Reklam verin!

Eluca Atalı. "Ay ana, yel vurub sındırdı sünbülümüzü…" (İsveç)

( Millətimin fədakar oğlu Əhməd Obalıya anasının vəfatına görə başsağlığı verib və bu hekayəni Güney Azərbaycan uğrunda mübarizə aparan bütün millətçilərin analarına ittihaf edirəm.)

Dəfələrlə həbs  olunub, işgəncəyə məruz qalsam da, amma evimizi tərk edib və özümə başqa sakit, əl-ayaqdan uzaq bir yerdə məskən seçmək fikrim yox idi. Lakin son işgəncə əvvəlkilərdən betər oldu. Məni  İranın xüsusi təhlükəsizlik orqanının nümayəndələri tərəfindən həddələyib bildirdilər ki, ölkəni tərk etməsən, ölümünü gözünün qabağına al!

Nə qədər düşünsəm də, hər halda seçim qapıları üzümə bağlı idi. Ağır iqtisadi, siyasi duruma görə, Güney Azərbaycanı tərk etməkdən başqa əlacım qalmırdı. Mənlə çiyin - çiyinə mübarizə aparan onlarla milli fəal artıq ölkəni tərk edib xaricə mühacirət etmişdilər. Əlbəttə, öz xoşlarına yox. Belə demək mümkünsə, rejimin küçə -


 bazarlarda, xiyabanlarda, adamların gediş - gəlişinin çox olduğu ictimai yerlərdə dar ağacı qurub, ölkə gənclərini  ana - bacılarının, doğmalarının gözünün qabağında vəhşi kimi  asıb, sadiscəsinə ləzzət aldığı,  insanın bədənini və ruhunu hər tərəfli təhqir etdiyi səhnəni yaşamadan, bir az da olsa, zirək tərpənib  kəndiri boyunlarından çıxarıb qaçmışdılar. Günügündən işgəncənin sayını və növünü artıran hökumət dairəsi istəyirdi ki, əhali onların idarəçilik üsuluna tabe olub, səslərini çıxarmasınlar. Buna görə də ölkəni elə ölkənin özü boyda zindana çevirib əhalini isə onun içində əsir kimi saxlayırdılar. Belə demək mümkünsə, İran adlanan məmləkətdə adamlar qurbanlıq quzu taleyi yaşayırdılar. İstənilən halda qanlarının tökülməsi labud idi. Ölkədə ədalət məhkəməsi olmadığı üçün qan tökənin isə qəti mühakiməsi yox idi. Axı ədalət məhkəməsini kim qura bilərdi ki, əgər idarəçilik özü ədalətsizlik üzərində qurulubsa? Elə ona görə də haqqını sübut edə bilməyib, haqsızlığın qurbanı olan minlərlə Azərbaycan gənci ən yaxşı halda ölkəni tərk etməkdən başqa, real çıxış yolu tapa bilmirdilər.
Adlarını desəm, o,  gedənlər içərsindən yəqin indi siz də çoxsunu tanıyarsız. Bizlə bir məhəllədə böyümüş Əli, xaricdən sığınacaq alıb, Kanadaya köçdü. Onluq olsaydı, yüz il qalsa da, getməzdi. Niyə də getməliydi ki?  