Reklam verin!
Yuma Ailə Jurnalı

Azərbaycan Respublikası Prezidentinin seçkiləri: e-maarifçilik

PREZİDENT SEÇKİSİNDƏ KİV-lə SEÇKİQABAĞI TƏŞVİQATIN APARILMASI QAYDALARI HAQDA TƏLİMATIN TAM MƏTNİ

Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında təlimat

(Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyul 2008-ci il tarixli 7//27-8 saylı qərarı ilə təsdiq edilmişdir)

1. Ümumi müddəalar

1.1. Bu təlimat Azərbaycan Respublikası Prezidentinin seçkilərində (bundan sonra - prezident seçkiləri) kütləvi informasiya vasitələrindən istifadə etməklə seçkiqabağı təşviqatın aparılması qaydalarını müəyyən edir.


Təlimat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinin, Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi), "Kütləvi informasiya vasitələri haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun hazırlanmışdır.

1.2. Təlimatda istifadə olunan bəzi anlayışların izahı:

1.2.1. televiziya və radio (bundan sonra - teleradio) vasitələri ilə seçkiqabağı təşviqat - seçiciləri hər hansı namizədin lehinə səs verməyə təbliğ etmək məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada və formada məlumatların teleradio vasitələri ilə yayımlanması;

1.2.2. dövri nəşrlər vasitəsilə seçkiqabağı təşviqat - seçiciləri hər hansı namizədin lehinə səs verməyə çağırmaq məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada və formada məlumatların dövri nəşrlərdə yerləşdirilməsi;

1.2.3. kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın növləri - çıxış, müsahibə, mətbuat konfransı, açıq müzakirə, debat, dəyirmi masa, siyasi reklam, namizəd haqqında teleoçerklər və videofilmlər (bədii filmlər istisna olmaqla);

1.2.4. çıxış - seçkiqabağı proqram və platformanın teleradio verilişləri vasitəsilə seçicilərə açıqlanması;

1.2.5. müsahibə - qeydə alınmış namizədlərin, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin* namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin KİV nümayəndələri ilə görüşlər zamanı həmin nümayəndələr tərəfindən verilən sualların cavablandırılması;

1.2.6. mətbuat konfransı - qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, onların səlahiyyətli nümayəndələrinin və qanunla müəyyən edilmiş digər şəxslərin kütləvi informasiya vasitələrində suallara cavablar da daxil olmaqla, namizədin seçkiqabağı proqramının şərh edilməsi;

1.2.7. açıq müzakirə - seçkiqabağı proqram və platformanın digər subyektlərlə müzakirə edilməsi;

1.2.8. debat - qeydə alınmış iki və ya daha çox namizədin, habelə siyasi partiya, siyasi partiyaların blokları adından onların buna vəkil edilmiş nümayəndələrinin seçkiqabağı proqramları ilə əlaqədar açıq fikir mübadiləsi;

1.2.9. dəyirmi masa - seçkiqabağı təşviqat tədbirləri çərçivəsində qeydə alınmış namizədlərlə, siyasi partiyaların, siyasi partiyalar bloklarının nümayəndələri ilə kütləvi informasiya vasitələrinin nümayəndələri, televiziya tamaşaçıları, radio dinləyiciləri arasında sual-cavab və fikir mübadiləsi;

1.2.10. siyasi reklam - ictimai rəyin seçki proqramının və ya platformasının lehinə formalaşdırılması məqsədilə reklam materiallarının qanunla müəyyən edilmiş qaydada kütləvi informasiya vasitələrində yerləşdirilməsi.

2. Seçkiqabağı təşviqatın müddəti və subyektləri:

2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada Prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat səsvermə gününə 28 gün qalmış başlayır və səsvermə gününə 24 saat qalmış dayandırılır. Səsvermə günü və ondan əvvəlki gün saat 8.00-dan başlayaraq hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

2.2. Seçkiqabağı təşviqat aparmaq hüququna malik olan subyektlər aşağıdakılardır:

2.2.1. qeydə alınmış namizədlər;

2.2.2. namizədləri qeydə alınmış siyasi partiyalar;

2.2.3. namizədləri qeydə alınmış siyasi partiyaların blokları;

2.2.4. bu təlimatın 2.2.1, 2.2.2 və 2.2.3-cü bəndlərində göstərilən subyektlərin adından seçkiqabağı təşviqat onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən onlara verilmiş səlahiyyətlər daxilində aparıla bilər.

