Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

İyun 30, 2008 21:14

  Fətullah Gülən dini siyasətlə məşğul olduğunu təsdiqlədi

ABŞ Güləndən əl çəkir, Gülən isə ABŞ-dan qopmaq istəmir

2 ildən bəri Güləni pedoqoq kimi ABŞ rəsmi dairələrinə sırımağa çalışan vəkilləri indi də Gülənin “siyasət və din alimi” kimi viza almasına çalışırlar ki, bu da bir sualı meydana çıxarır: Madam ki, Gülənin Türkiyəyə gəlməsində bir maneə yoxdur, o zaman niyə ABŞ-da qalmaq üçün dəridən-qabıqdan çıxır

- Prokurorluq Gülənin dünyəvilik əleyhdarı olduğuna diqqət çəkdi
- Gülən CIA ilə FBI-ın nüfuz müharibəsinin “qurbanı oldu”?
- ABŞ rəsmiləri Güləni hansı universitetə rüşvət verməkdə suçladı?


- Niyə Gülənlə bağlı prosessləri FBI araşdırır?
- ABŞ Daxili Təhlükəsizlik Nazirliyi niyə Güləni “qara siyahı”ya aldı?
- Gülənə qarşı iddia qaldıran federal prokurorlar barədə bilmədikləriniz…

Nur camaatının hazırkı liderindən olan və Türk Ordusu tərəfindən dövləti ələ keçirməklə suçlanan Fətullah Gülənin ‘I-140 vizası' müraciətiylə əlaqədar olaraq müdafiə etmə faylına əlavə olunan 25 İyun tarixli sənəddə, ‘İddialı tərəf, Gülənin olsa olsa siyasət ya da din sahəsində ekspertliyinin ola biləcəyini qəbul edir' deyildi. Fəthullah Gülənin ABŞ-da I-140 statusunda xüsusi oturma və işləmək icazəsi müraciətində Gülənin vəkilləri Pennsylvania Şərq Bölgəsi məhkəməsinə təqdim etdikləri ən son sənəddə, müvəkkillərinin "siyasət elmi ya da teologiya" sahəsindəki fövqəladə (?) qabiliyyətindən ötəri viza almasnın lazım olduğu tezisini dilə gətirdilər.

Türkiyənin“Milliyyət” qəzetinin Vaşinqton müxbiri Ahu Özyurdun verdiyi xəbərə görə, 25 İyunda Vəkil Ron Klaskonun imzasıyla məhkəməyə təqdim edilən sənəddə, "İddialı tərəf, Gülənin olsa olsa ‘siyasət ya da din' sahələrində ekspertliyinin ola biləcəyini qəbul edir. Siyasət və teologiya da ‘elm sahəsi' daxilində qiymətləndirilə bilər və özü bu sahədə vizaya layiq ola bilər" qiymətləndirməsi edildi.

Beləliklə Gülən və vəkilləri 2 ildir "pedaqoq" sifətiylə istənən vizanın alınmadığını görüb, bu dəfə də Gülənin viza alması üçün "siyasət və din alimi" versiyasından istifadə etməyə qərar verdilər.

Prokurorluq Gülənin dünyəvilik əleyhdarı olduğuna diqqət çəkdi


25 İyunda prokurorluğun Gülənin vəkillərinə cavab olaraq təqdim etdiyi yeni sənəddə yeni bir ünsür olaraq Gülən hərəkətinin məqsədləriylə əlaqədar iki məqalə müzakirə mövzusu olundu. Sənədi, uzun bir müddət yalnız viza müraciətinin qiymətləndirilməsi üzərinə quran Daxili Təhlükəsizlik Nazirliyi, ilk dəfə iddiaya Gülənin dünyəviliklə əlaqəli ziddiyyətli fikirlərini də əlavə etdi.

Prokurorluq, "Məhkəmə, Gülənin yeni sənədlərini qəbul etsə, Michael Rubinin Aprel 2008-ci ildə nəşr olunan ‘Türkiyənin Dönüş Nöqtəsi' başlıqlı məqaləsiylə Paul Stenhousenin dekabr 2007-ci ildə Avstraliyada “The Quadrant” jurnalında nəşr olunan ‘İslamın Troya Atı' məqaləsini də diqqətə almalıdır" dedi.

