Hakimiyyətə və cihada münasibət sələfiləri iki yerə bölüb
Əbu Bəkr dini icmasının rəhbərini “zındıq” adlandırırlar, Qamət Süleymanov isə qarşı tərəfi savadsızlıqda ittiham edir
Ölkədə vəhhabi kimi tanınan sələfilər (Əbu Bəkr dini icması) arasında ciddi parçalanma baş verib. Parçalanmanın dəqiq tarixi bəlli olmasa da, tərəflərin mövqeləri, bir birinə qarşı fikirlərin böyük əksəriyyəti gizli deyil. Hər iki tərəfin internet saytlarını izləməklə ixtilafın kökünü görmək olar.
Əbu-Bərk dini icması ilə qarşıdurmada olanlar özlərini Camaatul-Haqq adlandırıblar. Eyni adlı saytda onlar Əbu-Bəkr dini icmasının imamı Qamət Süleymanov barədə ittihamlarını (bu haqda az sonra ) və öz
başlıca missiyalarını bəyan ediblər. Saytın tərtibatından hiss edilir ki, Camaatul-Haqq özünü Qafqaz Əmiri elan etmiş Dokka Ömərova simpatiyasını gizlətmir. Qeyd edək ki, Dokka Ömərov Aslan Məshədov vəfat etdikdən sonra Çeçenistanın prezidenti olub, 2007-ci ilin oktyabrında isə prezidentlikdən əl çəkərək daha geniş arela rəhbərilk iddiasına düşüb. Hazırda o özünü Qafqaz əmiri elan edib və çeçen mücadihlərinin silahlı mübarizəsinə başçılıq edir. Dokka Ömərovun saytda müsəlmanlara ünvanlanan dini elementlərlə zənginləşdirilmiş siyasi müraciəti var; orada bütün müsəlmanlar cihada çağırılır: «Torpaqlarımız rus kafirləri tərəfindən zəbt olunub və uzun zamandır ki, bizə donuzcasına həyat tərzinin yaşadılması yeridilməkdədir.
Bu isə Allahın dinindən uzaqlaşdığımız üçün, Ondan gələn bir cəzadır.
... biz mücahidlər - Allahın Endirdiyi qanunlar xaricində bütün bəşər tərəfindən qoyulmuş qanunlardan imtina edirik.
...Allahın izni ilə Cihadda başcılıq etmək mənə qismət oldu. Allah Şahiddir ki, mən bu məsuliyyəti nə axtarır nə də ona meyl edirdim. Və heç vaxt düşünə bilməzdim ki, belə bir yük mənim çiyinlərimə düşəcək. Ancaq əgər bu mənim qədərimdədirsə, mən Allahın mənə bəxş etdiyi dərrakəmlə, qavramamla Cihada başcılıq edəcəm, onu təşkil edəcəm».
Dokka Ömərovun radikal dini görüşlərini təbliğ edən sayt Azərbaycandakı Əbu-Bəkr dini İcmasını, onun rəhbəri Qamət Süleymanovu marginallıqda, hakimiyyətə yaltaqlanmaqda onların öz sözü ilə desək, zındıqlıqda günahlandırır. Saytın MP3 bölümündə Q.Sülemanovun və Əbu-Bəkr məscidinin digər imamı Elxanın çıxışları yerləşdirib. Çıxışlara seçilən adlara baxmaq kifayət edir ki, vəziyyətin necə dramatik olduğunu anlayasan:«Yalançı Qamət», «Fitnəkar Qamət»,«İblisi tərifləyən Qamət»,«DJ Qamət»,«Yaltaq Elxan». Bu adlar altında təqdim edilən səsli çıxışlar bir növ Qaməti öz dili ilə ifşa etməyə hesablanıb. Açıq görünür ki, Əbu-Bəkr dini icmasının hakimiyyətə qarşı loyal davranışı, cihad mövzusunda ehtiyatlı mövqe tutmaları Camaatul-Haqqı qane etmir. Q.Süleymanov isə rəhbərlik etdiyi məscidin saytına verdiyi müsahibədə opponetərinə cavab verib.
