Reklam verin!

Eyvaz Taha: "Mövlana tam anlamında postmoderndir!"

GÜNDOĞAR ÖLKƏSİ: TƏBRİZLİ ŞƏMS VƏ MÖVLANA

Çox çalışdım Mövlananın səkkiz yüz illiyinə nəsə yazmayım, çünki xırdaca bir insan olduğum üçün o böyüklükdə dünyanın yükünü çiynimdə daşımaqdan qorxurdum. Şəms Təbrizlə Rum mollasının haqqını kiçik bir yazıyla bir yerdə ödəmədək gülünc gəlirdi mənə, onlara dərin sevgimi yalnız ürəyimdə daşımaq istəyirdim. Amma alınmadı, yazmaq vəsvəsəsindən yaxa qurtara bilmədim. Bu kiçik yazı özünü mənə yazırdı. Dırnaq arasındakı statlar ümumiyyətlə Şəmsin "Məqalat" kitabından və Mövlananın  "Şəms" başlıqlı böyük divanından alınmışdır. 

Adlım filosof və psixoloq Erik From deyir: "Mövlana təkcə bir şair və bəlli bir firqənin qurucusu olan arif deyildi. O, insan təbiəti barəsində dərin baxışa malik idi... yaşamın ən böyük vurğunlarından olan Mövlana üstbilinc (fövqəlidrak) , altbilinc (təhtəlidrak), azadlıq məsələsi, ruh toxtaqlıği, və insanın iqtidarından danışırdi".


Fromun dediyinə görə, böyük humanist sayılan Mövlananın düşüncələri, çağdaş insanın mədəni yaşamını zənginləşdirə bilər. Belədirsə, yenə də köhnə bir məsələyə qayıtmalı oluruq. Azərbaycan mədəniyyəti Mövlana və onun ruhunu rəqsə gətirən Təbrizli Şəmsi unutduğundan bir çox şeyləri itirir. Nizami böyük şairdir, ancaq Nizamiyə həsr olunmuş araşdırmaların yüzdə biri Şəmsə həsr olunsaydi, çağdaş mədəniyyətimizdə başqa çalar, başqa ləzzəti yaşayacaqdıq. Mövlananın nəbzini hamıdan çox Nəsimidə tuta bilərdik, onu da ki, Rus komonizminin təhrif maşını bütünlüklə hürufilik küncünə sıxnaşdırırd. Çılğın ruhundan boşaldılmış Nəsimi, yoldaş Baqirovun əsgərləri səviyyəsinə endirildi.

Mövlana adı ilə tanınmış Cəlaləddin Qunəvi (1207-1273) qamışlıqdan kəsilmiş  ney idi. Insanın əzəli yurdunun özləm və nisgilini çağlayan qarği: "yanıb yaxılan bu neyi dinlə". Renold Nikolsona görə, "sözsüz bu neydən məqsəd bitkin insanın vücududur ki, yaşadıği ruh aləmindən ayrıldığı üçün ağlayır və əzəli yurduna qayıtmaq marağıni özü il yanaşı özgələrdə də oyadır. İlahi ruhdan dolub daşmış şair, içindəki yanğını neydə hayqırır. Bu neyi dinləndirən Şəms idi. Mövlana ona xitabən deyir: "sən gələli bizdən biz getdi; Içəri gəl canım, gəlişin gözəldir. Ürəyimin gizli sızıltılarını eşitdikdə can kimi gövdəmə gəldin."

Sözcüklər od tutub yanarkən bilmirsən alov Mövləvinin ürəyindən qopur, yoxsa Şəmsin. Mövləvinin deyişi ilə onun içində vurnuxan sözləri, irfan yanğısınin mizrabı ilə kökləyən o özü deyil, Şəmsdir. Nə fərqi var ki? Bu yanğının kimin soluğundan qopmasının önəmi yoxdur, önəmli budur ki, bu yanğının dadını sınamayan hər bir mədəniyyətdə böyük boşluq yaranır. Bu boşluğun dərmanı nədir? Qarlığqda quruyub qalmış, ney kimi sızlamayan qarğlaıran od tutub alovlanmasını canlandırarkən Mövlləvi deyir: "dərdsizliyin dərmanı oddur". Beləliklə "hər bir qarğı öz məzarı üstə şam kimi yanır". 

