Reklam verin!

Fətullah Gülənin «qisas əməliyyatı»

Və ya Azərbaycanın «gözü çıxmış qardaş»ının vəziyyətindən alacağı dərs

- Fətullah Gülənin iki əzəli düşməni kimdir?
- Türkiyədə «Erməni soyqırımı olmayıb» demək suç sayılır?
- Qardaş ölkədə nədən Azərbaycan dostları və erməni düşmənləri həbs olunur?
- Gülənin əsl hədəfi kimdir?
- Fətullah Gülənin yetişdirdiyi insan tipinin əsas xüsusiyyətləri nələrdir?
- Türkiyədə demokratiyanın önündəki əsas əngəl nədir?


- Azərbaycanda 71 evi olan nurçu Mustafa Sunqurun əlini kim öpdü?
- Fətullah Gülən Türkiyəni niyə və necə bölməyə çalışır?
- Türkiyədə yaşanan olaylardan Azərbaycan hansı dərsi almalıdır?
- Azərbaycanın gələcəyi üçün təhlükə ocağı haradır?
Bütün bu sualların cavabını Azərbaycan Dinşünaslar Birliyinin sədri, «Yeni Çağ» qəzetinin baş redaktoru Aqil Ələsgərin aşağıdakı yazısında oxuyacaqsınız!


Azərbaycanın Türkiyənin gününə düşməməsi üçün çalışmalıyıq!

Türkiyədə yaşananlardan dərs almaq lazımdır. Canımız qədər sevdiyimiz Azərbaycanımızın da qardaş dövlətimizin yaşadıqlarını yaşamaması, xalqımızın arasındakı vəhdət və bərabərliyin pozulmaması, bir xalqın iki fərdinin bir-birinə düşmən münasibəti sərgiləməməsi, vətənimizin bölünməsinə zəmin hazırlamamaq üçün Türkiyədə yaşanan son olaylardan dərs almaq lazımdır. Fətullahçı-təkkəci düşüncənin nələrə yol açıdığını və bu gün qardaş Türkiyədə yaşananların on il sonra Azərbaycanda yaşanmayacağına kimsə qarant verə bilməz. Nədən? Çünki fətullahçılar artıq Azərbaycan dövlətinin «damar»larında səssiz gəzintiyə başlayıblar...

Ərtuğrul Günayı belə qəzəbləndirən olay

Bu gün Fətullah Gülən Türkiyədəki rəqiblərinə meydan oxuyur. Türk xüsusi-xidmət orqanlarının «fətullahçı» olduğunu təsdiqlədikləri Ramazan Akyürək və Terrorla Mübarizə Şöbəsi Türkiyənin aydınlarını təsdiqlənməmiş ittihamlarla həbs edərək, əzələ nümayişi göstərirlər... İş o yerə çatıb ki, Türkiyənin Prezidenti belə bu həbslərin şəklinə etirazını bildirmək məcburiyyətində qalır. Axı, Türkiyənin ən tanınmış jurnalistlərindən İlhan Səlcuqu dan yeri ağarmamış həbs etmək rəqiblərə gözdağından başqa bir şey deyil... Necə ki, dünənə qədər «dərin çətələri məhv edirik» deyən Ərtuğrul Günay kimi nazir belə, «yox artıq» deməyə məcbur qalır...

Türkiyədə «Erməni soyqırımı olmayıb» demək suç sayılır?

Kıprısda erməni soyqırımına etiraz konfransında tanış olduğum Şölə Perincək bildirir ki, həyat yoldaşı, son illərin Türkiyənin ermənilərə qarşı ən böyük diaspora təşkilatının – Quzey Kıprıs Türk Cümhuriyyətinin qurucu cümhurbaşqanı Rauf Denktaşın rəhbərlik etdiyi Tələt Paşa Konqresinin qurucularından olan Doğu Perincəkin Lozan məhkəməsində «Erməni soyqırımı imperalistlərin yalanıdır və heç vaxt olmayıb» məzmunlu müdafiə çıxışını da «suç dəlili» kimi müsadirə ediblər.

