Reklam verin!
Yuma Ailə Jurnalı

Əcnəbi oğlanlar & jurnalist xanımlar - ARAŞDIRMA (Lent.az)



Media təmsilçilərimiz gələcək həyatlarını yerli oğlanlarımıza niyə etibar etmirlər?

Son illər azərbaycanlı qızların başqa millətin nümayəndələri ilə ailə qurması halları artıb. Amma bir neçə il əvvəl biz bunun tam əksini müşahidə edirdik. Bir neçə il əvvələ qədər bizim oğlanlar əcnəbi qızlara, xüsusilə də rus xanımlarına üstünlük verirdilər. Amma indi fələk dəyirmanın çarxını tərsinə döndərib...

Əcnəbilərlə ailə quran xanımlar arasında jurnalistlər çoxluq təşkil edir. Son illər


əcnəbilərlə ailə quran jurnalist xanımların siyahısı xeyli artıb. Bu sırada Türkiyə vətəndaşları ilə ailə quranlar daha çoxdur. APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı, jurnalistlər Ayişə Kərimova, Şeyda Nəsibli, Elza Alışova, Mənsurə Səttarova, Zemfira Ələsgərova...

Digər millətlərin nümayəndələri ilə ailə quran jurnalist xanımlar da var: Samirə Səfərəliyeva rus əsilli Azərbaycan vətəndaşı - Qarabağ müharibəsinin veteranı ilə ailə qurub. Onun iş yoldaşı Aytən Səfərova isə məhz din fərqinə görə milliyyətcə yunan olan şəxslə ailə qurmayıb – valideynləri buna razılıq verməyib. Hazırda Aytən xanım öz azərbaycanlı həmkarı ilə ailəlidir.

İncəsənətlə məşğul olan xanımlarımızın da arasında xarici vətəndaşlarla ailə quranları var. Aktrisa Məlahət Abbasova türk, aktrisa Firəngiz Rəhimbəyova amerikalı, opera ifaçısı Fidan Hacıyeva ingilislə ailə qurub və onların nikahı uğurlu alınıb. Aktrisa Firəngiz Mütəllimova İran, müğənni Azərin Türkiyə vətəndaşı ilə ailəli olsalar da, onların nikahı uzun sürməyib.

Adlarını çəkdiyimiz xanımlar arasında apardığımız sorğuya əsasən, onların əcnəbilərə üstünlük verməsinin səbəbi məhz sənətlərinə olan sevgidən irəli gəlib. Belə ki, əksər azərbaycanlı kişilər jurnalistika və incəsənətlə məşğul olan xanımının yaradıcı fəaliyyətini, evə gec gəlməsini, xarici ölkələrə ezamiyyətə göndərilməsini, evdə az tapılmasını və s. qəbul edə bilmirlər. Bu səbəbdən sənətinin vurğunu olan xanımlar onlara yaradıcılıq və iş həyatında sərbəstlik verən xaricilərlə ailə həyatı qururlar.

Əcnəbilərlə nikahların sayı artır

2007-ci ildə ölkədə 81756 nikah qeydə alınıb, bunun 1707-i əcnəbilərlə bağlanıb. 2008-ci ilin I yarımilində isə bağlanan 33475 nikahdan 831-i əcnəbilərlə olub. Bu statistika göstərir ki, ötən ilin I yarımili ilə müqayisədə 59 əcnəbi nikah artıb.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın sözlərinə görə, xanımların əcnəbilərlə ailə həyatı qurmasının həm müsbət, həm də mənfi tərəfləri var: “Bizim mərkəzə müraciət edən qadınların çox hissəsini Türkiyə və İran vətəndaşlarına ərə gedənlər təşkil edir. Bu xanımlar problemlərlə qarşılaşmamaq üçün ilk növbədə ailə quracağı şəxsin mənsub olduğu xalqın adət-ənənələrini və qanunlarını bilməlidir.
Konfliktlər isə ən çox uşaq dünyaya gələndən sonra yaranır. Çünki ana istəyir ki, övladına öz xalqının mədəniyyətini öyrətsin, həyat yoldaşı isə özünün mənsub olduğu mədəniyyəti aşılamağa çalışır”.

