Reklam verin!
Yuma Ailə Jurnalı

Kino Günü haqqında tənqidi düşüncələr? (FOTOLAR)

Zəif təşkilatçılığı Şamil Nəcəfzadənin gözəl filmi xilas etdi

Azərbaycan Milli Kinosu 110 yaşına da qədəm qoydu. 2 avqust tarixində. Beləcə bu günü də yola verdik. Bəli, məhz «yola verdik». Neçə illərdir şahidi olduğumuz şablon tədbirlər belə deməyə əsas verir. Bu dəfə də «Milli Kino – 110» sərlövhəsi altında rəsmi nümayəndələr və bir qrup sənət xadimlərinin iştirakı ilə “Azərbaycan” kinotetarında mədəni tariximizə nəzər saldıq. Amma hansı səviyyədə?

Yaxşı deyiblər, «utanmasan oynamağa nə var ki». Əsl bizə ünvanlanmış deyimdir. Azacıq da olsa utanan üzümüz olsaydı, Milli Kino bayramını birdəfəlik unudardıq. Ona görə yox ki, mədəniyyətimizə, kino tariximizə xəyanət edirik. Sadəcə, «Milli Kino» bayramımız deyə hesabat vermək xatirinə qeyd olunacaqsa, unutmağımız daha yaxşıdır. Söhbət təkcə kinodan getmir. Bütün mədəni tədbirlərimiz bu səviyyədədir.


lbəttə, yeni il gecəsindəki kimi möhtəşəm karnaval keçirilməsini iddia etmirik.
Hərçənd bu da pis olmazdı. Ona da iddalı deyilik ki, xaricdən texniki avadanlıq gətirilsin, atəşfəşanlıq olsun, yeni il gecəsi ən azı 5 rayonun iqtisadi inkişafına yatırılacaq maliyyənin heç olmasa 5 faizi, məsələn, kino bayramıma sərf edilsin. Amma… Niyə də olmasın?! Açıq havada, təkcə kino xadimlərinin yox, kino ilə təması yalnız ekrandan olan sıravi vətəndaşların iştirakı ilə. Bəlkə onda, «Azərbaycan» kinoteatrının qarşısında toplaşmasının səbəbi kimi «Nə baş verib?», «İndi hansı bayramdır?» (çox güman ki, təqvimdəki bayram günlərinin bir-birinə qarışmasından bezən tamaşaçı idi – S.B.), «Yoxsa yenə kimsə rəhmətə gedib, yolasalma mərasimidir?» deyənlər olmazdı. Bu bayrama həvəslə qatılan tamaşaçı həm yeni filmə baxacaq, mədəni xəbərlərdən agah olacaq (məsələn, sentyabr ayından etibarən «Respublika» sarayında yeni kinofilmlərə baxmağın mümkünlüyünü, «Nizami» kinoteatrının təmir planının hazırlanması), nəhayət fəxri ad alan sənətkarların adını eşidib, üzünü görməsi, «sənətkar» məfhumunun təkcə Rəqsanə ilə assosiasiya olunmadığını biləcəklər. Onda 2 avqust yaddaşlarda «ölüm-itim günü» kimi yox, milli kinomuzun yarandığı gün olaraq qalacaq. Yox, əgər belə deyilsə, onda utanmazcasına, pafos dolu «Biz xalqa xidmət edirik», «Sənət xalq üçündür» kəlmələrini dilə gətirməsinlər…

***

«110 ilin salnaməsi» adlı səyyar sərginin nümayişindən sonra kinoteatrın foyesinə axın başlandı. Burada isə yarım saatdan çox gözləməli idik. Çünki mərasim keçiriləcək zalda əcnəbi filmin nümayişi gedirdi və təbii olaraq onun bitməsini gözləyirdilər. Elə bu səbəb giley-güzarın başlanğıc nöqtəsini qoydu. Şikayət şikayət dalınca, adam çoxluğu içində istidən boğularaq gözləyən gözlədi, gözləyə bilməyən acıq edib getdi. Amma zaldakı mənzərələrə, deyilən sözlərə göz və qulaq şahidliyi etmək də maraqlı idi. Bilmirdin özünə və ətrafındakılara hirslənəsən, acıyasan, yoxsa güləsən. Bir-birlərinin üzünü bayramdan-bayrama, çəkilişdən-çəkilişə görən sənət xadimdərinin reaksiyasını müşahidə etmək də maraqsız deyildi. Yenicə fəxri adla təltif olunanlar və onların bu sevinclərinə şərik olanlar uşaq kimi sevinirdilər. Foyenin bir başından o biri başına qışqıra-qışqıra deyilən təbrik sözləri, «qoy bir gəlib səni öpüm» deyə camaatı basa-basa irəli keçib bir-birlərinin boynuna sarılanlar… Basırığa da söz yox, bilmirsən hansı tərəfə baxasan ki, Allaha da xoş gəlsin, bəndəyə də. Elə özünə də. Yerə baxsan ayağını görməyəcəksən, sağa və sola baxsan üzün ya kiminsə üzünə dəyəcək, ya da tər qoxusu verən kürəyinə. Belə olan halda əlac qalır ki, yuxarı baxasan. Amma ora da ürək eləmirsən. Çəkiliş üçün yuxarı mərtəbəyə qalxmış fotoreportyorların obyektivindən qaçanlar dar yerdə güc-bəla ilə fırlana-fırlana qalmışdılar.