Rubinin məqaləsində Gülən haqqında açılan iddianın bəraətlə nəticələnməsi halında Humeyninin Tahrana dönüşü kimi Türkiyəyə dönə biləcəyi ifadə olunur. Stenhousenin məqaləsində də Avstraliya Katolok Universitetində Gülən kürsüsünün açılmasında rüşvət verilməsi şübhəsindən və Gülən camaatının qaynağı bəlli olmayan para qaynaqlarından bəhs edilir. Həmin məqalədə Gülənin və camaatının dünyəviliyə və demokratiyaya qarşı olduğu və bunların fəaliyyətinin ciddi araşdırılmasına ehtiyacın olduğu vurğulanır.

Qadın-kişi bərabərliyinə inanmır


Prokurorluğun sənədindəki son paraqrafının haşiyəsində Gülənin kitablarında iddia edildiyi kimi "Qadınların yüksək təhsilini dəstəklədiyi” tezisinin mübahisəli olduğu vurğulanır və “İşıq” Nəşriyyatdan 2007-ci ildə çıxan və Gülənin vəkillərinin məhkəməyə verdiyi ‘Qloballaşan Dünyanın Müsəlman Vətəndaşları' kitabından bir bölümə diqqət çəkilərək, Gülənin qadın-kişi bərabərliyinə inanmadığı fikiri ortaya atılır.

Haşiyədə "Quranın təfsiri və Hədislərə görə Gülən qadının Allah tərəfindən verilən rolunun yeni nəsili və Türk cəmiyyətini yetişdirəcək şəfqətli və təhsilli analar olması lazım olduğunu söyləyir və kişilərin lider olduğunu ifadə edir" deyilir.

İddiaçı tərəf federal prokurorlardır


Fəthullah Gülənin Amerikan mövqeləri tərəfindən I-140 viza müraciətinin rədd edilməsi səbəbiylə ABŞ Daxili İşləri Nazirliyi əleyhinə açdığı iddiaya cavab verən adların İmmiqrat Xidmətləri Dairəsinin vəkilləri deyil, federal prokurorlar olduğu təsdiq edildi. Nazirlik adına müdafiə etmə etmə vəzifəsini Pennsylania Bölgə Məhkəməsinə bağlı olan federal prokurorlar üstləndi.

Kəslər və təşkilatlar haqqında cinayət işi açma səlahiyyətinə sahib olan federal prokurorlardan (US Attorney) Patrick Meehanın Pennsylvaniadakı xeyli çox cəmiyyət idarəçisi əleyhinə rüşvət və korrupsiya iddialarıyla əlaqədar olaraq açdığı istintaqlarla gündəmə gəldi. Gülənin iddiasına cavab verən adlardan Mary Catherine Frye də daha əvvəl Pennsylvania əyalətində səhiyyə ilə bağlı qanunsuzluqlara dair açdığı istintaqlarla tanınır. Prokurorluq mövqesini təmsil edən hər iki adın Gülənin vəkillərinin iddia etdiyi kimi İmmiqrat Xidmətləri Dairəsinin vəkilləri olmadığı təsdiq edildi.

Dəlil müddətində FBI da dövrədə


Aralarında Bahçeşehir Universitetinin də olduğu Türkiyədən bir neçə quruluşun Vaşinqtonda hüquq məsləhətçiliyini edən Vəkil Jason Epstein mövzuya, "Meehan və Fryenin ünvanları Pennsylvania Şərq Bölgəsi Federal Prokuroru və köməkçisidir. Bu iddiada dövləti müdafiə etməklə vəzifələndirilmişlər və Ədalət Nazirliyinə bağlıdırlar" sözləriylə açıqlıq gətirdi.

İddianın tərəflərindən biri Daxili Təhlükəsizlik Nazirliyi olduğu üçün iş Federal Məhkəmə tərəfindən araşdırılır. Tərəfləri bir araya gətirən və görüş məlumatımına söykənən bir duruşmanın edilib edilməyəcəyinə hakim Stewart Dalzell qərar verəcək. Gülənin ABŞ-da başqa viza xidmətlərinə müraciət etdiyi öyrənilirkən, Daxili Təhlükəsizlik Nazirliyinin iddiaya tərəf olması səbəbiylə FBI (Federal İstintaq Bürosu) da araşdırma və dəlil təqdim etmə müddətinə müdaxil olduğu ifadə olundu.