Xanımlarımızın nə üçün xarici ölkə vətəndaşı ilə ailə qurmağa üstünlük verməsinə gəlincə, M.Əzizova deyib ki, qadınlarımızın çoxu Azərbaycandakı şəraitdə öz potensialını tam reallaşdıra bilmir, təhsilini, işini davam etdirməsi üçün ailəsi ona icazə vermir, yaxud məcburi ərə verilir. Ona görə də xanımlar fikirləşirlər ki, əcnəbiyə ərə getsələr, həm iş və karyera sahəsində ailədən maneçilik görməyəcəklər, həm də maddi cəhətdən problemləri olmayacaq: “Əvvəllər əcnəbi ilə ailə quran qadın cəmiyyətdə qınaqla qarşılanırdı. Amma tədricən bu münasibət aradan qalxır və gənc qızların arasında əcnəbilərlə ailə qurmaq dəb halını alır. Azərbaycan mühitində jurnalist xanımların problemləri daha çoxdur. Çünki bu peşənin dəqiq müəyyənləşmiş iş qrafiki olmur, əksər hallarda işdə yubanmağa məcbur olan qız və qadınlar ailədə danlaqla üzləşirlər. Başqa tərəfdən, danmalı deyil, cəmiyyətimizdə belə bir stereotip var ki, qadın evə gec gəlirsə, deməli, hansısa əxlaqsız işlərlə məşğul olur. Oğlanlarımız da o səbəbdən fikirləşirlər ki, xanımım ya müəllimə, ya da həkim olmalıdır ki, konkret iş qrafiki ilə işləsin. Əcnəbi vətəndaşlar, xüsusilə də avropalılar bu tip məsələlərdə bir az sərbəstlik verdikləri üçün sərbəstliyi sevən xanımlarımız onlarla ailə qurmağa üstünlük verirlər”.

M.Əzizova onu da deyib ki, Azərbaycanı tərk edən xanımların sayı getdikcə çoxalır. Təkcə bu ilin 6 ayı ərzində Qadın Krizis Mərkəzinə əcnəbilərlə nikaha daxil olmaq istəyən 7 qadın müraciət edib.

Kişilərimiz jurnalist qadınlardan niyə qorxur?

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, yaradıcılıq imkanlarının məhdudlaşdırılması, ideyalarını həyata keçirməkdə çətinlik çəkmələri yaradıcı xanımları əcnəbilərlə ailə qurmağa sövq edir. Həmin xanımlar düşünürlər ki, Azərbaycan cəmiyyətində edə bilmədiklərini xarici ölkədə edə biləcəklər: “Amma təəssüf ki, bu fikir heç də həmişə doğrulmur. Tanıdığım jurnalist xanımlardan Türkiyə vətəndaşı ilə ailə qurub həmin ölkədə yaşayanlar nəzərdə tutduqları ideyaları həyata keçirə bilməyiblər, indi sadə bir ev xanımı olaraq orada yaşayırlar”. Jurnalistika və incəsənət sahəsində çalışan xanımlarımız nə qədər gözəl və ağıllı olsalar da, onlara qeyri-ciddi baxılır, peşələri kişilərimizi qorxudur. O baxımdan ki, bu peşə sahibləri daim hərəkətdədirlər, insanlar arasında olurlar. Yaradıcılıq baxımından təşəbbüskarlığa məhdudiyyətlər qoyulanda, həmin insanlar özlərini başqa yerdə reallaşdırmaq istəyirlər.

Din nə deyir?

Məsələyə dini baxımdan yanaşsaq, islam dini başqa dindən olan şəxslərlə ailə qurmağa birmənalı baxmır və hətta bunu pisləyir. Dinşünas Hacı İlqar İbrahimoğlunun fikrincə, bu, çox mürəkkəb və çətin, hal-hazırda dünyada müzakirələrə səbəb olan məsələlərdəndir: “İslamın çağırışı budur ki, insanlar ümumi dəyərlərə, dünyagörüşünə, mədəniyyətə malik olaraq ailə qursunlar. Bu mənada sözsüz ki, istər müsəlman kişisinə, istərsə də müsəlman qadınına İslamın tövsiyəsi budur ki, müsəlmanla ailə qursunlar. Milli adət-ənənəmizin bünövrəsində də bu dayanır. İslamda müsəlmanın müsəlman olmayan bir kəslə ailə qurmasına münasibət müsbət deyil”.
Eyni dindən olan iki ölkə vətəndaşlarının nikahına gəlincə, Hacı İlqar deyib ki, İslam dinində insanları etnik qruplara, millətlərə bölmək yoxdur. Müsəlman hər bir müsəlmanla ailə qura bilər. Burda əsas meyar müsəlmanın müsəlmanla ailə qurmasıdır. Bu, tarixən olub və çox uğurlu alınıb. Sözsüz ki, ailə qurarkən insanların bir-biri ilə dünya görüşü, ümumi dəyərləri, mədəni vərdişlərinin olması mühüm məsələdir.