Nəsimi olmasaydi mədəniyyətimizə ömür boyu heyifsilənərdim. Nəsimi, gündoğar (İşraqilər) sülasəsinin dilimizdə dillənən son elçisi adına, bu təcrübəni bütün ayrıntıları, bütün insani özəllikləri ilə bizim üçün canlandırırdı. Bilirəm sufizm söyləmini ]discourse[ Nəsimidə bititrdiyim üçün kəskin qınaq qılınclarına amac ola bilərəm. Deyəcəklər bəs Füzuli? Məncə Nəsimi ilə muqayisədə Füzulinin statusu bam-başqadır. Söylədiyim yanğı baxımından, Füzuli dildə yüksəliş mərhələmizin zirvəsidirsə, irfanda enişimizin başlanğıcıdir. Xətayi də belədir. Bu eniş Seyid Əzim Şirvanidən öncə Molla Pənah Vaqifdə bitkinliyinə çatır, sonrakı şeirlər isə ya şeir deyil yamsılamadır, ya  da o gələnəyin davamı deyil, başqa dünyaya ayiddir: Ya siyasətin bar-bar bağıran dünyasına; Bəxtiyar budur. Ya da öznənin ]subyektin[ öldüyü dünyaya. Şaşqın, çaşqın, parçalanmış, nisgilli və öləzi öznənin mərkəzsizləşdirilmiş dünyası; Şəhriyar budur. Şəmsə dönək.

Onüçüncü yüzillikdə  itkin düşmüş Təbrizli Şəmsin məqbərəsi Xoy şəhərində tapılıb. Bu xəbər hələlik dəqiq doğrulmasa da ilkin sınaqlar tapılan cənacənin Şəmsə aid olduğunu göstərir. Təbrizin qızılçıları, daxili dünyaları çalxalayan uca boylu Şəmsə deyirdilər: "Ey təvil ]uzun diraz[! Get, getməısən yamanlarıq!" Şəms deyirdi "həqiqətlərin hamısını hayqırsam, bütün insanlar məni şəhərdən qovarlar!" Şəmsin sümüklərinin tapılması sevindirici haldır. Yaranışın ilk günü  Tanrı önündə yoğrulmuş insan gövhərini bu sümüklərdən qoxlamaq olar. Bu, dünyanın ən itkin, dəli, çılğın və güclü ruhlarının birinin izidir. Bu izlə biz çağdaş dünyanın nahaq yerə unutduğu sirrli ölkənin darvazasına, ruhun qovuşağına gedib çıxarıq. Mənim üçün təsəvvüf tarixində Şəms böyüklükdə insan gözə çarpmır, Mövlana kimi böyük bir ehkamçı alimi mənbərdə rəqsə qaldıran Şəmslə muqayisədə, kimsənin adını çəkməkdən üşünürəm, İbn Əərəbi və Nəsimidən başqa.

Şəmsin Məqalat başlıqlı əsərindəki aydınlıq, anlaşılmazlıq, yanğı və yəqin, dinləyicinin anlayış yurdunda deprəm yaradır. Duru-dadlı duyğular, və geniş toxtaqlıqlarla sonuclanan tam anlamında bir deprəm. Çağdaş dünyanın heç bir humanist düşüncəsində bu qədər insan özəyinə və insan özəlliyinə yaxınlaşmaq olmur. Bütün lovğalıqları Gündoğar alovunda qovrulmuş insanın "insana sevgisi". Bu sevginin bunca yandırıb yaxıcı hənirtisini  nə "Avgustın"də görürük, nə də qızdırma içində tanrıya sarılmış " Con Don" da.

Avropanın, ağıl yollarından burulub intuitiv düzənliyə hər dəfə ayaq basmasi, ya romantik alınır, ya da kafkanın dərin ruh küskünlüyünə gətirib çıxarır. Ağılı yürütməyi bacarmayan şərq isə İşraq fəlsəfəsinə hər dönüşündə öz mahiyətinə qovuşur. Görünməzləri görür. Şühud ]intiusia[  budur. Varlığın qara örtüyünü ataraq gizlinləri görmək, ürəklərə sızmaq Gündoğar ölkəsinə aid bəsirətdən gəlir. Elə buna görə də, şərqin Həllac, Söhrəvərdi, Şəms və Nəsimi kimi dəliləri olmasaydı, yerdə alınyazısına inamdan başqa nə qalardi: cəbr düşüncəsinin küllüyü. Alınyazısının düzənliyində çalıqlayan bu barama qurdunun ruhundan Nəsimi kəpənəyi baş qaldırıb uçmasaydı, yerdə ancaq ölüm qalardı. Küzəsində su olduğunu unutmuş susuz yolçunun gülünc ölümü. Nabakov deyir "Kafka, uçamağa qanadı olduğunu unutdu", Şəms unutmadi.