2.3. Seçkiqabağı təşviqat prosesində mülkiyyət növünə və yayım imkanlarına görə iştirakı nəzərdə tutulan teleradio verilişləri təşkilatları aşağıdakılardır:

2.3.1. Azərbaycan Respublikası ərazisinin yarısına, yarısından çoxuna, yaxud azına yayımlanan ictimai teleradio verilişləri təşkilatları;

2.3.2. təsisçiləri fiziki və hüquqi şəxslər olan və xüsusi mülkiyyətə əsaslanan teleradio verilişləri təşkilatları.

2.4. Seçkiqabağı təşviqat prosesində mülkiyyət növünə və yayım imkanlarına görə iştirakı nəzərdə tutulan dövri nəşrlər:

2.4.1. dövlət dövri mətbuat nəşrləri - təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olan və ya dövlət büdcəsindən maliyyələşdirilən Azərbaycan Respublikası ərazisinin yarısına, yarısından çoxuna, yaxud yarısından azına yayımlanan dövri nəşrlər;

2.4.2. özəl dövri nəşrlər - təsisçiləri ayrı-ayrı fiziki və ya hüquqi şəxslər olan dövri nəşrlər.

2.5. Bu təlimatın 2.3.1-ci və 2.4.1-ci bəndlərində göstərilən teleradio verilişləri təşkilatları tərəfindən seçkiqabağı təşviqat üçün ayrılan efir vaxtı, eləcə də dövri nəşrlər tərəfindən ayrılan yer ödənişsiz və ya ödənişli əsaslarla, bu təlimatın 2.3.2-ci və 2.4.2-ci bəndlərində göstərilən qurumlar tərəfindən isə yalnız ödənişli əsaslarla həyata keçirilir.

3. Ödənişsiz əsaslarla teleradio verilişləri təşkilatlarında efir vaxtının, habelə dövri nəşrlərdə dərc üçün yerin ayrılması qaydaları və şərtləri:

3.1. qeydə alınmış prezidentliyə namizədlərin, namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan ictimai teleradio verilişləri təşkilatında ödənişsiz efir vaxtı, Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan, həftədə azı bir dəfə çıxan dövlət dövri nəşrlərində ödənişsiz dərc üçün müvafiq yer almaq hüququ vardır.

3.2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra - Mərkəzi Seçki Komissiyası) həmin teleradio verilişləri təşkilatlarının və dövri nəşrlər redaksiyalarının siyahısını seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsi günündən sonra 20 gündən gec olmayaraq Milli Televiziya və Radio Şurasının, habelə Azərbaycan Mətbuat Şurasının təqdimatına əsasən dərc edir. Həmin teleradio verilişləri təşkilatları və dövri nəşr redaksiyaları seçkilər başa çatdıqdan sonra səsvermədə iştirak etmiş və seçicilərin etibarlı hesab edilən səslərinin 3 faizindən az səs toplamış qeydə alınmış prezidentliyə namizədlərin ödənişsiz efir vaxtının və dərc üçün yerin haqqının ödənilməsinin təmin olunması məqsədilə seçkiqabağı təşviqat başlananadək Mərkəzi Seçki Komissiyasına ödənişsiz efir vaxtının həcmi və dəyəri barədə məlumat verirlər.

3.3. Seçkiqabağı təşviqat müddəti başlanandan sonra bir həftə müddətində qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları arasında onların verdikləri ərizə əsasında ayrılmış pulsuz efir vaxtının bölgüsü məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən püşkatma keçirilir. Bu təlimatın 3.1-ci bəndində göstərilmiş dövri nəşrlərdə dərc üçün yerin ayrılması ilə əlaqədar püşkatma müvafiq dövri nəşrlər tərəfindən bu Təlimatda göstərilən qaydada və müddətdə keçirilir.