Elə digər həbs olunanların da, tərcümeyi-halına baxdıqda ermənilərlə mücadilə göz önünə çıxır...

Ermənilərlə mücadilə heç kimin suçlu və ya suçsuz olduğunu söyləməyə əsas vermir. Amma...


Amma nədənsə son aylarda «Ergenekon» əməliyyatı adı altında həbs olunan tanınmışların əksəriyyəti Türkiyədə Azərbaycanın dostu və erməni və fətullahçılara qarşı mübarizə aparan şəxslər kimi tanınır.

Fətullah Gülənin və ermənilərin iki əzəli düşməni həbs olunub

Elə götürək, Azərbaycan Türkü olan Vəli Küçük Paşanı... Canımızın bir parçası olan Naxçıvandan, Kəngərlilərdəndir bu Paşa... Türkiyə ordusunun jandarma kəşfiyyatını (JİTEM) quran jandarma generalıdır Vəli Küçük Paşa... Haqqında çox söyləntilər var... Olması da qayət təbiidir... JİTEM kimi bir quruluşu quran, bölücü kürdlərin saytlarında «90-cı illərin əvvəllərindən etibarən Qarabağ savaşında Azərbaycan Türklərinə yardım etməkdə» ittiham olunan Vəli Küçük Paşanın haqqında söyləntilər olmayacaqdı da, kimin barəsində olacaqdı. Ortada bir iş varsa, bunu bəyənəni ilə yanaşı bəyənməyəni də var... Hətta suçu varsa belə, bunu ədalət məhkəməsi isbatlayacaq.

Onunla yanaşı həbs olunan vəkil Kamal Kerincsizə baxaq. Azərbaycanın milli davasına hər addımbaşı vəstək verən, Ermənistanın keçmiş quldurbaşısı Robert Köçəryanı məhkəmyə vermiş birisi...

Perincək barədə də eyni şeyləri söyləmək mümkündür. Erməni yalanına qarşı son illərdə verdiyi mücadilə, erməni yalanını tanıyan ölkədə «erməni soyqırımı olmayıb» deyə, məhkəmələrə verilən və Türk xalqının haqlı davasını müdafiə edən birisi...

Biz Türkiyənin işinə qarışmırıq

Bu yazı qətiyyən Türkiyənin, Türk ədalətinin işinə müdaxilə kimi yorumlanmamalıdır. Kiminsə suçu varsa, paşalar kimi çəkməlidir. Ancaq həbs olunan insanların hər birinin keçmişdə nə etdiklərindən, hansı doğru və yanlış qərarlar verdiklərindən asılı olmayaraq, Fətullah Gülənə və ermənilərə qarşı mövqelərinə görə həbs olunduqlarına dair böyük qənaət var. Mənim həbs olunan insanların siyasi mövqeyini əsla müdafiə etmək fikrim yoxdur. Ancaq görünən dağ bələdçi istəmədiyi kimi, bu insanların illərdən bəri Fətullah Hocanın «qara siyahısı»nda olduğunu da bilirik. Necə ki, Azərbaycandakı fətullahçılar bizdən zəhləsi gedir və qanımızı içmək üçün fürsət gözləyirlər...

Nurəddin Verenin açıqladığı məqam

Bu gün Fətullah Gülənin 35 illik dostu Nurəddin Verenin açıqlamalarını araşdırarkən, maraqlı bir məqamla rastlaşdım. Nurəddin Veren Türkiyənin məşhur 28 fevral çevrilişi zamanı Fətullah Gülənin tez-tez ordunu və xüsusilə Türkiyə ordusunun jandarma kəşfiyyatını suçladığını söyləyir. Veren bildirir ki, həmin günlərdə Gülən və fətullahçı yazarlar JİTEM-i hədəf göstərirdilər. JİTEM-in qurucusu kim? Vəli Küçük!

Fətullahçılarla ulduzu heç vaxt barışmayan və bu səbəbdən də Gülən camaatının xüsusi nifrət bəslədiyi və hətta barajı keçməyəcəyini bildiyi vaxtlarda belə qara PiaR kampaniyasını dayandırmadıqları kimdir? Doğu Perincək!

