Reklam verin!

Güntay Gəncalp. "Güney Azərbaycan söyləmləri"

   Tarix üzərinə sosioloji araşdırmalar olayların adətən iki istiqamətdə ortaya çıxdığını isbat etmişdir: 1. Tarixin yaratdığı olaylar (Tarixin yaratdığı millətlər); 2. Olayların yaratdığı tarix (millətlərin yaratdığı tarix). 
   Bunu bir neçə örnəklə daha da anlaşılan hala gətirək. Sabiq Sovetlər məkanından 15 müstəqil dövlət tarix səhnəsində öz istiqlallarını elan etdilər. Əslində sovetizmi dağıdan millətlərin milli mücadilələri olmadı. İqtisadi çöküş, tekniki baxımdan geriqalma, modern dünyaya qapıların bağlı olması rüşvətlə birlikdə sovetizmi çökdürdü. Bu çöküşdən sonra əslində müstəqilliyi haqq etməyən ölkələr azad oldular. Məsələn, Ermənistan öz istiqlalı yolunda hansı mübarizəni apardı? Türküstan və digər cümhuriyyətlər də eləcə. Yalnız Gürcüstanın və Azərbaycanın cüzi dirənişləri oldu. Bunun əksi olaraq, öz istiqlalları yolunda prezidentləri ilə bir yerdə ölüm-dirim savaşına çıxan çeçenlər müstəqil ola bilmədilər, bilmirlər. Üç Baltikyanı ölkə istisna olmaqla, qalan dövlətlərin müstəqilliyi tarixin tanıdığı şans kimi ortaya çıxıb. Bunun adına tarixin yaratdığı hadisələr deyək və belə bir sual verək: Əgər iqtisadi, siyasi çöküş və Qərblə olan münasibətlər yaxın vədədə İranı dağıtmalı olsa, mərkəzin nəzarəti zəiflərsə, o zaman Sovetlərdə olduğu kimi tarixin tanıdığı fürsət və şans