3.3.1. Ümumi qeydəalma başa çatdıqdan sonra təşviqat subyektləri tərəfindən bu təlimatın 3.3-cü bəndində göstərilən müddətdən əvvəl Mərkəzi Seçki Komissiyasına müraciət edilə bilər. Mərkəzi Seçki Komissiyası həmin ərizələr əsasında püşkatmanı vaxtından əvvəl keçirə bilər.

3.3.2. Püşkatmanın keçirilməsinin yeri və vaxtı haqqında Mərkəzi Seçki Komissiyasının məlumatı püşkatmanın keçirilməsinə ən azı 24 saat qalmış rəsmi dərc edilir.

3.3.3. Püşkatmanın keçirilməsində müvafiq seçki komissiyasının üzvləri, namizədlər, namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri, yaxud vəkil edilmiş şəxsləri, qanunvericiliklə müəyyən olunmuş qaydada müşahidəçi statusu almış Azərbaycan Respublikasının vətəndaşları, KİV nümayəndələri və beynəlxalq müşahidəçilər iştirak edə bilərlər.

3.3.4. Püşkatma Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan püşkatma komissiyası tərəfindən təşkil edilir və həyata keçirilir. Püşkatma, püşkatma komissiyası tərəfindən elan edilən gündə, saatda və efir vaxtından istifadə etmək üçün müraciət etmiş qeydə alınmış namizədlər, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri arasında, teleradio verilişləri təşkilatları nümayəndələrinin və bu təlimatın 3.3.3-cü bəndində göstərilən subyektlərin iştirakı ilə keçirilir.

3.3.5. Püşkatma üçün aralarında püşkatma keçirilməli olan subyektlərin sayına müvafiq miqdarda eyni ölçülü, bir-birindən fərqlənməyən dördkünc kağız parçaları hazırlanır. Həmin kağız parçaları efir vaxtının, habelə dövri nəşrlərdə dərc üçün ayrılmış yerin həcmi göstərilməklə nömrələnir, dörd yerə bükülür və qutuya salınaraq qarışdırılır. Sonra püşkatma komissiyası üzvlərinin hər biri növbə ilə qutudan bir büküm çıxararaq, orada yazılmış nömrəni elan edir. Bu iş namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının arzusu ilə onlara da həvalə edilə bilər.

3.3.6. Püşkatma komissiyası tərəfindən püşkatma nəticəsində efir vaxtının verilməsi müvafiq protokolla rəsmiləşdirilərək buna dair cədvəl (təlimata 1 saylı əlavə) tərtib olunur, həmin cədvəl Mərkəzi Seçki Komissiyasına təqdim edilərək onun tərəfindən qanunla müəyyən edilmiş qaydada dərc edilir.

3.4. Dövri nəşrlərdə dərc üçün yerin ayrılması ilə bağlı püşkatma bu təlimatın 3.3-cü bəndində nəzərdə tutulmuş qaydada və müddətdə keçirilir. Püşkatmanın nəticələri ilə bağlı protokol və cədvəl tərtib olunur və dərc edilir (təlimata 2 saylı əlavə).

3.5. İctimai teleradio verilişləri təşkilatlarının seçkiqabağı təşviqat üçün ayırdıqları ödənişsiz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır.

3.6. Təsisçiləri dövlət orqanları, idarələri, təşkilatları olan və ya dövlət büdcəsindən maliyyələşən, Azərbaycan Respublikasının ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan dövri nəşrlərdən hər birində pulsuz ayrılan nəşr səhifələrinin həcmi seçkiqabağı təşviqat dövrünədək həftəlik nəşr səhifələrinin ümumi həcminin azı 10 faizini təşkil etməlidir.

3.7. Ödənişsiz əsaslarla teleradio verilişləri təşkilatlarında efir vaxtından, habelə dövri nəşrlərdə dərc üçün ayrılmış yerdən namizəd, siyasi partiyalar, siyasi partiyaların bloku tərəfindən efirəçıxma və ya dərcetmə vaxtınadək imtina edilərsə, istifadə edilməmiş efir vaxtından və dərc yerindən seçkiqabağı təşviqat da daxil olmaqla digər məqsədlər üçün istifadə edilə bilməz. Bu zaman ayrılmış, lakin istifadə edilməmiş efir vaxtı həmin müddət ərzində, dərc yeri isə həmin həcmdə boş saxlanılmalı, orada istifadə edilməmənin səbəbləri göstərilməlidir.

