həyatda qalmaq üçün oğlanlar cinayətkar qruplaşmalara qoşulur, qızlar isə fahişəliyi seçir. Rus əsilli Amerika sosioloqu Pitirim Sorokini xatırlayıram, o cinayəti cəmiyyətin şablonlar sistemi əleyhinə atılmış addım hesab edir, cinayətin sosioloji təbiətinin daha qabarıq üzə çıxdığını göstərir. Ona görə istənilən cinayət aktı “olar-olmaz” ziddiyyətini cəmiyyətin dəyərləri əleyhinə cavablandırmaq cəhdidir. Və burdan belə çıxmır ki, cinayət məcəlləsinin qadağan etmədiyi onlarla addımı yazılmamış qanunlar hesabına boğan cəmiyyət bununla sadəcə öz çürük ömrünü uzatmaq, sürünə-sürünə də olsa, mövcudluğunu qoruyub saxlamaq istəyir.
   “Rudi Duçkeni yaralayan güllələr bizim sülh və qeyri-zorakılıq haqda bütün ümidlərimizi alt-üst etdi”, - alman “yeni sollar”ının ideoloqu, alman tələbələrinin sosialist ittifaqının (SDS) lideri 1968-ci ilin aprelində neonasist gənc tərəfindən güllələnərkən Ulrike Meinhof yazır.
   Toplumun faşist sevdalı başıboş gənclərini Duçkeyə qarşı yönəldən Şpringer konserni öz layiqli cəzasını alacaq, bu haqda bir az sonra. Hələliksə, fəaliyyətə humanitar gənclər təşkilatı kimi başlayan RAF`ın qarşısına qoyduğu üç əsas məqsəd barədə. Birincisi, alman cəmiyyətinə hökumətin gizli faşist mahiyyətini göstərmək. Məşhur vəkil Horst Maler bunu “Faşizmi üzə çıxarmaq”, - adlandırırdı.
   
   * * *
   1967-ci ilin 2 iyun günü Şərqdən növbəti cəllad Federal Almaniyaya təşrif buyurmuşdu. Bu dəfə Berlin İran şahını böyük təmtəraqla qəbul etməkdəydi. Opera binasında Motsartın “Sehrli fleyta”sı ifa olunur, şahın “mersedes”iysə solçu gənclər tərəfindən yumurta atəşinə tutulurdu. Fars miflərindəki hər gün yeni bir gəncin beynini yeyərək ömür sürən Zöhhakın vətənində müxalif düşüncə sahiblərinə qarşı nümayiş etdirdiyi qəddarlıqdan, elə düşünməyin ki, solçu alman gəncliyinin xəbəri yox idi. Elə buna görə də, səfehcəsinə inanırdılar ki, şahın gəlişinə etirazlarını bildirsələr, hakimiyyət İran şahını çox da əzizləməz, ona soyuq münasibət göstərib tez də yola salar. Əvəzində... nibelunqlar haqda cild-cild alman əfsanələrinin üstündən hoppanıb həmin gün Berlin Zöhhakın zamanına qayıtdı, özü də sözün hərfi mənasında. Alman polisinin heç bir səbəb olmadan açdığı atəş Benno Onezorqun beynini asfalta dağıtdı.
   Ümumiyyətlə, müxtəlif mədəniyyətlərdə ən ali qonaqlara ehtiram əlaməti olaraq, müxtəlif canlıların kəllələrini diri-diri yarıb beyinlərini çıxarır və dadmaq üçün ilk öncə qonağa ikram etmək ənənəsi var. Vaxtilə Pekində Çe Gevaranı böyük təmtəraqla qəbul edən Mao da qonağını diri meymun kəlləsinə qonaq etməyi unutmamışdı. Mən bu fikirdəyəm ki, həmin gün Sistem Bennonun beynini dağıdıb şahın ayaqları altına səpməklə, sadəcə köhnə bir ayini yenidən canlandırdı, ona isti bir axşamçağı tamam ayrı anlam qatdı.
   * * *
   Gəlib çatdıq, RAFın ikinci məqsədinə. Amerika imperializminə qarşı mübarizədə “üçüncü dünya” ölkələrinə kömək göstərmək naminə, Sistemin diqqətini iri şəhərlərdə gerilla savaşı ilə yayındırmaq, bununla da Vyetnam, Anqola, Nikaraqua, Kamboca inqilabçılarına silahlı mübarizələrində taktiki yardım göstərmək.
   RAFın elitası - ali təhsilli sosioloqlar əla anlayırdılar ki, istehlakçı alman toplumunu sosial inqilaba qaldırmaq mümkün deyil, faşist həbs düşərgələrini yaratmış bir nəsildən anlayış və həmrəylik tələb etmək sarsaqlıqdır. Henrix Böll - Nobel ödüllü alman yazar da romanlarından birində multimilyarder bankirin Nikaraqua inqilabçılarına qoşulan gənc qızının tarixçəsini qələmə almaqla, savaş sonrası Almaniyanın atalar və oğullar qarşıdurmasını incəsənətə gətirir.
   Bir tərəfdə Osventsimi yaratmış, milyonlarla günahsız insanın qanını axıtmış atalar və digər tərəfdə onların qanlı cəmiyyətində yaşamaqdan biryolluq imtina edən oğullar. Mübarizəni qanlı və qarşısıalınmaz edən də budur. İki tərəf arasında heç bir kompromissdən söhbət belə gedə bilməz, geriyə aparılan bütün yollar biryolluq yandırılıb.
   