İran məkanında yaşayan millətlər üçün də doğa bilərmi? Şübhəsiz ki, tarixin gətiriləri, ya da tarixin tanıdığı fürsətlə milli kimliyin yüksəlişi bir paralellik təşkil edərsə bu suala müsbət cavab vermək mümkündür. Yəni olayların axışına milli heysiyyətimizi, milli şüurumuzu qatmalı olsaq, nədən belə bir fürsət qansız-qadasız şəkildə bizim üçün də doğmasın? Bu konu üzərinə düşünmək lazımdır.
   Bu bağlamda Güney Azərbaycan Milli Hərəkatı teorilər gəlişdirməli, təhdid və fürsətlər haqqında ön bilgi hazırlıqları ortaya qoymalıdır. Xüsusən bir çox söyləmlər üzərinə fikir yürüdülməlidir. Söyləm nədir? Söyləm, dilin söz dağarcığından istifadə edib bəlli bir siyasi, iqtisadi, mədəni görüşü ifadə edən bir anlayış, ya da bir cümlədir. Söyləm, bir şəkildə dil içində dildir. Məsələn, bizim dilimizdə “bölünmüş”, “hərəkat”, “bütöv”, “güney”, “quzey”, “şovinizm”, “milli”, “oyanış” kimi sözlər var. Bu sözlərdən düzəltdiyimiz “Bölünmüş Azərbaycan”, “Bütöv Azərbaycan”, “Güney Azərbaycan Milli Hərəkatı” kimi söz birləşmələri hər biri bir söyləmdir. Bu söyləmlərin arxasında milli iradənin istəkləri və fəaliyyətləri durmaqdadır. Hər bir söyləm əqli, fikri çalışmanın məhsuludur. Söyləmlərin uzun və ya yaxın vədədə qəbul edilib-edilməyəcəklərinə baxmayaraq, həm əqli çalışmanın nəticəsi kimi təzahür edər, həm də toplumsal zehniyyətin dərinləşməsinə imkan verər. Bu səbəbdən də söyləm gəlişdirə bilməyən hərəkatlar cəsarətdən yoxsul, planlama gücündən məhrum olaraq tarixə gömülərlər. Söyləmlərin arxasında siyasət, iqtisadiyyat, fəlsəfə və mənafe durar, mədəni ehtiyaclar yatar. Azad və müstəqil ölkələrdə söyləmlər ən çox demokratiya, insan haqları, fərdi azadlıqların genişlənməsi, çevrə haqları, heyvan haqları və ekonomik gəlişmələr əsasında şəkillənir. Siyasi şərhlərin, siyasi fəlsəfələrin konkretləşmiş şəkli olan söyləmlər, ictimai aydınlamada böyük rol oynar. Məsələn, bu gün “Güney Azərbaycan Milli Hərəkatı” artıq tutarlı bir söyləm kimi cəmiyyətin içində öz yerini alıb. Bu söyləmi baş-ayaq etməyə də ehtiyac yoxdur və kiminsə də gücü çatmaz. Hər bir söyləmin təsirli ola biləcəyi bir zaman dilimi var. “Məsələn, Güney Azərbaycan Milli Hərəkatı” bir söyləm olaraq iki yolla canlı tarix səhnəsindən çıxıb arxivləşə bilər: 1. Bu hərəkat öz hədəfinə çatar, Güney Azərbaycan azad olar və artıq bu söyləm tarixin arxivinə girib, yerini başqa söyləmə, məsələn, “Bütöv Azərbaycan” kimi inteqrasion xarakterli söyləmə buraxa bilər. Daha rasional, daha məntiqli görünən budur. Çünki bu doğrultuda millət mənəvi-maddi enerji yatırmaqdadır. 2. Güney Azərbaycan Milli Hərəkatı çox ağır bir zərbə alar, məsələn, "21 Azər" Hərəkatında olduğu kimi və bu hərəkatı çökdürərlər. Bu şəkildə də bu söyləm arxivləşə bilər. Necə ki, "21 Azər" məğlubiyyətindən sonra, belə bir söyləm olmaz oldu.
   * * *
   İndi bu girişdən sonra gələk əsas mövzuya. Bu gün hansı söyləm siyasi və hansı söyləm inteqrasion mahiyyəti daşımaqdadır?
