Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

İyun 16, 2008 13:38

  ÇAR RUSİYASI ARXİVİNDƏN ŞOK SƏNƏD

ÇAR RUSİYASI ARXİVİNDƏN ŞOK SƏNƏD 

"Qırğınları ermənilər törədib"

QayNar: Moskvada yerləşən Ordu Tarixi Dövlət Arxivində araşdırma aparan İstanbul Universitetinin tədqiqatçı-alimi Mehmet Perinçek, Birinci Dünya Müharibəsi vaxtı Qafqaz cəbhəsində məsul olan ordu generalı Leonid Bolovitinovun mərkəzi qərargaha göndəryi hesabatı aşakarlayıb. Digər adı "Çar Rusiyasının Ordu Arxivi" olan mərkəzdə aşkarlanan tarixi sənəd, günümüzdə Yerevan hökümətinin və erməni diasporasının şüarı halına gələn "Türklər 1915-ci ildə 1,5 milyon ermənini öldürüb" iddiasını ilk mənbədən yalan olduğunu ortaya qoyur.


Günahkarlar özləridir

11 Dekabr 1915-ci ildə Rusiya qərargahına göndərilən 65 səhifəlik hesabatın adı  "Real vəziyyət"dir. Daşnak Partiyasının "Qafqaz cəbhəsində erməni könüllü dəstələrinin fəaliyyəti" başlıqlı bir məktubu Rus Çarına göndərməsindən iki ay sonra yazılan hesabatın girişində, Ermənilərin qələmə aldığı bu məktubdakı sənədlərin "siyasi məqsədli" olduğu vurğulanır və bölgədəki gerçək durum anladılır. Sənəddə bildirilir ki, ermənilərin Osmanlı İmperiyasında arzuolunmaz ünsürə çevrilməsində günahkar özləridir. Hesabatda deyilir:  "Ermənilərin dediyi ölü sayına güvənməmək gərəkdir. Daşnak partiyasının açıqlamalarında söylənilən itkilərin rəqəmləri davamlı olaraq şişirdilir və bütün bunların siyasi məqsəd daşıdığı şübhəsizdir. Bu itkilərin səbəbkarı da, qırğınları törədən də ermənilərin özləridir".

İngiltərə qızışdırdı

Bölgədə fitilin 1915-ci ildən çox daha əvvəl, 1890-cı il tarixlərində xarici güclər tərəfindən alovlandırıldığını mərkəzə bildirən Bolovitinov, "Xüsusilə İngiltərə, Osmanlı ilə Çar Rusiyası arasında ittifaq qurularaq Orta Şərqdə yeni güc mərkəzinin yaranmaması üçün, Türkiyənin şərqindəki erməniləri qızışdıraraq qarışıqlıq yaradıblar. Buna qədər türklər, ermənilər və kürdlər barış içində yaşayırdılar. Hətta bölgədəki ermənilərin həyat şəraiti türklər və kürdlərdən daha yaxşıydı. " deyir.
Rus generalı yazır: "Rusiya, Osmanlı içindəki erməni məsələsini ilk əvvəllər uzaqdan izləməklə kifayyətlənib. İmperatorumuzun baxışları Almaniya və üç ay sonra Osmanlı dövlətinin də bizə savaş elan etməsiylə dəyişdi. Rus birliklərinə yardım olaraq Erməni Könüllü Dəstələrindən istifadə qərarı da Osmanlı bizə savaş elan edəndən sonra alındı.  Zəifləyən Osmanlı Dövləti, Rusiya üçün potensial müttəfiq olmaqdan zatən çıxmışsı".

Hesabatdan bəzi detallar:

- Ermənilərə "Müstəqil Ermənistan" qura biləcəkləri fikrini aşılayan Avropa diplomatiyası oldu. Erməni diasporasının ziyalılarını təlimatlandıraraq, Osmanlının içində iş apardılar;

- Erməni təşkilatları terrora üstünlük verirlər. Terroru təkcə başqa millətlərə qarşı deyil, onların fikirlərinə qarşı çıxan ermənilərə qarşı da törədirlər;

- Rusiyada terror olayları düzənləyən Daşnak liderlərinin 1914-ci ilə əfvində azadlığa buraxılması yanlış qərardır;


- Savaş əsnasında işğal edilən bölgələrdə Erməni Könüllü Dəstələri irqçi duyğularla müsəlmanlara qarşı qırğınlar törətmiş, qadın-uşaq-qoca fərqi qoymadan hamını qırmış və bu qırğınları sistemli şəkildə həyata keçirmişlər və s.;

Nəticə

Hesabatı hazırlayan rus generalı Bolovitinov, Osmanlı İmparatorluğunun Almaniya və Avstriya-Macarıstanla birlikdə, İngiltərə, Fransa və Rusiyaya qarşı savaşdığı 1914-1918-ci illər arasında Qafqaz cəbhəsində ordu komandirlərindən biri olub. Məhz Türkiyəyə qarşı döyüşən ordu komandiri adından belə bir sənədin ortaya çıxması tarixi baxımdan böyük əhəmiyyətə malikdir. Özəlliklə, sənədin məhz hadisələrin içindən və vaş verdiyi günlərdə yazılması onun önəmini dəfələrlə artırır.

Hazırlayanı: Rəşad Səfərov,

QayNar


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com