4. Teleradio verilişləri təşkilatlarında və dövri nəşrlərdə ödənişli əsaslarla efir vaxtının ayrılması və dövri nəşrlərdə dərc üçün ödənişli yerin ayrılması qaydaları və şərtləri:

4.1. Bu təlimatın 3.1-ci bəndində nəzərdə tutulan ictimai teleradio verilişləri təşkilatları və dövri nəşrlər təşviqat aparmaq məqsədilə qeydə alınmış namizədlərə, namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına müqavilə əsasında pullu efir vaxtı və dövri nəşrlərin redaksiyaları öz səhifələrində ödənişli əsaslarla yer ayırmalıdırlar. Seçkiqabağı təşviqat materiallarının yayımlanması və ya dərci özəl teleradio verilişləri təşkilatları və dövri nəşrlər üçün könüllülük prinsipinə əsaslanmalıdır. Həmin qurumları seçkiqabağı təşviqatda iştiraka məcbur etmək yolverilməzdir. Əgər özəl teleradio verilişləri təşkilatları və dövri nəşrlər seçkiqabağı təşviqatda iştirak etməyə razılıq versələr, seçkiqabağı təşviqat materiallarının efirə verilmə və ya dərc olunma şərtləri bütün namizədlər, siyasi partiyalar və siyasi partiyaların blokları üçün eyni olmalıdır.

Qeyd: bu qaydalar qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən təsis olunan dövri nəşrlərə şamil edilmir.

4.2. Təsisçiləri fiziki və hüquqi şəxslər olan teleradio verilişləri təşkilatları və dövri nəşr orqanları seçkiqabağı təşviqat üçün efir vaxtı və dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərir, efir vaxtının verilməsi və nəşr səhifələrində seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsinə görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatı seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsindən sonra ən geci 35 gün keçənədək dərc edir. Təşviqat subyektləri müəyyənləşdirildikdən sonra bu məlumat qanunla müəyyən edilən qaydada onlara da göndərilməlidir. Ödənişli efir vaxtının ayrılması reklam haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

4.3. Bu təlimatın 2.3-cü və 2.4-cü bəndlərində nəzərdə tutulan teleradio verilişləri təşkilatlarının və dövri nəşrlərin ayırdıqları pullu efir vaxtının və dərc üçün yerin dəyərinin ödənilməsi seçkiqabağı subyektlər üçün bərabər əsaslarla və şərtlərlə həyata keçirilir.

4.4. İctimai teleradio verilişləri təşkilatı ödənişli əsaslarla seçkiqabağı təşviqat aparmaq üçün ehtiyatda əlavə efir vaxtı saxlamalıdır. Ayrılan efir vaxtının ümumi həcmi pulsuz efir vaxtının ümumi həcmindən az və həmin həcmdən iki dəfə artıq ola bilməz, təsisçiləri fiziki və hüquqi şəxslər olan dövri nəşrlər istisna edilməklə, digər nəşrlərin səhifələrində ödənişli dərc üçün ayrılmış yerin ümumi həcmi ayrılan pulsuz nəşr səhifələrinin həcmindən az olmamalıdır.

4.5. Qeydə alınmış hər bir namizəd, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların bloku üçün efir vaxtından və dərc üçün ayrılmış yerdən ödənişli əsaslarla istifadə norması həmin vaxtın və yerin ümumi həcminin aralarında püşkatma keçirilməsi nəzərdə tutulan subyektlərin sayına bölünməsi ilə müəyyənləşdirilir.

4.6. Seçkiqabağı təşviqat materiallarının efirə çıxarılması tarixi və vaxtı qeydə alınmış namizədlərin, namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyaların bloklarının və ya onların buna vəkil edilmiş nümayəndələrinin verdikləri bildiriş əsasında püşkatma subyektlərinin arasında bu təlimatın 3.3.3-cü bəndində göstərilən şəxslərin iştirakı ilə keçirilən püşkatma nəticəsində teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları tərəfindən müəyyən edilir.