   Günümüzün verilərindən baxdığımızda “Güney Azərbaycan Milli Hərəkatı” siyasi bir söyləm olaraq dərk edilməkdədir. “Bütöv Azərbaycan” isə nə Elçibəyin zamanında, nə də indiki zamanda siyasi söyləm olmamış, inteqrasion xarakterli söyləm olmuşdur. Mövzunu daha da aydınca anlaya bilməmiz üçün bu şəkildə söyləyək: Güney Azərbaycan siyasi mübarizənin nəsnəsidir. Çünki onun önündə fars şovinizmi kimi böyük bir əngəl var. Güney Azərbaycan bu siyasi əngəli aşaraq özünə siyasi bir forma qazanmaq zorundadır. Bu siyasi forma qazanma yolunda əlbəttə ki, Bakının, Ankaranın, Türküstanın və bütün dünyanın mədəni təcrübələrindən faydalanılacaqdır. Lakin siyasi hərəkat olaraq, Təbriz mərkəzli təcrübə birikiminə, siyasi təşkilatlanmaya və Təbriz mərkəzli uluslararası əlaqələrə ehtiyac vardır. Doğru bir planlama və siyasi reallıqlar üzərinə elmi olmağa çalışan analizlər bu yöndə böyük uğurlar verə bilər. Lakin inteqrasion söyləmini siyasi söyləmin yerinə yerləşdirmək həm milli hərəkatın ciddiyyətinə zərər verər, həm də Milli Hərəkat beynəlxalq arenaya daşınmaqda çətinlik çəkər.
   Bu mənada Güney Azərbaycan Milli Hərəkatı, yaxın, orta və uzaq söyləmlər, eləcə də siyasi və inteqrasion xarakterli söyləmlər haqqında diqqətli olmalıdır.
   Güney Azərbaycan Milli Azadlıq Hərəkatının daxilə və xaricə yönəlik strategiyalar hazırlamasıyla yanaşı, söyləm qarışıqlığına girməməsi də önəmlidir. Mübarizə aparan, içdə və dışda bütün gəlişmələri dəyərləndirən Güney Azərbaycan Milli Hərəkatı zaman-zaman, aşama-aşama öz imkanlarına və dünya şərtlərinə görə söyləmlər ortaya qoymaq zorundadır. Beynəlxalq münasibətləri müşahidə təcrübəsini gəlişdirmək və onun işığında iç çevrəni analiz etmək milli söyləmlərin və milli hədəflərin formalaşmasına ciddi təsir buraxa bilər. İndilik Güney Azərbaycan Mərkəzli bir siyasətin ilkin söyləmi bilgi və mənəvi iqtidarı gəlişdirməkdən ibarətdir. Fars şovinizminin söyləmlərini həm bilgi, həm tarix, həm də hissi planda çökdürəcək söyləmlərin ortaya çıxması zəruridir.
   Mövzunu daha geniş miqyasda ələ alsaq, bu istiqamətdə söyləmlər gəlişdirmək zorundayıq: 1. Fəlsəfi söyləm- türkçülük və türk dilini fəlsəfə dili etmə çabaları. 2. Etik söyləm- Modern əxlaqa uyum sağlama. Modern sosial əlaqələri gəlişdirmə (ulus və insan haqlarının fəlsəfəsini dərinliyi ilə anlamaq). 3. Mədəni söyləm- şeirdən, musiqidən, heykəltəraşlıqdan, rəssamlıqdan və digər sənət şaxələrindən yararlanaraq milli hərəkatı estetizə etmək. Buna estetik söyləm də deyə bilirik. 4. Politik söyləm- Güney Azərbaycan Mərkəzli siyasi davranışı toplumun içinə və dış dünyaya daşımaq.
   Şübhəsiz ki, bütün bunların hamısı genişmiqyaslı bilgi kadrlarının şəkillənməsi ilə mümkün ola bilər. Ona görə də bütün bu söyləm gəlişdirmələrin təməlində oxuma və tətbiqetmə durmaqdadır. Yəni makro-stratejik aşamalar və mikro-stratejik aşamalar üzərinə araşdırmalar apararaq, ictimai təşkilatlanmağı planlamaq Milli Hərəkatın hədəflərindən ən əsasıdır.
   Bu arada Güney Azərbaycan Milli Hərəkatı baxımdan mikro-stratejik və makro-stratejik aşamaları bu şəkildə dəyərləndirmək mümkündür: Mikro-stratejik aşama tərcihlər mərhələsidir. Bir sürü alternativlər ortaya qoyulur. Alternativlər doğru qərar verməyi dəqiqləşdirə bilər. Bu alternativlər iç şərtlərə görə gəlişir. Məsələn, bu gün Güney Azərbaycanda İran anayasasının imkan verdiyi çərçivədə dil uğruna gerçəkdən çox heysiyyətli mübarizə aparanlar vardır. Onlar milli mədəniyyətimizi ən çətin zamanlarda qoruyub gəlişdirməyə çalışıblar. İran anayasasını qəbul etməyərək mübarizə aparanlar da var. Bunların hamısı ölkəiçi şərtlərə görə gəlişən olaylardır. Lakin makro-strateji aşama bir qərar məsələsidir. Çünki Makro-strateji aşama həm də uluslararasına xitab edər. Mikro-stratejik aşamada inteqrasion söyləmlərini də musiqidə, şeirdə və digər sənət sahələrində dilə gətirmək gərəkir. Uluslararasına xitab etmək təcrübəsini qazanmaq çox önəmlidir, onun üçün uluslararası siyasi oyun şərtlərini bilmək gərəkir. Makro-stratejik aşama, iç tərcihlərin ortaqlaşa qərarını təşkil etməkdədir. Yalnız məsələn, uluslararasına hekayə-filan lazım deyil, ancaq bu gün Güney Azərbaycana birinci lazım olan şey milli dildə elmi, fəlsəfi ədəbiyyatı təmin etməkdir.