Yaradılmış «mehribanlığa» görə məclis əhli az qala söyməyə ünvan axtarırdı. Tapıldı da. Mədəniyyət və Turizm Nazirliyi – bərbad təşkilatçılığa görə, bir də «Azərbaycan» kinoteatrının rəhbərliyi - qonaqları foyedə gözlətdiyinə görə. «Olmazdımı bircə gün həmin zalda film göstərilməsin, ya da cəhənnəmə, milli filmlərimizdən biri olsun?!» deyə xalq artisti Şəfiqə Məmmədovanın haqlı narazılığını eşitməmək olmurdu. Amma yox, Şəfiqə xanım, olmazdı. Ona gərə ki, «Azərbaycan» özəl kinoteatr olduğundan istədiyi gündə, saatda, istədiyi filmi nümayiş etdirmək ixtiyarındadır. Sonucda dövlət büdcəsindən maliyyələşmədiyi üçün dövlətin tədbirinə də şərait yaradıb-yaratmamaq öz ixtiyarındadır. Bu işdə kinoteatr rəhbərliyi haqlı olaraq qınansa belə, «Nazirlik özü mədəni bayramını səviyyəli şəkildə düzənləmirsə, biz niyə qazancımızdan olmalıyıq?!» cavabı özünü çox gözlətməzdi.

«Bayram əhvalatı» bununla bitmədi. Uzun-uzadı, haqlı-haqsız söz deyişməsindən sonra növbəti axın başlandı – mərasimin keçiriləcəyi zala. Başladı nə başladı. Aləm qarışdı bir-birinə, zala girmək uğrunda qızğın mübarizə gedirdi. Bir-birini itələyən, qışqıran, dartıştıran, boyunbağısı qırılan, əli-qolu zədələnən… bir sözlə, əsl vay-şivənli bazar ab-havasında ara qarışdı, məzhəb itdi. Anlaşıldı ki, qalmaqal təkcə şou-biznes nümayəndələri arasında olmur.

İçəri girən girdi, özünə əyləşməyə yer də tapdı. Tapmayanların bir qismi ya çıxıb getdi, ya da bütün mərasimi ayaq üstü seyr etdi…

***

Rəsmi hissə hər zamankı kimi nazirin təbrik və fəxri adların təltifilə başlandı. Məlum oldu ki, özünü kino sənətinə həsr edən bir çox insanlar- Ramiz Əzizbəyli, Tofiq İsmayılov (xalq artisti), Suğra Bağırzadə, Xalidə Quliyeva, Eldəniz Zeynalov (əməkdar artist), Əbdüləhəd Mahmudov, Yavər Rzayev (əməkdar incəsənət xadimi), Fikrət Ələkbərov (əməkdar rəssam), Zemfira Babayeva, Rauf Dadaşov, Qəhrəman Hümbətov, Tofiq Hüseynov, Adil İsmayılov, Hüseyncavid İsmayılov, Azər Quliyev, Pərviz Quliyev, Firəngiz Quliyeva, Vaqif Məmmədov, Lalə Məmmədova, Həmdulla Mirzəməmmədov, Arif Səfərov (əməkdar mədəniyyət işçisi) ölkə başçısının diqqətindən kənarda qalmayıblar.

