Reklam verin!

İçki tarixinin üç dahisi

İçki tarixinin üç dahisi
   Dolu qədəhlərə ithaf...
   
   Dahiliyin üç şərti
   
   Söz adamını dindir - qırağa dur, içkinin fəlsəfəsindən o ki var danışsın: araq xarakter içkisidir, içki insanın dostudur, adamı hamı atır, içki isə adamı heç vaxt atmır, uzaqbaşı sən onu ata bilərsən və daha nələr… Ümumiyyətlə, yaradıcı adamların arasında bir içki kultu var. Belə hesab olunur ki, loru dildə desək, "sənətkar vuran olar". Hətta bu "diaqnoz" elə güclüdür ki, yaradıcılığa iddialı olan adamlar fərli bir şey yaratmazdan əvvəl özlərini yaradıcı adam kimi təsdiq etmək üçün özlərinə bir "əyyaş" obrazı yaratmağa çalışır. Bəs necə, axı dahiliyin reseptindəki üç şərtdən (istedad, kasıblıq, içki) biri də məhz bu keyfiyyətdir.
   Bu yazıda yaradıcılığı ilə yanaşı, möhkəm vuran olmağı, həyatda nail olduqları çox şeyi


məhz içkinin hesabına qazanmağı ilə məşhurlaşan dünya çaplı üç əyyaşdan danışacam.
   
   Sergey Yesenin - içirdi, çünki o, rus idi
   
   Təbii ki, birinci sevimli şairim Sergey Yesenindən başlayıram. Seryojanın bərk vuran olmağı elə də təəccüblü deyil. Rusların arağa münasibətini hamı bilir və Rusiyada "vuran" olmaq, Ərəbistanda şeyx, İtaliyada mafioz olmaq qədər adi, sıradan bir şeydi. Amma içmək də var, içmək də var…Yesenin isə çox içirdi.
   Sergey Yesenin ona görə içirdi ki, o, rus idi. Amma səbəb təkcə bu deyildi. Varlı babanın yanında böyüyən dalaşqan kənd yeniyetməsini Rusiya ədəbiyyatı tarixində ən işıqlı, ən məşhur şair (Puşkindən sonra) eləmək üçün içki mütləq idi. Əgər Yesenin həm də məşhur əyyaş olmasaydı, çətin ki, şeirləri o qədər kobud, vəhşi (əsl rus xisləti) bir səmimiliklə yaza biləydi, qadınların sevimlisi, müasirlərinin "dəcəl dostu", Anna Axmatova kimi zəhər tuluğu bir şairənin "kiçik qardaşı", Lev Trotskinin favoriti olaydı.
   Ona içkinin necə təsir eləməsini elə məşhur Mərdəkan məsələsindən bilmək olar. Azərbaycanda ədəbiyyatla maraqlanan elə bir adam tapmaq olmaz ki, Yeseninə Mərdəkanın Tehran kimi təqdim olunmasından xəbəri olmasın. "Fars motivləri" boyda bir silsilə yazmaq, orada İran gözəllərini, mavi Tehran güllərini, çadralı qadınları təsvir eləmək və bütün bunların doğrudan da İranda baş verdiyini düşünmək üçün görün, nə qədər içmək lazım imiş.
   Yesenin dostlarının maraqlı bir xatirəsi var. Dəqiq kimin danışdığını indi xatırlamıram. Deyirlər o, məşhur rəqqasə Aysedora Dunkanla evlənəndən sonra dostlarından biri Yeseninlə görüşür. Ondan ailə həyatının necə keçdiyini soruşanda, Yesenin, "Aysedora çox içir" deyə şikayətlənir.
   İnsanın ruhunu böyüdən nəhəng rus meşələrini, əyalət uşağı olmağını, valideynlərinin ondan gözəl şeirlər, şöhrət əvəzinə yazdıqlarına görə aldığı qonorarı gözləməyini poeziyaya çevirmək üçün içmək lazım idi. Ümumiyyətlə içkisiz, Rusiyanı, rus həyatını ədəbiyyata, kinoya gətirmək, onu sənət əsərinə çevirmək mümkün deyil. Rus yazıçısı içmədən əsər yazırsa bu əsər, ömründə bir dəfə təndir görməyən Eldar Quliyevin Azərbaycan kəndi haqda çəkdiyi kinoya oxşayacaq.
   
