Daha geniş məlumatlar burada: http://yysq.azeriblog.com/2008/03/17/viii-baki-kitab-bayrami-illik-milli-kulturoloji-yarishmasina-start-verildi
VIII Bakı Kitab Bayramı

2008-ci il mayın 26-da M.F.Axundov adına Milli Kitabxanada
Azərbaycan Respublikasında fəaliyyət göstərən nəşriyyat-poliqrafiya müəssisələri, yaradıcı QHT-lərin nümayəndələri, naşirlər, kitab müəlliflər, yazarlar və şairlər, həmçinin xarici qonaqlar, dövlət rəsmiləri və çoxsaylı KİV əməkdaşlarının iştirakı ilə əsas - final mərasimi keçiriləcək VII Bakı Kitab Bayramına Milli Kulturoloji Layihə üzərində işlər plana uyğun gedir. Bayramın Təşkilat Komitəsindən verilən xəbərə görə, VIII Baki Kitab Bayramı - İllik Milli Kulturoloji Layihə çərçivəsində YYSQ müxtəlif qurumlarla birgə milli kitab mədəniyyəti və ədəbiyyatımızın müxtəlif uğurlarına, problemlərinə, perspektivlərinə həsr olunmuş dəyirmi masa, ədəbi görüşlər, sərgilər, nəşr məhsullarının təbliğatına aid tədbirlər, eləcə də sənət və kulturoloji müsabiqələr təşkil edib ki, onların da bəziləri bunlardır:
VIII Baki Kitab Bayramı - İllik Milli Kulturoloji Layihəsi çərçivəsində aşağıdakı istiqamətlərdə işlərin görüləcək:
- "İlin Kitabı" Kulturoloji Müsabiqənin təşkil etmək;
- nəşriyyatların və müəlliflərin birbaşa iştirakıyla yeni kitabların sərgini keçirilmək;
- Ötən ilin dəyərli kitablarını və mədəniyyət hadisələrini fərqləndirib mükafatlandırmaq;
- "Nizami" Qlobal Kulturoloji Mükafat laureatlarının müəyyənləşdirmək;
- Ümummilli Liderimiz Heydər Əliyevin ölməz həyat yolunau əks etdirən kitabların sərgisi və tədbir keçirmək;
- Xalq yazıçısı Mir Cəlalın əsərlərindən ibarət kitab sərgisi və tədbir keşirmək;
- müəlliflərlə naşirlərin, yazarlarla oxucuların birbaşa ünsiyyətini, görüşünə şərait yaratmaq;
- Gənc yazarların kitablarının sərgisinin nümayiş etdirmək;
- Yeni nəsil istedadlı cavanların yaradıcılığının təbliği, cəmiyyətə tanıdılmasına səy göstərmək;
- Yazıçıların yeni əsərlərinin ictimai təbliğatı, təqdimatı və müzakirəsinin təşkil etmək;
- cavan alimlərin elmi əsərlərinin sərgisini keçirmək;
- Azərbaycan Milli Ordusunun əsgər, çavuş və zabit heyətinin üzvləri üçün mini kitabxana hazırlayaraq hərbi hissələrinə göndərmək;
- "Ümid Yeri" Təşkilatının nəzdindəki kimsəsiz uşaqlar üçün sığınacaq Evinin Kitabxanasına - balaca oxuculara yeni kitablar ərməğan etmək;
- Yeni - virtual mütaliə mədəniyyətinin formalaşmasından ötrü neomaarifçilik PR aksiyasının ictimailəşdirilməsinə çalışmaq;
- Milli mədəniyyət və çağdaş ədəbiyyat - Azərbaycan kitabının inkişafını stimullaşdırmaq;
- Ədəbiyyatımızın zənginləşdirilməsinə, şəbəkə - İnternet ədəbiyyatının genişlənməsinə yardımçı olmaq;
- Bu ilin payızında Rusiya Federasiyasında keçirilən Beynəlxalq Moskva Kitab Sərgi-Yarmarkası çərçivəsində VI Beynəlxalq Kitab Sənəti Yarışması, eləcə də başqa xarici müsabiqələrə göndərilməsi üçün milli kitabların seçilməsi, AR Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilməsi...