İndi də keçək tədbrin əsas səbəbkarı – «Qala» filminə. Rejissor Şamil Nəcəfzadənin şair Ramiz Rövşənin ssenarisi əsasında çəkdiyi ekran əsərinə.
Süjetə əsasən uzaq dağlıq məkana, sərhəd kəndlərin birinə qədim qalanın dekorasiyaları fonunda tarixi və məhəbbət filmi çəkmək üçün paytaxtdan çəkiliş qrupu gəlir. Ancaq çəkiliş qrupunu əhatə edən kənd insanlarının gerçək həyatı, onların sevinci, həyəcanı, məhəbbət və qısqanclığı getdikcə, ekran məkanını sözün yaxşı mənasında «zəbt» edir. Sonra baş verən ən dəhşətli hadisə: müharibə. Kinoda deyil, real həyatda. Və qədim qala əsrlər öncəsi olduğu kimi bu dəfə də müdafiə üçün forpost rolunu oynayır. Təkcə Qala yox, əllərinə keçən hər şey- ov tufəngindən tutmuş gülləbatmaz duaya qədər insanların ümid yerinə çevrilir. Bu, dənizdə batan insanın saman çöpündən yapışmasına bənzəyirdi.
Hadisələrin məkanı qeyri-müəyyən göstərilsə də, çəkilişlər Bakıda, Gədəbəyin Plan, Slavyanka, Zəhmət kəndlərində və «Koroğlu» qalasında çəkilib.
Ssenarinin məhz Ramiz Rövşən tərəfindən yazılması təklifi rejissordan gəlib. Qarabağ mövzusunda ssenari yazmaq çətin, bəzənsə qeyri-mümkündür. Dərinə varsaq, bunu edəcək bir kimsə də yoxdur. Olsa belə, pafos, «psevdovətənpərvərlik» urəyin istəyən qədər. Yəni, növbəti «Qeyrət dastanı» filmi. Ramiz Rövşəninsə, vətən, torpaq, Qarabağ, tarix, bir sözlə, bu silsilədən olan fikirlərində isə həqiqətlər pafos, «psevdo»dan olduqca uzaqdır. Güman ki, elə rejissora da elə bu lazım idi. Ramiz Rövşənin şeirlərindəki simvolikalar, ehkamlar yetərli idi ki, rejissor pritça formasında çəkdiyi «Qala»da «tipik azərbaycanlı» kimliyini ekranda eninə-boyuna görükdürə bilsin. Ümumiyyətlə, Ramiz Rövşənin filmdəki dramaturji fəalliyyəti əsasən poeziyasına söykənir. Yəni, ssenarisinin ərsəyə gətirmək üçün xammal olaraq öz şeirlərindən bəhrələnib. Keçmişə, gələcəyə, bu günə ironik nəzər, cəmiyyətə ünvanlanmış mesajlar və s. Ramiz Rövşənin adının hallandığı ekran əsərində yalnız bunları gözləmək olardı.

«Qala»da prototiplər də görmək mümkün. Keçmişin hökmdarından tutmuş müasirin süni sənətçisinədək. Lap elə rejissorun özünü də. Diqqət etsək, Mabud Məhərrəmovun yaratdığı rejissor obrazında Şamil Nəcəfzadənin zahiri tipajı hiss olunurdu.
Bir sözlə, Ramiz Rövşən - Şamil Nəcəfzadə tandemi uğursuz alınmamışdı.
Uğurun bir qolu da aktyor heyətinə bağlıdır. Sona Mikayılova, Vidadi Həsənov, Firəngiz Mütəllibova, Rasim Balayev, Zümrüd Qasımova, Yuri Baliyev, Elman Rəfiyev, Pərviz Məmmədrzayev, Rasim Cəfərov, Qorxmaz Əlili, Məhəmməd Əlili (13 yaşlı bu aktyorun böyük kinoda ilk debütüdür – S.B.), Məbud Məhərrəmov, həmçinin Rusiyadan dəvət olunmuş aktrisalara – Tomksdakı «AYA» (AƏ) studiyasından Alyona Zinovyevanı (Marina) və Yuliya Peresildı (Qalina) dəvət etsin.
Yeri gəlmişkən, rejissor hər iki rus aktrisasını uzun müddət həm Azərbaycanda, həm də Rusiyada apardığı kastinq əsasında seçib. Daha çox vurğunu isə rejissor Yuliya Peresildaya edib. Slavyan gözəli Yuliya bizim tamaşaçı üçün yeni sima olsa da, ruslar tərəfindən artıq çoxdan qəbul edilib, sevilib. 24 yaşı olmasına baxmayaraq teatr səhnələrində və kinofilmlərdə maraqlı obrazlar yaradıb. Rusiya Teatr Sənəti Akademiyasının (keçmişdə QİTİS) rejissorluq fakültəsinin yetirməsidir. «Müasir pyes məktəbi» teatrının aktrisasıdır.
Bu sıralamada kadrarxası əziyyət çəkənlərini adını qeyd etməmək insafsızlıq olardı. Yəni, filmin operatoru Kənan Məmmədovun, bəstəkar Cahangir Zülfüqarovun, rəssamlar Arif Məhərrəmov və Əziz Məmmədovun, prodüsserlər Rauf Atamalıbəyov, Xamis Muradov və başqaları.

