Reklam verin!

Məmməd İsmayıl: "Biz süni qəhrəmanlar yaratmışıq..."

Biz süni qəhrəmanlar yaratmışıq

   Məmməd İsmayıl:
   "Ziyalını arvadının, qızının, oğlunun problemi yox, xalqın problemi narahat etməlidir. İndi mən soruşuram, Azərbaycanda özünə ziyalı deyənlər arasında varmı beləsi?"
   
   
Xeyli vaxtdır Türkiyədə yaşayan və çalışan görkəmli şair, dönməz ziyalı Məmməd İsmayıl uzun fasilədən sonra Azərbaycanda ilk dəfə olaraq "Alma" qəzetinə danışdı
   
   - Məmməd bəy, ölkəyə gəlişinizin səbəbi nədir -istirahət, yoxsa işgüzar səfər?
   - İşgüzar deyil, amma adına istirahət də demək olmaz. İşlədiyim yerdə ildə iki dəfə


məzuniyyət verirlər və həmin vaxtlar vətənə gəlirəm. Türkiyədə olduğum vaxt ərzində buradakı işlərim, ailə ilə bağlı qayğılar yığılır və ildə iki dəfə bura onları həll eləməyə gəlirəm. Yəqin buna elə istirahət də demək olar. Elə Türkiyədə işlərimi bitirən kimi buradan ötəri burnumun ucu göynəyir.
   - Siz artıq xeyli müddətdir ki, Türkiyədə yaşayır və çalışırsınız. Bura gələndə özünüzü qərib kimi hiss eləmirsiniz ki?
   - Şair hər yerdə qəribdir. Mənim şeirlərimi oxumusunuzsa, yəqin hiss eləmisiniz, mən özümü bu dünyada belə, qərib sayıram. Bilirsiniz, bura gələndə vətənə gəlirsən deyə təyyarədə adamın ürəyi çırpınır. Amma hava limanında yerə enən kimi qayğılar başlayır. Ətrafda hər şey elə bil adamı iynələyir. Bakı bir növ sifətini dəyişib. Özü də təkcə daşı-torpağı, binaları ilə yox.
   - Azərbaycan və Türkiyə cəmiyyətləri arasında hansı fərqləri görürsünüz? Bir ziyalı kimi harda özünüzü daha rahat hiss edirsiniz - burada, yoxsa orada?
   - Bir ölkədə ki, demokratiya olmaya, azad söz olmaya, azad cəmiyyət olmaya, o ölkədə adam özünü necə rahat hiss eləyə bilər? Yəni mənim Azərbaycanda rahat olmağım mümkün deyil. Bura baxmış Türkiyədəki cəmiyyət bir qədər demokratikdir. Odur ki, bir ziyalı kimi orada özümü daha rahat hiss eləyirəm.
   - Türkiyədəki ədəbi çevrələrlə əlaqələriniz hansı səviyyədədir və Türkiyə ədəbi mühiti haqda rəyiniz necədir?
   - Bu, ayrıca bir müsahibənin sualıdır, məncə. Amma qısa cavab verməyə çalışacam. Türkiyə ədəbi cameəsi ilə çox yaxşı əlaqələrim var. Demək olar ki, Türkiyəyə getdiyim gündən yaranıb o əlaqələr. İstanbul, Ankara, Bursa kimi böyük şəhərlərdə yaşamadığımdan, bir az küncdə yaşadığımdan bu əlaqələrə o qədər sıx əlaqələr də demək olmaz. Amma il yarımdan çoxdu ki, Türkiyədəki Avrasiya Yazarlar Birliyinin "Qardaş qələmlər" adlı dərgisinin redaksiya heyətinin üzvüyəm. O dərginin hər sayında şeirlərim, yazılarım, məqalələrim çap olunur. Həmçinin mənim haqqımda yazılar yer alır. Üstəlik, adını çəkdiyim həmin Yazarlar Birliyinin də qurucu heyətinin üzvüyəm. Konfranslarda, simpoziumlarda iştirak edirəm. Daha bir rolum Avrasiya yazarları, xüsusilə də rus və türk yazarlarının arasında münasibətlər yaratmaqdır. Həmçinin "Türk ədəbiyyatı" dərgisi ilə və digər dərgilərlə də əlaqələrim var. Tez-tez mənə Türkiyənin müxtəlif universitetlərində, ali təhsil ocaqlarında keçirilən konfranslara, simpoziumlara təkliflər gəlir. Və çoxunda iştirak edirəm. Türk Dünyası Yazarlar və Sanatçılar Vaqfı mənə "Türk dünyasına hizmət" ödülünü verib. Azərbaycandan ilk dəfə bu ödülü alan mən olmuşam. Məndən sonra həmin ödülü Heydər Əliyevə və başqalarına veriblər. Bundan əlavə, Türkiyə Çanaqqala