- bölgələrdə yeni kitabların sərgisi üçün nəşr məhsullarından ibarət eksponatların hazırlanması və b.
Vurğulamaq yerinə düşər ki, VIII Baki Kitab Bayramı - İllik Milli Kulturoloji Layihəsinin gerşəkləşməsində bizə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, AR Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, AR Müəllif Hüquqları Agentliyi, AYB İctimai Qurumlarla Əlaqə və Analitik-İnformasiya Mərkəzi, AYB Gənclər Şurası, Milli QHT Forumu, "İrəli" Gənclər Hərəkatı, M.F.Axundov adına Milli Kitabxana, nəşriyyatlar, yazılı və elektron KİV və b. qurumlar texniki-təşkilatı yardım edirlər.
Əziz kitabsevər dostlar, onu da vurğulayaq ki, builki yubiley tədbirlərimizdə də müxtəlif nominasiyalarda (İlin şeir, nəsr, elmi, tərcümə, publisistik, siyasi, dərslik və b.kitabı, İlin nəşriyyatı, TV-si, qəzeti, radio və İnternet saytı, İlin gənc şairi, nasiri, tənqidçisi, publisisti, tərcüməçisi, qadın yazarı, İlin Ədəbiyyat dostu, mədəniyyət xeyriyyəçisi və b.) VIII Baki Kitab Bayramı - İllik Milli Kulturoloji Layihəsinin ödülü - "Nizami" Qlobal Kulturoloji Mukafatı dəyərli əsərlərə, şəxslərə, müəlliflərə, yaradıcı gənclərə, insanlara və qurumlara təqdim olunacaq.
VIII Baki Kitab Bayramı - İllik Milli Kulturoloji Layihəsinin ödülünün - "Nizami" Qlobal Kulturoloji Mukafatının Müsabiqə Komissiyasının Münsiflər Heyəti tanınmış mədəniyyət, ədəbiyyat mütəxəssisləri, eləcə də kitab-nəşr sahəsinin peşəkarlarından təşkil olunub.
"Nizami" Qlobal Mədəniyyət Mükafatı
Mükafat özündə sənət müsabiqəsi, münsiflər heyətinin müzakirəsi, sıravi oxucuların seçim imkanları, İnternet istifadəçilərin birbaşa səsvermədə iştirakı, laureatların ictimai təqdimatı, qaliblərin kulturoloji-tənqidi PR aksiyası, təmtəraqlı təqdimat mərasimi, seçilənlər haqqında xüsusi buraxılış nəşrləri, eləcə də sonda qaliblər haqqında fərdi İnternet saytının hazırlanaraq dünya ictimaiyyətinə çatdırılması kimi kompleks formatlarını özündə birləşdirir.
Mükafat I, II, III dərəcəli diplomlar, pul və hədiyələrlə birgə, ədəbiyyat, mədəniyyət, incəsənət, şou-biznes, televiziya-radio yaradıcılığı, İnternet quruculuğu, kitab-nəşr sənəti, yeni mədəniyyət quruculuğu, dünya mədəniyyətini ölkə ərazisində, Azərbaycan mədəni imkanlarını dünyada yayılması, qlobal kulturoloji gedişatda çevrilişə səbəb olan əcnəbi kultur-olaylar və başqa sahələr üzrə verilə bilər.
Qeyd: sadalanan sahələr üzrə il boyu keçirilən müxtəlif müsabiqələrdən sonra qaliblər təltif edilir.