Fətullah Gülənin hədəfi dəyişməyib: Ordu gözdən salınacaq

Elə vəkili vasitəsi ilə bayıra mesaj göndərən doğu Perincək də həbs olunması ilə bağlı sifarişi Fətullah Gülən və Amerikanın Dərin Dövləti-Qladyo tərəfindən verildiyini açıq şəkildə bildirir: «Qlabyoçu Fətullah qrupu (Terrorla Mübarizə Şöbəsini nəzərdə tutur) var gücü ilə Türk Silahlı Qüvvələrinə ləkə atmağa çalışır. İstintaqı aparanlar Amerikanı müdafiə edir və ordumuza qarşıdırlar... Xüsusilə, Türk Silahlı Qüvvələrinin Şimali İraqdakı Özəl Hərbi Qüvvələrinin hərəkətini dayandırmaq üçün milli olan Özəl Hərbi Qüvvələri zəiflətmək və savaşa bilməyəcək hala gətirmək niyyətindədirlər».

«Ergenekon» əməliyyatının PKK ilə işbirliyinə gedənlərin milli qüvvələrə və Türk Ordusuna qarşı fəaliyyəti olduğunu bildirən Doğu Perincək həm də qeyd edir ki, bu addımla həm də erməni yalanına qarşı mübarizə aparan Tələt Paşa Komitəsinin fəaliyyətini iflic hala salırlar. Ki, bu da Avropa Birliyinin 2006-cı ilin fevralında Türkiyədən istədiyi gizli tələbdir.

Bu gün açıqlama verən Ulusal Kanalın baş direktoru və Tələt Paşa Komitəsinin baş katibi Ferid İlsever də bu oyunun Fətullah Gülənin oyunu olduğunu bildirib.

Son həbslər başlayandan Türkiyənin bütün nüfuzlu qəzetləri və yazarları Fətullah Gülənin addım-addım istəyinə nail olduğunu yazırlar.

Bilinən bir həqiqət var ki, o da bu həbslər üzərindən Böyük Türk Ordusunun imicinin zədələnməsidir. Məsələ bu qədər bəsitdir! Fətullah Gülən heç vaxt aşa bilmədiyi əngəli – Türk Ordusunu ləkələmək üçün çox böyük bir oyuna girişib.

Təriqətlər və əli öpülən şeyxlər

Mustafa Kamal Atatürkün bir çox qərarı heç vaxt birmənalı qarşılanmayıb. Eləcə də, 1925-ci ildə təkkə və dərgahların qapanması ilə bağlı verdiyi qərar bu gün də mübahisə mövzusudur. Ancaq bu günki Türkiyənin halına diqqət yetirdikdə, qardaş ölkənin bir neçə ayın içində necə iki yerə bölündüyünü gördükdə, Atatürkün Türkiyə üçün ən doğru qərarı verdiyini görürük.

Baxın Türkiyənin halına! Hər kəs demokratiyadan danışır. Ancaq nəinki Azərbaycan, hətta Qazaxstan belə demokratiya baxımından qardaş ölkədən dəfələrlə irəlidədir. Söhbət hakimiyyətdən, hakim partiyadan getmir, əzizlərim! Söhbət cənab Ərdoğanın sözləri ilə desək, Türkiyə vətəndaşının beynindəki demokratiyadan gedir.

Türk insanı təkkələrə və təriqətlərə bağlı qaldığı müddət ərzində heç vaxt demokrat olmayacaq. Türk insanı camaatlara bölünüb, camaatın şeyxinin qərarını Tanrıdan gələn əmr saydığı təqdirdə, demokratiyadan uzaq qalacaq.

Əgər bir ölkənin böyük bir şəhərinin təhsil müdiri nurçuların belə saymadıqları, ancaq buna baxmayaraq Azərbaycanda 71 ev-mədrəsəyə sahib olan Mustafa Sunqurun əlindən öpmək üçün növbəyə durursa, o ölkənin demokratiyadan hələ də uzaqda olduğunun göstəricisidir...