Universitetinin rektorluğunun və Avrasiya Yazarlar Birliyinin təşəbbüsü ilə təşkil olunan səfərlərə qatılıram. Məsələn, keçən il iki ölkədə olmuşam. Xususilə Hindistana, Himalay dağına olan səfərim çox yadımda qaldı. Hindistan cəmiyyəti dünyanın ən xoşbəxt cəmiyyətidir. Uzaqdan bizə elə gəlir ki, onlar çox kasıblıq çəkir, çirkab içində yaşayırlar. Orada həmin çirkabın içində də bir gözəllik var. Orada mikroblarla insanlar iç-içə yaşadığından mikroblar insanlara təsir eləmir. Amma burda insanların özü mikroblaşıb. O ki qaldı çağdaş türk ədəbi mühitinə münasibətimə, bu soruya ikili cavab vermək olar. Əvvəla onu deyim ki, təzə dil açmış körpə anasının dediyini təkrarladığı kimi, bizimkilər də türk televiziyalarının, türk qəzet-jurnallarının dediklərini təkrarlayırlar. Yəni düşünüb, yeni bir şey tapacaq halımız yox. Orada da daha çox xarici sərmayə hesabına cəmiyyətin ailə yapısını pozmağa hesablanmış sarı dərgilər, sarı qəzetlər yayınlayırlar. Bu gün Türkiyədə cahilliklə övliyalıq iç-içə yaşayır. Yəni bir tərəfdə cahil insanlarla qarşılaşsanız, o biri tərəfdə isə bir övliya ilə də qarşılaşa bilərsiniz. Qısası, orada bir ustad-çıraq konusu var. Şərqin qədimdən gələn ənənəsi ki var, hər adamın bir mürşidi olmalıdır, hər mürşidin də yüzlərlə müridi - bu, Türkiyədə hələ də davam etməkdədir. Amma ən pis yanı gözüqapalı şəkildə Avropanı, ölməkdə olan Qərb şeirini yamsılamaqları, təqlid etməkləridir. Bu təqlidçilik oradakı mühiti çox pis duruma gətirib. Xüsusilə də sərbəst şeir bir nömrəli janr olaraq orada hakimi-mütləqdir. Əli qələm tutan sərbəst şeir yazmağa başlayır. Halbuki o sərbəst şeirin bir misrası da adamı təəccübləndirmir, təsirləndirmir. Bizdə bu proses bir qədər ləng getsə də, Türkiyə Avropaya daha yaxın, daha iç-içə olduğundan orada daha sürətlə getdi. Və bu sürət türk şeirini öldürməkdədir. Bir sözlə, həmin mühitin içində Avropa yanğısı olan kəsimi mən sevmirəm və qəbul eləmirəm.
   - Bəs Azərbaycan ədəbi mühitini izləyə bilirsinizmi və hansı qənaətləriniz var?
   - Açığı, elə də yaxından izləmək imkanım yoxdur. Buna görə də hökm verməyə haqqım çatmır. Əlimə keçən qəzet-jurnallardakı yazılardan çıxış edərək, bunu deyə bilərəm ki, indiki ədəbi mühitdə məsuliyyət demək olar, yox dərəcəsindədir. Kimin ağzına nə gəlir, onu yazır, kimin gözünə nə görünür, onu yazır. Ədəbi tənqid isə demək olar ki, yoxdu. Vəzifə tənqidçiləri var ki, Sovet İttifaqı dövründə Yazıçılar İttifaqının birinci katibi, ikinci katibi, on beşinci katibini, orda-burda işləyən adamları yox yerdən dağ başına qaldırdılar. Gözünüzün önünə gətirin, Əli Kərimlə bağlı nə qədər yazı var, o dönəmdə Yazıçılar Birliyinin katibi olan Əhmədin, Məmmədin haqda nə qədər yazı var? Yəni təlinmiş quzuya oxşayan tənqidçilər var ki, şeirə gəlib, şair ola bilmədilər, nəsrə gəlib, yazıçı ola bilmədilər sonra da tənqiddən yapışdılar. Tənqidnən ədəbiyyatın arasında sürünməyə başladılar. Onların işi ədəbi axara yön vermək deyil. Bir sözlə, Azərbaycan ədəbi mühitində, izlədiyim qədərincə özündən müştəbehlikdən başqa bir şey görürəm. Hətta ən tanınmışlarında da. Özü də nə tanınmaq? Əgər bunlar tanınırsa, Nobeli niyə Orxan Pamuk alır? Biz süni qəhrəmanlar yaratmışıq. Nə qədər ki, millət həqiqi qəhrəmanının kim olduğunu bilmir, həqiqi şairinin kim olduğunu bilmir, o rəzil olmağa məhkumdur. Amma bu, o demək də deyil ki, heç bir işartı yoxdur. İndi həm sərbəst şeir, həm də hecada yazan bir neçə yaxşı şair var. Bəzilərini oxuyuram hətta, özlərinin xəbərləri də olmadan Türkiyədəki ədəbi jurnallarda çap etdirirəm.
