Reklam verin!

Aqil Ələsgər "Ergenokon"la bağlılığına aid ittihamlara aydınlıq gətirdi

Aqil Ələsgər  
"Ergenekon" əməliyyatı çərçivəsində gözaltına alınan bəzi insanlarla münasibətlərimiz yalnız jurnalistika çərçivəsində olub"

QayNar: "Yeni Çağ" internet qəzetinin baş redaktoru, Azərbaycan Dinşünaslar Birliyinin sədri Aqil Ələsgər media əhlinə müraciət ünvanlayıb. Müraciətdə son günlər onun və qəzetinin əleyhinə internetdə? o cümlədən bəzi media orqanlarında aparılan kampaniyaya toxunulur və bir çox məslələrə aydınlıq gətirilir. Müraciəti olduğu kimi oxucularımıza da təqdim edirik.


"Dəyərli media mənsubları!

İllərdən bəri göstərdiyimiz fəaliyyət zamanı tək hədəfimiz olub: Müstəqil, Demokratik və Dünyəvi Azərbaycanın daha da güclənməsinə, dövlətçilik ənənələrinin möhkəmlənməsinə, vətənimiz üçün zərərli olmayan müasirliyə müsbət yanaşaraq, milli adət və ənənələrimizi mühafizə etmək, insan hüquqlarının qorunmasına, vətənimizin tolerant milli və dini bütövlüyünün parçalanmamasına imkan verməmək!

Tutduğumuz bu yolda hər gün ölüm mesajları alsaq, min bir iftira və böhtanlara məruz qalsaq da, canımız Azərbaycana olan sevgimiz bizi bu yoldan geri döndərməyib.

Bu gün də heç nə dəyişməyib. Bu gün də Aqil Ələsgər və «Yeni Çağ» Azərbaycanımızın təriqətçi-terrorçu-ermənipərəst düşmənlərinin və «sapı özümüzdən olan» nökərlərinin əsas hədəfidir.

Bu günki ittihamların dünən söylənənlərdən daha absurd, daha məntiqsiz olması göstərir ki, təriqətçi-terrorçu-ermənipərəst qüvvələr Azərbaycan vətənsevərlərinin səsini dünyaya duyuran qəzetini susdurmaq yolunda bütün çirkin texnologiyalardan istifadə etmək niyyətindədirlər.

Neçə vaxtdan bəri heç bir əsası olmadan Türkiyədə həbs olunan şəxslər və hələ heç bir cinayəti təsdiqlənmədiyi halda terror örgütü elan olunan «Ergenekon»la əlaqələndirmək, Azərbaycan dindarlarının əleyhinə fəaliyyət göstərdiyimizi «ifşa etmək» istəyirlər. Ancaq bundan öncə olduğu kimi bu dəfə də təriqətçi-terrorçu-ermənipərəst qüvvələr istəklərinə çata bilməyəcəklər.

Birincisi, iddia etdikləri kimi «Ergenekon» adını qoyduqları terror örgütü həqiqətən varsa, bu təşkilatla yaxından-uzaqdan əlaqəmiz olmadığı kimi, bizim hansısa sol görüşlü olduğumuzun iddia olunması da absurddur. Biz mühafizəkar-demokrat düşüncəli, dünyəviliyin bütün dindarların bərabər şərtlərdə etibarlı şəkildə yaşamasının təmini olduğu görüşünü müdafiə edirik! Bu bizim baxışımızdır! Bizim əxlaqa və mənəviyyata bağlı bütün görüşlərə sayğımız olsa da, mövqeyimiz dəyişməzdir.

«Ergenekon» əməliyyatı çərçivəsində gözaltına alınan bəzi insanlara gəlincə, onlarla bəndəniz Aqil Ələsgər və «Yeni Çağ»ın münasibətləri jurnalist çərçivəsində olub. İşçi Partiyasının sədri Doğu Perincəklə münasibətimizə gəlincə, Azərbaycanın təməl problemi olan erməni yalanına qarşı mübarizə aparan və Quzey Kıprıs Türk Cümhuriyyətinin qurucu başqanı Rauf Denktaşın rəhbərlik etdiyi Tələt Paşa Komitəsinin çərçivəsində yaranıb və bu çərçivədən kənar çıxmayıb. Erməni zülmünə və yalanına qarşı mübarizə aparan və Azərbaycanın haqlı davasına dəstək verən hər şəxslə münasibət qurmağa hazır olmağımız, o insanların siyasi görüşlərini qəbul etməyimiz anlamına gəlməməlidir.