   Fars şovinizmini çökdürmək və yurdumuzdan dışlamaq üçün olqun, yetişkin, arxasında bilgi və təcrübə dayanan siyasi söyləm gəlişdirmənin yanısıra istər-istəməz inteqrasion söyləmi də özlüyündən inkişaf edəcəkdir. Bizdə inteqrasion söyləmlərinin tarixi daha əskilərə dayanmaqdadır. Şəhriyarla, Səhəndlə məktublaşan Quzey şairlərinin şeirlərində daima dərin bir inteqrasion diləyi barınmışdır. İnteqrasionun birinci aşaması Quzey Azərbaycanla və daha sonra bütün Türk ölkələri ilə olmalıdır. Bu şəkildə bir inteqrasion zehniyyəti fars şovinizminin qarşısında savunmasız və kitabsız buraxılan ana dilimizi canlandıra bilər. Nədən inteqrasionun birinci aşamasında Quzey Azərbaycan durmalıdır? Çünki Quzey Azərbaycan bizim vətənimizdir. O yurdlar bizim vətən əxlaqımızın içində yer almaqdadır. Qarabağın azad olması ilə bağlı olaraq birbaşa məsuliyyət daşıyırıq. Lakin anlamamız gərəkir ki, Qarabağın qurtuluşuna yardımçı ola bilməmiz üçün “Güney Azərbaycan Mərkəzli Politika” söyləmi üzərinə düzgün analizlər gəlişdirməliyik. Yəni Güney Azərbaycanın fars şovinizminin təsirindən qurtarması Qarabağa qarşı İran-fars cəbhəsini ortadan qaldıracaqdır. Azərbaycanın daha gec birləşməsi önəmli deyil, önəmli olan Güney Azərbaycanın qurtarışıdır. Güney Azərbaycana hakim olacaq milli iradə ermənilərin iqtisadi şah damarı olan İran tərəfini kəsib atacaqdır.
   “Bütöv Azərbaycan” söyləminin siyasi deyil, inteqrasion mahiyyətli söyləm olduğunu söylədik. Çünki qurtulmuş Güney Azərbaycan məkanında bütövlük uğruna gedəcək yaxınlaşmada qarşıda başqa bir millət əngəl olaraq durmayacaqdır. Bu mərhələdə iqtisadi inteqrasion, əlifba birliyi, ədəbi dil birliyi, təhsil birliyi tədricən mövcud olan fərqlilikləri ortadan qaldırıb və ortaq zövq anlayışını, ortaq estetik qavrayışı və hətta ortaq süfrə mədəniyyətindən tutmuş, həyatın bütün sahələrində ortaqlıq sağlaya bilər.
   “Bütöv Azərbaycan” bu səbəbdən siyasi söyləm deyil, inteqrasion söyləmidir ki, bizim siyasi söyləmimizdə itirən və qazanan tərəflər mövcuddur: Fars şovinizmi itirən, Güney Azərbaycan qazanan. Lakin “Bütöv Azərbaycan” söyləmində itirən yoxdur, yalnız qazanan var. Həm Quzey, həm də Güney qazanır. Avropa Birliyi içində tam eyni dildən ibarət olan millətlər inteqrasion nəticəsində bağımsız dövlətlər şəklində bir araya gəlmişlər. Məsələn, alman dilli ölkələr bir dövlət çatısı altında birləşməni heç düşünmürlər. Bütöv Azərbaycanla ilgili nəzərdə tutulan inteqrasion sürəci zaman içində federal, ya da konfederal “Bütöv Azərbaycan” ehtiyacını doğura bilər. Yəni iqtisadi, mədəni altyapısı hazırlanan iki Azərbaycanın nədən federal şəkildə bir araya gəlməsi mümkün olmasın? Lakin bunlar duyğularda, estetik anlayışlarımızda dolaşan və əsla unudulmaması gərəkən inteqrasion söyləmləridir. Əməli siyasət isə bütün imkanlardan faydalanaraq fars şovinizminin nəfəsini Güney Azərbaycandan kəsməyi tələb edir.