   - Adlarını çəkə bilərsiniz?
   - Qulu Ağsəs, Elxan Zal, Murad Köhnəqala, Salam Sarvan, Aqşin…Bir çox başqalarının da adlarını çəkə bilərəm, amma indi yadıma düşənlər bunlardır.
   - Məmməd bəy, uzun illərdir ki, Azərbaycanda ziyalı missiyası dartışılan bir mövzudur. Sizcə, ziyalının missiyası nədir və bizdə bu missiyanın öhdəsindən gələn ziyalı varmı?
   - Ziyalı sözündəki o "ziya" sözünə türklər "aydın" deyirlər. Ziyalı odur ki, birikdirdiyi düşüncəsini, yetənəyini, bacarığını öz xalqının yolunda qurban verir. Bunu mən demirəm, bunu Göte də deyib, Dante də… Ziyalını arvadının, qızının, oğlunun problemi yox, xalqın problemi narahat etməlidir. İndi mən səndən soruşuram, Azərbaycanda özünə ziyalı deyənlər arasında varmı beləsi?
   - Məsələn, Həmid Herisçi…
   - Həmid Herisçiyə mənim hörmətim var. Amma onu paytaxtda, lap elə Güneydə bir az tanısalar da, Azərbaycanın bölgələrində heç kim tanımır. Düzdü, onun maraqlı eksperimentləri var. Nə bilim, bəlkə də son illər elə şeylər eləyib ki, mən kənarda olduğumdan bunlardan xəbər tutmamışam. Amma onu bir kənara qoyaq, axı bu gün ölkədə dağ başına qaldırılmış, televiziyadan, mətbuatdan düşməyən, xalq şair-yazıçısı titulu verilmiş ziyalılar var… Onlarda bu keyfiyyətlər varmı?
   - Siz bir vaxtlar "Gənclik" jurnalının baş redaktoru olmusunuz. Və həmin dövrün yaradıcı gəncliyi üçün o jurnal bir növ tribuna idi. İndisə yaradıcı nəsilə qarşı bir qısqanclıq var. Bir vaxtlar gənclərə hamilik eləmiş adam kimi, bu qısqanclığı necə qarşılayırsınız?
   - Çox pis! Bu nə deməkdir? Qışdan çıxan adamın əlini yazın qarşısına tutub "gəlmə!" deməsi nə qədər absurd və gülməlidirsə, yeni yetişən gəncliyə qısqanc münasibət sərgiləmək, onların qarşısına keçmək də bir o qədər absurd və gülməlidir. Gəncliyə qarşı niyə qısqanc olmaq lazımdır ki? Məsələn, mən niyə qibtə etməməliyəm ki gənc nəsilə? Mən də gənc olmuşam, mənə də qibtə edən yaşlı yazarlar olub. Həmçinin mən də özümdən əvvəlkilərin bəzilərinə yaprıxmış, köhnəlmiş adamlar kimi baxmışam. "Gənclik" jurnalında mənə gələn məktubların hamısını özüm şəxsən oxuyurdum. Niyə? Mənə elə gəlirdi ki, bu məktubları mənə öz gəncliyim yazıb. Onları özümün özümə yazdığım məktublar kimi oxuyurdum. Gənclərin axtarışlarına, onların yenilklərinə qısqanclıqla, aqressiya ilə yanaşmaq lazım deyil. Qoy axtarsınlar, qoy təcrübədən keçirsinlər. Bəyəm altmışıncı, yetmişinci illərdə bu axtarışlar yox idi? Vaqif Səmədoğlunun, Ramiz Rövşənin, İsa İsmayılzadənin şeirlərinin az qala hamısı sərbəst idi. O vaxt hay-küy salmışdılar ki, bunlar təzə şeylər gətirib ədəbiyyata. Amma onların da sonrakı şeirlərinə baxanda görürsən ki, yazdıqları şeirlərin xalqın genetik ruhuna doğma olmadığını başa düşdülər. Sərbəstdən hecaya keçdilər və daha çox sevildilər. Nəsillər davam edəcək, bu, bizim iradəmizdən asılı deyil. Həyatın axarını qısqanmaq olmaz. Bu gənclərin arasından bəlkə Mayakovski çıxacaq, bəlkə Nazim Hikmət çıxacaq? Kim deyə bilər, hökm verə bilər ki, yox çıxmayacaq? Ona görə də gəncləri qısqanmaq əvəzinə, onlara daha geniş qucaq açmaq lazımdır.
   