   * * *
   Vyetnam xalqının inqilabi birləşmələrini məhv etmək üçün Almaniyada xüsusi təyinatlılar hazırlayan komando məktəbi, ABŞ təyyarələri üçün yüksək dağıdıcılıq gücünə malik bombalar hazırlayan zavodlar, Vyetnam bombardmanını idarə edən kompüter idarəetmə sistemləri qurulmuşdu. Və təpədən-dırnağa Sistemə inteqrasiya etmiş, tək dərdi vaxtını öldürmək olan orta təbəqənin “Vyetnama sülh!” çağırışlarına laqeyd münasibəti.
   Bütün bu şərtlərlə tanış olduqdan sonra, RAF`ın üçüncü məqsədi barədə danışmamaq da olardı, zatən istehlaka yenik düşmüş bir toplumu inqilabi vətəndaş müharibəsinə qaldırmaq, irimiqyaslı gerilya savaşı təşkil etmək o dövr üçün də, indinin özündə də xam xəyal, olsa-olsa şirin bir arzudur.
   Faşizmin cinayətlərini və alman cəmiyyətindəki cəzasızlıq mühitini üzə çıxarmaqla, toplumu Sistemə qarşı inqilabi savaşa qaldıracaqlarına inanan RAF aktivistlərinin fikrincə, xalq Almaniya tarixində ikinci faşist hakimiyyətinin qurulmasına imkan verməyəcək və bütün mümkün üsullarla bu təhdidə qarşı savaşacaqlar. Lakin belə olmadı...

E-mənbə: http://almaqezeti.com/?mod=view&id=3269

Baxış sayı: 47
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


artyazar

Tezliklə burda görüşəcəyik:

www.Kitabxana.Net

Rəsmi tərəfdaşlarımız:

Azərbaycan Yazıçılar Birliyi
(sədri Anar)

www.azyb.net

Solita.NET
"Hosting & Internet service Company"
Baku, AZ1118 Azerbaijan
Tel:(+994) 50 522 22 08
E-mail:billing@solita.net

DİQQƏT!

Sayğılı Virtual Kitabxanamızın istifadəçiləri, Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən daxili imkanlar hesabına gerçəkləşdirilən "ELEKTRON TURAN" - VİRTUAL AZƏRBAYCAN Milli-Kulturoloji layihəsinin bir hissəsi olan və 400 000 nəfərin e-istifadə etdiyi, İnternetdə anadilli resursların arasında xüsusi seçilən bu Elektron Kitabxananın inkişaf etdirilməsinə ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, bu e-kitabxananı Azərbaycan dövlətinə ərməğan etmək təklifini irəli sürürük: birgə şərtlə, layihənin fəlsəfəsinə xələl gətirilməməlidir.
Başqa qurumlar, dövlət və QHT-lər, eləcə də xeyriyyəçilər, bir sözlə istənilən şəxs bizə dayaq durmaq istəyindədirsə, əlaqə telefonlarımızı, bank rekvizitlərimizi veririk:
Yeni Yazarlar və Sənətçilər Qurumunun “Texnikabank” ASC-ndəki hesab nömrəsi:
38030066470001
VÖEN: 1700430481
“Texnikabank” ASC Kodu: 506872
VÖEN: 9900000681
Müxbir Hesab: 0137010031944
S.W.I.F.T.BIK: TECİAZ22

Tel.: (+99412) 418 93 58; 438 03 17;
(0-50) 213 40 43; (070) 317 80 01

e-mail: artyazar@yahoo.com

Portalımızın başqa saytları:

www.yysq.azeriblog.com
www.xariciedebiyyat.azeriblog.com
www.artyazar.azeriblog.com
www.azeriedebiyyati.azeriblog.com

YYSQ-nin "ELEKTRON TURAN" - Virtual Azərbaycan Milli-Kulturoloji layihəsi əsasında Virtual Milli Elektron Kitabxana (e-Axtarış Sistemli) 1300-ə yaxın özəl İnternet səhifəsi olan saytın istifadəçisi 1-5 saniyə ərzində müxtəlif kitabların elektron variantını əldə edə bilər. Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə olan elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitablardan istifadə etmək mümkündür. Saytda, eləcə də dünya ədəbiyyatının ana dilimizə çevrilmiş müxtəlif tərcümələri də yer alıb: istifadə etmək pulsuzdur.
Hiper Virtual Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir...