E-mənbə: http://almaqezeti.com/?mod=view&id=3275

Baxış sayı: 81
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


artyazar

Tezliklə burda görüşəcəyik:

www.Kitabxana.Net

Rəsmi tərəfdaşlarımız:

Azərbaycan Yazıçılar Birliyi
(sədri Anar)

www.azyb.net

Solita.NET
"Hosting & Internet service Company"
Baku, AZ1118 Azerbaijan
Tel:(+994) 50 522 22 08
E-mail:billing@solita.net

DİQQƏT!

Sayğılı Virtual Kitabxanamızın istifadəçiləri, Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən daxili imkanlar hesabına gerçəkləşdirilən "ELEKTRON TURAN" - VİRTUAL AZƏRBAYCAN Milli-Kulturoloji layihəsinin bir hissəsi olan və 400 000 nəfərin e-istifadə etdiyi, İnternetdə anadilli resursların arasında xüsusi seçilən bu Elektron Kitabxananın inkişaf etdirilməsinə ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, bu e-kitabxananı Azərbaycan dövlətinə ərməğan etmək təklifini irəli sürürük: birgə şərtlə, layihənin fəlsəfəsinə xələl gətirilməməlidir.
Başqa qurumlar, dövlət və QHT-lər, eləcə də xeyriyyəçilər, bir sözlə istənilən şəxs bizə dayaq durmaq istəyindədirsə, əlaqə telefonlarımızı, bank rekvizitlərimizi veririk:
Yeni Yazarlar və Sənətçilər Qurumunun “Texnikabank” ASC-ndəki hesab nömrəsi:
38030066470001
VÖEN: 1700430481
“Texnikabank” ASC Kodu: 506872
VÖEN: 9900000681
Müxbir Hesab: 0137010031944
S.W.I.F.T.BIK: TECİAZ22

Tel.: (+99412) 418 93 58; 438 03 17;
(0-50) 213 40 43; (070) 317 80 01

e-mail: artyazar@yahoo.com

Portalımızın başqa saytları:

www.yysq.azeriblog.com
www.xariciedebiyyat.azeriblog.com
www.artyazar.azeriblog.com
www.azeriedebiyyati.azeriblog.com

YYSQ-nin "ELEKTRON TURAN" - Virtual Azərbaycan Milli-Kulturoloji layihəsi əsasında Virtual Milli Elektron Kitabxana (e-Axtarış Sistemli) 1300-ə yaxın özəl İnternet səhifəsi olan saytın istifadəçisi 1-5 saniyə ərzində müxtəlif kitabların elektron variantını əldə edə bilər. Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə olan elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitablardan istifadə etmək mümkündür. Saytda, eləcə də dünya ədəbiyyatının ana dilimizə çevrilmiş müxtəlif tərcümələri də yer alıb: istifadə etmək pulsuzdur.
Hiper Virtual Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir...

Redaksiya-Ekspert Şurası:

ANAR,
Azərbaycan Yazıçılar Birliyi sədri

Nizami Cəfərov,
Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, akademik

Orxan Pamuk,
Türkiyə Cümhuriyyəti, Beynəlxalq Nobel mükafatı laureatı

Oljas Süleymenov,
Qazaxıstanın xalq şairi

Hamlet İsaxanlı,
Xəzər Universitəsinin rektoru

Bəhruz Axundov,
"Təhsil" Nəşriyyatı-Poliqrafiya Birliyinin direktoru

Çingiz Abdullayev,
MDB Yazıçılar Konfederasiyasının İH üzvü

Çingiz Əlioğlu,
AR Mədəniyyət və Turizm Nazirliyi

Rizvan Əbilov,
Rusiya Federasiyası nümayəndəliyi

Şəmsəddin Küzəçi,
Türkiyə və İraq-Türkman nümayəndəliyi

Aydın Xan (Əbilov),
YYSQ sədri, Layihənin baş əlaqələndiricisi

Səlim Babullaoğlu,
"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru,

Səxavət Sahil,
"Gənc Azərbaycan" qəzetinin baş redaktoru, əlaqələndirici

Xüsusi qeydlər:

Bu saytdakı materiallar - mətnlər və e-kitablar müəlliflərin icazəsi olmadan kommersiya məqsədi ilə çoxaldıla, eləcə də başqa formada istifadə oluna bilməz!
Azərbaycan Respublikasının milli qanunvericiliyi və ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdəki bəndlərə uyğun olaraq yazarların müəlliflik hüquqları tanınır, onlara siz də sayğı göstərin...