Qaqaşların sözü olmasın, Mövləvi bütünlüklə postmoderndir. (axı bu qaqaşlar hər bir zibili dolu ağızla postmodern adlandırırlar.) Modernin anlamı "tam indi"dirsə, Mövləvi sonradır, Şəms ondan da sonra! Bunun bir nədəni Mövləvinin olaylara hermenotik baxışında yatır: "can kimi o sənəmə vuruldum, əsiri oldum; dev deyildim, gözlərdən itdim; qar idim əridim, yer məni somurdu; tam yaxılıb ürək tüstüsünə çevrildim, göylərə qalxdım; ruhlardan deyildim, canlardan çəkinən birisi idim; can candan necə keçər ki, cana çevrildikdə daha çəkinmək nə deməkdir. Canla cahan sənin sevgin üzündən əlimdən getdi; daha nə edirəm bu cahanda, bu cahandan qoyub getdikdə."

Mövləvinin postmodern olduğunun başqa nədənini həqiqətin parça- parça olmasına inamında axtarmalıyıq. Deyir: "həqiqətin bütöv gözgüsü əzəl günündə insan əlindən sürüşüb sınmışdi, mələklərin insana nifrət etdiyi gün, Tanrı insanı yoğurmaqdan çəkindi. Vücud ərəsatında Tanrı önündə utanqac dayanmış bu iki ayaqli varlığa vəhy gəldi: sən özün özünü gəlişdirməlisən. "existe!", özünü özündən bayıra tulla! Ekzistansiyalizmin inandığı bu anlayış köhnə sözdür, insan yaranışının ilk günləri qədər əski. Bu azadlığın bədəli kəskin həqiqətlərin insan əlindən alınmasi idi, ölüm anlaşılmazlığı. Həqiqət güzgüsü düşüb sındi, insanın güzgü qırıqları ardınca axtarışları isə mədəniyyətləri, uyğarlıqları yaratdı. Indi o qırıqların hərəsi hərənin bir əlindədir. Indi biz insanlar irili- xırdalı qırıqları birbirinə yaxınlaşdıraraq həqiqətin ümumi görünütünü yaradırıq: işığı hara gəldi əyri-əksik əks etdirən sınıq görünüş. Yaxşı bəs postmodern düşüncə bundan artıq daha nə istəyir?

Səədi makyavellizmi məsləhətli yalanlar donunda savunduğu bir çağda, Şəms bütün örtükləri yırtdı. Heç kimin hər nəyi deməyə cəsarəti çatmadığı bir çağda, deməməliləri demək istəyirdi: "hələ ki bizdə demək bacarığı yoxdur, təki dinləmək bacarığı olaydi. bütünü demək və bütünü eşitmək gərəkir. Ürəklər qapalı; qulaqlar qapalı". Şəms ikiüzlü və zühd satan bir toplumda bir ömrün namazını bircə "Ah" ilə dəyişir. "Soruşdu: namaz qıldılar? Dedi: əvət. Dedi: ah. Dedi: o ahı mənə ver, ömür boyu qıldığım namazları sənə bağışlayım!"

12-ci yüzilliyin ümumi ab-havası səədinin dedikləridərsə, demək Şəms bütün zəmanə ilə qarşı-qarşiya dayanır. Qovulur. Bu qovulmuşluqda ağıllı bir dəlilik, çılğın bir əsriklik var. Elə bir əsriklik ki, fiqhi məsələlərlə uğraşan samballi fəqih Cəlaleddin Ruminin sümüklərinə düşür: sema rəqsi, özündən getmək, baş sarığını açmaq. Bu insan gözələrinin ]hüceyrələrinin[ harmonik rəqsi deyilmi?

"şeyx dedi: xəlifə sema etməyi yasaqlayıb! Dərvişin ürəyində düyün oldu, üzgün düşdü. Təcrübəli təbib gətirdilər. Qan damarını yoxladı. Öyrəndiyi xəstəlikləri, (tanıdığı) səbəbləri bunda görmədi. Dərviş dünyadan köçdü. Təbib onun qəbrini açdırıb, köksünü yardi. Düyünü çıxardı. Əqiqə dönmüşdü. Ehtiyac vaxti onu satdi. Əldən ələ  gəzdi, xəlifənin əlinə çatdi. Xəlifə onu qaş kimi üzüyünə saldı. Hələ üzükdə saxlayırdı ki, bir gün sema rəqsinə baxdı. Üzüyü sığalladı, qaş əriyib tökülmüşdü. əqiq satıcılarını bir-bir çağırtdırdı, növbə gəlib təbibə çatdı. Təbib, olub keçənləri söylədi."