Nə yazıq ki, qardaş Türkiyənin durumu çox acınacaqlıdır. Bu Abdullah Gülün və ya Rəcəb Tayyib Ərdoğanın günahı deyil. Böyük Türk xalqının Anadoluda yaşayan hissəsi əsrlərdən bəri başına hörülən təriqət-şeyx-mürid üçbucağından qurtulmayınca, Ərtuğrul Günayları belə qəzəbləndirəcək həbslər çox olacaq.

Çünki mürid şeyxinin hər zaman doğrunu söylədiyinə inanır və gözübağlı şəkildə onun istədiklərini edər. Mürid elə bilər ki, yataq otağında belə şeyxi onu görür. Bu zehniyyətli insan demokrat ola bilməz... Bu zehniyyətli insanın bildiyi tək şey, şeyxinin hər istədiyini sorğu-sualsız həyata keçirməkdir.

Mürid üçün nazirin, baş nazirin və ya prezidentin nə deməsinin əsla əhəmiyyəti yoxdur. O, mürşidinin təlimatına sorğu-sualsız tabe olur. Nədən? Çünki şeyxinin əmrinə tabe olub, günahsız insanların canını acıtsa belə, cənnətə düşəcəyinə inanır. Baxın, zavallı insanları belə yoldan çıxarırlar. İnsana düşünmək haqqı verilmir, təriqətlərdə... Yəni, şeyx hər zaman «prav»dır...


Türkiyənin acınacaqlı tablosu budur, əzizlərim! Türkiyə bir şeyxin-Fətullah Gülənin iddialarının qurbanına çevrilib, əzizlərim! Qardaş ölkənin nazirlərini belə dilləndirən həbslər və hadisələr okeanın o tayında əyləşən şeyxin-Fətullah Gülənin müridləri vasitəsi ilə həyata keçirdiyi olaylardır. Fətullah Gülənə «Fətullah» dediyi üçün polis tərəfindən hədələnən onlarla jurnalist var, qardaş ölkədə! Bax, həmin mürid-polislər Ərdoğan hökumətinin dayaqlarını laxladanlardır... Onlar üçün Ərdoğanın və ya Baykalın hakimiyyətdə olmasının heç bir fərqi yoxdur. Əsas Hocaəfəndinin hansının tərəfində olmasıdır... Məhz Fətullah Gülənin iddiaları və dünən «başörtüsü təfərrüatdır» dediyi halda, bu gün türbanı əldə bayraq edərək Türkiyəni bölməsi deməyə əsas verir ki, qardaş ölkənin demokratiyaya qovuşmasına hələ çox var... Elə cənab Ərdoğan da Türkiyəyə demokratiyanı gətirəcəyini söyləyir... Bunun üçün səs itirməni belə gözə alaraq, Fətullah Gülən kimi şeyxnəsrullahlar və onların kadrlarından uzaqlaşmaq gərəkir, hörmətli baş nazir!

Azərbaycanın alacağı dərs

Görürsünüzmü, əzizlərim! Türkiyədə bir şeyx istədiyi zaman müridləri vasitəsi ilə ölkəni iki yerə bölür. Dünənə qədər bir-birinə hörmətlə yanaşan hicablı ilə hicabsız bu gün düşmənə çevriliblər. Bu gün dindarla dinin təlimlərini yerinə yetirməyənlər bir-birlərinə düşmən gözü ilə baxırlar. Nədən? Çünki Türkiyədəki təriqətlər və xüsusilə Fətullah Gülənin yetişdirdiyi yeni insan tipi bəşəriyyətə «biz və başqaları» prizmasından yanaşır. Onlar üçün «bizdən olmayan düşmənimizdir. Ya yanımıza çəkəcəyik, ya da məhv edəcəyik» düşüncəsi hakimdir. Bir daha təkrar edirəm ki, söhbət Türkiyənin mövcud hakimiyyətindən deyil, bu düşüncəyə sahib insanlardan gedir.