O, qarşı tərəfi bidət əhli adlandıraraq onları dolayısı ilə kafirlikdə ittiham edib. Başqa müsəlman torpaqlarına olunan müdaxilələrə cavab kimi cihada qalxmağı səsləyən Camaatul-Haqqa qarşı Q.Süleymanov öz arqumentlərini qoyub. O, cihada yollanmaq üçün 3 şərt şərtin ödənilməsinin vacibliyini deyib: «Birincisi, valideynlərin icazəsi, ikincisi, dövlətin icazəsi, üçüncüsü, əgər ora getmək ölkədə dəvətə zərər (bu ifadə yəqin ki dini təbliğatı özündə ehtiva edir) verməyəcəksə».
Süleymanov silahlı mübarizəndənsə cihadı elmlə aparmağın tövsiyyə edildiyini qeyd edib. Ona Qafqaz Əmirliyi haqda da sual verib, münasibət bildirməsini istəyiblər. Məscidin imamı əmirlik məsələsini «sadəcə iddia və boş çıxışlar» adlandırıb: «Çünki biri meşədə oturub, hələ öz yerində səliqə-səhman salmayıb belə iddia irəli sürməsi doğrudan da əsassızdır. Hətta peyğəmbərin (s.a.v.) zəif olduğu Məkkə dövründə belə çıxış etmədiyini görürük. Bu çıxışlar savadsızlıq, tələsmək, məsləhət və məfsədəni nəzərə almamaqla boş çıxışlardır”.
Hazırlayanı: Natiq
Sayt: http://www.abubakr-mescidi.com/modules/mydownloads/viewcat.php?cid=1&orderby=dateD
E-mənbə: http://bizimyol.az/index.php?mod=news&act=view&nid=13848



Salam Aleykum!
Fitnə əhlinin bir gün öz içinə fitnə düşməli idi.
Bunlar hər zaman belə olublar
Yəhudilərin əliylə maliyyələşdirilib Osmanlı başda olmaqla İslama və müsəlmanlara qarşı qoyuldular.
Bir tərəfdən Mustafa Kamal ,bir tərəfdən Abdulvahhab Yıxdılar OSmanlını .
2.Bunlar və bunların müctəhidləri ,inanıb sayıb -seçdikləri adamları hər zaman belə xəyanətlər ediblər.
Xəlifə Osmana beyət elədilər sonra vurub öldürdülər..Bunu dmeirlər.Yapışıblar ki, guya Hüseyn şiələri Hüseynə xəyanət elədilər...
Nə isə....Son sözüm budur ki.....
Bunlar Həzrət Əlinin ( r.a) qırdığı Xəvaric kimidirlər ki, alınlarında səcdə yerləri var,gecə-gündüz Quran oxuyurlar...Amma,bunun onlara heç bir faydası yoxdur inşaAllah!!!
ONları qırmağa Həzrət Əli (r.a) dən başqa heç kimsə cəsarət etməzdi...
Bunların bu vahabilərin də kökünü Həzrət Məhdi ( r.a) kəsəcək inşaAllah!!!
Bir də qısaca BU çeçen lider barədə demək istəyirəm .Çeçenlərin Rusiya ilə vuruşması siyasətdən başqa bir şey deyil!
çeçenlərə kim kömək edir ?
-Səudiyyə
-SƏudiyyə kimin dostudur ?
-ABŞ ın
ABŞ ın Səudiyyə yolu ilə çeçenləri vuruşdurmasının səbəbi nədir ?
-Rusiyanı daim məşqul edir
Yaxşı ,bəs bu Dokkanı özünə Əmir seçen Azərbacanlı vahabilər niyə görə cihad elan edib Qarabağda vuruşmurlar ?
-Çünki ABŞ çeçenlərə kömək elədiyi kimi Azərbaycana kömək eləmir
-Niyə kömək eləmir ?
-Ona görə ki, kömək eləsə Azərbaycan vahabiləri erməniyə qarşı vuruşacaq
-BU ABŞ-a sərf edirmi ?
-- Əlbəttə yox !
Yəni bu VAHABİLƏR ABŞ ın müsəlman dünyasındakı qeyri-müsəlman (zahirdə dindar ,həqiqətdə münafiq) agentləridirlər!
Allah cümlə müsəlmanları bunların şərrindən qorusun!
AMİN!!!
İyul 31, 2008 4:36