   Anri Tuluz Lotrek - içirdi, çünki bədbəxt idi
   
   Yesenin əyalət uşağı idi. Babası varlı olsa da, valideynləri kasıb adamlar idilər. Yesenin qadınların, dostların sevimlisi idi. Yesenin yaraşıqlı idi. Yeseninin içmək deyil, içmədən xoşbəxt yaşamaq üçün hər şeyi vardı. Yesenini içirdən Rusiya idi.
   Lotrek isə varlı, aristokrat nəsildən çıxmışdı. O, Parisin incəsənət mərkəzi olan Monmartrda yaşayırdı. Ailə xəzinəsini sağa-sola xərcləyirdi. Amma bu, onun həyatındakı yeganə xoş təsadüf idi. Lotrek balacaboy, çirkin adam idi. Uşaqlıqdan ayaqlarının ikisini də sındırıb, ömür boyu şikəst qalmışdı. Qadınlar onu sevmirdilər, şəkillərini çəkdiyi müğənni, aktrisalar onun diqqətinə, portretlərinə dodaq büzürdü. Dostları üçün isə şikəst, balacaboy, uğursuz bir adamla dostluq eləmək elə də cazibədar deyildi. Özü isə təbiətə nifrət edirdi.
   Şikəstliyi, eybəcərliyi, uğursuzluğu unutdurmağın yolu isə içkidən, özü də yaxşı içkidən keçirdi. Lotrekə ailə malikanələrindən böyük çəllək dolusu əla fransız şərabları göndərirdilər, nəhəng liliput isə dostları, Fransa burjuasını başına yığıb məclislər düzəldirdi, salonun ortasında ocaq qurub, yemək hazırlayırdı, min hoqqadan çıxırdı. İçki ona yaxşı portretlər çəkməklə yanaşı, həm də başına dostlar toplamaq, diqqət mərkəzində olmaq üçün lazım idi. İçki Lotrekin uğursuz özünütəsdiq cəhdi idi.
   Lotreki içirdən öz şəxsi dərdi idi.
   
   Ernest Heminquey - içirdi, çünki Heminquey idi!
   
   "Yazıçıya nə mane olur - qadınlar, içki, pul və şöhrətpərəstlik. Həmçinin - qadınsızlıq, içməmək, pulsuzluq, şöhrətpərəst olmamaq".
   Qaynar, vəhşi təbiətli rusdan, incə naturalı fransızdan fərqli olaraq, Heminquey amerikalı idi. Təbiəti soyuq, nəsri quru, dili kasıb… İki dünya müharibəsi, dörd həyat yoldaşı, üç oğul, bir təyyarə qəzası...
   Müharibələr, silah, əsgərlər, fahişələr, müharibə sevgiləri… bunlara çox az adamın əsəbləri davam gətirər.
   Əgər Yeseninə içmək Rusiyanı ədəbiyyata gətirmək üçün lazım idisə, görünür, Heminqueyə də müharibəni ədəbiyyata gətirmək üçün lazım idi. Müharibədən keçib, dəhşətlər, qan, silah görəndən sonra yazmaq, bir də təzədən müharibə, dəhşətlər, qan, silah görmək, bir də təzədən yazmaq xarakter tələb edirdi. Onun azlığını isə ancaq içki tənzimləyə bilərdi. Ancaq görünür ki, çox da tənzimləyə bilməyib. Məşhur yazıçı da Sergey Yesenin kimi, ömrünü intiharla başa vurdu.
   Heminqueyi içirdən görünür ki, müharibələr idi.
   Yazını yaradıcı gəncliyimizə həsr eləyirəm. İstedadda, ortaya layiqli əsər qoymaqda dahi əyyaşlardan hələ ki geri qalsalar da, içməkdə bir addım da geri qalmayan, çox içməyini isə bəşəri problemlərə, ölkənin vəziyyətinə, xalqın dərdinə bağlayan yaradıcı gəncliyimizə. Bu gün onlara elə özümüz dodaq büzürük. "Sizdən fərqli olaraq, həmin adamlar həm də istedadlı idilər" deyirik. Olsun. Məgər sağlığında Yeseninə, Heminqueyə, Lotrekə dodaq büzənlər olmayıb? "Səndən yazıçı çıxmaz" deyənlər olmayıb?
   İçməyin səbəbi çox ola bilər. Amma içməməyin ikicə səbəbi var. Din və sağlamlıq. Əsl yaradıcı adam üçün isə bu səbəbin hər ikisi olduqca mənasız şeylərdir. Dinə inanan və canını qoruyan adamdan yaradıcı olmaz.
   Arağınız da, kədəriniz də bol olsun!