«Ulusal» kanalın təmsilçiliyinə gəlincə, bu kanal hansısa zərərli fəaliyyət göstərsəydi, yəqin ki, yayını davam etməzdi. Bildiyiniz kimi, bu kanal bu gün də fəaliyyətini davam etdirir. Bu kanalın təmsilçilik təklifini qəbul etməyim də solçu düşüncəni mənimsəməm kimi absurd fikrin yaranmasına səbəb olmamalıdır. Bizim Türk Ədalətinə güvənimiz sonsuzdur və Türk Məhkəməsinin bu kanalın rəhbərliyi ilə bağlı çıxardığı qərar bizim bu kanalla əməkdaşlığımız məsələsinə yenidən baxmağımıza səbəb olacaqdır.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sabiq katibi Turhan Çöməzlə adımızın yanaşı səslənməsinə gəlincə, onu cənab Ərdoğan və Azərbaycanda məndən daha öncə tanıyanlar nə qədər tanıyıblarsa, onlardan daha az görmüş və tanımışam.

Türkiyədə bir çox terror olaylarının gerçəkləşdirən gənclərin çıxdığı «İşıq» evlərində yaşayan «yenixəbər»çi gənclərdən fərqli olaraq, biz Azərbaycanı və Türk Dünyasını canımızdan çox sevirik və onlar kimi erməniləri üstüörtülü də olsa müdafiə etmirik. Ancaq cəmi bir dəfə müsahibə götürdüyüm vəkil Kamal Kerincsizin «Hrant Dink türk düşmənidir və ölümü heç bir şeyi dəyişdirməz» sözlərinə diqqət çəkərək, Türkün qanını təhqir edən Hrant Dink adlı erməni dığasının əleyhinə sözləri «Yeni Çağ»da yayınladığımız üçün bizi «Ergenekon»çuluqda ittiham edən tərbiyyəsiz «yenixəbər»çilər əsl simalarını bununla ortaya qoyublar.

«Ergenekon»la bağlı son olaraq, qeyd edək ki, bu şəxsləri Azərbaycanda ən az tanıyan, ən az görüşən və «işbirliyi» hər birindən cəmi bir dəfə müsahibə götürmək olan bəndəniz Aqil Ələsgərdir. Bu səbəbdən də Azərbaycan mətbuatına bizdən öncə onlarla müsahibə verən bu şəxslərdən müsahibə götürdüyümüzə görə, suçlanmağımız absurd və ədalətsizdir.

Bizim dindarlara qarşı olmağımızla bağlı internetdə yayılan iftiralara gəlincə,

- Azərbaycanda Allah Təalanın təhqir olunmasına ilk etiraz edənlərdən biri Aqil Ələsgər olub!
- Azərbaycanda Həzrəti Məhəmməd Peyğəmbərin (s) bir qrup zındıq tərəfindən təhqir olunmasına qarşı ilk və davamlı etiraz edən Aqil Ələsgər və «Yeni Çağ» qəzeti olub!
- Azərbaycanda din xadimlərinin təhqir olunmasına ilk etiraz edən Aqil Ələsgər və «Yeni Çağ» qəzeti olub!
- Azərbaycanın inanclı insanlarının bir qrup məmur tərəfindən basqılara məruz qalıb, saqqallarının yandırılmasına ilk etiraz edən və bunun dövlətlə vətəndaş arasında uçurumun yaranmasına səbəb ola biləcəyini elan Aqil Ələsgər və «Yeni Çağ» qəzeti olub!
- Azərbaycanın inanclı xanımlarının başına uzanan qara əllərə qarşı mübarizənin önündə gedənlərin sırasında Aqil Ələsgər və «Yeni Çağ» qəzeti olub!

Biz hüququ pozulan hər bir vətəndaşımızın yanında olub, insanların hüquqlarını qorumuşuq və bütün bunlar Kütləvi İnformasiya Vasitələrinin gözü önündə olub! Biz bəzi media orqanlarından fərqli olaraq, dindarlara ögey münasibət göstərməmişik! Ancaq kənardan ölkəmizə soxulub, dindarlarımız arasında birlik və bərabərliyi pozmaq istəyən qrupların da qarşısında susmayıb, dindarlarımızı maarifləndirmək yolundan vaz keçməmişik!

Ancaq bir müddət öncə, bizimlə əməkdaşlıq etməkdə israr edən, «Dr.Elnur Nəsirov», «Baba Kamal» və «Həsən» imzaları ilə başda Fətullah Gülən və masonlar olmaqla yazılar yazan, ancaq sonradan təriqətçi-terrorçu-ermənipərəst qüvvələrə könüllü nökərlik etdiyi, habelə dövlətçiliyimiz üçün zərərli xəvaric-təkfirçi ideologiyasına yaxın fikirlərinin olması, dünyəvi dövlət rəhbərini «tağut» olaraq, görməsi tərəfimizdən aydınlaşdığı üçün əməkdaşlığına son verilən Elnur Nəsirov məhz dindar dostlarımızla səmimi söhbətlərimizi və zarafatlarımızı gizli şəkildə yazaraq, montaj yolu ilə təhrif olunmuş şəkildə e-maillərə yollayaraq, haqqımızda yanlış rəy yaratmağa çalışır. Bizim yanımızda olarkən, dəfələrlə Doğu Perincək və Sevgi Erenerolla görüşmək istəyini dilə gətirən və hər dəfə də tərəfimdən «o şəxslərlə şəxsi münasibətimiz yoxdur və cəmi bir dəfə gördüyüm adamlara səni tapşırmağımdan nə çıxar?» deyə, rədd edilən bu şəxsin saxta adlarla bizim barəmizdə fəaliyyəti davam etdiyi təqdirdə, onunla bağlı hüquq çərçivəsində tədbir görəcəyik.