Deməyi qolay olsa da, belə bir qarşı durmanın dəhşətli sonucunu, öncə Söhrəvərdi sınamışdı. Nəsimi də sonralar daha qabarıqcasına sınayacaqdı: təpədən dırnağa qədər soyulmaqla. Şəmsin alınyazısı bunlardan daha ürək açan deyildi. Qəbirsiz, bəlrisiz, itkin Şəms, görən hansı pusquda Mövlana yanlısı axmaq möminlərin qəzəbinə gəldi? Kütlənin yanlış inamına dirənməyin qarşılığı ən yaxşı halda izsiz ölümüdür. Axmaqlığın gücü tükənməzdir.

Baxış sayı: 175
Açar sözlər:


1
sema yazıb:

smile deli romanınızı okumak isterdim

Noyabr 5, 2008 8:07

Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


artyazar

Tezliklə burda görüşəcəyik:



www.Kitabxana.Net



Rəsmi tərəfdaşlarımız:



Azərbaycan Yazıçılar Birliyi
sədri: Anar



http://azyb.net



Solita.NET
"Hosting & Internet service Company"
Baku, AZ1118 Azerbaijan
Tel:(+994) 50 522 22 08
E-mail:billing@solita.net


Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən daxili imkanlar hesabına gerçəkləşdirilən "ELEKTRON TURAN" - VİRTUAL AZƏRBAYCAN Milli-Kulturoloji layihəsinin bir hissəsi olan və 1 000 000-a yaxın e-istifadəçinin yararlandığı, İnternetdə anadilli şəbəkə resursların arasında xüsusi cəhətlərinə görə seçilən bu Virtual Elektron Kitabxananın inkişaf etdirilməsinə böyük ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, bu e-kitabxananı Azərbaycanın inkişafı baxımından inkişaf etdirmək vacibdir.
Başqa qurumlar - dövlət və QHT-lər, eləcə də xeyriyyəçilər, bir sözlə, istənilən şəxs bizə dayaq durmaq istəyindədirsə, əlaqə telefonlarımızı, bank rekvizitlərimizi veririk:

Yeni Yazarlar və Sənətçilər Qurumunun “Texnikabank” ASC-ndəki hesab nömrəsi:

38030066470001
VÖEN: 1700430481
“Texnikabank” ASC Kodu: 506872
VÖEN: 9900000681
Müxbir Hesab: 0137010031944
S.W.I.F.T.BIK: TECİAZ22

Tel.: (+99412) 418 93 58; 438 03 17;
(0-50) 213 40 43; (070) 317 80 01

e-mail: artyazar@yahoo.com

Virtual Milli Elektron Kitabxananda (e-axtarış sistemli) - 2000-ə yaxın İnternet səhifəsi olan portalda 1-5 saniyə ərzində Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitabların elektron variantını əldə etmək mümkündür. Saytda, eləcə də dünya ədəbiyyatının ana dilimizə çevrilmiş müxtəlif tərcümələri yer alıb: istifadə etmək pulsuzdur.
Milli Virtual Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir...

Redaksiya-Ekspert Şurası:

Anar,
Azərbaycan Yazıçılar Birliyi sədri, xalq yazıçısı

Nizami Cəfərov,
Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, akademik

Orxan Pamuk,
Türkiyə Cümhuriyyəti, Ədəbiyyat üzrə Beynəlxalq Nobel mükafatı laureatı

Oljas Süleymenov,
Qazaxıstanın xalq şairi

Hamlet İsaxanlı,
Xəzər Universitəsinin rektoru, professor, şair

Kamal Abdulla,
Bakı Slavyan Universitetinin rektoru, yazıçı, professor

Bəhruz Axundov,
"Təhsil" Nəşriyyatı-Poliqrafiya Birliyinin direktoru

Çingiz Abdullayev,
MDB Yazıçılar Konfederasiyasının İH üzvü, AYB katibi, xalq yazıçısı