4.7. Efir vaxtının və dövri nəşrlərdə yerin ayrılması üçün püşkatma bu təlimatda göstərilən müddətdə və qaydada keçirilir.

4.8. Püşkatma keçirildikdən sonra efir vaxtı və dövri nəşrdə dərc üçün yer bağlanmış müqavilə əsasında təqdim edilir. Müqavilədə aşağıdakılar nəzərdə tutulur:

4. 8.1. seçkiqabağı təşviqatın forması;

4.8.2. efirəçıxma vaxtı, tarixi və ya dərcetmə tarixi;

4.8.3. verilən efir vaxtının müddəti, dərc üçün ayrılan yerin həcmi, ödəniş qaydası və həcmi;

4.8.4. aparıcı jurnalistin teleradio verilişləri prosesində iştirakı forması və şərtləri.

4.9. Göstərilənlərdən əlavə seckiqabağı təşviqatın qanunauyğun həyata keçməsini təmin etmək məqsədilə müqavilə ilə digər şərtlər də müəyyən edilə bilər.

4.10. Müqavilə şərtləri yerinə yetirilərək ayrılmış efir vaxtından (dərc üçün yerdən) istifadə edildikdən sonra verilişin (dərc materialının) adı və efirəçıxma (dərcedilmə) vaxtı göstərilməklə, efir vaxtından (dərc üçün yerdən) istifadə edilməsi barədə akt tərtib olunur.

4.11. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku efir vaxtının və dövri nəşr səhifələrində ayrılmış yerin dəyərinin ödənilməsi üçün vəsaitin tam həcmdə köçürülməsi barədə ödəniş tapşırığını efir vaxtının verilməsi və ya təşviqat materiallarının dərcetmə gününə ən geci 48 saat qalmış müvafiq banka təqdim etməlidir. Bank pul vəsaitini gecikdirmədən köçürməlidir. Nağdsız ödənişin müddəti 2 bank günündən çox olmamalıdır.

4.12. Efir vaxtının haqqı və dövri nəşr səhifələrində ayrılmış yerin dəyəri yalnız seçki fondu vəsaitləri hesabına ödənilməlidir.

4.13. Püşkatma keçirildikdən sonra ayrılmış efir vaxtından və dövri nəşrlərin səhifələrindəki yerdən imtina edilərsə, bu zaman efirə çıxmağa 2 gün qalmış müvafiq teleradio təşkilatına, dərcetmə gününə isə azı 5 gün qalmış bu barədə müvafiq dövri nəşrin redaksiyasına məlumat verilməlidir. Teleradio verilişləri təşkilatları və dövri nəşrin redaksiyaları sərbəstləşmiş efir vaxtından və yerdən seçkiqabağı təşviqat məqsədləri üçün istifadə edə bilməzlər. Bu qurumlar, seçkiqabağı təşviqat istisna olmaqla, həmin sərbəstləşmiş imkanlardan öz mülahizələri üzrə istifadə edirlər.

4.14. Müqavilə ləğv edildikdə, teleradio verilişləri təşkilatları sərbəstləşmiş efir vaxtından, habelə dövri nəşrlərin səhifələrindən seçkiqabağı təşviqat məqsədləri üçün istifadə edə bilməzlər.

5. Seçkiqabağı təşviqat üçün teleradio təşkilatlarının ayırdığı pulsuz və ya pullu efir vaxtı və ya dövri nəşr səhifələrində ayrılmış ödənişsiz və ödənişli yer Seçki Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əsasən müvafiq teleradio təşkilatında və dövri nəşrin redaksiyasında qeydə alınmalıdır. Qeydiyyat ayrıca kitab formasında aparılmalı və orada hər bir qeydə alınmış namizəd, siyasi partiya, yaxud siyasi partiyalar bloku üçün yerin ayrılması tarixi, dərc olunmuş təşviqat materialının xarakteri göstərilməlidir. Qeydiyyat barəsində səsvermə gününə ən geci 5 gün qalmış və səsvermə günündən ən tezi 5 gün sonra Mərkəzi Seçki Komissiyasına məlumat verilməlidir. Məlumat, kitabdan çıxarışı əks etdirməklə, məktub formasında verilir.

6. Kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması ilə bağlı məhdudiyyətlər

6.1. Aşağıdakı subyektlərə seçkiqabağı təşviqat aparmaq qadağandır:

6.1.1. xarici dövlətlərə və xarici hüquqi şəxslərə;

6.1.2. Seçki Məcəlləsinin 77.1-ci maddəsində göstərilənlər istisna olmaqla dövlətə məxsus teleradio verilişləri təşkilatlarına;

6.1.3. xarici vətəndaşlara;

6.1.4. vətəndaşlığı olmayan şəxslərə;

6.1.5. 18 yaşına çatmamış vətəndaşlara;

6.1.6. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxslərinin nizamnamə kapitalında xarici dövlətlərin, xarici vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, Azərbaycan Respublikasının hüquqi şəxslərinə;

6.1.7. beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;

6.1.8. dövlət hakimiyyət orqanlarına və bələdiyyə qurumlarına;

6.1.9. dövlət, bələdiyyə təşkilatlarına və idarələrinə;

6.1.10. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə;

6.1.11. xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə, təşkilatlara;

6.1.12. öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə;

6.1.13. dövlət və bələdiyyə qulluqçularına;

6.1.14. hərbi qulluqçulara;

6.1.15. seçki komissiyalarına, seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinə və digər vəzifəli şəxslərinə.

6.2. Kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparılarkən aşağıdakı hərəkətlərin edilməsi qadağandır:

6.2.1. təşviqat materialının verilməsini malların, işlərin və xidmətlərin reklamları ilə və ya digər proqramların verilməsi ilə dayandırmaq;

6.2.2. seçkiqabağı təşviqat materialının teleradio verilişləri təşkilatının kanallarında verilməsini digər teleradio proqramlarının verilməsi ilə dayandırmaq;

6.2.3. seçkiqabağı tədbirlərin keçirilməsi barədə məlumatlar üçün ödəniş tələb etmək;

6.2.4. seçkiqabağı təşviqat materiallarında hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışların, vətəndaşların şərəf və ləyaqətlərini təhqir edən mülahizələrin yerləşdirilməsi (bu qadağa Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun tətbiq edilməlidir);

6.2.5. sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan təşviqat formasından istifadə;

6.2.6. əqli mülkiyyət haqqında qanunvericiliyi pozan təşviqatın aparılması;

6.2.7. "Reklam haqqında" Qanunun 19-cu maddəsinin 1-ci hissəsinin tələblərinə zidd olaraq müvafiq olaraq teleradio verilişləri təşkilatlarında seçkiqabağı təşviqat materiallarının yayımlanması zamanı ayrı-ayrı fiziki şəxslərin, kommersiya və qeyri-kommersiya təşkilatlarının sahibkarlıq fəaliyyəti nəticəsində istehsal olunmuş əmtəələrin markalarının (modellərinin, artikullarının), kommersiya təşkilatlarının və sahibkarlıqla məşğul olan fiziki şəxslərin adlarının göstərilməsi.

6.3. Seçkiqabağı təşviqat aparmaq üçün şərait yaratmış teleradio verilişləri təşkilatları və dövri nəşrlər, eləcə də seçkiqabağı təşviqatın digər subyektləri müqavilə ilə öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə borcludurlar.

7. Efir vaxtından və dövri nəşrlərdən istifadə zamanı təşviqat prosesinin subyektləri müqavilədə müəyyənləşdirilmiş şərtləri pozduqda teleradio verilişləri təşkilatları efir vaxtının verilməsi və dövri nəşrlərdə dərc üçün yerin ayrılması haqqında müqavilənin ləğvi barədə məhkəməyə müraciət edə bilərlər.

8. Seçki Məcəlləsində, habelə bu təlimatda dövri nəşrlər vasitəsilə seçkiqabağı təşviqat haqqında müəyyən edilmiş qaydalara riayət edilməsi üzərində nəzarəti Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilən və əsasən jurnalistlərdən ibarət olan mətbuat qrupu həyata keçirir.