Sonda qeyd edək ki, biz vətənimiz AZƏRBAYCANI qarşılıqsız sevdik! Biz vəd olunan heç bir şeyə vətənimizi satmadıq və satmayacağıq da! Biz doğrularımızdan heç vaxt vaz keçmədik və keçməyəcəyik də! Biz haqq bildiyimiz yolda dostlarımızdan belə vaz keçərik, ancaq prinsiplərimizdən əsla vaz keçmərik! Bizim sevgili millətimizin önündə alnımız ağ, üzümüz açıqdır! Bizim üçün əsas olan Azərbaycanın parlaq gələcəyinə yardım etməkdir, gerisi təfərrüatdır!..

Sayğılarla

Aqil Ələsgər
Azərbaycan Dinşünaslar Birliyinin sədri
«Yeni Çağ» qəzetinin baş redaktor"

Baxış sayı: 61
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


artyazar

Tezliklə burda görüşəcəyik:

www.Kitabxana.Net

Rəsmi tərəfdaşlarımız:

Azərbaycan Yazıçılar Birliyi
(sədri Anar)

www.azyb.net

Solita.NET
"Hosting & Internet service Company"
Baku, AZ1118 Azerbaijan
Tel:(+994) 50 522 22 08
E-mail:billing@solita.net

DİQQƏT!

Sayğılı Virtual Kitabxanamızın istifadəçiləri, Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən daxili imkanlar hesabına gerçəkləşdirilən "ELEKTRON TURAN" - VİRTUAL AZƏRBAYCAN Milli-Kulturoloji layihəsinin bir hissəsi olan və 400 000 nəfərin e-istifadə etdiyi, İnternetdə anadilli resursların arasında xüsusi seçilən bu Elektron Kitabxananın inkişaf etdirilməsinə ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, bu e-kitabxananı Azərbaycan dövlətinə ərməğan etmək təklifini irəli sürürük: birgə şərtlə, layihənin fəlsəfəsinə xələl gətirilməməlidir.
Başqa qurumlar, dövlət və QHT-lər, eləcə də xeyriyyəçilər, bir sözlə istənilən şəxs bizə dayaq durmaq istəyindədirsə, əlaqə telefonlarımızı, bank rekvizitlərimizi veririk:
Yeni Yazarlar və Sənətçilər Qurumunun “Texnikabank” ASC-ndəki hesab nömrəsi:
38030066470001
VÖEN: 1700430481
“Texnikabank” ASC Kodu: 506872
VÖEN: 9900000681
Müxbir Hesab: 0137010031944
S.W.I.F.T.BIK: TECİAZ22

Tel.: (+99412) 418 93 58; 438 03 17;
(0-50) 213 40 43; (070) 317 80 01

e-mail: artyazar@yahoo.com

Portalımızın başqa saytları:

www.yysq.azeriblog.com
www.xariciedebiyyat.azeriblog.com
www.artyazar.azeriblog.com
www.azeriedebiyyati.azeriblog.com

YYSQ-nin "ELEKTRON TURAN" - Virtual Azərbaycan Milli-Kulturoloji layihəsi əsasında Virtual Milli Elektron Kitabxana (e-Axtarış Sistemli) 1300-ə yaxın özəl İnternet səhifəsi olan saytın istifadəçisi 1-5 saniyə ərzində müxtəlif kitabların elektron variantını əldə edə bilər. Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə olan elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitablardan istifadə etmək mümkündür. Saytda, eləcə də dünya ədəbiyyatının ana dilimizə çevrilmiş müxtəlif tərcümələri də yer alıb: istifadə etmək pulsuzdur.
Hiper Virtual Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir...