Sevda Babayeva, “Kultaz”

Filmdən Kadrlar:

1

2

3

4

E-mənbə: http://kultaz.com/2008/08/04/kino-gunu-nece-teskil-olundu/#more-2205

Baxış sayı: 51
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


artyazar

Tezliklə burda görüşəcəyik:

www.Kitabxana.Net

Rəsmi tərəfdaşlarımız:

Azərbaycan Yazıçılar Birliyi
(sədri Anar)

www.azyb.net

Solita.NET
"Hosting & Internet service Company"
Baku, AZ1118 Azerbaijan
Tel:(+994) 50 522 22 08
E-mail:billing@solita.net

DİQQƏT!

Sayğılı Virtual Kitabxanamızın istifadəçiləri, Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən daxili imkanlar hesabına gerçəkləşdirilən "ELEKTRON TURAN" - VİRTUAL AZƏRBAYCAN Milli-Kulturoloji layihəsinin bir hissəsi olan və 400 000 nəfərin e-istifadə etdiyi, İnternetdə anadilli resursların arasında xüsusi seçilən bu Elektron Kitabxananın inkişaf etdirilməsinə ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, bu e-kitabxananı Azərbaycan dövlətinə ərməğan etmək təklifini irəli sürürük: birgə şərtlə, layihənin fəlsəfəsinə xələl gətirilməməlidir.
Başqa qurumlar, dövlət və QHT-lər, eləcə də xeyriyyəçilər, bir sözlə istənilən şəxs bizə dayaq durmaq istəyindədirsə, əlaqə telefonlarımızı, bank rekvizitlərimizi veririk:
Yeni Yazarlar və Sənətçilər Qurumunun “Texnikabank” ASC-ndəki hesab nömrəsi:
38030066470001
VÖEN: 1700430481
“Texnikabank” ASC Kodu: 506872
VÖEN: 9900000681
Müxbir Hesab: 0137010031944
S.W.I.F.T.BIK: TECİAZ22

Tel.: (+99412) 418 93 58; 438 03 17;
(0-50) 213 40 43; (070) 317 80 01

e-mail: artyazar@yahoo.com

Portalımızın başqa saytları:

www.yysq.azeriblog.com
www.xariciedebiyyat.azeriblog.com
www.artyazar.azeriblog.com
www.azeriedebiyyati.azeriblog.com

YYSQ-nin "ELEKTRON TURAN" - Virtual Azərbaycan Milli-Kulturoloji layihəsi əsasında Virtual Milli Elektron Kitabxana (e-Axtarış Sistemli) 1300-ə yaxın özəl İnternet səhifəsi olan saytın istifadəçisi 1-5 saniyə ərzində müxtəlif kitabların elektron variantını əldə edə bilər. Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə olan elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitablardan istifadə etmək mümkündür. Saytda, eləcə də dünya ədəbiyyatının ana dilimizə çevrilmiş müxtəlif tərcümələri də yer alıb: istifadə etmək pulsuzdur.
Hiper Virtual Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir...

Redaksiya-Ekspert Şurası:

ANAR,
Azərbaycan Yazıçılar Birliyi sədri

Nizami Cəfərov,
Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, akademik

Orxan Pamuk,
Türkiyə Cümhuriyyəti, Beynəlxalq Nobel mükafatı laureatı

Oljas Süleymenov,
Qazaxıstanın xalq şairi

Hamlet İsaxanlı,
Xəzər Universitəsinin rektoru

Bəhruz Axundov,
"Təhsil" Nəşriyyatı-Poliqrafiya Birliyinin direktoru

Çingiz Abdullayev,
MDB Yazıçılar Konfederasiyasının İH üzvü

Çingiz Əlioğlu,
AR Mədəniyyət və Turizm Nazirliyi

Rizvan Əbilov,
Rusiya Federasiyası nümayəndəliyi

Şəmsəddin Küzəçi,
Türkiyə və İraq-Türkman nümayəndəliyi

Aydın Xan (Əbilov),
YYSQ sədri, Layihənin baş əlaqələndiricisi

Səlim Babullaoğlu,
"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru,

Səxavət Sahil,
"Gənc Azərbaycan" qəzetinin baş redaktoru, əlaqələndirici

Xüsusi qeydlər:

Bu saytdakı materiallar - mətnlər və e-kitablar müəlliflərin icazəsi olmadan kommersiya məqsədi ilə çoxaldıla, eləcə də başqa formada istifadə oluna bilməz!
Azərbaycan Respublikasının milli qanunvericiliyi və ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdəki bəndlərə uyğun olaraq yazarların müəlliflik hüquqları tanınır, onlara siz də sayğı göstərin...

Данный тексты не может быть использован в коммерческих целях...

Yeni Yazarlar və Sənətçilər Qurumu

Axtarış

Açar sözlər

  azərbaycan  məhəmməd  əmin  rəsulzadə.  "stalinlə  avropa  ixtilal  qumluqdakı  энциклопедия  roman  abe  türk  hüquqları  davası"  kobo  xatirələri"  insan  qadın  məhkəməsi  fəthullah  "milli  зарубежная  cəlaləddin  mircəfər  (i)  литература  mövlanə  məmmədov.  dirilik.  adıgözəl  rumi  xx  bağirov  cənubi  balzak.  культурология  arvadı"  şey  nino”,  hərəkatı  fukuyama.  мишель  vladimir  "bəhaullah  kino  səfəvi  illər  xorxe  м.в.  şərqşünasliq  milli  ədəbiyyatinda  massonluq  "xristian"  mənim  илья.  dayanir?"  erməni  fərid  rəhbərliyinə  terror,  лич.  эпох,  (iii)  yeni  iran  dövləti)  sokrat  idarə  "...həzrət  məhəmmədin  gəncəyi.  uimz.  a.s.puşkin  блинов  iv  adı  əfsanələr  gülən.  de  rumi.  əladı  liderlərinin  mədəniyyətin  текст)  con  sənəti  turxan  mir  yaddaşı  философия  "ermənistanı  rəsmi  azərbaycanda  neolibirelaizm  gizlinləri"  olanda  постмодернизм"  iddianin  ədəbiyyatı  yaponiya  min-bir  sirus  afrikasayaği  э.  "мифологии"  (iv)  delerm  problemi  tarixi  (полный  vahe  babın  ömür  isfahandaki  "1905-1906-cı  borxes.  в.а.,  elmi  cümhuriyyəti»:  gülən  hiss  dəri  "постструктурализм.  «məsnəvi».  “əli  milli-demokratik  üstünlüyu  фуко,  возрождения  ebenezer  ale-əhməd.  möhsün  brut  avetyan:  tahirzadə:  drami  ölkənin  peter  постмодернизма  marşallek.  baba  sirri"  ssri  aparteid  барт.  xatirələri  filip  folkner  ziyalisi  türkiyə  «слова  литературно-библиографическая  "geoloqlar"  zühuru..."  sultan  mövqeyi  luis  ладов  kazimbəy  dövlətimizin  dramaturgiya  kоllektiv  еtmək"  onore  деконструктивизм.  "amerikansayaği  ermənişünaslığı  mədədi.  demokratiya  коммуникация.  древних  era"  xalqlari  cəlal  nəvvab  mark  cinayətkarlar  «azərbaycan  h.ibsen  samuel  turrini.  а.к.,    qərb  kamal:  ələkbərli.  "zamanı  faşizm  век  ролан  "zahidin  hər  viliam  güney  frensis  вещи»  века  sorokin.  zərəndi.  səhifələr  sarayinda  erməni-müsəlman  şekspir  лебедев  mirzə  ilk  mühacirət  şüur  "ermənistan:  üzlük  ильин  arxasinda  "şərqin  məktubu  islam  культура  средневековья  (ii)  esslemont.  postmodernizm  dili  (osmanli  yuni  edir"  ədalət  kitabından  terrorçu  vaxtım  аналитическая  ralf  şərq  masonluq  dilinin 

Sayqaç

İndi blogda: 13
Keçən ayın hiti: 51586
Dünənki hit: 1844
Bugünki hit: 1143
Ümumi hit: 413732

AddThis Feed Button
Add to Technorati Favorites