Mükafata aşağıdakı prinsiplərə cavab verən şəxslər iddialı ola bilərlər:
- Əsasən milli Azərbaycan və Türk Dünyası ədəbi-mədəni prosesində fəal iştirak edərək kulturoloji dəyişikliyə səbəb olan sənət əsərlərinin müəllıflərinə;
- Milli ədəbiyyatda, mədəniyyətdə və incəsənətdə fərqli yaradıcılıq nümunələrini yaradan, ancaq ictimaiyyət tərəfdən kifayət qədər tanınmayan, kölgədə qalan yaradıcı kəslər;
- Yeni ədəbi-mədəni sənət modellərini yaradanlar;
- Qlobal estetik-kulturoloji düşüncədə dönüş nöqtəsinə çevrilmiş sənət əsərləri yaradanlar;
- Beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edənlər;
- Çağdaş Azərbaycan mədəniyyətində və ədəbiyyatında dəyişikliklərə səbəb olmuş fərqli düşüncə texnologiyalarının müəlliflərinə;
- Azərbaycandilli milli İnternet resurslarının inkişafına xidmət edənlər
- Milli mədəniyyət quruculuğuna yardım edən dövlət və QHT nümayəndələri, xeyriyyəçilər;
- Gənc yaşında yaradıcılıq uğurlarıyla özünün istedadını və intellektual potensialını sübut etmış yeni nəsil yaradıcı cavanlar və b.
Əsas prinsip: İnternet və yeni informasiya texnoloyigaları vasitəsiylə Dünya Azərbaycanlılarına çatdırılan ədəbi-mədəni hadisələrə xüsusi diqqət ayrılacaq.
2008-ci il mayın 26-da M.F.Axundov adına Milli Kitabxanda VIII Baki Kitab Bayramı - İllik Milli Kulturoloji Layihəsinin əsas sərgi mərasimi keçiriləcək. İştirak etmək fikrində olan nəşriyyat, mətbə və poliqrafiya müəssisələri, ayrı-ayrı müəlliflər, və yaradıcı QHT-lər mayın 24-nə qədər Təşkilt Komitəsinə yazılı müraciət etməlidirlər.
Diqqət: VIII Baki Kitab Bayramı - İllik Milli Kulturoloji Layihəsinin ödülünə - "Nizami" Qlobal Kulturoloji Mukafata iddialı şəxslər martın 1-dən əvvəllərindən may ayının 19-a qədər Müsabiqə Komissiyasının Münsiflər Heyətinə yazılı müraciət (kitab və çap məhsulları ilə birlikdə) edə bilərlər.
Əlaqə telefonları: (+99412) 418 93 58, 438 03 17, mobil - (050) 213 40 43; (070) 317 80 01
Baş əlaqələndirici: Aydın Xan (Əbilov), əlaqələndiricilər: Hidayət Nihad, Günay Şıxəlili.
Geniş məlumatları buradan ala bilərsiniz: www.yysq.azeriblog.com, www.artyazar.azeriblog.com.
Bu saytlara, rəy və təkliflərinizi, virtual müraciətlərinizi yaza bilərsiniz. Elektron ünvanımız artyazar@yahoo.com, aydinkhan@box.az
VIII Baki Kitab Bayramı - İllik Milli Kulturoloji Layihəsinin həyata keçirilməsindən ötrü YYSQ-yə maddi-texniki yardım göstərmək istəyən şəxs və qurumlara təşkilatımızın rekvizitlərini təqdim edirik.
Yeni Yazarlar və Sənətçilər Qurumunun "Texnikabank" ASC-dəki hesab nömrəsi:
38030066470001
VÖEN: 1700430481
"Texnikabank" ASC: 506872 VÖEN: 9900000681
Müxbir Hesab: 0137010031031 SWİFT: ТЕCIАZ22
Əsas: YYSQ İH-nin 11 fevral 2008-ci il tarixli iclası (II məsələ)
Qoşma: YYSQ-nin 2007-ci il üçün İllik İctimai Hesabatı (elektron variantı bu saytda: www.yysq.azeriblog.com).