Redaksiya-Ekspert Şurası:

ANAR,
Azərbaycan Yazıçılar Birliyi sədri

Nizami Cəfərov,
Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, akademik

Orxan Pamuk,
Türkiyə Cümhuriyyəti, Beynəlxalq Nobel mükafatı laureatı

Oljas Süleymenov,
Qazaxıstanın xalq şairi

Hamlet İsaxanlı,
Xəzər Universitəsinin rektoru

Bəhruz Axundov,
"Təhsil" Nəşriyyatı-Poliqrafiya Birliyinin direktoru

Çingiz Abdullayev,
MDB Yazıçılar Konfederasiyasının İH üzvü

Çingiz Əlioğlu,
AR Mədəniyyət və Turizm Nazirliyi

Rizvan Əbilov,
Rusiya Federasiyası nümayəndəliyi

Şəmsəddin Küzəçi,
Türkiyə və İraq-Türkman nümayəndəliyi

Aydın Xan (Əbilov),
YYSQ sədri, Layihənin baş əlaqələndiricisi

Səlim Babullaoğlu,
"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru,

Səxavət Sahil,
"Gənc Azərbaycan" qəzetinin baş redaktoru, əlaqələndirici

Xüsusi qeydlər:

Bu saytdakı materiallar - mətnlər və e-kitablar müəlliflərin icazəsi olmadan kommersiya məqsədi ilə çoxaldıla, eləcə də başqa formada istifadə oluna bilməz!
Azərbaycan Respublikasının milli qanunvericiliyi və ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdəki bəndlərə uyğun olaraq yazarların müəlliflik hüquqları tanınır, onlara siz də sayğı göstərin...

Данный тексты не может быть использован в коммерческих целях...

Yeni Yazarlar və Sənətçilər Qurumu

Axtarış

Açar sözlər

  azərbaycan  məhəmməd  əmin  rəsulzadə.  "stalinlə  avropa  ixtilal  qumluqdakı  энциклопедия  roman  abe  türk  hüquqları  davası"  kobo  xatirələri"  insan  qadın  məhkəməsi  fəthullah  "milli  зарубежная  cəlaləddin  mircəfər  (i)  литература  mövlanə  məmmədov.  dirilik.  adıgözəl  rumi  xx  bağirov  cənubi  balzak.  культурология  arvadı"  şey  nino”,  hərəkatı  fukuyama.  мишель  vladimir  "bəhaullah  kino  səfəvi  illər  xorxe  м.в.  şərqşünasliq  milli  ədəbiyyatinda  massonluq  "xristian"  mənim  илья.  dayanir?"  erməni  fərid  rəhbərliyinə  terror,  лич.  эпох,  (iii)  yeni  iran  dövləti)  sokrat  idarə  "...həzrət  məhəmmədin  gəncəyi.  uimz.  a.s.puşkin  блинов  iv  adı  əfsanələr  gülən.  de  rumi.  əladı  liderlərinin  mədəniyyətin  текст)  con  sənəti  turxan  mir  yaddaşı  философия  "ermənistanı  rəsmi  azərbaycanda  neolibirelaizm  gizlinləri"  olanda  постмодернизм"  iddianin  ədəbiyyatı  yaponiya  min-bir  sirus  afrikasayaği  э.  "мифологии"  (iv)  delerm  problemi  tarixi  (полный  vahe  babın  ömür  isfahandaki  "1905-1906-cı  borxes.  в.а.,  elmi  cümhuriyyəti»:  gülən  hiss  dəri  "постструктурализм.  «məsnəvi».  “əli  milli-demokratik  üstünlüyu  фуко,  возрождения  ebenezer  ale-əhməd.  möhsün  brut  avetyan:  tahirzadə:  drami  ölkənin  peter  постмодернизма  marşallek.  baba  sirri"  ssri  aparteid  барт.  xatirələri  filip  folkner  ziyalisi  türkiyə  «слова  литературно-библиографическая  "geoloqlar"  zühuru..."  sultan  mövqeyi  luis  ладов  kazimbəy  dövlətimizin  dramaturgiya  kоllektiv  еtmək"  onore  деконструктивизм.  "amerikansayaği  ermənişünaslığı  mədədi.  demokratiya  коммуникация.  древних  era"  xalqlari  cəlal  nəvvab  mark  cinayətkarlar  «azərbaycan  h.ibsen  samuel  turrini.  а.к.,    qərb  kamal:  ələkbərli.  "zamanı  faşizm  век  ролан  "zahidin  hər  viliam  güney  frensis  вещи»  века  sorokin.  zərəndi.  səhifələr  sarayinda  erməni-müsəlman  şekspir  лебедев  mirzə  ilk  mühacirət  şüur  "ermənistan:  üzlük  ильин  arxasinda  "şərqin  məktubu  islam  культура  средневековья  (ii)  esslemont.  postmodernizm  dili  (osmanli  yuni  edir"  ədalət  kitabından  terrorçu  vaxtım  аналитическая  ralf  şərq  masonluq  dilinin 

Sayqaç

İndi blogda: 13
Keçən ayın hiti: 51586
Dünənki hit: 1844
Bugünki hit: 1144
Ümumi hit: 413733

AddThis Feed Button
Add to Technorati Favorites