Redaksiya-Ekspert Şurası:

ANAR,
Azərbaycan Yazıçılar Birliyi sədri

Nizami Cəfərov,
Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, akademik

Orxan Pamuk,
Türkiyə Cümhuriyyəti, Beynəlxalq Nobel mükafatı laureatı

Oljas Süleymenov,
Qazaxıstanın xalq şairi

Hamlet İsaxanlı,
Xəzər Universitəsinin rektoru

Bəhruz Axundov,
"Təhsil" Nəşriyyatı-Poliqrafiya Birliyinin direktoru

Çingiz Abdullayev,
MDB Yazıçılar Konfederasiyasının İH üzvü

Çingiz Əlioğlu,
AR Mədəniyyət və Turizm Nazirliyi

Rizvan Əbilov,
Rusiya Federasiyası nümayəndəliyi

Şəmsəddin Küzəçi,
Türkiyə və İraq-Türkman nümayəndəliyi

Aydın Xan (Əbilov),
YYSQ sədri, Layihənin baş əlaqələndiricisi

Səlim Babullaoğlu,
"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru,

Səxavət Sahil,
"Gənc Azərbaycan" qəzetinin baş redaktoru, əlaqələndirici

Xüsusi qeydlər:

Bu saytdakı materiallar - mətnlər və e-kitablar müəlliflərin icazəsi olmadan kommersiya məqsədi ilə çoxaldıla, eləcə də başqa formada istifadə oluna bilməz!
Azərbaycan Respublikasının milli qanunvericiliyi və ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdəki bəndlərə uyğun olaraq yazarların müəlliflik hüquqları tanınır, onlara siz də sayğı göstərin...

Данный тексты не может быть использован в коммерческих целях...

Yeni Yazarlar və Sənətçilər Qurumu

Axtarış

Açar sözlər

  azərbaycan  məhəmməd  əmin  rəsulzadə.  "stalinlə  avropa  ixtilal  qumluqdakı  энциклопедия  roman  abe  türk  hüquqları  davası"  kobo  xatirələri"  insan  qadın  məhkəməsi  fəthullah  "milli  зарубежная  cəlaləddin  mircəfər  (i)  литература  mövlanə  məmmədov.  dirilik.  adıgözəl  rumi  xx  bağirov  cənubi  balzak.  культурология  arvadı"  şey  nino”,  hərəkatı  fukuyama.  мишель  vladimir  "bəhaullah  kino  səfəvi  illər  xorxe  м.в.  şərqşünasliq  milli  ədəbiyyatinda  massonluq  "xristian"  mənim  илья.  dayanir?"  erməni  fərid  rəhbərliyinə  terror,  лич.  эпох,  (iii)  yeni  iran  dövləti)  sokrat  idarə  "...həzrət  məhəmmədin  gəncəyi.  uimz.  a.s.puşkin  блинов  iv  adı  əfsanələr  gülən.  de  rumi.  əladı  liderlərinin  mədəniyyətin  текст)  con  sənəti  turxan  mir  yaddaşı  философия  "ermənistanı  rəsmi  azərbaycanda  neolibirelaizm  gizlinləri"  olanda  постмодернизм"  iddianin  ədəbiyyatı  yaponiya  min-bir  sirus  afrikasayaği  э.  "мифологии"  (iv)  delerm  problemi  tarixi  (полный  vahe  babın  ömür  isfahandaki  "1905-1906-cı  borxes.  в.а.,  elmi  cümhuriyyəti»:  gülən  hiss  dəri  "постструктурализм.  «məsnəvi».  “əli  milli-demokratik  üstünlüyu  фуко,  возрождения  ebenezer  ale-əhməd.  möhsün  brut  avetyan:  tahirzadə:  drami  ölkənin  peter  постмодернизма  marşallek.  baba  sirri"  ssri  aparteid  барт.  xatirələri  filip  folkner  ziyalisi  türkiyə  «слова  литературно-библиографическая  "geoloqlar"  zühuru..."  sultan  mövqeyi  luis  ладов  kazimbəy  dövlətimizin  dramaturgiya  kоllektiv  еtmək"  onore  деконструктивизм.  "amerikansayaği  ermənişünaslığı  mədədi.  demokratiya  коммуникация.  древних  era"  xalqlari  cəlal  nəvvab  mark  cinayətkarlar  «azərbaycan  h.ibsen  samuel  turrini.  а.к.,    qərb  kamal:  ələkbərli.  "zamanı  faşizm  век  ролан  "zahidin  hər  viliam  güney  frensis  вещи»  века  sorokin.  zərəndi.  səhifələr  sarayinda  erməni-müsəlman  şekspir  лебедев  mirzə  ilk  mühacirət  şüur  "ermənistan:  üzlük  ильин  arxasinda  "şərqin  məktubu  islam  культура  средневековья  (ii)  esslemont.  postmodernizm  dili  (osmanli  yuni  edir"  ədalət  kitabından  terrorçu  vaxtım  аналитическая  ralf  şərq  masonluq  dilinin 

Sayqaç

İndi blogda: 6
Keçən ayın hiti: 51586
Dünənki hit: 1311
Bugünki hit: 78
Ümumi hit: 413978

AddThis Feed Button
Add to Technorati Favorites