E-mənbə: http://almaqezeti.com/?mod=view&id=3271

Baxış sayı: 84
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


artyazar

Tezliklə burda görüşəcəyik:

www.Kitabxana.Net

Rəsmi tərəfdaşlarımız:

Azərbaycan Yazıçılar Birliyi
(sədri Anar)

www.azyb.net

Solita.NET
"Hosting & Internet service Company"
Baku, AZ1118 Azerbaijan
Tel:(+994) 50 522 22 08
E-mail:billing@solita.net

DİQQƏT!

Sayğılı Virtual Kitabxanamızın istifadəçiləri, Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən daxili imkanlar hesabına gerçəkləşdirilən "ELEKTRON TURAN" - VİRTUAL AZƏRBAYCAN Milli-Kulturoloji layihəsinin bir hissəsi olan və 400 000 nəfərin e-istifadə etdiyi, İnternetdə anadilli resursların arasında xüsusi seçilən bu Elektron Kitabxananın inkişaf etdirilməsinə ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, bu e-kitabxananı Azərbaycan dövlətinə ərməğan etmək təklifini irəli sürürük: birgə şərtlə, layihənin fəlsəfəsinə xələl gətirilməməlidir.
Başqa qurumlar, dövlət və QHT-lər, eləcə də xeyriyyəçilər, bir sözlə istənilən şəxs bizə dayaq durmaq istəyindədirsə, əlaqə telefonlarımızı, bank rekvizitlərimizi veririk:
Yeni Yazarlar və Sənətçilər Qurumunun “Texnikabank” ASC-ndəki hesab nömrəsi:
38030066470001
VÖEN: 1700430481
“Texnikabank” ASC Kodu: 506872
VÖEN: 9900000681
Müxbir Hesab: 0137010031944
S.W.I.F.T.BIK: TECİAZ22

Tel.: (+99412) 418 93 58; 438 03 17;
(0-50) 213 40 43; (070) 317 80 01

e-mail: artyazar@yahoo.com

Portalımızın başqa saytları:

www.yysq.azeriblog.com
www.xariciedebiyyat.azeriblog.com
www.artyazar.azeriblog.com
www.azeriedebiyyati.azeriblog.com

YYSQ-nin "ELEKTRON TURAN" - Virtual Azərbaycan Milli-Kulturoloji layihəsi əsasında Virtual Milli Elektron Kitabxana (e-Axtarış Sistemli) 1300-ə yaxın özəl İnternet səhifəsi olan saytın istifadəçisi 1-5 saniyə ərzində müxtəlif kitabların elektron variantını əldə edə bilər. Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə olan elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitablardan istifadə etmək mümkündür. Saytda, eləcə də dünya ədəbiyyatının ana dilimizə çevrilmiş müxtəlif tərcümələri də yer alıb: istifadə etmək pulsuzdur.
Hiper Virtual Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir...

Redaksiya-Ekspert Şurası:

ANAR,
Azərbaycan Yazıçılar Birliyi sədri

Nizami Cəfərov,
Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, akademik

Orxan Pamuk,
Türkiyə Cümhuriyyəti, Beynəlxalq Nobel mükafatı laureatı

Oljas Süleymenov,
Qazaxıstanın xalq şairi

Hamlet İsaxanlı,
Xəzər Universitəsinin rektoru

Bəhruz Axundov,
"Təhsil" Nəşriyyatı-Poliqrafiya Birliyinin direktoru

Çingiz Abdullayev,
MDB Yazıçılar Konfederasiyasının İH üzvü

Çingiz Əlioğlu,
AR Mədəniyyət və Turizm Nazirliyi

Rizvan Əbilov,
Rusiya Federasiyası nümayəndəliyi

Şəmsəddin Küzəçi,
Türkiyə və İraq-Türkman nümayəndəliyi

Aydın Xan (Əbilov),
YYSQ sədri, Layihənin baş əlaqələndiricisi

Səlim Babullaoğlu,
"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru,

Səxavət Sahil,
"Gənc Azərbaycan" qəzetinin baş redaktoru, əlaqələndirici

Xüsusi qeydlər:

Bu saytdakı materiallar - mətnlər və e-kitablar müəlliflərin icazəsi olmadan kommersiya məqsədi ilə çoxaldıla, eləcə də başqa formada istifadə oluna bilməz!
Azərbaycan Respublikasının milli qanunvericiliyi və ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdəki bəndlərə uyğun olaraq yazarların müəlliflik hüquqları tanınır, onlara siz də sayğı göstərin...

Данный тексты не может быть использован в коммерческих целях...

Yeni Yazarlar və Sənətçilər Qurumu

Axtarış

Açar sözlər

  azərbaycan  məhəmməd  əmin  rəsulzadə.  "stalinlə  avropa  ixtilal  qumluqdakı  энциклопедия  roman  abe  türk  hüquqları  davası"  kobo  xatirələri"  insan  qadın  məhkəməsi  fəthullah  "milli  зарубежная  cəlaləddin  mircəfər  (i)  литература  mövlanə  məmmədov.  dirilik.  adıgözəl  rumi  xx  bağirov  cənubi  balzak.  культурология  arvadı"  şey  nino”,  hərəkatı  fukuyama.  мишель  vladimir  "bəhaullah  kino  səfəvi  illər  xorxe  м.в.  şərqşünasliq  milli  ədəbiyyatinda  massonluq  "xristian"  mənim  илья.  dayanir?"  erməni  fərid  rəhbərliyinə  terror,  лич.  эпох,  (iii)  yeni  iran  dövləti)  sokrat  idarə  "...həzrət  məhəmmədin  gəncəyi.  uimz.  a.s.puşkin  блинов  iv  adı  əfsanələr  gülən.  de  rumi.  əladı  liderlərinin  mədəniyyətin  текст)  con  sənəti  turxan  mir  yaddaşı  философия  "ermənistanı  rəsmi  azərbaycanda  neolibirelaizm  gizlinləri"  olanda  постмодернизм"  iddianin  ədəbiyyatı  yaponiya  min-bir  sirus  afrikasayaği  э.  "мифологии"  (iv)  delerm  problemi  tarixi  (полный  vahe  babın  ömür  isfahandaki  "1905-1906-cı  borxes.  в.а.,  elmi  cümhuriyyəti»:  gülən  hiss  dəri  "постструктурализм.  «məsnəvi».  “əli  milli-demokratik  üstünlüyu  фуко,  возрождения  ebenezer  ale-əhməd.  möhsün  brut  avetyan:  tahirzadə:  drami  ölkənin  peter  постмодернизма  marşallek.  baba  sirri"  ssri  aparteid  барт.  xatirələri  filip  folkner  ziyalisi  türkiyə  «слова  литературно-библиографическая  "geoloqlar"  zühuru..."  sultan  mövqeyi  luis  ладов  kazimbəy  dövlətimizin  dramaturgiya  kоllektiv  еtmək"  onore  деконструктивизм.  "amerikansayaği  ermənişünaslığı  mədədi.  demokratiya  коммуникация.  древних  era"  xalqlari  cəlal  nəvvab  mark  cinayətkarlar  «azərbaycan  h.ibsen  samuel  turrini.  а.к.,    qərb  kamal:  ələkbərli.  "zamanı  faşizm  век  ролан  "zahidin  hər  viliam  güney  frensis  вещи»  века  sorokin.  zərəndi.  səhifələr  sarayinda  erməni-müsəlman  şekspir  лебедев  mirzə  ilk  mühacirət  şüur  "ermənistan:  üzlük  ильин  arxasinda  "şərqin  məktubu  islam  культура  средневековья  (ii)  esslemont.  postmodernizm  dili  (osmanli  yuni  edir"  ədalət  kitabından  terrorçu  vaxtım  аналитическая  ralf  şərq  masonluq  dilinin 

Sayqaç

İndi blogda: 20
Keçən ayın hiti: 51586
Dünənki hit: 1311
Bugünki hit: 259
Ümumi hit: 414159

AddThis Feed Button
Add to Technorati Favorites