Həmin təriqətlər, həmin cərəyanlar Azərbaycana da ayaq açıblar. Nə yazıq ki, Türkiyənin «səs alma» xəstəliyinə düçar olan hökumətləri bu qara yaranı başda Azərbaycan olmaqla Türk Cümhuriyyətlərinə də yayıblar. Bu gün üzərlərində türk bayrağı, ürəklərində amerika sevgisi olan həmin özəl türk litseyləri çox yüksək təhsil verə bilərlər. Amma vətənimizin də Türkiyənin hazırkı durumuna düşməsi üçün əsil zəmin hazırlayırlar.

Bu gün Fətullah Güləni hətta valideynlərindən belə çox istəyən, ona qarşı tənqidi fikrə belə dözümsüzlük nümayiş etdirən həmin qırmızı diplomlular dövlətin üst mərtəbələrini ələ keçirəndə, bizim durumumuz Türkiyədən fərqlimi olacaq? Əsla!

Bu gün asta-asta dövlətin aşağı mərtəbələrini işğal etməkdə olan, müsabiqə yolu ilə dövlət qulluğuna daxil olan onlarla fətullahçı gənc var. Sabah bu gənclərin sayı yüzlərlə, minlərlə olacaq...


Biz bu təhlükənin fərqində olmalıyıq. Biz Türk Silahlı Qüvvələrinin şəriət dövləti qurmaqda ittiham etdiyi Fətullah Gülənə mənəvi bağları olan «Qafqaz» Universitetinin uğurlarına sevinmək əvəzinə, öz MİLLİ TƏHSİLimizin inkişafı barədə düşünməliyik. Misir ehramları içindəki mumyalanmış təhsilimizi qurtarmalıyıq... Çünki Azərbaycana vətənini sevən, eyni zamanda professional gənclər lazımdır, daha «Fətullah Hocaya canım fəda» deyərək, Gülənə simpatiya bəsləməyənləri düşmən sayan gənclik yox!

Şükürlər olsun ki, bu gün Azərbaycanın xırda nüansları çıxmaq şərti ilə hicab deyə, bir problemi yoxdur. Ancaq inanın ki, sabah fətullahçılar buraya hakim olandan sonra öncə ciddi hicab problemi meydana çıxarılacaq, sonra da bu problemi yaradan fətullahçılar əzilən tərəfin haqqlarını müdafiə edirmişcəsinə, məsələni çıxmaz dalana soxacaqlar. Qazanan istənilən halda Fətullah Gülən Şəbəkəsi olacaq. Türkiyədə olduğu kimi...

Gəlin, qonşumuzla mehriban salamlaşmaq xatirinə, ailələrimizin dağılmaması naminə, ən başlıcası yeni-yeni formalaşan dövlətimizin sarsılmaması naminə bu təhlükənin qarşısını alaq. Azərbaycanın məmurlarını hansısa şeyxin əlini öpmək üçün növbəyə durduğunu görməmək üçün bu xaçlı irticasına qarşı mübarizə aparaq. Əks halda çox gec olacaq... Çünki fətullahçılar çoxdan Azərbaycan gəncliyini ələ keçirməyə və özlərinə xas insan yetişdirməyə başlayıblar...


P.S. Onu da qeyd edim ki, «Ergenekon» adlı təşkilatın olduğu ilə bağlı dosyelərin tapıldığı və «dərin dövlət»in adamı olduğu bildirilən Tuncay Güneyin də vaxtilə Fətullah Gülənin «İşıq evləri»ndə yaşadığı, hətta Gülənin «Samanyolu»sunda verilişinin də olduğu üzə çıxdı. Bu gün Kanadada xaxamlıq edən Tuncay Güney «Ergenekon» adlı əməliyyatın kilid ismi sayılır. Vallah, həm xaxam, həm də türk millətçisi olmaq bu vaxta qədər rastlanan hadisə deyil. Ancaq nəinki xaxam, hətta ateist olub, fətullahçı olmaq mümkündür. Çünki Fətullah Gülənin əksər dostları Həzrəti Peyğəmbərimizi qəbul etməyən keşiş və xaxamlardır...