Nigar MƏMMƏDLİ

Baxış sayı: 66
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


artyazar

Tezliklə burda görüşəcəyik:

www.Kitabxana.Net

Rəsmi tərəfdaşlarımız:

Azərbaycan Yazıçılar Birliyi
(sədri Anar)

www.azyb.net

Solita.NET
"Hosting & Internet service Company"
Baku, AZ1118 Azerbaijan
Tel:(+994) 50 522 22 08
E-mail:billing@solita.net

DİQQƏT!

Sayğılı Virtual Kitabxanamızın istifadəçiləri, Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən daxili imkanlar hesabına gerçəkləşdirilən "ELEKTRON TURAN" - VİRTUAL AZƏRBAYCAN Milli-Kulturoloji layihəsinin bir hissəsi olan və 400 000 nəfərin e-istifadə etdiyi, İnternetdə anadilli resursların arasında xüsusi seçilən bu Elektron Kitabxananın inkişaf etdirilməsinə ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, bu e-kitabxananı Azərbaycan dövlətinə ərməğan etmək təklifini irəli sürürük: birgə şərtlə, layihənin fəlsəfəsinə xələl gətirilməməlidir.
Başqa qurumlar, dövlət və QHT-lər, eləcə də xeyriyyəçilər, bir sözlə istənilən şəxs bizə dayaq durmaq istəyindədirsə, əlaqə telefonlarımızı, bank rekvizitlərimizi veririk:
Yeni Yazarlar və Sənətçilər Qurumunun “Texnikabank” ASC-ndəki hesab nömrəsi:
38030066470001
VÖEN: 1700430481
“Texnikabank” ASC Kodu: 506872
VÖEN: 9900000681
Müxbir Hesab: 0137010031944
S.W.I.F.T.BIK: TECİAZ22

Tel.: (+99412) 418 93 58; 438 03 17;
(0-50) 213 40 43; (070) 317 80 01

e-mail: artyazar@yahoo.com

Portalımızın başqa saytları:

www.yysq.azeriblog.com
www.xariciedebiyyat.azeriblog.com
www.artyazar.azeriblog.com
www.azeriedebiyyati.azeriblog.com

YYSQ-nin "ELEKTRON TURAN" - Virtual Azərbaycan Milli-Kulturoloji layihəsi əsasında Virtual Milli Elektron Kitabxana (e-Axtarış Sistemli) 1300-ə yaxın özəl İnternet səhifəsi olan saytın istifadəçisi 1-5 saniyə ərzində müxtəlif kitabların elektron variantını əldə edə bilər. Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə olan elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitablardan istifadə etmək mümkündür. Saytda, eləcə də dünya ədəbiyyatının ana dilimizə çevrilmiş müxtəlif tərcümələri də yer alıb: istifadə etmək pulsuzdur.
Hiper Virtual Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir...

Redaksiya-Ekspert Şurası:

ANAR,
Azərbaycan Yazıçılar Birliyi sədri

Nizami Cəfərov,
Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, akademik

Orxan Pamuk,
Türkiyə Cümhuriyyəti, Beynəlxalq Nobel mükafatı laureatı

Oljas Süleymenov,
Qazaxıstanın xalq şairi

Hamlet İsaxanlı,
Xəzər Universitəsinin rektoru

Bəhruz Axundov,
"Təhsil" Nəşriyyatı-Poliqrafiya Birliyinin direktoru

Çingiz Abdullayev,
MDB Yazıçılar Konfederasiyasının İH üzvü

Çingiz Əlioğlu,
AR Mədəniyyət və Turizm Nazirliyi

Rizvan Əbilov,
Rusiya Federasiyası nümayəndəliyi

Şəmsəddin Küzəçi,
Türkiyə və İraq-Türkman nümayəndəliyi

Aydın Xan (Əbilov),
YYSQ sədri, Layihənin baş əlaqələndiricisi

Səlim Babullaoğlu,
"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru,

Səxavət Sahil,
"Gənc Azərbaycan" qəzetinin baş redaktoru, əlaqələndirici

Xüsusi qeydlər:

Bu saytdakı materiallar - mətnlər və e-kitablar müəlliflərin icazəsi olmadan kommersiya məqsədi ilə çoxaldıla, eləcə də başqa formada istifadə oluna bilməz!
Azərbaycan Respublikasının milli qanunvericiliyi və ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdəki bəndlərə uyğun olaraq yazarların müəlliflik hüquqları tanınır, onlara siz də sayğı göstərin...

Данный тексты не может быть использован в коммерческих целях...

Yeni Yazarlar və Sənətçilər Qurumu

Axtarış

Açar sözlər

  azərbaycan  məhəmməd  əmin  rəsulzadə.  "stalinlə  avropa  ixtilal  qumluqdakı  энциклопедия  roman  abe  türk  hüquqları  davası"  kobo  xatirələri"  insan  qadın  məhkəməsi  fəthullah  "milli  зарубежная  cəlaləddin  mircəfər  (i)  литература  mövlanə  məmmədov.  dirilik.  adıgözəl  rumi  xx  bağirov  cənubi  balzak.  культурология  arvadı"  şey  nino”,  hərəkatı  fukuyama.  мишель  vladimir  "bəhaullah  kino  səfəvi  illər  xorxe  м.в.  şərqşünasliq  milli  ədəbiyyatinda  massonluq  "xristian"  mənim  илья.  dayanir?"  erməni  fərid  rəhbərliyinə  terror,  лич.  эпох,  (iii)  yeni  iran  dövləti)  sokrat  idarə  "...həzrət  məhəmmədin  gəncəyi.  uimz.  a.s.puşkin  блинов  iv  adı  əfsanələr  gülən.  de  rumi.  əladı  liderlərinin  mədəniyyətin  текст)  con  sənəti  turxan  mir  yaddaşı  философия  "ermənistanı  rəsmi  azərbaycanda  neolibirelaizm  gizlinləri"  olanda  постмодернизм"  iddianin  ədəbiyyatı  yaponiya  min-bir  sirus  afrikasayaği  э.  "мифологии"  (iv)  delerm  problemi  tarixi  (полный  vahe  babın  ömür  isfahandaki  "1905-1906-cı  borxes.  в.а.,  elmi  cümhuriyyəti»:  gülən  hiss  dəri  "постструктурализм.  «məsnəvi».  “əli  milli-demokratik  üstünlüyu  фуко,  возрождения  ebenezer  ale-əhməd.  möhsün  brut  avetyan:  tahirzadə:  drami  ölkənin  peter  постмодернизма  marşallek.  baba  sirri"  ssri  aparteid  барт.  xatirələri  filip  folkner  ziyalisi  türkiyə  «слова  литературно-библиографическая  "geoloqlar"  zühuru..."  sultan  mövqeyi  luis  ладов  kazimbəy  dövlətimizin  dramaturgiya  kоllektiv  еtmək"  onore  деконструктивизм.  "amerikansayaği  ermənişünaslığı  mədədi.  demokratiya  коммуникация.  древних  era"  xalqlari  cəlal  nəvvab  mark  cinayətkarlar  «azərbaycan  h.ibsen  samuel  turrini.  а.к.,    qərb  kamal:  ələkbərli.  "zamanı  faşizm  век  ролан  "zahidin  hər  viliam  güney  frensis  вещи»  века  sorokin.  zərəndi.  səhifələr  sarayinda  erməni-müsəlman  şekspir  лебедев  mirzə  ilk  mühacirət  şüur  "ermənistan:  üzlük  ильин  arxasinda  "şərqin  məktubu  islam  культура  средневековья  (ii)  esslemont.  postmodernizm  dili  (osmanli  yuni  edir"  ədalət  kitabından  terrorçu  vaxtım  аналитическая  ralf  şərq  masonluq  dilinin 

Sayqaç

İndi blogda: 12
Keçən ayın hiti: 51586
Dünənki hit: 1311
Bugünki hit: 233
Ümumi hit: 414133

AddThis Feed Button
Add to Technorati Favorites