Axı o zavallının kiminlə nə işi var idi ki ? İş - gücü əkib - biçmək, axırda da biçdiklərini satıb, mədaxil - məxarici ödəyib, evin gündəlik təlabatları üçün çalışmaqdan başqa işinin adı yox idi. Məyəg onun əməllərində hökumət siyasətinə xələl gələsi nə isə var idimi ? Amma böyük qardaşı Məsud, universitetdə dərs otağında oturduğu yerdə tutulub, sorğu - sualsız, məhkəməsiz - filansız zindanda dörd divar arasında  asılandan sonra, atası Həmid kişi dərddən yorğan - döşəyə düşüb xəstələndi. Bundan sonra ikinci oğlunun, əslində yerdə qalan bu bir tək oğlunun da qardaşına görə vaxtsız - vədəsiz xüsusi idarəyə aparılıb - gətirilməsi, evlərinin ələk - vələk edilib evdəki kitabların müsadirə olunması ailəyə növbəti xəbərdarlıq olduğu üçün onu xaricə ötürməyi məsləhət bildilər. Rəsulsa bacısının toyundan iki gün qabaq getməli oldu. Başqa neynəyə bilərdi?  Əlirza isə üç dəfə zindana düşüb, ordan çıxandan sonra ağlının  kəsdiyi  bu oldu ki, ağ - qara, gecə - gündüz, həyəcan - sakitlik, həyat – ölüm, işıq - kölgə zolağının  arasından özünə bir yol seçib, işıq gələn tərəfi tutub getməlidir.
Tay - tuşlarım seçimlərində yanılmadılar. Vətəni tərk etsələr də, onun məhəbbətini dərdi ilə birgə sevə - sevə özləri ilə qürbətə apardılar! Amma mən anamı buraxıb xaricə gedə bilməzdim. Çünki onun yalnız  bir övladı vardı…
Məhəllədəki dost - tanışlarımdan hər dəfə kimsə evlərini tərk edib, çıxıb gedəndə anam deyərdi:
–  Sən  gözümdən getsən, ayrılıq dərdinə mən dözə bilmərəm.
Nəhayət, bir gün özümü məcbur etdim ki, anamla açıq danışım. Söhbətə belə başladım:
– Özün bilirsən ki, bu rejimə müxalif fikirlərimə görə dəfələrlə tutulub işgəncəyə məruz qalmışam.
– Bilirəm! Hamısını bilirəm, –  dedi. Sakitcə üzümə baxıb, başını bir neçə dəfə silkələdi.
Onun sözlərimi təsdiq etməsi imkan verdi ki, fikrimi tamamlayım. Onun üçün də davam etdim:
– Amma indi ölümlə hədələnmişəm. Əgər xaricə getməsəm, gözlənilməz hadisə baş verə bilər…
Son sözümü deyib, səsimi içimə saldım. Dinmədim, səsim qısıldı. Anamın üzünün səyriməsi, rənginin avazıması imkan vermədi ki, fikirimi daha artıq açmaq üçün söhbəti davam etdirim, izah edim, sözümü tamamlayım. Amma araya çökən sakitliyi bu dəfə o pozdu:
– Hər şeyi bilirəm, deməsən də bilirəm.
Anam o qədər təmkinlə dilləndi ki, sanki mənim başıma gələnləri məndən də yaxşı o bilir. Mənsə:
– Nəyi? — Sual etdim.
O isə :
– Ağzıma daş, — deyib, — iraq - iraq, bizdən uzaq. Kiş - kişlər olsun… — Deməklə, bu dəfə qəm - kədəri insan ömründən qovan el deyimlərini bir - bir sayıb qurtarandan sonra, son ayda şəhərdə edam olunanların, tutulub uzun müddət zindan alanların adını dilə gətirdi. Sonda isə:

– Nə qal deyə bilirəm, nə də get! Ay oğul, yel vurub sındırıb sünbülümüzü … — dedi anam.
Sözünü qurtaran anam, bir an dinməz - söyləməz  mənə baxdı. Hiss etdim ki, ürəyi doludu, amma bəlkə də ürəyindəkilərini dilləndirməklə məni incidəcəyindən qorxdu. Bilmədim, susması nədən oldu, o boyda dolu ürəklə!
Sonra ayağa durub qonşu otağa keçdi. Az keçmədi yanıma gəlib, qarşımda durdu. Sağ əlini qabağa, mənə uzadıb ağlaya - ağlaya dedi:
– Bunları götür, canını qurtar. Çıx get!
Qulağımla eşitdiklərimə inana bilmirdim. Doğrudanmı,  bunu anam deyirdi?  Mat - mat üzünə baxdım. Yəqin elə çaş - baş qalıb, onun nə etdiyini anlaya bilmədiyim üçün daha sonra əlavə etdi:
– Mən sənə deyəndə ki, istəyirəm mənim gözümün qabağında olasan. Səni daim şad və sağlam görüm.
Amma mən sənin məzarının göz qabağında olmağını istəmirəm…
“Sənin məzarın” kəlməsi anamı kövrəltdi, bu söz onun bərkdən hönkürüb ağlamasına səbəb oldu. Güman etdim ki, bu sözün mənasını canlandırıb yaşadığı üçün kövrəldi anam. Ona sarıldım, onu
möhkəm - möhkəm qucaqlayıb ana - bala hər ikimiz qara taleyimizə göz yaşı tökdük.
Yadıma gəlir o gecə məni yuxu aparmırdı. Birdən gördüm anam otağın qapısını  yavaşca açıb, başını içəri uzatdı. Hərəkətsiz olub, qapının açılmasına  heç bir reaksiya vermədiyimi görüb, yatdığımı güman etdi. Asta addımlarla irəli yeriyib yatdığım çarpayın yanına gəldi. Qurşağa qədər üstümə atdığım yorğanı kürəyimə  çəkəndə qəfildən onun əlindən yapışdım.
– Ay ana, mən uşaq deyiləm ki, gəlib üstümü örtürsən. –  Kəlməsini yavaş səslə, bir az da qınayıcı tərizdə dedim ki, mənlə bağlı narahatçılığını azaldım.
Anamsa üzünü mənə tutub dedi:
– Sənin əlli yaşın olsa da, mənim gözümdə hələ də o yaşdasan ki, beşikdə bələnmiş körpə tək. Elə bil heç böyüməmisən, beşikdə yırğalanıb lay - lay oxunan çağlarındı…
Sübh tezdən Ərdəbildəki ata - baba evimizdən çıxdım. Hava hələ işıqlanmamışdı. O qədər erkən idi ki, səhərin ala - qaranlığında obaşdan oyanıb, öz nəğməsi ilə aləmə səs salan torağaylar belə bahar nəğmələrini gecədən boğazlarında dincə qoymuşdular. Gecənin bitməməsi onların da köklənib avazla oxumamasına səbəb olmuşdu. Fikirləşdim, bəlkə yola çıxmağa çox tələsmişəm ? Görəsən, bir də onları eşitmək mənə nəsib olacaqmı ?..
Anamdan ayrıldım! Burasını danışmağa gücüm yoxdur. Bir də mənə elə gəlir ki, bütün analar balalarından eyni cür, eyni halla ayrılırlar.
Son dəfə anamdan ayrılıb yola düşdüm və bir qədər gedəndən sonra dönüb arxaya baxdım. Anam evə getməyib, həyət qapısının kəndərində durub, hələ də  arxamca baxırdı. Ürəyim dözmədi, addımlarımı saxladım. Qabağa yox, bu dəfə arxaya addım atdım.  Əlimdəki bağlamanı qaldığım yolun yarısında qoyub, qaçıb anamı qucaqladım.
– Ay ana, məgər dünyanın axırıdı?! — dedim.
– Ürəyimə damıb ki, səni son dəfə görürəm… — dedi.
Yolun ortasından yükümü götürəndə ürəyimdə öz - özümə dedim ki, bir də arxaya baxmayacam. Amma qonşumuz Həsən dayının evinin böyründəki cığırı dönüb böyük yola çıxanda özümdən ixtiyarsız boynumu arxaya çevirdim. Anam təzə - təzə  açılmaq istəyən sübh dumanının içində qranit heykəl kimi hərəkətsiz  donub durmuşdu.
Anamdan, doğama evimizdən və elimizdən ayrılandan sonra, ağır məhrumiyyətlərə dözə - dözə nəhayət, Avropanın bir ölkəsində yerbəyer ola bildim. Burda da vətənin azad, bir və bütöv olması üçün mübarizəmi davam etdirdim. Əslində mübarizənin bir başqa biçmini tapdım. Amma burda da olsa, sakit həyat yaşaya bilmədim. İran rejiminə qarşı müxalif qüvvə kimi təqiblərimi yerbəyerdən hər vasitə ilə göz önünə çəkib, qorxudub mübarizədən sapındırmağa çalışırdılar. Burda da təqib olunur, yerli - yersiz hədələrə məruz qalırdım.  Bir sözlə, rejimə başağrısı olmuşdum. Dəfələrlə İran xüsusi idarəsinin nümayəndələri anamı hədələyib istəmişdilər ki, burdakı fəaliyyətimə son qoyum və mənim ölkəyə qayıtmağıma məni razı salsın. Amma həm mən və həm də anam yaxşı bilirdik ki, mənim geri qayıtmağım şəhər meydanında qurulub yiyəsini gözləyən dar ağacına baş əyməyimlə  nəticələnəcək.
Nəinki ölkəyə qayıtmaq haqqında düşünmürdüm, əksinə anamı yanıma gətirməklə bağlı  ardıcıl yollar axtarırdım. Hətta turist kimi heç olmasa  bir dəfə Avropaya gəlib görüşməyimizi arzulayırdım. Bundan ötəri o