E-mənbə: http://www.yenicag.az/modules/news/article.php?storyid=734

Baxış sayı: 124
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


artyazar

Tezliklə burda görüşəcəyik:

www.Kitabxana.Net

Rəsmi tərəfdaşlarımız:

Azərbaycan Yazıçılar Birliyi
(sədri Anar)

www.azyb.net

Solita.NET
"Hosting & Internet service Company"
Baku, AZ1118 Azerbaijan
Tel:(+994) 50 522 22 08
E-mail:billing@solita.net

DİQQƏT!

Sayğılı Virtual Kitabxanamızın istifadəçiləri, Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən daxili imkanlar hesabına gerçəkləşdirilən "ELEKTRON TURAN" - VİRTUAL AZƏRBAYCAN Milli-Kulturoloji layihəsinin bir hissəsi olan və 400 000 nəfərin e-istifadə etdiyi, İnternetdə anadilli resursların arasında xüsusi seçilən bu Elektron Kitabxananın inkişaf etdirilməsinə ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, bu e-kitabxananı Azərbaycan dövlətinə ərməğan etmək təklifini irəli sürürük: birgə şərtlə, layihənin fəlsəfəsinə xələl gətirilməməlidir.
Başqa qurumlar, dövlət və QHT-lər, eləcə də xeyriyyəçilər, bir sözlə istənilən şəxs bizə dayaq durmaq istəyindədirsə, əlaqə telefonlarımızı, bank rekvizitlərimizi veririk:
Yeni Yazarlar və Sənətçilər Qurumunun “Texnikabank” ASC-ndəki hesab nömrəsi:
38030066470001
VÖEN: 1700430481
“Texnikabank” ASC Kodu: 506872
VÖEN: 9900000681
Müxbir Hesab: 0137010031944
S.W.I.F.T.BIK: TECİAZ22

Tel.: (+99412) 418 93 58; 438 03 17;
(0-50) 213 40 43; (070) 317 80 01

e-mail: artyazar@yahoo.com

Portalımızın başqa saytları:

www.yysq.azeriblog.com
www.xariciedebiyyat.azeriblog.com
www.artyazar.azeriblog.com
www.azeriedebiyyati.azeriblog.com

YYSQ-nin "ELEKTRON TURAN" - Virtual Azərbaycan Milli-Kulturoloji layihəsi əsasında Virtual Milli Elektron Kitabxana (e-Axtarış Sistemli) 1300-ə yaxın özəl İnternet səhifəsi olan saytın istifadəçisi 1-5 saniyə ərzində müxtəlif kitabların elektron variantını əldə edə bilər. Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə olan elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitablardan istifadə etmək mümkündür. Saytda, eləcə də dünya ədəbiyyatının ana dilimizə çevrilmiş müxtəlif tərcümələri də yer alıb: istifadə etmək pulsuzdur.
Hiper Virtual Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir...

Redaksiya-Ekspert Şurası:

ANAR,
Azərbaycan Yazıçılar Birliyi sədri

Nizami Cəfərov,
Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, akademik

Orxan Pamuk,
Türkiyə Cümhuriyyəti, Beynəlxalq Nobel mükafatı laureatı

Oljas Süleymenov,
Qazaxıstanın xalq şairi

Hamlet İsaxanlı,
Xəzər Universitəsinin rektoru

Bəhruz Axundov,
"Təhsil" Nəşriyyatı-Poliqrafiya Birliyinin direktoru

Çingiz Abdullayev,
MDB Yazıçılar Konfederasiyasının İH üzvü

Çingiz Əlioğlu,
AR Mədəniyyət və Turizm Nazirliyi

Rizvan Əbilov,
Rusiya Federasiyası nümayəndəliyi

Şəmsəddin Küzəçi,
Türkiyə və İraq-Türkman nümayəndəliyi

Aydın Xan (Əbilov),
YYSQ sədri, Layihənin baş əlaqələndiricisi

Səlim Babullaoğlu,
"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru,

Səxavət Sahil,
"Gənc Azərbaycan" qəzetinin baş redaktoru, əlaqələndirici

Xüsusi qeydlər:

Bu saytdakı materiallar - mətnlər və e-kitablar müəlliflərin icazəsi olmadan kommersiya məqsədi ilə çoxaldıla, eləcə də başqa formada istifadə oluna bilməz!
Azərbaycan Respublikasının milli qanunvericiliyi və ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdəki bəndlərə uyğun olaraq yazarların müəlliflik hüquqları tanınır, onlara siz də sayğı göstərin...