P.S. Türkiyədə ciddi müzakirə mövzusu olan son olaylarla bağlı müxtəlif versiyalar dolaşmaqdadır. Əksər analitiklər Gülənin artıq ABŞ-a lazım olmadığını irəli sürsələr də, bəziləri bunun Amerikan hökuməti içindəki “nüfuz müharibəsi”nin nəticəsi kimi qiymətləndirirlər. Həmin məlumata görə, Gülənə qarşı bu münasibət CIA ilə FBI arasında illərdən bəri sürən nüfuz savaşının nəticəsidir. Gülənə CIA-nın arxa çıxması səbəbindən FBI Gülənlə bağlı bu ajiotaşı yaradıb. Eyni zamanda Gülənin lazım olduğundan daha çox güclənməsini istəməyən və bu qrupun daim öz konrtollarında qalmasını istəyən amerikan yetkililəri də FBI-ın bu qərarını dəstəkləyirlər.
Mövzunu diqqətdə saxlamağa çalışacağıq.

A.Ələsgər
Arxalandığı ABŞ-dan Gülənə böyük zərbə 
Fətullah Gülənin CIA və Vatikanla ilə gizli əlaqələri Amerika məhkəməsində ifşa olundu 

Amerikan məhkəməsi Gülənin intellektual pedoqoq alim olmadığına və 1 ay ərzində ABŞ torpaqlarını tərk etməsinə qərar verdi

- ABŞ Gülənə niyə “qırmızı kart” göstərdi?
- Gülənlə Azərbaycan müxalifətinin ortaq cəhəti nədir?
- Fətullahçı şəbəkə hansı terror olaylarına dəstək verib?
- Gülənə bağlı media İrana niyə sıcaq yanaşır?
- Türkiyənin Xomeynisi olmaq istəyən Gülən ABŞ-a hansı adla girib?
- Gülənə zamin duran 27 şəxs arasında hansı CIA agentləri və keşişlər var?
- Gülənin arzuolunmaz sayılmasının səbəbləri...
Bütün bunlara Aqil Ələsgərin aşağıdakı yazısını oxuyaraq, cavab tapacaqsınız...


Türkiyədə dünyəvi cümhuriyyəti yıxaraq, dinçi dövləti qurmaqda ittiham olunan, ancaq dövlətin içinə yerləşdirdiyi tərəfdarları vasitəsi ilə bu qərarın icrasına mane olan Fətullah Gülən artıq ABŞ-da arzuolunmaz şəxs elan olundu. 10 ilə yaxın müddət ərzində dünyanın kapitanı adlandırdığı ABŞ-da yaşayan Gülən 1 ay ərzində amerikan torpaqlarını tərk etməlidir. Xatırlayırsınızsa, ötən yazılarımızda Gülənə ABŞ-da münasibətin artıq birmənalı olmadığını, ABŞ-ın bəzi yüksək çevrələrinin onun Türkiyənin Xomeynisi ola biləcəyindən əndişələndiyini yazmışdıq. Onu da qeyd etmişdik ki, Güləndən istifadəyə davam etmək istəyənlərlə yanaşı, Gülən Şəbəkəsinin fəaliyyətinin məhdudlaşdırılmasını istəyənlər də var. Elə Gülənə bağlı “Zaman” qəzeti də ABŞ-dakı həmin qüvvələri, xüsusilə Rubin adlı araşdırmaçını absurd şəkildə Türkiyədə “Ergenekon” əməliyyatı çərçivəsində həbs olunan vətənsevərlərlə əlaqədə ittiham etmişdi. Ancaq “Zaman”ın nə yazmasından asılı olmayaraq, ABŞ-dakı Gülən əleyhdarları qalib gəldi.

Türkiyənin “Milliyyət” qəzetinin yaydığı xəbərə görə, Amerikada yaşayan Gülən Pensilvaniya Şərq Bölgəsi Məhkəməsində “Green Card” (Yaşıl kart) almaq üçün qaldırdığı məhkəmə işini uduzdu. ABŞ-da yaşamaq, səyahət etmə və işləmə iznini ehtiva edən bu kartı almaq üçün müraciət etdiyi ABŞ Vətəndaşlıq və Qaçqınlıq Servisi (USCİS) tərəfindən rədd edilən Gülən bu qərarın düzəldilməsi üçün qaldırdığı məhkəmə işini uduzdu.