   Söhbətləşdi: Günel

E-mənbə: http://almaqezeti.com/?mod=view&id=3285

Baxış sayı: 52
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


artyazar

Tezliklə burda görüşəcəyik:

www.Kitabxana.Net

Rəsmi tərəfdaşlarımız:

Azərbaycan Yazıçılar Birliyi
(sədri Anar)

www.azyb.net

Solita.NET
"Hosting & Internet service Company"
Baku, AZ1118 Azerbaijan
Tel:(+994) 50 522 22 08
E-mail:billing@solita.net

DİQQƏT!

Sayğılı Virtual Kitabxanamızın istifadəçiləri, Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən daxili imkanlar hesabına gerçəkləşdirilən "ELEKTRON TURAN" - VİRTUAL AZƏRBAYCAN Milli-Kulturoloji layihəsinin bir hissəsi olan və 400 000 nəfərin e-istifadə etdiyi, İnternetdə anadilli resursların arasında xüsusi seçilən bu Elektron Kitabxananın inkişaf etdirilməsinə ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, bu e-kitabxananı Azərbaycan dövlətinə ərməğan etmək təklifini irəli sürürük: birgə şərtlə, layihənin fəlsəfəsinə xələl gətirilməməlidir.
Başqa qurumlar, dövlət və QHT-lər, eləcə də xeyriyyəçilər, bir sözlə istənilən şəxs bizə dayaq durmaq istəyindədirsə, əlaqə telefonlarımızı, bank rekvizitlərimizi veririk:
Yeni Yazarlar və Sənətçilər Qurumunun “Texnikabank” ASC-ndəki hesab nömrəsi:
38030066470001
VÖEN: 1700430481
“Texnikabank” ASC Kodu: 506872
VÖEN: 9900000681
Müxbir Hesab: 0137010031944
S.W.I.F.T.BIK: TECİAZ22

Tel.: (+99412) 418 93 58; 438 03 17;
(0-50) 213 40 43; (070) 317 80 01

e-mail: artyazar@yahoo.com

Portalımızın başqa saytları:

www.yysq.azeriblog.com
www.xariciedebiyyat.azeriblog.com
www.artyazar.azeriblog.com
www.azeriedebiyyati.azeriblog.com

YYSQ-nin "ELEKTRON TURAN" - Virtual Azərbaycan Milli-Kulturoloji layihəsi əsasında Virtual Milli Elektron Kitabxana (e-Axtarış Sistemli) 1300-ə yaxın özəl İnternet səhifəsi olan saytın istifadəçisi 1-5 saniyə ərzində müxtəlif kitabların elektron variantını əldə edə bilər. Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə olan elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitablardan istifadə etmək mümkündür. Saytda, eləcə də dünya ədəbiyyatının ana dilimizə çevrilmiş müxtəlif tərcümələri də yer alıb: istifadə etmək pulsuzdur.
Hiper Virtual Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir...

Redaksiya-Ekspert Şurası:

ANAR,
Azərbaycan Yazıçılar Birliyi sədri

Nizami Cəfərov,
Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, akademik

Orxan Pamuk,
Türkiyə Cümhuriyyəti, Beynəlxalq Nobel mükafatı laureatı

Oljas Süleymenov,
Qazaxıstanın xalq şairi

Hamlet İsaxanlı,
Xəzər Universitəsinin rektoru

Bəhruz Axundov,
"Təhsil" Nəşriyyatı-Poliqrafiya Birliyinin direktoru

Çingiz Abdullayev,
MDB Yazıçılar Konfederasiyasının İH üzvü

Çingiz Əlioğlu,
AR Mədəniyyət və Turizm Nazirliyi

Rizvan Əbilov,
Rusiya Federasiyası nümayəndəliyi

Şəmsəddin Küzəçi,
Türkiyə və İraq-Türkman nümayəndəliyi

Aydın Xan (Əbilov),
YYSQ sədri, Layihənin baş əlaqələndiricisi

Səlim Babullaoğlu,
"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru,

Səxavət Sahil,
"Gənc Azərbaycan" qəzetinin baş redaktoru, əlaqələndirici

Xüsusi qeydlər:

Bu saytdakı materiallar - mətnlər və e-kitablar müəlliflərin icazəsi olmadan kommersiya məqsədi ilə çoxaldıla, eləcə də başqa formada istifadə oluna bilməz!
Azərbaycan Respublikasının milli qanunvericiliyi və ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdəki bəndlərə uyğun olaraq yazarların müəlliflik hüquqları tanınır, onlara siz də sayğı göstərin...

Данный тексты не может быть использован в коммерческих целях...

Yeni Yazarlar və Sənətçilər Qurumu

Axtarış

Açar sözlər

  azərbaycan  məhəmməd  əmin  rəsulzadə.  "stalinlə  avropa  ixtilal  qumluqdakı  энциклопедия  roman  abe  türk  hüquqları  davası"  kobo  xatirələri"  insan  qadın  məhkəməsi  fəthullah  "milli  зарубежная  cəlaləddin  mircəfər  (i)  литература  mövlanə  məmmədov.  dirilik.  adıgözəl  rumi  xx  bağirov  cənubi  balzak.  культурология  arvadı"  şey  nino”,  hərəkatı  fukuyama.  мишель  vladimir  "bəhaullah  kino  səfəvi  illər  xorxe  м.в.  şərqşünasliq  milli  ədəbiyyatinda  massonluq  "xristian"  mənim  илья.  dayanir?"  erməni  fərid  rəhbərliyinə  terror,  лич.  эпох,  (iii)  yeni  iran  dövləti)  sokrat  idarə  "...həzrət  məhəmmədin  gəncəyi.  uimz.  a.s.puşkin  блинов  iv  adı  əfsanələr  gülən.  de  rumi.  əladı  liderlərinin  mədəniyyətin  текст)  con  sənəti  turxan  mir  yaddaşı  философия  "ermənistanı  rəsmi  azərbaycanda  neolibirelaizm  gizlinləri"  olanda  постмодернизм"  iddianin  ədəbiyyatı  yaponiya  min-bir  sirus  afrikasayaği  э.  "мифологии"  (iv)  delerm  problemi  tarixi  (полный  vahe  babın  ömür  isfahandaki  "1905-1906-cı  borxes.  в.а.,  elmi  cümhuriyyəti»:  gülən  hiss  dəri  "постструктурализм.  «məsnəvi».  “əli  milli-demokratik  üstünlüyu  фуко,  возрождения  ebenezer  ale-əhməd.  möhsün  brut  avetyan:  tahirzadə:  drami  ölkənin  peter  постмодернизма  marşallek.  baba  sirri"  ssri  aparteid  барт.  xatirələri  filip  folkner  ziyalisi  türkiyə  «слова  литературно-библиографическая  "geoloqlar"  zühuru..."  sultan  mövqeyi  luis  ладов  kazimbəy  dövlətimizin  dramaturgiya  kоllektiv  еtmək"  onore  деконструктивизм.  "amerikansayaği  ermənişünaslığı  mədədi.  demokratiya  коммуникация.  древних  era"  xalqlari  cəlal  nəvvab  mark  cinayətkarlar  «azərbaycan  h.ibsen  samuel  turrini.  а.к.,    qərb  kamal:  ələkbərli.  "zamanı  faşizm  век  ролан  "zahidin  hər  viliam  güney  frensis  вещи»  века  sorokin.  zərəndi.  səhifələr  sarayinda  erməni-müsəlman  şekspir  лебедев  mirzə  ilk  mühacirət  şüur  "ermənistan:  üzlük  ильин  arxasinda  "şərqin  məktubu  islam  культура  средневековья  (ii)  esslemont.  postmodernizm  dili  (osmanli  yuni  edir"  ədalət  kitabından  terrorçu  vaxtım  аналитическая  ralf  şərq  masonluq  dilinin 

Sayqaç

İndi blogda: 67
Keçən ayın hiti: 51586
Dünənki hit: 1844
Bugünki hit: 1019
Ümumi hit: 413608

AddThis Feed Button
Add to Technorati Favorites