Данный тексты не может быть использован в коммерческих целях...

Yeni Yazarlar və Sənətçilər Qurumu

Axtarış

Açar sözlər

  azərbaycan  məhəmməd  əmin  rəsulzadə.  "stalinlə  avropa  ixtilal  qumluqdakı  энциклопедия  roman  abe  türk  hüquqları  davası"  kobo  xatirələri"  insan  qadın  məhkəməsi  fəthullah  "milli  зарубежная  cəlaləddin  mircəfər  (i)  литература  mövlanə  məmmədov.  dirilik.  adıgözəl  rumi  xx  bağirov  cənubi  balzak.  культурология  arvadı"  şey  nino”,  hərəkatı  fukuyama.  мишель  vladimir  "bəhaullah  kino  səfəvi  illər  xorxe  м.в.  şərqşünasliq  milli  ədəbiyyatinda  massonluq  "xristian"  mənim  илья.  dayanir?"  erməni  fərid  rəhbərliyinə  terror,  лич.  эпох,  (iii)  yeni  iran  dövləti)  sokrat  idarə  "...həzrət  məhəmmədin  gəncəyi.  uimz.  a.s.puşkin  блинов  iv  adı  əfsanələr  gülən.  de  rumi.  əladı  liderlərinin  mədəniyyətin  текст)  con  sənəti  turxan  mir  yaddaşı  философия  "ermənistanı  rəsmi  azərbaycanda  neolibirelaizm  gizlinləri"  olanda  постмодернизм"  iddianin  ədəbiyyatı  yaponiya  min-bir  sirus  afrikasayaği  э.  "мифологии"  (iv)  delerm  problemi  tarixi  (полный  vahe  babın  ömür  isfahandaki  "1905-1906-cı  borxes.  в.а.,  elmi  cümhuriyyəti»:  gülən  hiss  dəri  "постструктурализм.  «məsnəvi».  “əli  milli-demokratik  üstünlüyu  фуко,  возрождения  ebenezer  ale-əhməd.  möhsün  brut  avetyan:  tahirzadə:  drami  ölkənin  peter  постмодернизма  marşallek.  baba  sirri"  ssri  aparteid  барт.  xatirələri  filip  folkner  ziyalisi  türkiyə  «слова  литературно-библиографическая  "geoloqlar"  zühuru..."  sultan  mövqeyi  luis  ладов  kazimbəy  dövlətimizin  dramaturgiya  kоllektiv  еtmək"  onore  деконструктивизм.  "amerikansayaği  ermənişünaslığı  mədədi.  demokratiya  коммуникация.  древних  era"  xalqlari  cəlal  nəvvab  mark  cinayətkarlar  «azərbaycan  h.ibsen  samuel  turrini.  а.к.,    qərb  kamal:  ələkbərli.  "zamanı  faşizm  век  ролан  "zahidin  hər  viliam  güney  frensis  вещи»  века  sorokin.  zərəndi.  səhifələr  sarayinda  erməni-müsəlman  şekspir  лебедев  mirzə  ilk  mühacirət  şüur  "ermənistan:  üzlük  ильин  arxasinda  "şərqin  məktubu  islam  культура  средневековья  (ii)  esslemont.  postmodernizm  dili  (osmanli  yuni  edir"  ədalət  kitabından  terrorçu  vaxtım  аналитическая  ralf  şərq  masonluq  dilinin 

Sayqaç

İndi blogda: 31
Keçən ayın hiti: 51586
Dünənki hit: 1311
Bugünki hit: 435
Ümumi hit: 414335

AddThis Feed Button
Add to Technorati Favorites