Məhkəmə Gülənin “fitri istedada malik pedaqoq alim” olmadığı qərarını verdi

Məhkəmə Gülənin “fitri istedada malik pedaqoq alim” statusu ilə bağlı irəli sürdüyü arqumentləri də yetərsiz saydı. ABŞ Vətəndaşlıq və Qaçqınlıq Servisinin qərarını təsdiqləyən Pensilvaniya Şərq Bölgəsi Məhkəməsinin hakimi Stevart Dalzellin çıxardığı qərara görə, Gülən bir ay ərzində ABŞ-ı tərk etməlidir. Ancaq qanun boşluğundan yararlanaraq, qaçaq kimi altı aya qədər ABŞ-da qala bilər.

Qaçqın bürosu ilə yanaşı Daxili Təhlükəsizlik naziri Michael Chertoff və FBI-ın direktoru Robert S. Muellerdən də məhkəməyə şikayət edən Fətullah Güləni, “Klasko, Rulan, Stock & Seltzer” vəkillik şirkəti müdafiə etdi.

Gülən ABŞ-a “özəl qaçqın din xadimi” olaraq girib

Qaçqınlıq bürosu isə əyalət prokuroru Patrick L. Meehan və müavini Mary Catherine Frye tərəfındən müdafiə olundu. Gülənin vəkilləri iddianamədə Gülənin Türkiyənin önəmli dini lideri, dünyanın dini xoşgörücüsü və pedoqoqu olduğunu iddia etdilər. Gülən üçün 1992-ci ildə Pensilvaniyada "Golden Generation Worship and Retreat Center Inc." tərəfindən “özəl qaçqın din xadimi” statusunda viza müraciətinin edildiyi də məhkəmədə üzə çıxdı.

CIA agentlərinin Gülənə verdiyi dəstək də yetərli olmadı

Fətullah Gülənin “yaşıl kart” alması üçün mmüsbət referanslar verənlər arasında CIA yetkililərinin çoxluğu diqqət çəkicidir. Gülənin vəkilləri tərəfindən məhkəmə işinə əlavə olunan Fətullah Gülənə 27 dəstək məktubu arasında CIA-nın analiz və produksion departameninin sabiq diroktoru, CIA-nın Balkanlar üzrə mütəxəssisi Corc Fidasın da məktubu var. Fidas hazırda həm də ABŞ-ın Müştərək Hərbi Kəşfiyyat Şurasının (Joint Military Intelligence Council) üzvüdür.

Bundan başqa CIA agenti, "Rand Corporation"un məsləhətçisi, Türkiyədə bir çox qanlı olayların fikir babası sayılan Graham Fuller də Gülənə rəsmi dəstək verənlər arasında olub. Fidas və Fullerdən başqa ABŞ-ın Türkiyədəki keçmiş səfiri Morton Abramowitz, Türkiyənin keçmiş baş nazirlərindən İldırım Akbulut, AKP-li deputat Mehmet Sağlamın da Gülənə dəstək məktubları məhkəmədı oxunub.

Bunlardan başqa ABŞ-ın müxtəlif universitetlərində çalışan şəxslərlə yanaşı yevangelist və katolik keşişlər, eyni zamanda Türkiyə Gənc İş Adamları Dərnəyinin (TUGİAD) İdarə Heyətinin sədri Murad Saraylı da Gülənə dəstək veriblər. Ancaq məhkəmə bütün bu məktubları yetərsiz sayaraq, Gülən üçün “ölkəni tərk et” qərarını verib.

Mərkəzi Nyu-Yorkda olan Amerika Yunan-Ortodoks Baş Yepiskopluğunun rahibi Alexander Karloutsos, Amerika Evangelical Lüteran Kilsəsinin Arkansan-Oklahama Bölgəsi üzrə nümayəndəsi, baş keşiş Floyt M. Schoenhals, Roman Katolik Kilisəsi İsa Peyğəmbər Dinlərarası Diyaloq Katibliyinin keşişi Thomas Michel, Catholic Theological Union Başqanı, Vatikanın təyin etdiyi keşiş Donald Senior, Chicago Lutheran School of Theology-nin başqanı James Kenneth Echols, Houston Baptist Universitetinin xristianlıq və fəlsəf professoru David B. Capes, Riverside kampının keşişi Terry Mathis, Revend keşişi Loye Ashton Gülənin ABŞ-da yaşamasına dəstək verən keşişlərdir. Fəaliyyətinin İslama xidmət etmək olduğunu iddia edən Gülənə keşişlərin zamin durması başqa yazının mövzusudur. Gülənin islama xidmət etməsi iddiası ilə keşişlərin Güləni müdafiə etməsi insanın xatirinə Həzrəti Məhəmməd (s) bu hədisi-şərifini xatırladır: “İnsanlar üzərinə bir zaman gələcək ki, Quranın yalnız mərasimi və müsəlmanlığın adı qalacaq. Onlar müsəlman ismini alırlar, halbuki özləri müsəlmanlıqdan insanların ən uzağındadırlar”.