Çingiz Əlioğlu,
AR Mədəniyyət və Turizm Nazirliyi, şair-tərcüməçi

Rizvan Əbilov,
Rusiya Federasiyası nümayəndəliyi

Şəmsəddin Küzəçi,
Türkiyə və İraq-Türkman nümayəndəliyi, şair, araşdırmaçı

Aydın Xan (Əbilov),
YYSQ sədri, Layihənin baş əlaqələndiricisi, YYSQ sədri, yazıçı-kulturoloq


XÜSUSİ QEYD:

Bu resursdaı materiallar - mətnlər və e-kitablar sayt rəhbərliyinin, həmçinin müəlliflərin icazəsi olmadan kommersiya məqsədi ilə çoxaldıla, eləcə də hər hansı bir başqa formada yayıla bilməz! Azərbaycan Respublikasının milli qanunvericiliyə və ölkəmizin qoşulduğu beynəlxalq sazişlərin bəndlərinə uyğun olaraq müəlliflik və əlaqəli hüquqlar tanınır...

Данный тексты не может быть использован в коммерческих целях...

Yeni Yazarlar və Sənətçilər Qurumu sədri,
yazıçı-kulturoloq Aydın Xan (Əbilov)

Axtarış

Açar sözlər

  azərbaycan  məhəmməd  əmin  rəsulzadə.  "stalinlə  avropa  ixtilal  qumluqdakı  roman  энциклопедия  abe  türk  hüquqları  davası"  kobo  xatirələri"  insan  qadın  məhkəməsi  fəthullah  "milli  зарубежная  cəlaləddin  mircəfər  (i)  литература  mövlanə  məmmədov.  dirilik.  adıgözəl  rumi  xx  bağirov  cənubi  arvadı"  şey  nino”,  balzak.  культурология  vladimir  "bəhaullah  kino  hərəkatı  fukuyama.  мишель  milli  ədəbiyyatinda  massonluq  səfəvi  illər  xorxe  м.в.  şərqşünasliq  dayanir?"  erməni  fərid  "xristian"  mənim  илья.  (iii)  yeni  rəhbərliyinə  terror,  лич.  эпох,  "...həzrət  məhəmmədin  iran  dövləti)  sokrat  idarə  adı  əfsanələr  gəncəyi.  uimz.  a.s.puşkin  блинов  iv  rumi.  əladı  gülən.  de  con  sənəti  liderlərinin  mədəniyyətin  текст)  rəsmi  azərbaycanda  neolibirelaizm  turxan  mir  yaddaşı  философия  "ermənistanı  iddianin  ədəbiyyatı  yaponiya  min-bir  gizlinləri"  olanda  постмодернизм"  (iv)  delerm  sirus  afrikasayaği  э.  "мифологии"  vahe  babın  ömür  problemi  tarixi  (полный  cümhuriyyəti»:  gülən  isfahandaki  "1905-1906-cı  borxes.  в.а.,  elmi  «məsnəvi».  “əli  hiss  dəri  "постструктурализм.  ebenezer  milli-demokratik  üstünlüyu  фуко,  возрождения  tahirzadə:  drami  ale-əhməd.  möhsün  brut  avetyan:  marşallek.  baba  sirri"  ölkənin  peter  постмодернизма  xatirələri  filip  folkner  ssri  aparteid  барт.  "geoloqlar"  zühuru..."  sultan  ziyalisi  türkiyə  «слова  литературно-библиографическая  dövlətimizin  dramaturgiya  kоllektiv  mövqeyi  luis  ладов  kazimbəy  "amerikansayaği  ermənişünaslığı  еtmək"  onore  деконструктивизм.  era"  xalqlari  mədədi.  demokratiya  коммуникация.  древних  «azərbaycan  h.ibsen  cəlal  nəvvab  mark  cinayətkarlar    qərb  kamal:  ələkbərli.  samuel  turrini.  а.к.,  "zahidin  hər  viliam  "zamanı  faşizm  век  ролан  sorokin.  zərəndi.  səhifələr  güney  frensis  вещи»  века  ilk  mühacirət  şüur  sarayinda  erməni-müsəlman  şekspir  лебедев  mirzə  arxasinda  "şərqin  "ermənistan:  üzlük  ильин  (ii)  esslemont.  postmodernizm  məktubu  islam  культура  средневековья  ədalət  kitabından  dili  (osmanli  yuni  edir"  ralf  şərq  masonluq  dilinin  terrorçu  vaxtım  аналитическая 

Sayqaç

İndi blogda: 12
Keçən ayın hiti: 77588
Dünənki hit: 2520
Bugünki hit: 697
Ümumi hit: 919755