9. Bu təlimatda göstərilən şərtlərə əməl olunmaması qanunla müəyyən olunmuş qaydada məsuliyyət yaradır.

*Qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri seçkiqabağı təşviqatda iştirak edərkən onlara verilmiş səlahiyyətlər həddində fəaliyyət göstərməli və bu səlahiyyətlərin icrasına heç bir qanuni maneə olmamalıdır.

Baxış sayı: 53
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


artyazar

Tezliklə burda görüşəcəyik:

www.Kitabxana.Net

Rəsmi tərəfdaşlarımız:

Azərbaycan Yazıçılar Birliyi
(sədri Anar)

www.azyb.net

Solita.NET
"Hosting & Internet service Company"
Baku, AZ1118 Azerbaijan
Tel:(+994) 50 522 22 08
E-mail:billing@solita.net

DİQQƏT!

Sayğılı Virtual Kitabxanamızın istifadəçiləri, Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən daxili imkanlar hesabına gerçəkləşdirilən "ELEKTRON TURAN" - VİRTUAL AZƏRBAYCAN Milli-Kulturoloji layihəsinin bir hissəsi olan və 400 000 nəfərin e-istifadə etdiyi, İnternetdə anadilli resursların arasında xüsusi seçilən bu Elektron Kitabxananın inkişaf etdirilməsinə ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, bu e-kitabxananı Azərbaycan dövlətinə ərməğan etmək təklifini irəli sürürük: birgə şərtlə, layihənin fəlsəfəsinə xələl gətirilməməlidir.
Başqa qurumlar, dövlət və QHT-lər, eləcə də xeyriyyəçilər, bir sözlə istənilən şəxs bizə dayaq durmaq istəyindədirsə, əlaqə telefonlarımızı, bank rekvizitlərimizi veririk:
Yeni Yazarlar və Sənətçilər Qurumunun “Texnikabank” ASC-ndəki hesab nömrəsi:
38030066470001
VÖEN: 1700430481
“Texnikabank” ASC Kodu: 506872
VÖEN: 9900000681
Müxbir Hesab: 0137010031944
S.W.I.F.T.BIK: TECİAZ22

Tel.: (+99412) 418 93 58; 438 03 17;
(0-50) 213 40 43; (070) 317 80 01

e-mail: artyazar@yahoo.com

Portalımızın başqa saytları:

www.yysq.azeriblog.com
www.xariciedebiyyat.azeriblog.com
www.artyazar.azeriblog.com
www.azeriedebiyyati.azeriblog.com

YYSQ-nin "ELEKTRON TURAN" - Virtual Azərbaycan Milli-Kulturoloji layihəsi əsasında Virtual Milli Elektron Kitabxana (e-Axtarış Sistemli) 1300-ə yaxın özəl İnternet səhifəsi olan saytın istifadəçisi 1-5 saniyə ərzində müxtəlif kitabların elektron variantını əldə edə bilər. Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə olan elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitablardan istifadə etmək mümkündür. Saytda, eləcə də dünya ədəbiyyatının ana dilimizə çevrilmiş müxtəlif tərcümələri də yer alıb: istifadə etmək pulsuzdur.
Hiper Virtual Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir...

Redaksiya-Ekspert Şurası:

ANAR,
Azərbaycan Yazıçılar Birliyi sədri

Nizami Cəfərov,
Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, akademik

Orxan Pamuk,
Türkiyə Cümhuriyyəti, Beynəlxalq Nobel mükafatı laureatı

Oljas Süleymenov,
Qazaxıstanın xalq şairi

Hamlet İsaxanlı,
Xəzər Universitəsinin rektoru

Bəhruz Axundov,
"Təhsil" Nəşriyyatı-Poliqrafiya Birliyinin direktoru

Çingiz Abdullayev,
MDB Yazıçılar Konfederasiyasının İH üzvü

Çingiz Əlioğlu,
AR Mədəniyyət və Turizm Nazirliyi

Rizvan Əbilov,
Rusiya Federasiyası nümayəndəliyi

Şəmsəddin Küzəçi,
Türkiyə və İraq-Türkman nümayəndəliyi

Aydın Xan (Əbilov),
YYSQ sədri, Layihənin baş əlaqələndiricisi

Səlim Babullaoğlu,
"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru,

Səxavət Sahil,
"Gənc Azərbaycan" qəzetinin baş redaktoru, əlaqələndirici

Xüsusi qeydlər:

Bu saytdakı materiallar - mətnlər və e-kitablar müəlliflərin icazəsi olmadan kommersiya məqsədi ilə çoxaldıla, eləcə də başqa formada istifadə oluna bilməz!
Azərbaycan Respublikasının milli qanunvericiliyi və ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdəki bəndlərə uyğun olaraq yazarların müəlliflik hüquqları tanınır, onlara siz də sayğı göstərin...