Bəs dövləti ələ keçirmək suçu ilə ittiham olunan Gülənə qarşı ABŞ-ın münasibətinin
dəyişməsi nə ilə bağlıdır? Türkiyədə iqtidar ortağı olmasına baxmayaraq, doğulduğu ölkəyə ayaq basa bilməyən, hətta öz yaxın ətrafının belə “Gülən gələrsə, ortaliq qarışar” söylədiyi bir vaxtda ABŞ-ın Gülənə “qırmızı” kart göstərməsi nə ilə bağlı ola bilər?

Gülənin arzuolunmaz sayılmasının səbəbləri...

Əksər ekspertlərin fikrincə, ABŞ məhkəməsi haqqında yüksək rütbəli CIA rütbəli zabitlərinin də açıq dəstək verdikləri Gülənə rədd cavabının verilməsi ABŞ-ın onunla bağlı şübhələrini haqlı çıxaracaq dəlillər əldə etməsi ilə bağlı ola bilər. Əvvəlki yazılarımızda qeyd etmişdik ki, Gülən bütün prosseslərə ticarətçi gözü ilə baxaraq, hər şeydən və hər kəsdən necə faydalanacağını düşünür. Yeri gəlir, CIA agentlərinə yardım edir, yeri gəlir, şirkətləri vasitəsilə CIA-nın baş düşməni olan İranla da ticarət əlaqələrinə girir. Gülənə bağlı şirkətlərin “Hizbullah”a verdiyi gizli dəstək, başda Qəzzə bölgəsi və Çeçenstan olmaqla, əksər qanlı bölgələrdə fətullahçıların aktivliyi onlara qarşı münasibəti dəyişdirib. Bu şəxslər ABŞ-a könüllü agentlik etmələrinə baxmayaraq, başqa kəşfiyyat orqanlarına da bilgi ötürmələri ilə bağlı məlumatların üzə çıxması onlara qarşı etimadsızlığı artırıb. ABŞ-ın Böyük Orta Şərq layihəsində mühüm rol oynaması nəzərdə tutulan Fətullah Gülənə qarşı münasibətin bir anda dəyişməsi və hər zaman ABŞ-ı sevgi öpücükləri ilə anan camaat liderinə qapını göstərməsi Gülənin böyük xəyanətindən xəbər verir. Qərb, xüsusilə ABŞ tərəfindən maliyyələşdirilən Azərbaycanın qərbyönümlü müxalifətinin İranla əlaqələrinin üzə çıxmasından sonra Ağ Evin onlara münasibətinin necə dəyişdiyinin hamımız şahidiyik. Sərdar Cəlaloğlunun ifadə etdiyi kimi, bu gün iqtidarla yanaşı Qərb də (yəni ABŞ) müxalifətə qarşıdır.

AXCP sədri Əli Kərimliyə dəstək verdiyi konktret faktlarla üzə çıxan Gülən camaatının ən böyük qüsurlarından biri kimi də İrana qarşı türk ictimai rəyində mənfi obraz yaratmağa cəhd göstərməmələri göstərlir. Qeyd olunur ki, Gülən Şəbəkəsi ABŞ-ın dəstəyi ilə Türkiyədə 5 telekanal və bir neçə radio və qəzet-jurnal açsalar da, bu KİV-lərin İrana qarşı fəaliyyəti qənaətbəxş sayılmayıb. Bu səbəbdən də, CIA agentlərinin təqdimatı və yardımı ilə uzun müddət ABŞ-da yaşayan Gülənə qapı göstərilib.

Qeyd edək ki, Gülənin məktəbləri Rusiyada da bağlanıb və Gülən Şəbəkəsinin ABŞ-ın və İngiltərənin xüsusi-xidmət orqanlarına çalışdığı, habelə Rusiya ərazisində, xüsusilə Çeçenistanda çeçen mücahidlərinə yardım etdiyi Rusiya Xüsusi-Xidmət Orqanları tərəfindən təsdiqlənib.