Данный тексты не может быть использован в коммерческих целях...

Yeni Yazarlar və Sənətçilər Qurumu

Axtarış

Açar sözlər

  azərbaycan  məhəmməd  əmin  rəsulzadə.  "stalinlə  avropa  ixtilal  qumluqdakı  энциклопедия  roman  abe  türk  hüquqları  davası"  kobo  xatirələri"  insan  qadın  məhkəməsi  fəthullah  "milli  зарубежная  cəlaləddin  mircəfər  (i)  литература  mövlanə  məmmədov.  dirilik.  adıgözəl  rumi  xx  bağirov  cənubi  balzak.  культурология  arvadı"  şey  nino”,  hərəkatı  fukuyama.  мишель  vladimir  "bəhaullah  kino  səfəvi  illər  xorxe  м.в.  şərqşünasliq  milli  ədəbiyyatinda  massonluq  "xristian"  mənim  илья.  dayanir?"  erməni  fərid  rəhbərliyinə  terror,  лич.  эпох,  (iii)  yeni  iran  dövləti)  sokrat  idarə  "...həzrət  məhəmmədin  gəncəyi.  uimz.  a.s.puşkin  блинов  iv  adı  əfsanələr  gülən.  de  rumi.  əladı  liderlərinin  mədəniyyətin  текст)  con  sənəti  turxan  mir  yaddaşı  философия  "ermənistanı  rəsmi  azərbaycanda  neolibirelaizm  gizlinləri"  olanda  постмодернизм"  iddianin  ədəbiyyatı  yaponiya  min-bir  sirus  afrikasayaği  э.  "мифологии"  (iv)  delerm  problemi  tarixi  (полный  vahe  babın  ömür  isfahandaki  "1905-1906-cı  borxes.  в.а.,  elmi  cümhuriyyəti»:  gülən  hiss  dəri  "постструктурализм.  «məsnəvi».  “əli  milli-demokratik  üstünlüyu  фуко,  возрождения  ebenezer  ale-əhməd.  möhsün  brut  avetyan:  tahirzadə:  drami  ölkənin  peter  постмодернизма  marşallek.  baba  sirri"  ssri  aparteid  барт.  xatirələri  filip  folkner  ziyalisi  türkiyə  «слова  литературно-библиографическая  "geoloqlar"  zühuru..."  sultan  mövqeyi  luis  ладов  kazimbəy  dövlətimizin  dramaturgiya  kоllektiv  еtmək"  onore  деконструктивизм.  "amerikansayaği  ermənişünaslığı  mədədi.  demokratiya  коммуникация.  древних  era"  xalqlari  cəlal  nəvvab  mark  cinayətkarlar  «azərbaycan  h.ibsen  samuel  turrini.  а.к.,    qərb  kamal:  ələkbərli.  "zamanı  faşizm  век  ролан  "zahidin  hər  viliam  güney  frensis  вещи»  века  sorokin.  zərəndi.  səhifələr  sarayinda  erməni-müsəlman  şekspir  лебедев  mirzə  ilk  mühacirət  şüur  "ermənistan:  üzlük  ильин  arxasinda  "şərqin  məktubu  islam  культура  средневековья  (ii)  esslemont.  postmodernizm  dili  (osmanli  yuni  edir"  ədalət  kitabından  terrorçu  vaxtım  аналитическая  ralf  şərq  masonluq  dilinin 

Sayqaç

İndi blogda: 33
Keçən ayın hiti: 51586
Dünənki hit: 1844
Bugünki hit: 1082
Ümumi hit: 413671

AddThis Feed Button
Add to Technorati Favorites