Данный тексты не может быть использован в коммерческих целях...

Yeni Yazarlar və Sənətçilər Qurumu

Axtarış

Açar sözlər

  azərbaycan  məhəmməd  əmin  rəsulzadə.  "stalinlə  avropa  ixtilal  qumluqdakı  энциклопедия  roman  abe  türk  hüquqları  davası"  kobo  xatirələri"  insan  qadın  məhkəməsi  fəthullah  "milli  зарубежная  cəlaləddin  mircəfər  (i)  литература  mövlanə  məmmədov.  dirilik.  adıgözəl  rumi  xx  bağirov  cənubi  balzak.  культурология  arvadı"  şey  nino”,  hərəkatı  fukuyama.  мишель  vladimir  "bəhaullah  kino  səfəvi  illər  xorxe  м.в.  şərqşünasliq  milli  ədəbiyyatinda  massonluq  "xristian"  mənim  илья.  dayanir?"  erməni  fərid  rəhbərliyinə  terror,  лич.  эпох,  (iii)  yeni  iran  dövləti)  sokrat  idarə  "...həzrət  məhəmmədin  gəncəyi.  uimz.  a.s.puşkin  блинов  iv  adı  əfsanələr  gülən.  de  rumi.  əladı  liderlərinin  mədəniyyətin  текст)  con  sənəti  turxan  mir  yaddaşı  философия  "ermənistanı  rəsmi  azərbaycanda  neolibirelaizm  gizlinləri"  olanda  постмодернизм"  iddianin  ədəbiyyatı  yaponiya  min-bir  sirus  afrikasayaği  э.  "мифологии"  (iv)  delerm  problemi  tarixi  (полный  vahe  babın  ömür  isfahandaki  "1905-1906-cı  borxes.  в.а.,  elmi  cümhuriyyəti»:  gülən  hiss  dəri  "постструктурализм.  «məsnəvi».  “əli  milli-demokratik  üstünlüyu  фуко,  возрождения  ebenezer  ale-əhməd.  möhsün  brut  avetyan:  tahirzadə:  drami  ölkənin  peter  постмодернизма  marşallek.  baba  sirri"  ssri  aparteid  барт.  xatirələri  filip  folkner  ziyalisi  türkiyə  «слова  литературно-библиографическая  "geoloqlar"  zühuru..."  sultan  mövqeyi  luis  ладов  kazimbəy  dövlətimizin  dramaturgiya  kоllektiv  еtmək"  onore  деконструктивизм.  "amerikansayaği  ermənişünaslığı  mədədi.  demokratiya  коммуникация.  древних  era"  xalqlari  cəlal  nəvvab  mark  cinayətkarlar  «azərbaycan  h.ibsen  samuel  turrini.  а.к.,    qərb  kamal:  ələkbərli.  "zamanı  faşizm  век  ролан  "zahidin  hər  viliam  güney  frensis  вещи»  века  sorokin.  zərəndi.  səhifələr  sarayinda  erməni-müsəlman  şekspir  лебедев  mirzə  ilk  mühacirət  şüur  "ermənistan:  üzlük  ильин  arxasinda  "şərqin  məktubu  islam  культура  средневековья  (ii)  esslemont.  postmodernizm  dili  (osmanli  yuni  edir"  ədalət  kitabından  terrorçu  vaxtım  аналитическая  ralf  şərq  masonluq  dilinin 

Sayqaç

İndi blogda: 25
Keçən ayın hiti: 51586
Dünənki hit: 1311
Bugünki hit: 427
Ümumi hit: 414327

AddThis Feed Button
Add to Technorati Favorites