İndi isə dünyanın başqa bir böyük dövləti, Türkiyəyə, başda Türk Ordusu olmaqla bütün vətənsevər qüvvələrə qarşı mübarizə apararkən, arxasını söykədiyi Amerika Gülənin səmimiliyinə şübhə ilə yanaşır və onun gerçək daloq tərəfdarı olmadığına, dünyada barış elçisi olmadığına məhkəmə qərarı ilə münasibətini bildirir.

Bu əslində Azərbaycanda da təhsil naziri Misir Mərdanov olmaqla Gülənin məktəblərini dəstəkləyən məmur kontingentinə dərs olmalıdır. Uzun araşdırma aparmadan heç nəyə qərar verməyən ABŞ-ın Gülənə qırmizi kart göstərməsi amerikalıların da Gülən təhlükəsindən narahat olduqlarından xəbər verir. Bəs fətullahçı kadrların diplomat, idarə rəisi və başqa vəzifələrə sahib olmasına göz yuman Azərbaycanın bəzi yüksək çinli məmurları vətənimizi necə böyük bir fəlakətə doğru apardıqlarının fərqindədilərmi?

P.S. Gülənə dəstək verən CIA agentlərinin adlarının açıqlanması, ümumiyyətlə məhkəmə ilə bağlı ayrıntıların mediaya ötürülməsinin özü də əslində ABŞ-ın Gülənə verdiyi bir cəza sayıla bilər. 
Fəthullah Gülənin e-mail istifadə edə bilən müridləri tərbiyəsizdir

Türkiyənin nüfuzlu qəzetlərindən olan “Axşam”ın köşə yazarı Oray Egin Türkiyədə erməni və PKK-nın maraqlarını müdafiə edərək, Türk Ordusuna böhtan atan qəzetin fətullahçılar tərəfindən himayə olunduğunu aşağıdakı yazısında qələmə aldı


Səhərin erkən saatlarından etibarən Blackberrymi dolduran mesajlar tək bir mərkəzdən çıxmış kimi idi. Üslub və yanaşma tanış, hətta kimi sözlər də ortaq idi. Təhqirlər və küfrləri bir yerdən tanıyırdım, dost gəldi mənə. Tərəf qəzetiylə əlaqədar yazdığım yazıya zəncirləmə mail kampaniyası başlamışdı və mən öz özümə ‘Bu qədər az oxunan bir qəzetin necə bu qədər çox oxuyucu maili yarada bildiyini' sorğulayırdım. İşin qəribəsi, məni oxumadığını iddia edirdi hamısı. Amma bütün yazılarımı əzbərdən bilirdilər. Səhər mahmurluğundan sonra özümə gəldim. Bu mesajları gönderten məntiqi, o böyük "beyni" çox yaxşı xatırladım. Nə vaxt ki Camaat ya da Hocaəfəndi haqqında bir yazı yazsam buna bənzər zəncirləmə maillər gəlirdi. Yalnız mənə deyil, bütün köşə yazarlarına da. Tək bir qələmdən çıxmış kimi yazılan şərhlərdə bol bol təhqir və qaralama vardı.

Fəthullah Gülən nə qədər xoşgörüşü, dözümü və birlikdə yaşamağı dəstəkləyir kimi görünsə də, e-mail istifadə edə bilən müridləri də bir o qədər tərbiyəsiz. Camaatın qabaqda gələnlərinə bu ziddiyyətibildirdiyimdə, müridlərin çoxluğundan ötəri hər kəsi nəzarət edə bilmədiklərini söyləyirlər, bəlkə də haqlılar.

Bu çirkin üslubun patenti Camaatın müridlərinə aiddir amma. Və bu üslubdan qurtulunmadıqça heç bir mühakimə qərarı kölgənin qalxması üçün kafi olmayacaq.

Eynilə Tərəf qəzetində olduğu kimi...

Sırf bu üslub bənzərliyi belə Tərəflə Camaatın necə bir "qardaşlıq" bağı içində olduğunun dəlili halbuki. Oxuyucularla müridlər nə qədər çox bənzəyir, deyilmi?

Amma eyni şəkildə Camaatla Tərəfin də bağları bənzəmirmi?

Türk Ordusuna hər fürsətdə etibarsızlaşdıracaq nəşr siyasətləri...

Gülən əlaqəli təqaüdlə Amerikada təhsil alan Leyla İpəkçinin Zamandan sonra Tərəfə yazar olması...