da çalışırdı. Bir neçə dəfə xarici pasport almaq üçün müvafiq dövlət idarəsinə müraciət də etmişdi.Sözsüz ki,mənə görə ona pasport verilməsi mümkün deyildi.
Yadıma gəlir, bir dəfə telefonda ona dedim ki:
– Bu ayrılıq məni çox kədərləndirir. Anadan ayrılıq qədər dərd olarmış?
Anam mənə dedi ki:
– Ay oğul, ağbirçək ana yerinə, ana vətənə fikir elə! Ana Vətən azad olmasa, anaların üzü gülməz.
Hər dəfə onunla telefon söhbəti edəndə qoyub gəldiyim hər şey haqqında ona sual verərdim. Hər kəsdən, hər şeydən xəbər tutmaq istəyirdim. Hətta, bağımızdakı alma ağaclarının hamısının öz yerində qalıb - qalmaması, necə bar gətirməsi belə qürbətdə Vətənlə bağlı doğan suallarımın silsiləsinə daxil  idi. Bu yerdə inanmıram məni hər kəs  başa düşsün. Bunu yalnız Vətəndən qürbətə bir zənbillə çıxmaq məcburiyyətində qalanlar bilər.
Beləcə nə az, nə çox, düz on dörd il anamı görmədim. Bir gecə telefon zəng çaldı. Uzaqdan idi, amma
doğma səs idi.  Məhəlləmizin ağsaqqalı Həsən dayıydı.  Gözlənilmədən anamın vəfat etdiyini dedi. Mən ona zənginə görə təşəkkür etdim və sonda dedim ki, sabah bilet alıb anamın torpağa tapşırılma mərasimində iştirak edəcəm.
Kişi bir az tutulub, dinmədi. Amma sonra peşman olmuş kimi sözünə davam etdi. Dedi ki, anan əvvəllər xəstə idi, amma halı birdən - birə qarışdı.  Biz güman etmirdik bu xəstəliklə getsin.  O zaman sənə telefon vurub, xəbər vermək istədik.  Lakin ananın son vəsiyyəti bu oldu ki, o ölüb torpağa tapşırılandan sonra sənə xəbər verilə.  Anan  istəmirdi ki, ona görə sən çətinlik çəkəsən.  O, hətta vəsiyyət etdi ki, torpağa tapşırılma mərasimindən sonra da sən qayıdıb onun qəbrini ziyarət etməyəsən.
Sonda Həsən dayı dedi ki, anan öləndə sənin şəklini əlində saxlamışdı, bağrına basdı. Son dəqiqədə üç dəfə sənin adını dilinə gətirib, canını tapşırdı.
Bu yerdə danışmaq istədim, dilim topuq çaldı.  Mənim səsimin kəsilməsini hiss edən Həsən dayı, sonda əlavə etdi ki, gərək bunu sənə deməyəydim.
O peşiman olsa da, amma nə fayda! Ağızdan çıxan hansı söz öz ilk mənzilinə qayıdıb ki, onunku da həmçinin, yerinə qayıtsın, mən də sakitləşim. Anam son dəqiqələrində nə düşünüb, necə yaşamasını öz - özlüyümdə bir xeyli götür - qoy etdim.
Demək, anam ölümü ilə də mənim kədərlənməyimi istəmirdi!
Həsən dayı ilə söhbətimiz bitəndən sonra əllərim boşaldı, bədənim süst oldu. Əlimdəki telefon oturduğum divanın üstünə düşdü. Ayağa qalxıb anamın divardan asılmış çərçivədəki şəklinə sarı addımladım. Onunla üz - üzə durub bir xeyli sakitcə baxdım. Fikrim on dörd il qabağa, son görüşümüzə getdi. Anam cib yaylığını çıxarıb qara günümüzə yığdığı qara köpükləri mənə uzatdı. Həyəcandanmı, ya nədənsə bilmirəm, əlləri əsdi. Ona görə də pullar yaylığın arasında qalmayıb cingilti ilə yerə səpələndi. Kağız pullar isə yüngül olduqları üçün yerə çatmayıb havada uçuşurdular.
– Götür, get! Çıx get! Get!.. Təki sən salamat qal!.. — dedi.
Mən ikimizin ayağının altına səpələnmiş pullara nəzər yetirib, hamısı bir yerdə yol xərcini ödəmədiyi üçün təəssüf etdim…
Uzun hekayətdir, elə deyilmi? Amma inanmıram, vətəni əsir övladlardan kiminsə qürbət hekayəti bundan fərqli olsun. Mənim keçdiyim yoldan qısa olsa da.
Qürbət hekayətlərinin hamısı bir biçimdə, bir rənglə yazılır…