Zamanda yazıçılıq edən Etyen Mahçupyanın daha sonra "nalkapon" olaraq Tərəfdə boy göstərməsi...

İqtidar qəzetinin baş yazarı "böyük qardaş" Məmməd Altanın Fəthullah Gülənin məktəblərinin açılışında natiq olaraq iştirak etməsi...

Zaman qəzetində böyük-böyük Tərəf qəzeti təqdimatlarının çıxması, reportajlar edilməsi...

Qəzetin quruluşundakı qrup Fəthullah Gülən yanlısı xəbərlər etdiyi Aktualdan sonra mükafatlandırılıb iqtidar yanlısı Ulduzu çıxarmadımı, ayrıca?

Siyahını uzada bilərəm amma zatən Altan adı çox çox şey açıqlamırmı? Keçmişdən günümüzə kim iqtidardadırsa ona alqış tutan bir ailənin soyadı bu. Köhnədən solçuluq oynayan ata və oğulları, sonradan Özala alqış tutmağa, Cem Boynerin Çinevində qədəh toqquşdurmağa indi də Camaatı alqışlamağa başladılar. Sabah o biri gün əmin olun başqa iqtidar mərkəzləri də nəsiblərini alacaq.

Bu vaxt Tərəf qəzeti də nə olacaq?

Missiyasını tamamlayınca tarixə basdırılacaq. Sənədlərin sızdırıldığı bir prixoloji hərb mərkəzi olaraq arxivçilər tərəfindən xatırlanacaq yalnız.

"Axşam"
İngiltərədə "agent imam" proyekti həyata keçiriləcək
İngilis hökuməti müsəlmanların arasına yerləşdirilmək üzrə imamlar yetişdirəcək

İngilis hökumətinin hazırladığı yeni bir proyektə görə İngiltərədə yaşayan müsəlmanların arasına yerləşdirilmək üzrə imamlar yetişdiriləcək. Hökumət bunun üçün bir təşkilat meydana gətirməyə hazırlanır. İİngilis hökumətinin belə bir qərar almasına səbəb isə sözdə "radikalizm" olaraq göstərilir. İngiltərə sözdə İslami radikalizmə qarşı imam yetişdirməyə və bu imamları məktəblərdə agent olaraq işlətməyi planlayır.


Bu mövzuda bir qanun çıxarmağa hazırlanan ölkədə bir növ imamlıq təşkilatı meydana gətiriləcək.

Hökumət, önümüzdəki həftə qüvvəyə girəcək tədbirlər çərçivəsində, ölkədə təhlükəsizlik istintaqından keçmiş, dövlətdən maaş alan və məktəblərdə radikalizmlə mübarizə təhsili verəcək imamlar yetişdirilməsini planlayır.

İngiltərənin qabaqda gələn qəzetlərində iştirak edən xəbərlərə görə, yeni imamların başlıca özəlliyi İngiltərədə doğulmaq olacaq, “radikal İslami” fikirləri olmayacaq və bu yöndə bir din təhsili üçün məktəblərdə vəzifə yerinə yetirəcək.

Qəzetlərdə çıxan edən xəbərə görə İngilis hökuməti, imamları “fundamentalist dinçi” fikirləri olub olmadığını təsbit edəcək. İmamlardan, uşaqlara “fundamentalist dinçi” meyllərə qarşı vətəndaşlıq şüuru peyvənd etmələri istəniləcək. İmamlar, məktəblərdə cinsiyyət bərabərliyi və həyatın müqəddəsliyinə xüsusi əhəmiyyət verəcək.

İngilis hökumətinin sənədə 90 milyon sterlinq xərcləyəcəyi plana görə, həbsxanalardakı Müsəlman məhkumların radikalizmə sürüklənməmələri üçün də xüsusi təhsilli imamlar vəzifələndiriləcək.

İngiltərədə 400 min müsəlman şagird var. Müsəlmanların sayı isə 2 milyon olaraq ifadə olunur.

İngiltərənin bu planın bir bənzəri də aylarca öncə mətbuatda geniş yer tapmışdı. Plana görə, Cənub Asiya ölkələrindən liberal görüşlərə sahib imamlar ölkəyə dəvət ediləcəkdi.

İngiltərə Daxili İşlər naziri Jacquie Smithin bu mövzu üçün Pakistan və Bangladeşdə müxtəlif təmaslarda bulunduğu bildirilir.

Şahin/Yeni Çağ
E-mənbə: http://yenicag.az/

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com