9 Qismət Günü, İşıq Ayı, 30 - cu il

Baxış sayı: 61
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


artyazar

Tezliklə burda görüşəcəyik:

www.Kitabxana.Net

Rəsmi tərəfdaşlarımız:

Azərbaycan Yazıçılar Birliyi
(sədri Anar)

www.azyb.net

Solita.NET
"Hosting & Internet service Company"
Baku, AZ1118 Azerbaijan
Tel:(+994) 50 522 22 08
E-mail:billing@solita.net

DİQQƏT!

Sayğılı Virtual Kitabxanamızın istifadəçiləri, Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən daxili imkanlar hesabına gerçəkləşdirilən "ELEKTRON TURAN" - VİRTUAL AZƏRBAYCAN Milli-Kulturoloji layihəsinin bir hissəsi olan və 400 000 nəfərin e-istifadə etdiyi, İnternetdə anadilli resursların arasında xüsusi seçilən bu Elektron Kitabxananın inkişaf etdirilməsinə ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, bu e-kitabxananı Azərbaycan dövlətinə ərməğan etmək təklifini irəli sürürük: birgə şərtlə, layihənin fəlsəfəsinə xələl gətirilməməlidir.
Başqa qurumlar, dövlət və QHT-lər, eləcə də xeyriyyəçilər, bir sözlə istənilən şəxs bizə dayaq durmaq istəyindədirsə, əlaqə telefonlarımızı, bank rekvizitlərimizi veririk:
Yeni Yazarlar və Sənətçilər Qurumunun “Texnikabank” ASC-ndəki hesab nömrəsi:
38030066470001
VÖEN: 1700430481
“Texnikabank” ASC Kodu: 506872
VÖEN: 9900000681
Müxbir Hesab: 0137010031944
S.W.I.F.T.BIK: TECİAZ22

Tel.: (+99412) 418 93 58; 438 03 17;
(0-50) 213 40 43; (070) 317 80 01

e-mail: artyazar@yahoo.com

Portalımızın başqa saytları:

www.yysq.azeriblog.com
www.xariciedebiyyat.azeriblog.com
www.artyazar.azeriblog.com
www.azeriedebiyyati.azeriblog.com

YYSQ-nin "ELEKTRON TURAN" - Virtual Azərbaycan Milli-Kulturoloji layihəsi əsasında Virtual Milli Elektron Kitabxana (e-Axtarış Sistemli) 1300-ə yaxın özəl İnternet səhifəsi olan saytın istifadəçisi 1-5 saniyə ərzində müxtəlif kitabların elektron variantını əldə edə bilər. Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə olan elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitablardan istifadə etmək mümkündür. Saytda, eləcə də dünya ədəbiyyatının ana dilimizə çevrilmiş müxtəlif tərcümələri də yer alıb: istifadə etmək pulsuzdur.
Hiper Virtual Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir...

Redaksiya-Ekspert Şurası:

ANAR,
Azərbaycan Yazıçılar Birliyi sədri

Nizami Cəfərov,
Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, akademik

Orxan Pamuk,
Türkiyə Cümhuriyyəti, Beynəlxalq Nobel mükafatı laureatı

Oljas Süleymenov,
Qazaxıstanın xalq şairi

Hamlet İsaxanlı,
Xəzər Universitəsinin rektoru

Bəhruz Axundov,
"Təhsil" Nəşriyyatı-Poliqrafiya Birliyinin direktoru

Çingiz Abdullayev,
MDB Yazıçılar Konfederasiyasının İH üzvü

Çingiz Əlioğlu,
AR Mədəniyyət və Turizm Nazirliyi

Rizvan Əbilov,
Rusiya Federasiyası nümayəndəliyi

Şəmsəddin Küzəçi,
Türkiyə və İraq-Türkman nümayəndəliyi

Aydın Xan (Əbilov),
YYSQ sədri, Layihənin baş əlaqələndiricisi

Səlim Babullaoğlu,
"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru,

Səxavət Sahil,
"Gənc Azərbaycan" qəzetinin baş redaktoru, əlaqələndirici

Xüsusi qeydlər:

Bu saytdakı materiallar - mətnlər və e-kitablar müəlliflərin icazəsi olmadan kommersiya məqsədi ilə çoxaldıla, eləcə də başqa formada istifadə oluna bilməz!
Azərbaycan Respublikasının milli qanunvericiliyi və ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdəki bəndlərə uyğun olaraq yazarların müəlliflik hüquqları tanınır, onlara siz də sayğı göstərin...

Данный тексты не может быть использован в коммерческих целях...

Yeni Yazarlar və Sənətçilər Qurumu

Axtarış

Açar sözlər

  azərbaycan  məhəmməd  əmin  rəsulzadə.  "stalinlə  avropa  ixtilal  qumluqdakı  энциклопедия  roman  abe  türk  hüquqları  davası"  kobo  xatirələri"  insan  qadın  məhkəməsi  fəthullah  "milli  зарубежная  cəlaləddin  mircəfər  (i)  литература  mövlanə  məmmədov.  dirilik.  adıgözəl  rumi  xx  bağirov  cənubi  balzak.  культурология  arvadı"  şey  nino”,  hərəkatı  fukuyama.  мишель  vladimir  "bəhaullah  kino  səfəvi  illər  xorxe  м.в.  şərqşünasliq  milli  ədəbiyyatinda  massonluq  "xristian"  mənim  илья.  dayanir?"  erməni  fərid  rəhbərliyinə  terror,  лич.  эпох,  (iii)  yeni  iran  dövləti)  sokrat  idarə  "...həzrət  məhəmmədin  gəncəyi.  uimz.  a.s.puşkin  блинов  iv  adı  əfsanələr  gülən.  de  rumi.  əladı  liderlərinin  mədəniyyətin  текст)  con  sənəti  turxan  mir  yaddaşı  философия  "ermənistanı  rəsmi  azərbaycanda  neolibirelaizm  gizlinləri"  olanda  постмодернизм"  iddianin  ədəbiyyatı  yaponiya  min-bir  sirus  afrikasayaği  э.  "мифологии"  (iv)  delerm  problemi  tarixi  (полный  vahe  babın  ömür  isfahandaki  "1905-1906-cı  borxes.  в.а.,  elmi  cümhuriyyəti»:  gülən  hiss  dəri  "постструктурализм.  «məsnəvi».  “əli  milli-demokratik  üstünlüyu  фуко,  возрождения  ebenezer  ale-əhməd.  möhsün  brut  avetyan:  tahirzadə:  drami  ölkənin  peter  постмодернизма  marşallek.  baba  sirri"  ssri  aparteid  барт.  xatirələri  filip  folkner  ziyalisi  türkiyə  «слова  литературно-библиографическая  "geoloqlar"  zühuru..."  sultan  mövqeyi  luis  ладов  kazimbəy  dövlətimizin  dramaturgiya  kоllektiv  еtmək"  onore  деконструктивизм.  "amerikansayaği  ermənişünaslığı  mədədi.  demokratiya  коммуникация.  древних  era"  xalqlari  cəlal  nəvvab  mark  cinayətkarlar  «azərbaycan  h.ibsen  samuel  turrini.  а.к.,    qərb  kamal:  ələkbərli.  "zamanı  faşizm  век  ролан  "zahidin  hər  viliam  güney  frensis  вещи»  века  sorokin.  zərəndi.  səhifələr  sarayinda  erməni-müsəlman  şekspir  лебедев  mirzə  ilk  mühacirət  şüur  "ermənistan:  üzlük  ильин  arxasinda  "şərqin  məktubu  islam  культура  средневековья  (ii)  esslemont.  postmodernizm  dili  (osmanli  yuni  edir"  ədalət  kitabından  terrorçu  vaxtım  аналитическая  ralf  şərq  masonluq  dilinin 

Sayqaç

İndi blogda: 30
Keçən ayın hiti: 51586
Dünənki hit: 1311
Bugünki hit: 437
Ümumi hit: 414337

AddThis Feed Button
Add to Technorati Favorites